Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İ


 

İBRAHİMLİ Fikriyyə İbrahim qızı (d. 15.6.1955, Naxçıvan) - tibb e.d. (1993). Azərb. Dövlət Tibb Un-tini bitirmişdir (1978). Əmək fəaliyyətinə 1978 ildən 1 №-li Bakı şəhər kliniki xəstəxanasında başlamış, Azərb. Dövlət Tibb İn-tunun mərkəzi elmi-tədqiqat laboratoriyasında həkim-laborant (1982-83), kiçik elmi işçi (1983-88) olmuşdur. 1988 ildən şöbə müdiridir. O, həmçinin Azərbaycan Tibb Un-tində kliniki farmakologiya kafedrasının prof.-dur (1996 ildən). Tədqiqatı patoloji fiziologiya və daxili xəstəliklər sahəsinə aiddir.

 

 

 

İBRAHİMOVA Bilqeyis İsmayıl qızı (9.7.1917, Çita vil.-nin Ust-Karsk k.-9.7.1981, Bakı) - tibb e.d., prof. (1970). Azərb. Dövlət Tibb İn-tunun II fakultativ terapiya kafedrasının müdiri işləmişdir (1970 ildən). Tədqiqatı mədə-bağırsaq xəstəliklərinə, əsasən, mədə xorası məsələlərinə həsr olunmuşdur.

 

 

 

İBRAHİMOVA Münəvvər Cəfər qızı (d.5.5.1946, Quba r-nunun Xucbala k.) - kimya e.d. (2000). Azərb. Dövlət Un-tinin kimya fakültəsini bitirmişdir. AMEA Neft-Kimya Prosesləri İn-tunda baş laborant, kiçik elmi işçi (1974-85) işləmiş, 1985 ildən in-tun baş elmi işçisidir. Tədqiqatı reaksiyaya qabil oliqomerlərin, o cümlədən doymamış oliqoefirlərin müxtəlif katalitik sistemlərin iştirakı ilə sintezi, kimyəvi çevrilmələri, alınan məhsulların fiziki-mexaniki xassələrinin öyrənilməsi sahəsinə aiddir. 65 elmi əsəri, o cümlədən 1 patent və 12 müəlliflik şəhadətnaməsi vardır.

 

 

 

İMAMƏLİYEVA Gülzar Manaf qızı (5.12.1907, Qroznı ş.-1997) - tibb e.d. (1966), prof. (1967). Cənubi Qafqazda brusellyoz xəstəliyini öyrənən ilk azərb. qadın alim. Azərb. Dövlət Tibb İn-tunun infeksion xəstəliklər kafedrasının müdiri (1973 ildən) işləmişdir. Tədqiqatı, əsasən, brusellyoz xəstəliyinin və endemik qayıdan yatalağın müalicəsi və profilaktikasına həsr olunmuşdur. 113-dən çox elmi işin, o cümlədən 2 monoqrafiyanın müəllifidir.

 

 

 

İMANQULİYEVA Aida Nəsir qızı (10.10.1939, Bakı - 19.9.1992, Bakı) - filologiya e.d. (1988), prof, (1991). Azərb. EA Şərqşünaslıq İn-tunda baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri (1976-88), həmin in-tun direktor müavini və direktoru (1988-1992) işləmişdir. Müasir ərəb əd-tının tarixi və nəzəri problemlərinə, görkəmli nümayəndələrinin həyat və yaradıcılığına, ərəb - Qərbi Avropa, rus, habelə Azərb. ədəbi əlaqələrinə dair tədqiqatların müəllifidir. Bir sıra beynəlxalq elmi məclislərdə iştirak etmişdir.

 

 

 

İSGƏNDƏRZADƏ Zərifə Əlirza qızı (d. 22.7.1935, Bakı) - fizika-riyaziyyat e.d. (1973), prof. (1982). M.V.Lomonosov ad. Moskva Dövlət Un-tini bitirmişdir (1959). 1959-80 illərdə Azərb. EA-nın Fizika İn-tunda işləmiş (1970 ildən laboratoriya müdiri), 1980 ildən Azərb. Texniki Un-tinin Yarımkeçiricilər və dielektriklər kafedrasının, 1991 ildən Mikroelektronika və tətbiqi fizika kafedrasının müdiri, 1995-2000 illərdə un-tin elm və texnika üzrə prorektoru işləmiş, 2000 ildən Elektronika kafedrasının müdiridir. Tədqiqatları yarımkeçirici cihazlar fizikası, bərk cisim elektronikası, mikroelektronikanın fiziki əsasları və s. sahəsindədir.

 

 

 

İSMAYILOVA Zəkiyyə Cəbrayıl qızı (d. 12.8.1941, Tovuz ş.) - biologiya e. d. (1991), prof. (1992). Farmakologiya sahəsində ilk azərbaycanlı qadın e.d. və prof. Leninqrad Kimya-Əczaçılıq İn-tunu bitirmişdir (1964). Leninqrad Un-tinin hərbi kafedrasında (1965-66), Leninqrad Kimya-Əczaçılıq İn-tunun farmakologiya kafedrasında (1966-67) pedaqoji fəaliyyət göstərmiş, 1967 ildən Azərb. Tibb Un-tinin farmakologiya kafedrasınmda assistent (1967-70), baş müəllim (1970-77), dosent 1977-91), 1991-94 illərdə kafedra müdiri işləmiş, 1994 ildən həmin kafedranın professorudur. Beynəlxalq elmi konfrans və konqreslərdə məruzələrlə çıxış etmişdir. 120-dən artıq elmi əsərin və 5 ixtiranın müəllifidir.

 

 

 

İSMAYILZADƏ Şəfiqə İsa qızı (d. 12.10. 1918, Gəncə) - tibb e.d. (1952). Azərb. Elmi-Tədqiqat Oftalmologiya İn-tunda göz zədələnmələri və onların profilaktikası şöbəsinin müdiri (1958 ildən) işləmişdir. Tədqiqatı, əsasən, göz zədələnmələrinin mikrocərrahlığı, müalicəsi və profilaktikasına həsr olunmuşdur.

 

 

 

İSRAFİLBƏYLİ Solmaz Hüseyn qızı (d. 13.3.1928, Bakı) - tibb e.d. (1974), prof. (1979), əməkdar elm xadimi (1987). Azərb. Dövlət Tibb İn-tunu bitirmişdir (1949). 1968 ildən Ə.Əliyev ad. Azərb. Həkimləri Təkmilləşdirmə İn-tunun mama-ginekologiya kafedrasının müdiridir. 1982-89 illərdə Azərb. Resp. Baş ginekoloqu, 1974 ildən Resp. Mama-Ginekoloqlar cəmiyyətinin sədri olmuşdur. 165 elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir. Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

 

 

İSRAFİLOVA Nelufər Möhsün qızı (4.10.1926, Bakı-31.1.1996, Bakı) - tibb e.d. (1969), prof. (1971). Ə.Əliyev ad. Azərb. Həkimləri Təkmilləşdirmə İn-tunda pediatriya kafedrasının müdiri (1969 ildən) işləmişdir. Tədqiqatı, əsasən, uşaqlarda mitral qüsurlara, böyrək xəstəliklərinə və s. həsr olunmuşdur.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb