Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


R


 

RAMAZANOVA Elmira Məmmədəmin qızı (d.2.10.1934, Bakı) - texnika e. d. (1975), prof. (1979), əməkdar elm xadimi (1990). Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvü (1995). Azərbaycan Dövlət Neft və Kimya İn-tunun prorektoru olmuşdur (1981-92). 1992 ildən ADNA nəzdində Neftin, Qazın Geotexniki Problemləri və Kimya Elmi-Tədqiqat İn-tunun direktorudur. Tədqiqatı, əsasən, qazların faza və həcmi nisbətlərinin hesablanması metodlarına həsr edilmişdir. 200-dən artıq elmi işlərin, o cümlədən 2 monoqrafiya, elmi-metodik vəsaitlər və 4 patentin müəllifidir.

 

 

 

RƏHİMOVA Şəfəq Əhməd qızı (d. 20.3.1956, Bakı) - tibb e. d. (1992). Azərb. Dövlət Tibb İn-tunu bitirmişdir (1979). 1979 ildən Azərb. EA Fiziologiya İn-tunda baş laborant işləmiş, reproduktiv funksiyaların neyroendokrinologiyası laboratoriyasının müdiri (1995-2000) olmuşdur. 2000 ildən Ümummilli Reproduktiv Sağlamlıq Sorğusu Proqramının direktorudur. Tədqiqatı reproduktiv sağlamlıq, qadın reproduktiv funksiyalarının endokrinologiyası sahəsinə həsr edilmişdir. 76 elmi əsərin, o cümlədən 1 monoqrafiyanın müəllifidir.

 

 

 

RÜSTƏMOVA Təhminə Zəkəriyyə qızı (d. 24.8.1927, Şəki ş.) - filologiya e. d. (1990), prof. (1991). Azərb. Dövlət Un-tini bitirmişdir (1949). 1953 ildən Azərb. Dövlət Un-tində pedaqoji fəaliyyətə başlamış, 1991 ildən un-tin professorudur. Tədqiqatı fars dilinin leksik-qrammatik xüsusiyyətlərinin öyrənilməsinə həsr olunmuşdur. 120-yə qədər elmi əsərin, o cümlədən 20 monoqrafiyanın, ali və orta məktəblər üçün dərsliklərin, dərs vəsaitlərinin müəllifidir. "Fars dili", "Fars və Azərbaycan dillərinin müqayisəli qrammatikası" adlı kitabları İran İslam Respublikasında nəşr edilmişdir.

 

 

 

RZAZADƏ Püstəxanım Fərəməz qızı (2.7.1913, Bakı-2.5.1981, Bakı) - Azərb. kimyaçısı. Kimya e. d. (1965), prof. (1965). Azərb. SSR Dövlət mükafatı laureatı (1978). Azərb. Dövlət Pedaqoji İn-tunu bitirdikdən (1935) sonra Resp. Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat laboratoriyasında (1935-37), Bakının ali məktəblərində (1937-45), Azərb. EA Qeyri-üzvi və Fiziki Kimya İn-tunda (1945-57) işləmiş, 1957-81 illərdə həmin in-tda laboratoriya müdiri olmuşdur. Əsas tədqiqatları Azərb.-nın təbii mineral sərvətlərinin kompleks emalı və istifadəsinə aiddir. 2 "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb