Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AZƏRBAYCAN ZİYALI QADINLAR BİRLİYİ


 

Sevil Akif qızı Məmmədli. 1957-ci ildə Ermənistanın Zəngibasar bölgəsində anadan olub. 1973-cü ildə orta məktəbi bitirib. 1975-ci ildə ADU-nun biologiya fakültəsinə daxil olub. 1985-ci ildə Xətai rayon təhsil şöbəsində böyük mühasib, sonra təhsil işçiləri həmkarlar təşkilatının sədr müavini vəzifələrində çalışıb. 1987-ci ildə EA-nın Genetika və Seleksiya İnstitutunun dissertantı olmuş, 1995-ci ildə müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Hazırda MEA Genetika və Seleksiya institutunun elmi işçisidir.

"Ziyalı qadınlar" Birliyi 1994-cü ilin iyunundan fəaliyyət göstərir. Həmin ilin dekabrında qeydiyyatdan keçib. Birliyin əsas məqsədi Azərbaycan qadınına dövlət səviyyəsində layiqli qiymətin verilməsi, onların hüquq və azadlıqlarının, imtiyaz və qanuni mənafelərinin həyata keçirilməsi, sosial müdafiəyə ehtiyacı olan ailələrin maddi, mənəvi, fiziki tələbatlarının bütün səviyyə və sahələrdə təmin olunmasına çalışmaqdır.

AZQB qadınların, eləcə də bütün vətəndaşların Azərbaycanın müstəqil, demokratik, hüquqi dövlət kimi inkişaf etməsində, respublika iqtisadiyyatının, təhsilin, səhiyyənin inkişafında iştirakının təmin olunmasını başlıca vəzifələrdən biri hesab edir.

Birlik kütləvi informasiya vasitələrindən istifadə edərək öz məqsəd və fəaliyyəti barədə məlumat yayır, elmi konfranslar, diskussiyalar, müzakirələr təşkil edir və burada iştirak edir.

Qadınların hüquq və imtiyazlarını onlara izah edir. Bacarıq və qabiliyyətlərinin üzə çıxarılmasına çalışır. Respublikada və dünyada qadınların sosial müdafiəsini öz fəaliyyət proqramına çevirmiş təşkilatlarla sıx əməkdaşlıq edir, informasiya mübadiləsi keçirir, beynəlxalq tədbirlərdə iştirak edir. AZQB aşağıdakı tədbirləri həyata keçirmişdir:

Respublika Ziyalı Qadınlar Birliyi öz Nizamnaməsinə uyğun olaraq həftədə bir dəfə idarə heyətinin iclasını keçirir. İclasda ölkəmizdə baş vermiş ictimai-siyasi hadisələrə münasibət bildirilir, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar gedən proseslərdə xarici dövlətlərin və təşkilatların mövqeyinə Birlik üzvlərinin münasibəti müzakirə olunaraq bəyanatlar hazırlanır və həmin ölkələrin qeyri-hökumət təşkilatlarına, həm də ölkəmizdə fəaliyyət göstərən bütün xarici şirkətlərə göndərilir. Ziyalı Qadınlar müxtəlif ölkələrin qeyri-hökumət təşkilatlarının respublikamızda fəaliyyət göstərən nümayəndəliklərinin tədbirlərində iştirak edir, müzakirə olunan məsələlərə təşkilatın mövqeyini bildirir.

Birliyin üzvləri aktual problemlərin müzakirəsini təşkil edir, qadınların bu müzakirələrdə iştirakını təmin edir.

Respublika qadınlarının siyasi səviyyəsini artırmağa yönəldilmiş söhbətlər aparılır, diskussiyalar təşkil edilir.

Qadınların seçkilərdə fəal iştirakını təmin etmək üçün əlavə tədbirlər keçirilir, fərdi söhbətlər aparılır.

AZQB xarici ölkələrin qeyri-hökumət təşkilatları ilə daim əlaqə saxlayır, məktublar göndərir, onlardan alınan məktubları idarə heyətində müzakirə edərək cavablandırır.

Birliyə kömək məqsədilə müraciət edən qadınları, uşaqları, qocaları dinləyir, məsləhətlər verilir, mənəvi kömək göstərilir.

 

Ünvan: Şıxlinski küç. 59, m. 191. Bakı, AZ1000, Azərbaycan. Tel./faks: (99412) 4668806. E-mail: sevdamemmedli@mail.ru

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb