Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AZƏRBAYCAN QADIN-MENECERLƏR ASSOSİASİYASI


Zamanova Gülnarə Qəzənfər qızı. 1965-ci ilin oktyabrında Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1989-cu ildə universiteti bitirərək "Moryak Kaspiya" qəzetində çalışıb. 1993-1997-ci illərdə "Xəbər-servis", 1997-2000-ci illərdə "Trend" agentliyində menecer işləyib. 2002-ci ildən "Turan" informasiya agentliyinin işçisidir.

"Qadın-Menecerlər" Assosiasiyası 2002-ci ilin aprelində qeydiyyatdan keçib. Assosiasiyaya bizneslə məşğul olan və işi müəyyən dərəcədə kütləvi informasiya vasitələri ilə bağlı olan qadınlar daxildirlər. Assosiasiya biznesini açmaq istəyən qadınlara yardım göstərmək, hakimiyyət strukturlarında onların mənafelərini müdafiə etmək, qadın potensialının inkişafı üçün şərait yaratmaq məqsədi daşıyır. O, həmçinin qadınların ixtisas artımına, regionun və uzaq xaricin sahibkar qadınları ilə əlaqəsinin genişlənməsinə, qadın hüquqlarının qorunmasına xidmət edir. Assosiasiya qeyri-hökumət qadın və digər təşkilatlara informasiya dəstəyi göstərir.

Assosiasiyanın həyata keçirdiyi ilk layihə Britaniya humanitar təşkilatı olan OXFAM-ın maliyyə yardımı ilə "Qadınlar üzərində zorakılığın azaldılmasına yönəldilmiş qabaqlayıcı tədbirlərin gücləndirilməsi" oldu. Layihənin həyata keçirilməsinə 2001-ci il mayın 7-dən başlandı. Layihə dövlət, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin diqqətini qadınlara qarşı zorakılıq məsələlərinə yönəltməyi qarşısına məqsəd qoymuşdu. Layihə çərçivəsində Bakıda dövlət strukturu nümayəndələri, hüquq mühafizəçiləri, jurnalistlər, pedaqoqlar, tələbələr üçün seminarlar keçirilmişdir. Həmçinin Qubada, Xaçmazda, Qusarda, Qazaxda, Bərdədə, Göranboyda, Ağdamda, Tərtərdə, Lənkəran, Astara, Masallı, Lerik, Gəncə və Azərbaycanın digər rayonlarında qeyri-hökumət təşkilatları, icra hakimiyyətləri, lider qadınlar üçün seminarlar keçirilmişdir. Seminar dinləyiciləri arasından trenerlər seçilmiş və onların qüvvəsi ilə silsilə treninqlər təşkil edilmişdir. Bu işin monitorinqi keçirilmiş, seminar-treninq iştirakçıları qadınlar üzərində zorakılığın bütün formaları barədə məlumatlandırılmış, qadın hüquqları, beynəlxalq konvensiyalar, hərəkatın Pekin platforması barədə - bir sözlə, qadın diskriminasiyası və qadın hüquqlarının müdafiəsi barədə geniş məlumat alınmışdır.

Layihə çərçivəsində xüsusi sosioloji sorğu aparılmışdır. Sorğuda əhalinin müxtəlif təbəqələrindən olan 357 nəfər iştirak etmişdir.

Sorğunun nəticələrinə iyğun olaraq qadınların sosial müdafiəsini təşkil etməsi, cinayət-prosesual qanunvericiliyi təkmilləşdirməli olan dövlət orqanları üçün təkliflər işlənib-hazırlanmışdır. Həmçinin Assosiasiyanın hüquqşünasları Azərbaycan əmək, cinayət, təhsil qanunvericiliyini təhlil etmiş, onların təkmilləşməsi üzrə təkliflər irəli sürmüşlər. Təkliflər Milli Məclisə, DİN-ə təqdim edilmiş və bəyənilmişdir.

Ali və orta təhsil sisteminə gender problemi və qadın hüquqlarının müdafiəsinin əsaslarının daxil edilməsi təklif olunmuşdur.

Qadına qarşı yönəldilmiş zorakılıq probleminə dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin diqqətini daha çox cəlb etmək üçün jurnalistlər arasında bu mövzuya həsr olunmuş müsabiqələr, fotomüsabiqələr keçirilmişdir. Müsabiqədə qalib gəlmiş fotolar əsasında "Zorakılıqdan uzaq həyat - bizim buna hüququmuz var" mövzulu plakatlar buraxılmışdır.

2001-ci ilin dekabrında "Qala" bədii qalereyasında fotosərgi təşkil edilmişdir.

Azərbaycan KİV-də qadınlar üzərində zorakılıq və ondan müdafiə yolları barədə silsilə yazılar dərc olunmuş, VVS radioşirkəti efirə bu mövzuda 6 radioproqram buraxmış, SPACE telekanalı ilə "Bu bizik" tok-şousu keçirilmişdir.

Ünvan: Bakı, AZ1123, Məmmədov küç. 4, mənzil 30. Əlaqə telefonları: (99412) 4984027; 4474306, faks: (99412) 4983817; 4984027 E-Mail: root@turan3.baku.az

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb