Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Ə


 

ƏBDÜLVAHABOVA Sacidə Qafar qızı (d. 2.6.1947, Bakı) - fizika-riyaziyyat e.d. (1995). Azərb. Dövlət Un-tinin fizika fakültəsini bitirmişdir (1969). Azərb.-da nəzəri nüvə fizikası üzrə ilk professor qadındır. 1974 ildən Bakı Dövlət Un-tinin "Maddə quruluşu" kafedrasında işləyir. 60-a yaxın elmi məqaləsi nəzəri nüvə fizikası üzrə aparıcı beynəlxalq və respublika jurnallarında dərc olunmuşdur. Bir çox beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. Ali məktəblər üçün Azərbaycan dilində ilk "Nüvə fizikası" dərs vəsaitinin müəllifidir. "Qadın problemlərinin Tədqiqat Birliyi" qeyri-hökumət təşkilatının direktorudur.

 

 

 

ƏBİLOVA Güllü Əbil qızı (1924-1994). Tarix elmləri namizədi. Azərb. Dövlət Un-tini bitirmişdir (1949). 1961 ildən Respublika Siyasi Maarif Evinin müdiri, 1971 ildən Azərb. SSR Ali Soveti Rəyasət Heyətinin katibi işləmişdir. Azərb. SSR Ali Sovetinin (8-9-cu çağırış) deputatı olmuşdur.

 

 

 

ƏFƏNDİYEVA Fəridə Məmməd qızı (d. 6.2.1922, Bakı) - Azərb. nevropotoloqu, tibb e.d. (1969). Araşdırmaları püskürən palçıq vulkanlarının müalicəvi keyfiyyətinə həsr olunmuşdur. Azərb. Elmi-Tədqiqat Kurortologiya və Fiziki Üsullarla Müalicə İn-tunda elmi tibb-informasiya şöbəsinin müdiri işləmişdir (1973 ildən).

 

 

 

ƏFƏNDİYEVA Türkan Əşrəf qızı (d. 7.3.1929, Bakı) - Azərb. dilçisi. Filologiya e.d. (1973). 1962-76 illərdə Azərb. EA Nəsimi ad. Dilçilik in-tunda baş elmi işçi işləmişdir. 1976 ildən ADU-nün rus dili kafedrasının müdiridir. "Müasir Azərbaycan dilinin sintaksisinə dair tədqiqlər" (1963), "Azərbaycan bədii dilinin üslubiyyatı" (1971), "Müasir Azərbaycan dilinin qrammatikası" (rus dilində, 1971) və s. kollektiv monoqrafiyaların müəlliflərindəndir.

 

 

 

ƏHMƏDOVA Şəqibə İsmayıl qızı (d. 25.9.1925, Gəncə) - Azərb. parazitoloqu, baytarlıq e.d. (1965), prof. (1967). Moskva Zoobaytarlıq İn-tunu bitirmişdir (1948). 1952-70 illərdə Azərb. Kənd Təsərrüfatı İn-tunun dosenti, Səmərqənd Kooperativ İn-tunun dosenti, kafedra müdiri və elmi işlər üzrə prorektoru, 1970 ildən Azərb. Dövlət Un-tinin onurğasızlar zoologiyası kafedrasının prof. olmuşdur. Əsas tədqiqatı heyvan helmintlərinin morfoloji və bioloji xüsusiyyətlərinə xarici mühit amillərinin təsirinin və heyvanların  parazitar xəstəliklərinin öyrənilməsinə həsr edilmişdir.

 

 

 

ƏLƏKBƏROVA Nigar İbrahim qızı (d. 9.3.1956, Bakı) - fəlsəfə e.n. (1984). Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1979). Əmək fəaliyyətinə Azərb. Dövlət İncəsənət İn-tunda başlamış, 1992 ildən Bakı Sosial İdarəetmə və Politologiya İn-tunda aparıcı elmi işçi olmuşdur. Azərb. Resp. Milli Məclisinə (1-ci çağırış) deputat seçilmiş, Milli Məclisin Mədəniyyət məsələləri komissyiası sədrinin müavini olmuşdur. Gənc Filosoflar Beynəlxalq Assosiasiyası şurasının üzvüdür (1989). 2 monoqrafiyanın, 3 kitabın, 26-dan çox elmi, elmi-metodiki və publisistik məqalənin müəllifidir.

 

 

 

ƏLİBƏYOVA Əruziyyə Mustafa qızı (29.3.1914, Bakı) - Azərb. iqtisadçısı. İqtisad e.n. (1943), prof. (1967), əməkdar iqtisadçı (1964). Azərb. Xalq Təsərrüfatı İn-tunu bitirmişdir (1936). Həmin in-tutda müəllim (1936-51) işləmiş, in-tun sənaye iqtisadiyyatı kafedrasının müdiri (1947- 51), 1955 ildən Azərb. Neft və Kimya İn-tunda sənaye iqtisadiyyatı, istehsalın təşkili və planlaşdırılması kafedrasının müdiri olmuşdur. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

 

 

 

ƏLİYAROVA Zərifə Abbasquhı qızı (d. 3.7.1935, Naxçıvan) - fizika-riyaziyyat e.d. (1977). Azərb. SSR Dövlət mükafatı laureatı (1972). 1974 ildən Azərb. EA Fizika İn-tunda laboratoriya müdiri olmuşdur. Tədqiqatları yarımkeçirici cihazlar fizikası sahəsindədir. İxtiraları var.

 

 

 

ƏLİYEVA Dilarə Ələkbər qızı (14.12.1929, Tbilisi-19.4.1991, Qax, Bakıda dəfn edilmişdir) - Azərb. ədəbiyyatşünası, tərcüməçi, ictimai xadim. Filologiya e.d. (1984). Gürcüstan Respublikasının əməkdar mədəniyyət işçisi (1980). Azərb. SSR EA Nizami ad. Azərb. Ədəbiyyatı Muzeyində baş elmi işçi, qədim və orta əsrlər Azərb. ədəbiyyatı şöbəsinin müdiri (1959-72), Nizami ad. Ədəbiyyat İn-nun ədəbi əlaqədər şöbəsində baş elmi işçi (1972-87) işləmişdir. 1987 ildən həmin in-tutun aparıcı elmi işçisi idi. Tədqiqatları Azərb.-gürcü ədəbi əlaqələrinə həsr olunmuşdur. Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" poemasının Əhməd Cavad tərəfindən edilmiş tərcüməsini aşkara çıxarmış və nəşr etdirmiş (1978), "Koroğlu" eposunun 28 qoldan ibarət yeni versiyasını əldə etmiş və çapa hazırlamışdır. Gürcü ədəbiyyatından tərcümələr etmişdir. Azərb. SSR Ali Sovetinin (12-ci çağırış) deputatı olmuşdur. Azərb.-ın müstəqilliyi uğrunda mübarizədə, qadın hərəkatında fəal iştirak etmişdir.

 

 

 

ƏLİYEVA Elmira Mikayıl qızı (d. 26.10.1958, Bakı) - tibb e.d. (1997), prof. (1998). Azərb. Dövlət Tibb İn-tunu bitirmişdir (1981). 1981 ildən əmək fəaliyyətinə başlamış, 1989-90 illərdə Azərb. SSR Səhiyyə Nazirliyinin Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İn-tunda baş elmi işçi, 1990-98 illərdə Azərb. Dövlət Tibb Un-tinin III mama-ginekologiya kafedrasında assistent, 1998 ildən kafedranın prof.-u olmuş, 2002 ildən isə kafedranın müdiridir. 50-dək elmi məqalənin, 2 dərs vəsaitinin müəllifidir.

 

 

 

ƏLİYEVA İfrat Səlim qızı (d. 9.11.1939. Bakı) - Azərb. ədəbiyyatşünası. Filologiya e.d. (1988), prof. (1990). Azərb. Dövlət Un-nun (indiki BDU) filologiya fakültəsini bitirmişdir (1961). BDU-nun filologiya fakültəsinin dekan müavini (1979-93), un-tin qiyabi və axşam təhsili üzrə prorektoru olmuşdur. Çağdaş Azərb.əd-tına dair tədqiqatların, elmi məqalələrin müəllifidir.

 

 

 

ƏLİYEVA Mahirə Xasay qızı (d. 16.9.1936, Qubadlı r-nunun Qubadlı qəs.) - fizika-riyaziyyat e.d. (1991), prof. (1991). Azərb. Dövlət Un-tini bitirmişdir (1958). Həmin ildən Azərb. EA-nın Fizika in-tunda işə başlamış, 1967 ildən "Yarımkeçiricilər fizikası" laboratoriyasının baş elmi işçisi vəzifəsində çalışmışdır. Azərb.-da ilk dəfə A3B6 və A3B3C62 yarımkeçiricilərinin fotoelektrik, fotolüminessent, termostimullaşmış keçiricilik və s. xassələrini kompleks tədqiq etmiş, 1968 ildən "Yarımkeçiricilərdə qeyri-tarazlayıcı proseslərin tədqiqi" qrupuna rəhbərlik etmişdir. 1991 ildən Azərbaycan Dövlət Neft Akademiyasının fizika kafedrasının professorudur. 90-dan çox elmi məqalənin, 6 ixtiranın müəllifidir. Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir.

 

 

 

ƏLİYEVA Nəcibə Abbas qızı (d. 22.2.1927, Gəncə) - Azərb. virusoloqu. Baytarlıq e.d. (1974), prof. (1975). Baytarlıq virusologiyası sahəsində ilk azərb. qadın alim. 1963 ildən Azərb. Elmi-Tədqiqat Baytarlıq İn-tunda mikrobiologiya və virusologiya laboratoriyasınmın müdiri olmuşdur. Tədqiqatı buzovlarda tənəffüs yolu xəstəliklərinin, resp.-da qoyunların virus törədicili balasalma xəstəliklərinin öyrənilməsinə və ona qarşı mübarizə tədbirləri hazırlanmasına aiddir. Keçmiş SSRİ-də ilk dəfə olaraq xəstə buzovdan qaramala məxsus adenovirus ayırmış və Azərb.-ın müxtəlif təsərrüfatlarında qaramalın qan serumunda adenovirus 1, 2, 3 və paraqrip-3 viruslarının anticisimlərinin mövcud olmasını öyrənmişdir.

 

 

 

ƏLİYEVA Nurlana Müzəffər qızı (28.8.1946, Gəncə) - filologiya e.d. (2002). Azərb. Dövlət Un-tini bitirmişdir (1969). 1990 ildən Azərb. Dövlət Pedaqoji Kollecinin direktorudur. Elmi araşdırmaları müasir Azərbaycan nəsrinə aiddir. 100-dən çox elmi-publisistik məqalənin, bir neçə kitabın müəllifidir.

 

 

 

ƏLİYEVA Rəfiqə Əlirza qızı (d. 1932, Naxçıvan) - kimya e.d. (1998), prof. (1998), əməkdar elm xadimi (2000). Azərbaycan Dövlət Un-tinin kimya fakültəsini bitirmişdir (1956). Əmək fəaliyyətinə Un-tin kimya kafedrasında başlamış, oranın aspiranturasını bitirmiş (1960), dosent (1976) olmuşdur. BDU-nun analitik kimya kafedrasında yaradılmış "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" laboratoriyasının müdiridir. Tədqiqatları üzvi reaktivlər ilə elementlərin təyini üsullarına həsr edilmişdir. Elmi-pedaqoji fəaliyyəti 125 elmi əsərdə, o cümlədən 1 monoqrafiyada, dərs vəsaitində, metodik vəsaitdə, 12 patentdə öz əksini tapmışdır. Bir çox beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Amerika Biblioqrafik İn-tu tərəfindən "2001-ci ilin adamı" və "2001-ci ilin işgüzar qadını" seçilmişdir. Dünya Azərbaycan Qadınlar Birliyinin fəxri sədridir. Y.Məmmədəliyev ad. mükafatın laureatıdır (2000).

 

 

 

ƏLİYEVA Ruxsarə Həmdulla qızı (d. 3.7.1935, Bakı) - tibb e.d. (1992), prof. (1994). Azərb. Dövlət Tibb İn-tunu bitirmişdir (1959). Əmək fəaliyyətinə 1960 ildən başlamış, 1963-88 illərdə Azərb. Elmi-Tədqiqat Əmək Gigiyenası və Peşə Xəstəlikləri İn-tunda işləmişdir. Hazırda Azərb. Dövlət Tibb Un-tinin uşaq və yeniyetmələr gigiyenası, əmək gigiyenası kafedrasında prof. vəzifəsində çalışır. Bir monoqrafiyanın, 120 elmi məqalənin, tədris vəsaitinin, 5 metodik tövsiyənin, bir ixtiranın müəllifidir.

 

 

 

ƏLİYEVA Sevil Heydər qızı (d. 12.10.1955, Bakı) - Azərbaycan Respublikası "Sevil" qadınlar cəmiyyətinin sədri. Azərb. Dövlət Un-tinin şərqşünaslıq fakültəsini bitirmişdir (1977). Musiqi təhsili də almışdır. Tarix elmləri namizədidir (1981). 1981-86 illərdə SSRİ EA Şərqşünaslıq İn-tunun elmi əməkdaşı olmuşdur. 1986 ildən musiqi sahəsində fəaliyyətini davam etdirir.

 

 

 

ƏLİYEVA Tamara Abbas qızı (d. 1.1.1928, Mirbəşir r-nunun Bərgüşad k.) - - tibb e.d. (1964), prof. (1965). Torakal cərrahlıq sahəsində ilk azərbaycanlı cərrah qadın. Tədqiqatı, əsasən, ağ ciyər və tənəffüs borusunun salamat və yaman şişlərinə həsr olunmuşdur.

 

 

 

ƏLİYEVA Tamuris Nağı qızı ( d. 1928, Bakı) - filologiya e.d. (1984), prof. (1985). Azərb. Dövlət Un-tinin şərqşünaslıq fakültəsini (1951), Xarici Dillər İn-tunu (1953) bitirmişdir. Əmək fəaliyyətinə 1949 ildən ingilis dili müəlliməsi kimi başlamış, sonradan Azərb. Neft və Kimya İn-tunda rus dilini tədris etmişdir. 1965 ildən Azərb. Dövlət Pedaqoji Un-tində rus dili kafedrasının müdiri işləyir. 120-dən çox elmi əsərin müəllifi, ali məktəblər üçün rus dili dərsliyinin həmmüəllifidir. Rus Dili və Ədəbiyyatı Müəllimləri Beynəlxalq Assosiasiyasının üzvü (1979-92) olmuşdur. Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir.

 

 

 

ƏLİYEVA Zərifə Əziz qızı (28.4.1923, Nax. MR, Şahtaxtı k. -24.4.1985, Moskva; məzarı Bakıya - Fəxri Xiyabana köçürülmüşdür) - Azərb. oftalmoloqu, tibb e.d. (1976), prof. (1979). Azərb. SSR EA-nın həqiqi üzvü (1983), əməkdar elm xadimi. 1947 ildə N.Nərimanov ad. Azərb. Dövlət Tibb İn-tunu bitirdikdən sonra Azərb. Elmi-Tədqiqat Oftalmologiya İn-tunda elmi işçi, 1969 ildən Ə.Əliyev ad. Azərb. Həkimləri Təkmilləşdirmə İn-tunda göz xəstəlikləri kafedrasının dosenti, prof., görmə orqanının peşə patologiyasını öyrənən laboratoriyanın rəhbəri, 1982 ildən oftalmologiya kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, kimya və elektrotexnika istehsalı sahəsində çalışan işçilərin peşə ilə əlaqədar göz xəstəliklərinin öyrənilməsinə, profilaktika və müalicəsinə yönəlmişdir. Oftalmologiyanın müasir problemlərinə aid bir sıra elmi əsərin müəllifidir. Oftalmoloqların Ümumittifaq Elmi Cəmiyyəti idarə heyəti və Azərb. Oftalmologiya Cəmiyyəti idarə heyətinin üzvü idi. SSRİ EA-nın akad. M.İ.Averbax ad. mükafatını almış ilk qadın alimdir. Çoxsaylı elmi məqalələrin, 10 monoqrafiyanın, bir kəşfin və 12 səmərələşdirici təklifin müəllifidir.

 

 

 

ƏLİZADƏ Afina Cavad qızı (d.1930, Salyan) - filologiya e.d. (1998). Azərb. Dövlət Pedaqoji İn-tunu bitirmişdir (1953). 1955 ildən Azərb. EA Nizami ad. Dil və Ədəbiyyat İn-tunda laborant, kiçik elmi işçi işləmişdir. Hazırda Nəsimi ad. Dilçilik İn-tutunda aparıcı elmi işçidir. Azərb. dilçiliyində ilk dəfə olaraq ədəbi dilin aparıcı üslublarından biri olan elmi üslubu tarixi aspektdə tədqiq etmişdir. 90-dan artıq elmi məqalənin, iki kitabın müəllifi, bir sıra fundamental əsərlərin həmmüəllifidir.

 

 

 

ƏLİZADƏ Validə Mövsum qızı (d.31.1.1946, Bakı) - biologiya e.d. (1994). Azərb. Dövlət Un-tinin biologiya fakültəsini bitirmişdir (1968). 1972 ildən Azərb. EA Botanika İn-tunun kiçik elmi işçisi, 1980 ildən böyük elmi işçisi, 1990 ildən aparıcı elmi işçisi olmuş, 1996 ildən İn-tun elmi işlər üzrə direktor müavini və "Bitki fiziologiyası" şöbəsinin müdiridir. Tədqiqatları bitkilərin stresə qarşı davamlılığının hüceyrə və molekulyar mexanizmlərinin aydınlaşdırılması və tənziminə həsr olunmuşdur. 100-dən çox elmi əsərin, 2 ixtiranın və 1 monoqrafiyanın müəllifidir. Bir çox beynəlxalq konqres və konfranslarda məruzələrlə çıxış etmişdir. 1996 ildən Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya elmləri üzrə ekspert şurasının üzvüdür.

 

 

 

ƏSGƏROVA Roza Qasım qızı (d. 15.8.1929,  Naxçıvan) - biologiya e.d. (1977). 1956 ildən Azərb. EA-nın Botanika İn-tunda baş elmi işçi, 1988 ildən aparıcı elmi işçi olmuş, 1993 ildən "Ali bitkilərin sistematikası" şöbəsının müdiridir. Respb-da ilk dəfə müasir bitkilərin tozcuqlarının morfologiyası (polimorfologiya) və onun sistematikaya tətbiqi (polinosistematika) ilə məşğul olmuşdur. Çiçəkli bitkilərin sistematikasına aid 90-a qədər elmi əsərin və 1 monoqrafiyanın müəllifidir. "Azərbaycan florası çoxcildliyinin müəlliflərindəndir. Müxtəlif beynəlxalq konqreslərdə çıxış etmişdir.                                                                           

 

 

 

ƏSGƏROVA Sevda Məmmədqulu qızı (d. 1.10.1954, Bakı) - Azərb. musiqi tədqiqatçısı və pedaqoq. Pedaqoji e.d. (1994). Ü.Hacıbəyli ad. Azərb. Dövlət Konservatoriyasını (1978) bitirmişdir. 1978 ildən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir. 1994 ildən metodika və pedaqoji təcrübə kafedrasının prof. vəzifəsində işləyir. 1992 ildən Bakı Musiqi Akademiyasının ixtisasartırma fakültəsinin dekanıdır. Tədqiqatları müsiqi pedaqogikası və psixologiyası, musiqi tərbiyəsinin pedaqogikası, musiqi ifaçılığı prosesində kiçik yaşlı şagirdlərin yaradıcı təxəyyülünün formalaşdırılması, musiqi qabiliyyətlərinin psixologiyası, Azərb.-da musiqi müəlliminin professional hazırlığının elmi əsasları və s. məsələlərə həsr olunmuşdur. Musiqinin tədrisinə dair monoqrafiyaların, elmi məqalələrin, tədris vəsaitlərinin, proqramların müəllifidir.

 

 

 

ƏYYUBOVA Amaliya Abdulla qızı (26.3.1934, Qazax r-nunun Dağ Kəsəmən k.) - tibb e.d. (1981), prof. (1983), əməkdar elm xadimi (2000). 1963 ildən Azərb. Tibb Un-tində çalışır, 1989 ildən Uşaq xəstəlikləri kafedrasının müdiridir. Azərb.-da ilk dəfə olaraq allergiya xəstəliklərinin yayılması, onun strukturu, kliniki formalarının müalicəsi və profilaktikasını tədqiq etmişdir. 250-dək elmi əsərin, dərslik və monoqrafiyaların müəllifidir. Beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmişdir. Azərb. Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Cəmiyyətinin prezidentidir.

 

 

 

ƏZİZBƏYOVA Püstə Əzizağa qızı (29.12.1929, Bakı - 8.1.1998, Bakı) - Azərb. tarixçisi, tarix e.d. (1961), prof. (1962), Azərb. SSR EA-nın həqiqi üzvü (1989). 1955-61 illərdə Azərb. Tarixi Muzeyinin sovet dövrü şöbəsinin müdiri, 1961 ildən isə həmin muzeyin direktoru olmuşdur. Azərb. KP tarixinin və Azərb.-da sosializm quruculuğu tarixinin tədqiqatçılarındandır. Sovet Qadınları Komitəsinin (1968), Amerika Muzeyləri Assosiasiyasının (1964) üzvü olmuşdu. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

 

 

 

ƏZİZBƏYOVA Zibeydə Salam qızı (d.30.12.1915, Şamaxı-may, 1985, Bakı) - biologiya e.d. (1965). 1967 ildən Azərb. SSR EA  L.M. Komarov ad. Botanika İn-tunda bitkilərin duza davamlılığı laboratoriyasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, bitkilərin duza davamlılığının öyrənilməsinə həsr edilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb