Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Rəqəmsal uyğunsuzluq və gender bərabərliyi


 

(PROBLEMİN QOYULUŞU VƏ TƏDQİQATIN METODOLOGİYASI)

 

Problemin əsaslandırılması. Gender problemi qlobal informasiya cəmiyyətinin yaradılması prosesində mühüm yer tutur. Belə ki, İKT-nin gender inkişafına daxil edilməsi Minilliyin məqsədlərində, həmçinin İKT-nin inkişafına dair milli strategiyada və "Elektron Azərbaycan" dövlət proqramında vardır. Qadınlar adətən informasiya texnologiyaları sahəsində ciddi diskriminasiyaya məruz qalırlar. Hökumətlər, işgüzar dairələr, beynəlxalq və qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri informasiya və telekommunikasiya texnologiyalarının inkişafı ilə bağlı problemlərin həllində gender problemlərini nəzərə almalı, qərar qəbulu prosesi də daxil olmaqla, qadınların maksimal iştirakını təmin etməlidirlər.

Qadınlara informasiya və telekommunikasiya sahəsində təhsil almaq üçün bərabər imkanlar təqdim edilməli və qadınların formal və qeyri-formal təhsili üçün tədris planlarının işlənməsi rəğbətləndirilməlidir, onlar bu problemin gender aspektlərini nəzərə almalıdırlar.

İKT-nin tətbiqində gender fərqliyinin öyrənilməsi çox aktual olur, xüsusən də dövlət siyasəti üçün.

Verilmiş nəşrin məqsədi informasiya texnologiyaları ilə qarşılıqlı əlaqədə cinsi fərq problemlərini və Azərbaycanın regionlarında qadın və qızların İKT-yə müraciət etmək imkanlarına mane olan səbəbləri üzə çıxarmaqdır.

Nəşrin yeniliyi və əhəmiyyəti: gender və İKT problemi ölkəmizdə ilk dəfə qaldırılır. Azərbaycanda bu problemə dair heç bir statistik məlumat və analitik tədqiqat yoxdur. Verilmiş nəşr ilk pilot tədqiqatı olacaq, onun əsasında vətəndaş cəmiyyətinin strukturları və dövlət təşkilatları üçün rəqəmsal gender uyğunsuzluğunun aradan qaldırılmasına dair tövsiyələr təqdim olunacaq.

Biz 3 tədqiqat bloku qiymətləndiririk:

1-ci Blok ölkəmizdə bərabər imkanların təsdiqinə mane olan, İKT-də gender stereotipləri və gender məhdudiyyətlərini tədqiq edir.

Nəticələr: istifadənin səbəbləri, qadın və qızların kompüterlərə yiyələnmə və internetə daxil olma azadlığı, həmçinin informasiya texnologiyaları, gender asimmetriyası ilə qarşılıqlı əlaqə zamanı cinsi fərqlərin təhlili və qadınların şəxsiyyət potensialının özünü reallaşdırması üçün şəraitin yaradılması müəyyən ediləcək.

2-ci Blok informasiyanın əsas mənbələrinin nisbi gender cazibədarlığını, əsas informasiya mənbələrinin (dövlət, qeyri-hökumət, beynəlxalq, regional birliklər və s.) iyerarxik əhəmiyyətini və keyfiyyətini tədqiq edir.

Nəticələr: qadınların demokratik sabit inkişafda iştirakının gücləndirilməsində İKT-nin necə şərait yaratdığını, öz hüquqlarının müdafiəsi, gender bərabərliyinə nail olmaq üçün qadın şəbəkələrinin yaradılmasını müəyyən etməyə imkan verən məlumatlar alınacaq. Bu məlumatlar həmçinin İKT mütəxəssisləri üçün qadınların elektoral proseslərdə, elektron seçkilərdə, elektron ticarətdə iştirak imkanlarını proqnozlaşdırmağa kömək edəcək.

3-cü Blok ölkə regionlarında rəqəmsal uyğunsuzluğun aradan qaldırılması üçün maddi-texniki və təşkilati imkanları tədqiq edir.

Nəticələr: İKT-yə daxil olmada hansı regional problemlərin olması, icra və bələdiyyə hakimiyyətlərinin qadınların virtual informasiyadan istifadə etmək hüquqlarının həyata keçirilməsində necə kömək etdiklərini açıqlayan məlumatlar alınacaq.

Tədqiqatın metodologiyasına daxildir: fokus-qruplar, ekspert rəyləri, anket sorğusu, müşahidə, sənədlərin təhlili və onlayn rejimində qrupların müzakirəsi.

Anket sorğusu qadın və kişilərin yaş qruplarında (16-60) keçiriləcək. Lakin kişilər soruşulanların ancaq 1/6-ni təşkil edəcək. Lakin kişilərin rəyi vacibdir, belə ki, onlar ailə və ictimai həyatda çox vaxt hakimiyyət resurslarına malikdirlər. Seçimin prinsipi - rayon mərkəzində və bir kənddə ev təsərrüfatı. Lakin tədqiqat həmçinin, tələb olunan gender üsulu "qar topası"na əsaslanacaq, yəni əgər qadın (qız) bilsə ki, onun iş yoldaşları və ya rəfiqələri sorğuda iştirak edirlər və onun da buna marağı var, onda tədqiqatçılar ona anket təqdim edirlər.

Anketdə bloklar üzrə xüsusi suallarla yanaşı, maddi vəziyyət, dini mənsubiyyət, təhsil səviyyəsi əks olunur. Bu, geniş korrelyasiyaya imkanlar yaradacaq.

Səmimi müsahibələr adi qadınlarla, regionlarda gender asimmetriyası mənzərəsinin təhlili üçün keçiriləcək. Sosial və milli-mədəni xüsusiyyətli cinsi fərqlərin təzahürünün dərəcəsi, bir sıra hallarda asimmetrik təlim, cinsi stereotiplər və s. ilə bağlı amilləri üstələyir. Regionlarda ekspert müsahibələri icra və bələdiyyə hakimiyyətləri orqanlarında, internet - struktur sahibkarları, məktəb direktorları, qadın QHT-ləri nümayəndələri ilə keçiriləcək.

 

 

 

 

 

Onlayn müzakirələr üçün suallar

  • Qadınlar internetdən istifadədən nə dərəcədə məhrumdurlar və ya əksinə, məhrum deyillər. BMT-nin hüquq bərabərliyi komitəsinin qəti tələbinə baxmayaraq, Azərbaycanda bu problemə dair ümumiyyətlə statistik məlumat yoxdur.
  • Ölkədə cinslərin kompüterlərdən istifadəsi nə üçün bərabər deyildir: stereotiplər, sosial-iqtisadi vəziyyət?
  • Gender fərqləri mədəni faktor, patriarxal mühitin stereotipləri ilə əsas etibarilə necə və nə üçün qarşılıqlı əlaqədə olur?
  • İKT-dən istifadədə hansı regional gender problemləri mövcuddur?
  • İnformasiya texnologiyaları ilə işdə qadın nümayəndələrinin marağı nə üçün aşağıdır?
  • Qadınlar nə üçün daha əhəmiyyətli və səbəbiyyətli mədəni fərqlərdən asılı vəziyyətə düşürlər?
  • Qeyri-peşəkar istifadəçilərin gender mənzərəsi necədir?
  • Qadınların istifadə etdikləri şəbəkə xidmətlərinin çoxunun həcm və spektri necədir, o, kişi istifadəçiləri arasında analoji göstəricidən aşağıdırmı, əgər aşağıdırsa, onda nə üçün?
  • Gender münasibətində istifadənin səbəbləri hansılardır1.
  • İnternetdən peşəkar-işgüzar istifadənin əhəmiyyətli fərqləri hansılardır?
  • Təhsil məqsədilə uşaqları internetə böyüklərdən kim cəlb edir?
  • Böyük yeniyetmələrin mədəni məkan sahəsinə internetin daxil edilməsinin gender stereotipi varmı?
  • Əsas informasiya mənbələrinin nisbi üstünlüyü, əsas informasiya mənbələrinin əhəmiyyətinin iyerarxiyası (hökumət, qeyri-hökumət, beynəlxalq, regional birliklər və s.) necədir?
  • Gender bərabərliyinə nail olmaq üçün qadın şəbəkələrinin yaradılma imkanları.


1 Bizim əməli fərziyyələrimiz və ilkin məlumatlar göstərir: qadın və kişi maraqları sahəsini müqayisə etdikdə, internet istifadəçilərinin qadın kontingentinin maraqlarının humanitar biliklər və qeyri-formal ünsiyyət tərəfə "irəliləmə" müəyyən edilir, bununla belə, siyasət, biznes, bazarlıq, texniki problemlərlə bağlı informasiyaya cüzi maraq da özünü göstərir.

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb