QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
V
|
VERDİYEVA Zemfira Nadir qızı (d.19.11.1935, Tbilisi) - filologiya
e.d.(1971), prof.
(1972), Azərb.
EA-nın müxbir üzvü (1989). Azərb. Dövlət Pedaqoji Xarici Dillər İn-tunu
bitirmişdir (1957). Əmək fəaliyyətinə 1957 ildə in-tun ingilis dili
kafedrasında başlamışdır. 1971-73 illərdə ingilis dili kafedrasının
professoru, 1973-93 illərdə in-tun rektoru olmuşdur. Azərb. və ingilis
dillərində sifətlərin semantik əlaqələnmələrinin müqayisəli - tipoloji
tədqiqinə dair əsərlərin müəllifidir. 350-dən çox məqaləsi, monoqrafiyaları,
dərs vəsaitləri, 4 cildlik ingilis dili lüğəti və s. vardır. Beynəlxalq
simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir. 1989 ildən Azərb.
Qadınlar Cəmiyyətinin sədridir. Beynəlxalq Bioqrafiya Mərkəzi (İngiltərə,
Kembric) tərəfindən "İlin qadını" (1998-99) və "Əsrin
qadını" (2000) fəxri adlara layiq görülmüş, Ümumdünya Bioqrafik
Ensiklopediyasında haqqında məlumat verilmişdir. Azərb. SSR Ali Sovetinin
(12-ci çağırış) deputatı olmuşdur. "Şərəf nişanı" ordeni ilə təltif
edilmişdir.
|
|
|
|
VERDİZADƏ Nailə Allahverdi qizi (d. 10.5.1945,
Bakı) - kimya e.d. (1991), prof. (1986). Azərb. Dövlət Pedaqoji İn-tunun
kimya-biologiya fakültəsini bitirmişdir (1967). Həmin İn-tun ümumi kimya
kafedrasında assistent (1967 ildən), Azərb. Neft və Kimya İn-tunda baş
müəllim (1972-73), Azərb. Dövlət Pedaqoji İn-tunda analitik və fiziki kimya
kafedrasında baş müəllim (1973-76) işləmişdir. 1976 ildən kafedra müdiridir.
Kafedra nəzdindəki "Koordinasion birləşmələr" elmi-tədqiqat
laboratoriyasına da rəhbərlik (1989 ildən) edir. Tədqiqatı analitik kimya sahəsinə
aiddir. Bir çox konfrans, konqres və simpoziumlarda məruzələr etmişdir. 220-ə
qədər elmi əsərin, o cümlədən 30 dərslik, dərs vəsaiti və metodiki göstərişin
müəllifidir.
|
|
|
|
VƏLİXAN Sona İbrahim qızı (19.6.1883, Xarkov - 4.4.1982, Bakı) -Azərb.
oftalmoloqu, tibb e.d. (1928), prof. (1933). Əməkdar
elm xadimi (1942). Elm sahəsində Nobel mükafatına namizədliyi irəli sürülmüş ilk
azərb. alim (1941). Peterburq Qadın Tibb İn-tunu bitirmişdir (1908). Xarkov
Un-tinin tibb fakültəsində (1915-1923), Azerb. Tibb İn-tunda (1923-1939) assistent,
dosent, professor, Azərb. Həkimləri Təkmilləşdirmə İn-tunda (1939-1971) göz
xəstəlikləri kafedrasının müdiri olmuşdur. Eyni zamanda 1938-46 illərdə
kliniki in-tda göz xəstəlikləri və onun nəzdində yaradılmış traxoma şöbəsinə
rəhbərlik etmişdir. Azərb. Elmi-tədqiqat Oftalmologiya İn-tunun elmi işlər
üzrə direktor müavini (1946-60), Resp. Oftalmoloqlar Cəmiyyətinin sədri
(1945-50) olmuşdur. Tədqiqatı, oftalmologiyanın müxtəlif sahələrinə (gözün
patoloji anatomiyasına, göz travmalarına, traxoma və onunla mübarizəyə) həsr
edilmişdir. Bir çox elmi əsərin müəllifidir.
|
|
|
|
VƏLİXANLI Nailə Məmmədəli qızı (d. 25.12.1940, Bakı)
- tarix e.d. (1994), prof. (1996). Azərb. MEA müxbir üzvü (2001). Azərb.
Dövlət Un-tinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirmişdir (1963). Azərb.
MEA Şərqşünaslıq (1963-1992) və Tarix (1992-1998) in-tlarında baş elmi işçi
və aparıcı elmi işçi olmuşdur. 1998 ildən AMEA Azərbaycan Tarixi Muzeyinin
direktorudur. 1994
ildən
"Azərbaycan" Un-tinin professorudur. Tədqiqatı, əsasən, ərəbdilli
yazılı mənbələr əsasında orta əsrlər Azərb. tarixinin araşdırılmasına həsr
edilmişdir. 160-dan çox elmi əsər, kitab, toplu və kitab-albomların müəllifi
və redaktorudur.
|
|
|
|
VƏLİXANOVA Fəridə Ağəli qızı (d.21.10.1935, Bakı)
- Azərb. ədəbiyyatşünası, tənqidçi, filol. e.d. (1977), prof. (1984). M.V.Lomonosov ad. Moskva Dövlət Un-tinin
filol. fakultəsini (1958) bitirmişdir. Azərb. EA Nizami ad. Ədəbiyyat
İn-tunda baş elmi işci, tərcümə nəzəriyyəsi, tarixi və təcrübəsi şöbəsinin
müdiri (1982-86), ədəbi əlaqələr şöbəsi yanında tərcümənin tarixi və
nəzəriyyəsi bölməsinin müdiri (1989-93), ən yeni əd-t şöbəsinin aparıcı elmi
işçisi (1986-89) olmuşdur; 1993 ildən həmin şöbənin aparıcı elmi işçisidir.
Ədəbi əlaqələrə, çağdaş Azərb. poeziyasının rus dilinə tərcüməsinə, tərcümə
tarixi və bədii tərcümənin nəzəri məsələlərinə dair tədqiqatların
müəllifidir. Bir sıra elmi əsərin, 10 monoqrafiyanın müəllifidir.
|
|
|
|
VƏLİYEVA Elmira Bağır qızı (28.7.1936, Bakı)
- geologiya-mineralogiya e.d. (1993).
Azərb. Dövlət Neft və Kimya İn-tunu bitirmişdir (1959). Əmək fəaliyyətinə
1959 ildən "Orconikidzeneft" Neft-Mədən İdarəsində başlamışdır. Qum
adası Neft-Mədən İdarəsində (1962 ildən), "Xəzərdənizneftqaz"
İstehsal Birliyində (1967 ildən), EA Dərinneftqaz Problemləri İn-tunda
operator, böyük qeoloq, qeoloq, böyük elmi işçi işləmişdir. 1991 ildən Azərb.
Dövlət Neft Şirkətində baş mütəxəssis, şöbə rəisinin müavini olmuş, 1995
ildən isə şöbənin rəisidir. Avropa Geoloqları Assosiasiyasının üzvü,
Ekoenergetika Beynəlxalq Akademiyasının professorudur. Bir sıra elmi işlərin,
monoqrafiya və s. müəllifidir.
|
|
|
|
VƏLİYEVA Kamilə Abdulla qızı (d.9.1.1940, Bakı)
- filologiya e.d. (1997). Azərb. Dövlət Un-tinin mexanika-riyaziyyat
fakültəsini bitirmişdir (1963). 1971-81 illərdə kiçik elmi işçi, 1981-91
illlərdə böyük elmi işçi olmuş, 1991 ildən tədqiqatı mətnlərin avtomatik
işlənməsi problemlərinə həsr edilmişdir. AMEA-nın Nəsimi ad. Dilçilik
İn-tunda qrup rəhbəridir. Qədim yazılı abidələrin kompüterin köməyi ilə
linqivistik təhlilinə və s. dair bir sıra əsərlərin müəllifidir.
|
|
|
|
VƏLİYEVA Məhbubə Nəbi qızı (d. 10.4.1949, Erm.
SSR, Kalinino r.-nu) - əczaçılıq e.d. (1998), prof., əməkdar müəllim (2000).
Azərb. Tibb İn-tunun əczaçılıq fakultəsini bitirmişdir (1971). 1971 ildən
İn-tun farmakologiya və toksikoloji kimya kafedrasında baş laborant,
assistent, baş müəllim, dosent, kafedra müdiri (1977 ildən), dekan müavini
(1993 ildən), dekan əvəzi (1995 ildən), Azərb. Resp. Səhiyyə Nazirliyinin
"Azərfarm-sənaye" Elm-İstehsalat Birliyində baş direktor (1996
ildən) vəzifələrində çalışmışdır. Hazırda ATU-nun əczaçılıq texnologiyası,
təşkili və iqtisadiyyatı kafedrasının müdiridir. Tibb Un-ti üzrə
Səmərələşdiricilər və İxtiraçılar cəmiyyətinin sədri, Beynəlxalq Əczaçılar
Federasiyasının üzvüdür. Elmi fəaliyyəti Azərbaycanın dərman bitkilərinin
kimyəvi-farmokoloji tədqiqinə həsr olunmuşdur. 270-dən artıq elmi işin, o
cümlədən 2 monoqrafiya, 10 tədris vəsaiti, 3 metodiki göstəriş və s.
müəllifidir.
|
|
|
|
VƏZİROVA Validə Rəşidbəy qızı (d. 3.12.1921, Bakı)
- texnika e.n. (1963), prof. (2000), SSRİ əməkdar ixtiraçısı (1981). Azərb.
Sənaye İn-tunu bitirmişdir (1940). Azərb. EA Qeyri-üzvi və Fiziki Kimya
İn-tunda baş elmi işçi (1964 ildən), laboratoriya müdiri (1965 ildən),
Ümumittifaq Qaz in-tunda laboratoriya müdiri (1975 ildən) işləmişdir.
Tədqiqatı, əsasən, məsaməli cisimlərdə absorbsiya hadisələrinə,
metalların korroziyadan qorunması məsələlərinə aiddir. "Şərəf
nişanı" ordeni ilə təltif edilmişdir.
|
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|