Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


S


 

SADIQOVA Sayalı Allahverdi qızı (d.1960, Erm. SSR, Göyçə mah-nın Cil k.) -  filologiya e.d. (1999). Azərb. Pedaqoji İn-tunun filologiya fakültəsini bitirmişdir (1981). Azərb. EA Nəsimi ad. Dilçilik İn-tunda (1984 ildən) kiçik elmi işçi, böyük elmi işçi işləmiş, 2000 ildən isə Terminologiya şöbəsinin müdiri və AMEA Terminologiya komissiyasının sədr müavinidir. Tədqiqatı fizika-riyaziyyat terminologiyası sahəsinə aiddir. 70-dən çox elmi əsərin, o cümlədən üç monoqrafiyanın müəllifidir.

 

 

 

SALAYEVA Zəhra Məmməd qızı (d. 15.3.1922, Bakı) - tibb e.d. (1963), prof. (1967), əməkdar elm xadimi (1981). Azərb. Dövlət Tibb İn-tunu bitirmişdir (1943). 1967 ildən İn-tun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, Azərb.-da neyromalyariyaya, hemorragik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir. 1979 ildən Azərb. Tibbi Genetiklər Cəmiyyətinin sədri olmuşdur. 3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir. SSRİ Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur.

 

 

 

SEYİDOVA Həqiqət Əli qızı (d. 26. 12. 1916, Erivan) - tibb e.d. (1970). İlk azərb. qadın travmatoloq. Azərb. Dövlət Tibb İn-tunu bitirmişdir (1940). 1959-93 illərdə Azərb. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İn-tunda şöbə müdiri işləmişdir. Tədqiqatı, əsasən, uzun borulu (lülə) sümüklərdə yalan oynaqların cərrahı üsulla müalicəsinə həsr olunmuşdur. 94 elmi işin, 6 ixtiranın və 4 səmərələşdirici təklifin müəllifidir. 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni, Azərb.-ın "Şöhrət" ordeni ilə təltif edilmişdir.

 

 

 

SEYİDZADƏ Dilarə Bağır qızı (d. 25.10.1939, Bakı) - Azərb. Resp. Prezidenti Katibliyinin rəisi, Prezidentin köməkçisi (1999 ildən). Tarix e.d. (1993). Azərb. Dövlət Un-tini bitirmişdir (1961). 1961-78 illərdə Azərb. EA Tarix İn-tunda baş laborant, kiçik elmi işçi, 1978-83 illərdə Azərb. Dövlət Konservatoriyasında baş müəllim, 1983-93 illərdə Azərb. EA Tarix in-tunda baş elmi işçi, aparıcı elmi işçi, 1993-97 illərdə Azərb. Resp. Prezidenti İcra Aparatının humanitar siyasət şöbəsində böyük məsləhətçi, 1997-98 illərdə Azərb. Resp. Prezidenti Katibliyinin rəis müavini, Prezidentin köməkçisi işləmişdir. 3 monoqrafiya, 30-dan çox elmi məqalənin müəllifidir.

 

 

 

SƏLİMOVA Nigar Əzizağa qızı (d. 1942, Baki) - texnika e.d. (1996), prof. (1997). Azərb. Dövlət Neft və Kimya İn-tunu bitirmişdir (1963). Əmək fəaliyyətinə Bakı "Neftqaz" zavodunda başlamış, 1969 ildən Azərb. Neft və Kimya İn-tunda assistent, 1971-97 illərdə dosent, 1997 ildən prof. olmuş, 2001 ildən "Üzvi maddələrin texnologiyası və sənaye ekologiyası" kafedrasının müdiridir. 150-dən artıq elmi məqalənin, 7 müəlliflik şəhadətnaməsinin və 2 patentin müəllifidir. Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvüdür (2000).

 

 

 

SƏLİMOVA Şövkət Şahbaz qızı (25.12.1920, İsmayıllı r-nunun Basqal k. - 1999, Bakı) - iqtisad e.n. (1964). Bakı Dənizçilik Məktəbini bitirmişdir (1940). İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. 1954-74 illərdə Azərb. Dövlət Neft və Kimya İn-tunda dosent, prorektor və kafedra müdiri, 1964 ildən Azərb. Dövlət Konservatoriyasında kafedra müdiri işləmişdir. "Qırmızı Ulduz" və 2-ci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif edilmişdir.

 

 

 

SƏMƏDOVA Fəzilə İbrahim qızı (d. 1929, Şamaxı) - texnika e.d. (1977), prof. (1987), AMEA-nın müxbir üzvü (2001). Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü (1991). Azərb. Dövlət Sənaye İn-tunu bitirmişdir (1951). 1960 ildən Azərb. EA-nın Neft və Kimya Prosesləri İn-tunda fəaliyyət göstərir (baş elmi işçi, 1982 ildən laboratoriya müdiri). Tədqiqatı, əsasən, neftlərin tərkibi və xassələrinin tədqiqi, onlardan yüksək keyfiyyətli sürtkü yağlarının alınmasını təmin edən texnologiyaların işlənib hazırlanmasına həsr edilmişdir. 300-ə yaxın elmi əsərin, o cümlədən, 7 monoqrafiya, 45 ixtira və patentin müəllifidir. Beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir.

 

 

 

SƏMƏDOVA Lüdmila Hacıbaba qızı (d. 1.4. 1942) - filologiya e.d (1996). Azərb. Dövlət Un-tinin filologiya fakültəsini bitirdikdən sonra AMEA Nizami ad. Ədəbiyyat İn-tunda fəaliyyət göstərir. Elmi fəaliyyətinin əsas istiqaməti ədəbi əlaqələrin özülündə duran bədii tərcümələrin nəzəri-elmi problemlərinin işlənməsidir. 2 kitabın və 40-a yaxın məqalənin müəllifidir.

 

 

 

SƏMƏDOVA Ülfət Nəsrullah qızı (d. 23. 7. 1918, Tiflis) - Azərb. oftalmoloqu. Tibb e.d. (1968), prof. (1969). Ə.Əliyev ad. Azərb. Dövlət Həkimləri Təkmilləşdirmə İn-tunda göz xəstəlikləri kafedrasının müdiri (1970 ildən) olmuşdur. Tədqiqatı, əsasən, göz xəstəliklərində ikincili qlaukomaya, qocalıqla əlaqədar kataraktada zülal və vitamin mübadiləsinə həsr olunmuşdur.

 

 

 

 

SÜLEYMANOVA Elmira Teymur qızı (d. 17.7. 1937, Bakı) - Azərb. Respublikasının insan hüquqları üzrə müvəkkili (2002 ildən). Kimya e.d. (1980), prof. (1981). Azərb. Dövlət Un-tini bitirmişdir (1959). Həmin ildən Azərb. EA Neft və Kimya Prosesləri İn-tunda fəaliyyət göstərmiş, laborant, baş elmi işçi, laboratoriya rəhbəri olmuş, hazırda baş kimyaçıdır. Neft-kimya sintezi və incə üzvi sintez üzrə mütəxəssisdir. 200-dən çox elmi əsərin, 40 ixtiranın müəllifidir. Azərb.-da BMT-nin iqtisadi və sosial şurası ilə xüsusi məsləhətçi statusu olan yeganə qeyri-hökumət təşkilatı - Azərb. Qadın və İnkişaf Mərkəzinin yaradıcısı və prezidentidir. 30-dan çox beynəlxalq konfransda, BMT-nin Baş Assambleyasının 5 xüsusi sessiyasında iştirak etmişdir. 1998 ildə "100 qəhrəman qadın" siyahısına düşmüşdür. Haqqında beynəlxalq "Kim kimdir" (İngiltərə, Kembric) kitabında məlumat verilmişdir. "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

 

 

 

SÜLEYMANOVA Fatma Həmzə qızı (23. 12. 1912, Şuşa - 2.12.1978, Bakı) - texnika e.d. (1964), prof. (1967). Azərb. Dövlət mükafatı laureatı (1970). SSRİ-nin əməkdar ixtiraçısı (1979). Leninqrad Avtomobil Yolları İn-tunu bitirdikdən (1934) sonra Azərb. Avtomobil Nəql. Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışmışdır. Azərb. EA Neft və Kimya Prosesləri (1952-65) və Aşqarlar Kimyası İn-tlarında (1965-70) laboratoriya müdiri, 1970 ildən Azərb. Politexnik İn-tunda avtomobil kafedrasının müdiri işləmişdir. Tədqiqatları, əsasən, motor yanacağı və yağlar sahəsinə aiddir. 15 müəlliflik səhadətnaməsi almışdır. Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb