Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


GENDER VƏ İNSAN HÜQUQU ARAŞDIRMA BİRLİYİ


Mirzəzadə Rəna Rza qızı. 1954-cü ilin aprelində Əli Bayramlı şəhərində anadan olmuşdur. 1961-1971-ci illərdə Əli Bayramlı şəhər 1 saylı orta məktəbdə təhsil almış, 1971-ci ildə ADU-nun tarix fakültəsinə daxil olaraq ictimaiyyətçi-tarixçi ixtisasını almışdır.

1978-ci ilin avqustunda Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna baş laborant vəzifəsinə işə qəbul edilmişdir. Hazırda həmin institutda baş elmi işçi və institut həmkarlar komitəsinin sədridir.

1989-cu ildə fəlsəfə elmləri namizədi elmi dərəcəsi almışdır. 1999-cu ildən müstəqil "Genderşünaslıq" elmi-populyar jurnalının baş redaktorudur. Respublika Fəlsəfə cəmiyyətinin üzvüdür. "Qadın hüquqları", "Qadın və siyasət», "Qadın və məhbus" məcmuələrinin, "Gender tədqiqatları" dərsliyinin (həmmüəllif), "Kişi və qadın münasibətləri" (Azərbaycan və ingilis dillərində) və "Siyasi partiyaların gender təhlili" (Azərbaycan, rus və ingilis dillərində) kitablarının müəllifidir.

1997-ci ildə qeyri-hökumət təşkilatı olan "Gender və İnsan Hüququ" Araşdırma Birliyi tədqiqat mərkəzini təsis etmişdir. Təşkilat 2000-ci ilin mart ayında qeydiyyatdan keçmişdir.

"Gender və İnsan Hüququ" Araşdırma Birliyi Azərbaycanın hüquqşünas, politoloq, sosioloq, iqtisadçı, tarixçi, filoloq, jurnalist, habelə texniki elm nümayəndələrini özündə birləşdirir. Birliyin əsas məqsədi demokratiyanın genişləndiyi bir şəraitdə gender münasibətləri və insan hüququ probleminin respublikamızda qarşılıqlı elmi tədqiqinə nail olmaqdan ibarətdir. Bu məqsədlə aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur: insan hüququnun gender balansı baxımından tədqiqi; insan hüququ və gender istiqaməti ilə əlaqədar sosial-fəlsəfi və hüquqi konsepsiya, nəzəriyyə və cərəyanların tədqiqi; ictimai-siyasi-hüquqi institutların insan hüququ və genderin inkişafına təsirinin öyrənilməsi; insan hüququ və genderin seçki sistemində realizə edilməsi vəziyyətinin təhlili; gender münasibətləri və insan hüququna həsr edilmiş elmi-praktik seminar, dəyirmi masa, treninq və konfransların keçirilməsi; demokratik proseslərin inkişafı üçün insan hüququ və gender münasibətləri informasiya şəbəkəsi yaratmaq; gender və insan hüququ sahəsini öyrənmək məqsədilə sosioloji sorğular keçirmək, proqnozlaşdırma işini aparmaq, elmi analizlər etmək; ictimai-siyasi tərbiyə və siyasi mədəniyyətin formalaşdırılmasında insan hüququ və gender araşdırmalarından istifadə etmək, maarifləndirmə işini genişləndirmək; gender və insan hüququ probleminin obyekti kimi cəmiyyətdə sağlam ailənin formalaşdırılması naminə elmi təbliğat işinin həyata keçirilməsi.

Birlik bu vəzifələrin həyata keçirilməsi üçün çoxsahəli fəaliyyət formalarına malikdir.

Birlik 1998-ci ilin fevralında BMT-İP-nin Gender layihəsinin yardımı ilə "Gender: qadın probleminin yeni mərhələsi" adlı respublika konfransı keçirmişdir. Konfransın materialları eyniadlı məcmuədə dərc olunmuşdur.

Respublikanın müxtəlif rayonlarında 450 nəfər respondent arasında sosioloji sorğu keçirilmişdir.

Birlik müxtəlif təşkilatlarla birgə treninqlər, dəyirmi masalar və seminarlar təşkil etmişdir.

Rəna Mirzəzadə gender və insan hüququ haqqında onlarla məqalənin, iki monoqrafiyanın və "Qadın hüquqları", "Qadın-kişi münasibətləri", "Qadın və siyasət, "Qadın və məhbus", "Gender tədqiqatları", "Siyasi partiyaların gender təhlili" kitablarının müəllifi və "Genderşünaslıq" beynəlxaq elmi-kütləvi jurnalının baş redaktorudur.

Birliyin üzvləri - fəlsəfə elmləri doktoru Əli Abasov, elmi məsləhətçi, fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə, Zəhra Müller-Tarıverdiyeva, fəlsəfə elmləri namizədi Lalə Mövsümova, fəlsəfə elmləri namizədi Mətləb Mahmudov, elmi katib Zeynəddin Şabanov, sosioloq Nəzakət Babayeva, tərcüməçilər Rauf Məmmədov, Gülçin Aslanova və Mahrux İsmayılova da gender sahəsində tədqiqatlar aparır, müntəzəm olaraq dövrü mətbuatda çıxış edirlər.

Birlik 2000-ci ildə "Gender tədqiqatları" adlı məcmuə nəşr etdirib.

Gürcüstanın Borjomi şəhərində keçirilən "Qadın liderlər" beynəlxalq seminarında "Gender və İnsan Hüququ" Araşdırma Birliyinin sədri Rəna Mirzəzadə də iştirak etmiş və sertifikat almışdır.

Birliyin təşəbbüs qrupu hələ birlik rəsmi qeydiyyatdan keçməmiş, yəni 1998-2000-ci illərdə respublikada gender və qadın problemləri ilə bağlı keçirilmiş bir çox tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur:

- 1998-ci ilin fevralı - "Gender: qadın probleminin yeni mərhələsi" Respublika Elmi konfransı;

- 1998-ci ilin dekabrı - "Gənclərin (qızların) mənəviyyatı" adlı seminar;

- 1998-ci il may ayı - Gender proqramı əsasında respublikanın cənub regionlarında digər qeyri-hökumət qadın təşkilatları ilə birlikdə keçirilmiş "Qadın və müasirlik" mövzusunda konfransın təşəbbüsçüsü olmuşdur;

- 2000-ci il - Gender Proqramı əsasında respublikanın kişi və qadın əhalisi arasında çoxsaylı seminar, treninq və sosioloji sorğular keçirilmişdir;

- 2000-ci il - Respublikanın siyasi partiyaları arasında "Siyası partiyaların Gender analizi" mövzusunda sosioloji sorğu və sorğunun nəticələrinin toplu şəklində nəşri;

- 2000-2001-ci illər - Birliyin sədri Rəna Mirzəzadə Azərbaycan Televiziyası və "SPACE" telekanalının Gender siyasəti ilə bağlı verilişlərində ekspert kimi çıxış etmişdir;

- Bakı Dövlət Universitetində bakalavr və magistrantlara "Gen­der problemləri", "Hüquqi dövlət", "Beynəlxalq münasibətlərin sosioiogiyası", "İnsan hüququ" və s. mövzularda mühazirələr oxunmuşdur;

- Aparılan işlər və tədqiqatların nəticəsi kimi "Siyasi proseslərin gender tədqiqi və qadınların dövlətçilikdə rolu" adlı monoqrafiya nəşrə hazırlanmışdır.

Cinslərarası münasibətlər - gender müasir cəmiyyətin qarşısında duran qlobal problemlərdən biridir. Təbiidir ki, belə bir aktual problemin həlli birdən-birə mümkün deyil. Yəni tədricən əhalini maarifləndirmə yolu ilə buna nail olmaq olar. Əlbəttə, bu sahədə mətbuatın da xüsusi rolu var. Ötən ilin fevral ayında nəşrə başlayan "Genderşünaslıq" jurnalı məhz bu missiyanı öz üzərinə götürmüşdür. Jurnal öz səhifələrində Azərbaycan və ingilis dillərində gender problemləri ilə bağlı yazılar dərc etməklə oxucuya kifayət qədər məlumat vermək imkanına malikdir.

Bu gün Azərbaycanda idarəetmədə qadınları çox az görürük. Siyasi partiyalarda qadınların sayı çox olsa da, aparıcılıq funksiyası azdır. Digər tərəfdən, Azərbaycan qadınında kişilərə güzəştə getmək xüsusiyyəti əsrlər boyu adət-ənənələrdən irəli gələrək formalaşıb.

"Genderşünaslıq" jurnalı bu problemləri qaldırıb həll olunması yollarını arayır. Genderşünaslığın təbliğində, bu yeni problemin öyrənilməsi və yayılmasında gənclər çox yaxından iştirak edirlər. Jurnalı BMT təsis etdiyi üçün hökumət və qeyri-hökumət təşkilatlarına, qadın cəmiyyətlərinə, redaksiyalara pulsuz paylanılır.

 

Ünvan: H. Cavid pr., 518-ci məhəllə, ev 15, mənzil 10. AZ1073, Bakı. Tel.: (99412) 4393747; 4393728, mobil: (99455) 780-95-84, faks: (99412) 4393747. E-mail: mirrena54@yahoo.com

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb