Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


H


 

HACIYEVA Maarifə Hüseyn qızı (d. 1938, Gədəbəy r-nu) - filologiya e.d. (1990), prof. 1962 ildən əmək fəaliyyətinə başlamış, 1968 ildən Azərb. Xalq Təsərrüfatı İn-tunun Azərbaycan dili kafedrasında işləmiş, hazırda Azərb. İqtisad Un-tinin prof. vəzifəsində çalışır. 14 kitabın (dərslik və dərs vəsaiti, monoqrafiya, elmi-metodiki vəsait) və 150-yə yaxın elmi məqalənin müəllifidir. Beynəlxalq konqres və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

 

 

 

HACIYEVA Nina Alekseyevna (d. 1926, Mordva MSSR-in Saransk ş.) - bilologiya elmləri doktoru (1969), prof. (1980). Azərb. SSR Dövlət mükafatı laureatı (1972). M.V.Lomonosov ad. Moskva Dövlət Un-tini bitirmişdir (1950). 1960 ildən Azərb. SSR EA Fiziologiya İn-tunda laboratoriya müdiri işləmişdir. Tədqiqatı görmə və somatik-visseral analizatorlar sistemində afferent siqnalların formalaşma və tənzimlənmə mexanizmlərinin elektrofizioloji öyrənilməsinə və s. həsr edilmişdir. Beynəlxalq biofizika və fiziologiya konqreslərində çıxış etmişdir.

 

 

 

HACIYEVA Ninel Zeynal qızı (q. 4.12.1926, Baki) - filologiya e.d. (1970), prof. (1980). 1954-79 illərdə SSRİ EA Dilçilik İn-tunun baş elmi işçisi, 1979 ildən həmin in-tun müxtəlif ailələrə mənsub dillərin müqayisəli-genetik tədqiqi qrupunun rəhbəri olmuşdur. Azərb. dilinə, türk dillərinin sintaksisinə və müqayisəli-tarixi qrammatikasına, türkologiyanın nəzəri problemlərinə dair tədqiqatların müəllifidir. Beynəlxalq türkoloji konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

 

 

 

HACIYEVA Solmaz Adil qızı (d. 1930, Bakı) - Azərbaycan Sənaye İn-tunu bitirmişdir (1953). Əmək fəaliyyətinə 1953 ildən "Azneftgeofizika" trestində başlamış, 1958-60 illərdə Suraxanı Rayon Partiya Komitəsinin sənaye üzrə katibi, 1960-68 illərdə Suraxanı Rayon Partiya Komitəsinin birinci katibi, 1968-73 illərdə Bakı şəhər İcraiyyə Komitəsi təşkilat şöbəsinin müdiri, 1973-87 illərdə Bibiheybət NQÇİ rəisinin müavini, 1987-92 illərdə "Azneft" İB-də yardımçı kənd təsərrüfatı və xidmət şöbəsinin rəisi, 1992-94 illərdə baş mütəxəssis, ARDNŞ-də İcraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinin rəisi işləmiş, 2000 ildən ARDNŞ-nin birinci vitse-prezidentinin xarici işlər üzrə böyük referentidir. Azərb. SSR Ali Sovetinin ( ) deputatı olmuşdur. "Azərbaycanın neftçi qadınları" cəmiyyətinin sədridir (1994 ildən).

 

 

 

HAQVERDİYEVA Sofiya Həsən qızı (d. 1.8.1930, Bakı) - iqtisad e.d. (1984). Azərb. Dövlət Un-tini bitirmişdir (1954). Əmək fəaliyyətinə 1954 ildən müəllim kimi başlamış, 1954-58 illərdə Azərb. Dövlət Universitetində baş laborant, Azərb. SSR EA İqtisadiyyat İn-tunda 1958-65 illərdə kiçik elmi işçi, 1965-89 illərdə böyük elmi işçi, 1989-95 illərdə aparıcı elmi işçi işləmişdir. 1995 ildən AMEA İqtisadiyyat İn-tunda "Xarici iqtisadi əlaqələr" şöbəsinin baş elmi işçisidir. Tədqiqatı Azərb. Resp-nın dünya ölkələri ilə xarici iqtisadi əlaqələrinin öyrənilməsinə həsr edilmişdir.

 

 

 

HƏMZƏYEVA İzzət Əsədulla qızı (d. 15.1.1923, Bakı) - tibb e.d. (1968). 1960 ildən Azərb. Elmi-Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İn-tunda radiasiya, immunologiya və mikrobiologiya şöbəsinin müdüri işləmişdir. Tədqiqatı, əsasən, şüalanmanın bioloji təsirinə, habelə xroniki şüalanmanın orqanizmə təsirinə həsr edilmişdir.

 

 

 

HƏSƏNOVA Reyhaniyyə Ziya qızı (d.27.2.1942, Tatarıstan Resp., Qızıl Ordu r-nu) - texnika e.d. (1991). Kazan Kimya-Texnologiya İn-tutunu bitirmişdir (1963). Əmək fəaliyyətinə 1963-65 illərdə Sumqayıt sintetik kauçuk zavodunda başlamış, 1965-66 və 1970-72 illərdə Azərb. EA Y.Məmmədəliyev ad. Neft-Kimya Prosesləri İn-tutunda kiçik elmi işçi, 1966-69 illərdə həmin institutun aspirantı, 1970-72 illərdə kiçik elmi işçi, 1972-91 illərdə böyük elmi işçi olmuşdur. 1992 ildən institutun aparıcı elmi işçisidir. Tədqiqatları, əsasən, sintetik və yarımsintetik yağlar və qeyri-ənənəvi üsulla yağların alınmasını təmin edən texnologiyanın işlənib hazırlanmasına həsr edilmişdir. 115 elmi əsəri, o cümlədən 1 monoqrafiya, 24 müəllif şəhadətnaməsi və patenti vardır. Sürtkü yağlarına dair beynəlxalq simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir.

 

 

 

HÜSEYNOVA Azadə Cəbrayıl qızı (d. 2.1.1937, Bakı) - texnika e.d. (1980), prof. (1981). Azərbaycan Sənaye İns-tutu bitirmişdir (1959). AMEA Neft-Kimya Prosesləri İn-tunda laboratoriya müdiridir. Elmi fəaliyyəti neft kimyasının və neft emalının tullantısız texnoloji proseslərinin elmi əsaslarının işlənməsinə, müxtəlif növ neft xammalından olefin karbohidrogenlərin və yüksəkoktanlı etilləşməmiş Aİ-93 benzininin alınmasına, ağır neft xammalını emal etmək üçün yeni texnoloji sistem və katalizatorların yaradılmasına yönəlmişdir. 188 elmi əsərin, o cümlədən 15 ixtiranın və patentin müəllifidir.

 

 

 

HÜSEYNOVA Dilarə Əşrəf qızı (d. 22.8.1941, Bakı) - fizika-riyaziyyat e.d. (1992). Azərbaycan Dövlət Un-tini bitirmişdir (1963). Əmək fəaliyyətinə 1963 ildən Azərb. EA Fizika İn-tunda başlamış, 1993 ildən həmin in-tun aparıcı elmi işçisidir. 70-dən çox elmi məqalənin müəllifidir. Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Haqqında "XX əsrin görkəmli şəxsiyyətləri", "XX əsrdə kim kimdir" bioqrafik ensiklopediyalarında məlumatlar verilmişdir.

 

 

 

HÜSEYNOVA Dina Sadıq qızı (4.11.1928, Şamaxı-16.8.1998, Bakı)- tarix e.d. (1993). Azərbaycan Dövlət Un-tini bitirmişdir (1952). Əmək fəaliyyətinə 1952 ildən Azərb. SSR Baş Arxiv İdarəsində başlamış, 1961- 1998 illərdə AMEA Tarix İn-tunda kiçik elmi işçi, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmişdir. Tədqiqatları XIX sonu-XX əsrin əvvəllərində Xəzər gəmiçiliyinin tarixinə, Azərb. ziyalılarının formalaşması və fəaliyyətinin araşdırılmasına həsr olunmuşdur. Çoxcildli "Azərbaycan tarixi"nin IV və V cildlərinin hazırlanmasında iştirak etmişdir. "Azərbaycan ziyalıları (XIX əsrin sonu-XX əsrin əvvəllərində)" və "Əlibəy Hüseynzadə" monoqrafiyalarının müəllifidir.

 

 

 

HÜSEYNOVA Eleonora Məcid qızı (d. 25.7.1947, Bakı) - Azərbaycan Respublikasının Fransa Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri (1994 ildən). Azərb. Dövlət Xarici Dillər İn-tunu bitirmişdir (1970). Filologiya elmləri namizədidir.

 

 

 

HÜSEYNOVA Hicran Kamran qızı (d. 13.8.1955, Bakı) - siyasi elmlər doktoru (2001). Azərb.-da siyasi elmlər doktoru adını almış ilk qadın. Azərb. Dövlət Un-tini bitirmişdir (1977). Əmək fəaliyyətinə 1977 ildən orta məktəb müəllimi kimi başlamış, 1988 ildə BDU-nun "siyasi tarix" kafedrasında, 1992 ildə Beynəlxalq münasibətlər kafedrasında baş müəllim olmuş, 1993 ildən dosentidir. 1999 ildən Azərb. Resp. Qadın Problemləri üzrə Dövlət Komitəsinin "Beynəlxalq əlaqələr və informasiya" şöbəsinin müdiri, 2000 ildən BDU-nun beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin elmi işlər üzrə dekan müavinidir. Tədqiqatları müasir beynəlxalq münasibətlər, beynəlxalq münasibətlərdə lobbizm, müasir inteqrasiya prosesləri mövzularına həsr olunmuşdur. 20-dən çox elmi əsərin, bir sıra metodiki vəsaitin müəllifidir.

 

 

 

HÜSEYNOVA Lətifə Müseyib qızı (d. 19.12.1925, Bakı) - tibb e.d. (1969), prof. (1970). Azərb. Dövlət Tibb İn-tunu bitirmişdir (1949). 1949-53 illərdə in-tutun hospital pediatriya kafedrasında kliniki ordinator, 1953-60 illərdə laborant, 1960-1968 illərdə assistent, 1968-70 illərdə dosent, 1970 ildə prof., 1970-87 illərdə 3-cü uşaq xəstəlikləri kafedrasının müdiri olmuş, 1987 ildən isə müalicə-profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasında prof. vəzifəsində işləyir. Tədqiqatı uşaq orqanizminin normal və patologiyasında yaş xüsusiyyətlərinə aiddir. 170-dək elmi məqalənin, o cümlədən dərs vəsaitlərinin, metodik tövsiyələrin müəllifidir.

 

 

 

HÜSEYNOVA Nərgiz Mirbağır qızı (d. 1.6.1944, Bakı) -  tibb e.d. (1990), prof. (1993). Azərb. Dövlət Tibb İn-tutunu bitirmişdir (1967). 1967 ildən Caparidze ad. şəhər kliniki xəstəxanasının uşaq şöbəsində həkim-ordinator, 1976-1989 illərdə Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İn-tunda baş elmi işçi işləmişdir. 105-dən artıq elmi işin, o cümlədən 1 dərslik, 1 məlumat kitabı, 1 testlər kitabı, 3 metodiki göstəriş, 12 səmərələşdirici təklifin müəllifidir.

 

 

 

HÜSEYNOVA Nəsibə Ağaismayıl qızı. (d. 25.1.1926, Bakı) - tibb e.d. (1969), prof. (1970), əməkdar həkim (1990). Azərb. Dövlət Tibb İn-tutuna daxil olmuş (1943), Moskvadakı N.İ. Piroqov ad. II-ci Tibb İn-tutunu bitirmişdir (19^8). 1948 ildən Azərb. Dövlət Tibb İn-tutunun uşaq xəstəliklərinin propedevtikası kafedrasının kliniki ordinatoru, 1950-51 illərdə Laçın ş.-dəki qadın və uşaq məsləhətxanasının müdiri, 1955-59 illərdə Ana və Uşaqların Mühafizəsi Elmi-Tədqiqat İn-tunda baş elmi işçi, şöbə müdiri, 1959 ildən ATİ-nin hospital pediatriya kafedrasının dosenti, 1969 ildən həmin kafedranın prof., 1970-92 illərdə ATİ-nin müalicə-profilaktika fakültəsinin uşaq xəstəlikləri kafedrasının müdiri olmuş, 1992 ildən həmin kafedranın prof. vəzifəsində işləyir. 1971-76 illərdə Bakı ş.-nin baş pediatrı, 1976 ildən Azərb. Resp. Səhiyyə nazirliyinin baş uşaq qastroenteroloqudur. Tədqiqatı uşaqların qidalanması məsələlərinə aiddir. 200-dən artıq elmi məqalənin və metodiki tövsiyələrin müəllifidir.

 

 

 

HÜSEYNOVA Tamara Hacıbaba qızı (d. 14.12.1937, Quba) - tibb e.d. (1975), prof. (1982). Stomatologiya sahəsində azərb.-lı qadınlar arasında ilk tibb e. d. Azərb. Dövlət Tibb İn-tunu bitirmişdir (1960). 1976 ildən Ə.Əliyev ad. Azərb. Dövlət Həkimləri Təkmilləşdirmə İn-tunun prorektoru, 1981 ildən N.Nərimanov ad. Azərb. Dövlət Tibb İn-tunun cərrahi stomatologiya kafedrasının müdiri olmuş, 1985 ildən stomatologiya kafedrasının müdiri, kafedranın prof. vəzifəsində işləyir. Tədqiqatı, əsasən, Azərb.-ın qədim sakinlərinin diş-çənə sisteminin və üz-çənə nahiyəsinin odontogen iltihabı proseslərinə həsr olunmuşdur. Beynəlxalq konqreslərdə elmi məruzələrlə çıxış etmişdir. 167 elmi işin müəllifidir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb