Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"QADIN VƏ MÜASİR DÜNYA" SOSİAL-XEYRİYYƏ MƏRKƏZİ


Şirəliyeva Südabə Zülfəli qızı. 1960-cı ildə müəllim ailəsində anadan olub. D.Bünyadzadə ad. Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması" fakültəsini bitirib. İqtisadçı, RP komitəsi təşkilat şöbəsinin təlimatçısı, həmkarlar təşkilatında işləyib. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Azərbaycan EA-nın aspiranturasında (politologiya üzrə) təhsil alıb. Hazırda Milli Münasibətlər İnstitutunda elmi işçidir. "Azərbaycan dünya siyasətində - Avropa ölkələri (Almaniya, İngiltərə və Fransa)" mövzusunda tədqiqat işi başa çatmaq üzrədir. "Keçid dövründə qadınların rolu", "Yoxsulluğun qadın həyatına təsiri", "Qadınlara qarşı ayrı-seçkilik", "Qadınlar və əxlaq normaları" problemləri üzrə tədqiqat aparır.

1998-ci ildə qadın problemləri və iş yerləri yaradılmasının təşkil edilməsi ilə əlaqədar ABŞ-ın Nyu-York şəhərində təlim kurslarının dinləyicisi olub.

1999-cu ildə "Qadın və Sənət" Sosial-Xeyriyyə Mərkəzinin yaranmasının təşəbbüsçüsü olub. Mərkəz 2 iyul 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2001-ci ildən "Qadın və Müasir Dünya" Sosial-Xeyriyyə Mərkəzi kimi işini davam etdirir.

Mərkəz qadınların Respublika Konstitusiyasında təsbit olunmuş hüquqlarına riayət olunmasına yardım göstərir. Qadın və qızların respublika təsərrüfatına lazım olan sənət və peşələrə yiyələnməsi üçün təlim işini təşkil edir, ailənin planlaşdırması və reproduktiv sağlamlıq məsələlərilə məşğul olur, təbiətin qorunması, ətraf mühitin müdafiəsi üçün aksiyalar keçirir. Şəhid ailələrinə, qaçqın, köçkünlərə, xəstə qocalara və aztəminatlı ailələrə maddi və mənəvi köməklik göstərir, milli adət-ənənələrin qorunub-saxlanması, əxlaq normalarına riayət olunmasına çalışır.

Mərkəz həmçinin bütün QHT ilə əməkdaşlıq edir, görüş, yarış, yubiley, sərgi, seminar və konsertlər təşkil edir. Qeydiyyata alındığı gündən Mərkəz aşağıdakı proyektləri həyata keçirmişdir:

Şirvan regionunda volontyorluq institutunun təşkili və inkişafı. İSAR/Azərbaycan.

Şamaxı rayonunda Qadın təşəbbüslərinə dəstək mərkəzinin yaradılması - Şamaxı, Ağsu, İsmayıllı rayonları qadınları üçün informasiya-treninq proqramı. İSAR/Azərbaycan təşkilatı.

"Qadınlar - Qadın hüququ - Hüquqi xidmət" - Şamaxı rayonu qadınları üçün informasiya-treninq proqramı - BMT QHTDM-nin dəstəyi ilə.

Qadınlar arasında yoxsulluğun aşağı salınması məqsədilə təlim kurslarının təşkili. 7 ixtisas üzrə - toxuculuq, tikiş (tikmələr, paltar, naxış salma və s.), xarici dil, evdarlıq, kulinariya və s. kurslar Bakı şəhərində fəaliyyət göstərir. Toxuculuq kursları Şamaxıda da təşkil olunub.

2000-ci il mart ayının 6-da Mərkəzin incəsənət məsələləri üzrə direktor müavini Mələkxanım Əyyubovanın təşəbbüsü ilə Suraxanıdakı 2 saylı uşaq evində Qurban bayramı tədbiri keçirilmişdir.

"Qadınlar İncəsənətdə" Assosiasiyası ilə birlikdə "Novruz bayramı qadın yaradıcılığında" sərgisi keçirilib.

2001-ci ilin noyabrında Şamaxı, Ağsu, İsmayıllı rayonları xalq sənətkarlarının əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgi İçəri-şəhərdəki "Miniatür" mərkəzində keçirilmiş, 40 nəfərdən artıq sənətkarın əsərləri nümayiş olunmuşdur.

2002-ci ildə "küçə uşaqları" üçün sosial-psixoloji reabilitasiya proqramına başlanmışdır.

Mərkəz həmçinin qadınların hüquqi informasiya və hüquq məsləhətlərinə olan ehtiyaclarına qismən kömək məqsədilə müxtəlif layihələr hazırlayıb həyata keçirir. Hüquq maarifçiliyinə aid treninqlər keçirilir, hüquqi məsləhətlər və informasiya verilir.

 

Ünvan: Ə.Ələkbərov küç. 14 B. Bakı, AZ1073, Azərbaycan. Tel: (99412) 4398326; (99450) 3322618. E-mail: womenmworld@hotmail.com

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb