Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


N


 

NAĞIYEVA Elmira Əli qızı (d. 25.1.1946, Bakı) - texnika e. d. (2001). Azərb. Dövlət Un-tini bitirmişdir (1971). Əmək fəaliyyətinə 1966 ildən Azərb. EA Aşqarlar Kimyası İn-tunda başlamış, texnik, böyük texnik, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində işləmişdir. 2001 ildən həmin in-tun aparıcı elmi işçisidir. Tədqiqatı mineral və sintetik yağlara əlavə olunan aşqarların sintezinə həsr olunmuşdur. 80 elmi əsərin, o cümlədən 30 ixtiranın müəllifidir.

 

 

 

NAMAZOVA Adilə Əvəz qızı (d. 9.9.1926, Ağdam r-nunun Seyidli k.) - Azərb. pediatrı, kardioloq. Tibb e.d. (1965), prof. (1966), SSRİ Tibb EA-nın m. üzvü (1971), əməkdar elm xadimi (1981), Azərb. EA-nın həqiqi üzvü (1983), Rusiya Federasiyası Tibb EA-nın həqiqi üzvü (1993), Azərb. SSR Dövlət mükafatı laureatı (1982). Azərb. Dövlət Tibb İn-tunu bitirmişdir (1949). 1965 ildən Azərb. Tibb İn-tunun pediatriya kafedrasının müdiridir. Tədqiqatı, əsasən, uşaqlarda revmatizm və ürək-damar xəstəliklərinə həsr olunmuşdur. Azərb.-da pediatriya elmi məktəbinin yaradıcısıdır. 300 elmi əsərin, 8 monoqrafiya və dərsliyin, 5 ixtiranın müəllifidir. Azərb. Pediatrlar Cəmiyyətinin sədridir (1967 ildən). Azərb. Resp. Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, Türkdilli Ölkələrin Pediatrlar Cəmiyyətinin vitse-prezidentidir. SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı olmuşdur. Azərb-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

 

 

NEMƏTOVA Məşədixanım Sədulla qızı (d. 5.1.1924, Bakı) - tarix e.d. (1969), Azərb. MEA-nın müxbir üzvü (2001). ADU-nun şərqşünaslıq fakültəsini bitirmişdir (1948). Əmək fəaliyyətinə 1953 ildən Azərb. SSR EA Tarix İn-tunda başlamışdır (1971 ildən epiqrafika qrupunun rəhbəridir). 1993 ildən Arxeologiya İn-unda eyniadlı qrupun rəhbəridir. Azərb.-ın orta əsrlər epiqrafik abidələrini tədqiq edir. Ermənistan, Gürcüstan və Dağıstan ərazilərindəki müsəlman kitabələri haqqında da tədqiqatları var. 300-dən artıq elmi əsərin, o cümlədən 12 monoqrafiyanın müəllifidir.

 

 

 

NƏSİROVA Tamilla Hilal qızı (d. 20.10.1936, Salyan r-nunun Navahi k.) - fizika-riyaziyyat e. d. (1994), prof. Azərb-ın ilk riyaziyyatçı qadın elmlər doktoru. Azərb. Dövlət Un-tini bitirmişdir (1958). 1958-80 illərdə Azərb. EA-nın Kibernetika İn-tunda kiçik elmi işçi, baş elmi işçi işləmişdir. Hazırda Bakı Dövlət Un-tinin professorudur. Tədqiqatı yarımmarkov təsadüfi proseslər nəzəriyyəsinə həsr olunmuşdur. 55-ə qədər elmi işin, 2 monoqrafiya və dərsliyin müəllifidir.

 

 

 

NƏSRULLAYEVA Həcər Məhəmməd qızı (d. 12.5.1924, Bakı) - tibb e. d. (1968), prof. (1993), əməkdar elm xadimi (2000). Azərb. Dövlət Tibb İn-tunu bitirmişdir (1946). 1958 ildən Azərb. Elmi-Tədqiqat Göz Xəstəlikləri İn-tunda elmi işçi, böyük elmi işçi, terapevtik şöbənin müdiri vəzifələrində işləmiş, 1995 ildən in-tun elmi işlər üzrə direktor müavinidir. Tədqiqatı gözün sinir-damar aparatının müxtəlif mənşəli patologiyasına həsr olunmuşdur. 300-dən artıq elmi əsərin, 3 monoqrafiyanın, 8 metodiki tövsiyənin, 4 müəlliflik şəhadətnaməsinin, 36 səmərələşdirici təklifin müəllifidir. Azərb. SSR Ali Sovetinin (8-ci və 9-cu çağırış) deputatı, Ali Sovetin Səhiyyə və ictimai təminat komissiyasının sədr müavini olmuşdur. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

 

 

 

NƏZƏRLİ Saraxanım Hüseyn qızı (20.9.1903, Stavropol ş. - 19.2.1966, Bakı) - tibb e.d. (1958), prof. (1960), Ə.Əliyev ad. Azərb. Həkimləri Təkmilləşdirmə İn-tunun akuşer-ginekologiya kafedrasında prof. işləmişdir. Tədqiqatı neft sənayesində və kənd təsərrüfatında çalışan qadınlarda ginekoloji xəstəliklərin öyrənilməsinə, hamiləlik toksikozlarının müalicəsinə həsr olunmuşdur.

 

 

 

NƏZƏROVA Balacaxanım Teymur qızı (d. 25.2.1917, Bakı) - coğrafiya e.d. (1977), prof. (2000), əməkdar elm xadimi (1990). 1950-58 illərdə Azərb. SSR Kənd təsərrüfatı nazirliyində elmi işlər üzrə idarə rəisi, 1958-64 illərdə Azərb. SSR EA nəzdində məhsuldar qüvvələrin öyrənilməsi şurasının baş elmi işçisi işləmişdir. 1964 ildən Azərb. SSR EA Coğrafiya İn-tunda iqtisadi coğrafiya şöbəsində çalışır (1967 ildən həmin şöbənin müdiridir). Əsas tədqiqatları k.t. coğrafiyası, məhsuldar qüvvələrin coğrafi yerləşdirilməsi və ərazi-istehsal komplekslərinin formalaşması məsələlərinə həsr edilmişdir. "Azərb. SSR-in iqtisadi xəritəsi"ni (1977) və "Azərb. SSR-in k.t. xəritəsi"ni (1978) tərtib etmişdir. "Azərb. SSR atlası"nda (1979) 38 iqtisadi xəritənin, 220 elmi işin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.

 

 

 

NİZAMƏTDİNOVA Minirə Ənvər qızı (d. 1931, Səmərqənd ş.) - fizika-riyaziyyat e. d. (1984). prof. (1986). Orta Asiya Un-tini bitirmişdir. 1964-67 illərdə Azərb. EA Fizika İn-tunda, 1967 ildən Azərb. Dövlət Politexnik İn-tunda işləmış, 1986 ildən Memarlıq və İnşaat Mühəndisləri İn-tunun fizika kafedrasının professorudur. Tədqiqatı zəncirvarı strukturlu müəyyən qrup yarımkeçiricilərin optik xassələrinin öyrənilməsinə həsr edilmişdir. 70-dən artıq elmi əsərin, dərs vəsaitinin müəllifidir.

 

 

 

NOVRUZOVA Zivər Ələkbər qızı (29.10.1914, İrəvan-22.10.95, Bakı) - biologiya e. d. (1965). 1949-73 illərdə Azərb. SSR EA V.L.Komarov ad. Botanika İn-tunda elmi katib, baş elmi işçi işləmiş, 1973 ildən həmin İn-tda laboratoriya müdiri olmuşdur. Tədqiqatı xarici mühit və floranın tarixi ilə əlaqədar bitkilərin ekoloji anatomiyasına aiddir. 100-ə qədər elmi əsərin, o cümlədən 5 monoqrafiyanın müəllifidir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb