Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İnformasiya-kommunikasiya texnologiyalari qadin imkanlarinin artirilmasinin vasitəsi kimi


   

İnformasiya-kommunikasiya texnologiyaları informasiyanın hazırlanması, yayılması, işlənilməsi və dəyişdirilməsi məqsədi ilə istifadə edilən mürəkkəb və müxtəlif malları, onların tətbiqi və xidmətləri özündə biruzə verir. İKT sektoru özündə telekommunikasiya, tele- və radiotranslyasiya, kompüter aparat vasitələri və proqram təminatı, kompüter xidmətləri və informasiyanın elektron vasitələri kimi müxtəlif seqmentləri birləşdirir2.

İnternetdə işləyən elektron şəbəkələri, şəbəkə verilənlər bazaları və informasiya mərkəzləri, veb-radio, veb-televiziya, videokonfranslar və KD-PZU, əlillər üçün nəzərdə tutulmuş xüsusi texnologiyalar və digər texnoloji yeniliklər ona kömək edir ki, İKT daha əlçatan olur və onun əhatə dairəsi genişlənir.

İnformasiya-kommunikasiya texnologiyaları insan potensialının inkişafı və iqtisadi yüksəliş üçün unikal imkanlar yaradırlar. Onlar sabit inkişafa, qadın və kişi imkanlarının genişləndirilməsi və kiçik qruplara və icmalara ictimai həyatda və sosial-iqtisadi inkişafda iştirak etmək və öz rəy və nöqteyi-nəzərlərini bildirmək planında böyük potensiala malikdirlər. Bu yeni texnologiyalar müxtəlif materiallar mənbələrinin çoxsaylı potensialını, mühüm yeni auditoriyaya daxil olmanı və həmçinin, informasiya mübadiləsinin sürətli üsulunu təmin edir.

İnformasiya cəmiyyəti termini 1994-cü ildə Avropada məşhur T. Banqemanın məruzəsində istifadə edilmişdir. Bu termin informasiya texnologiyalarının sürətlə inkişaf etməsinin sosial nəticələrini deyil, onların texnoloji aspektini vurğulayır.

Ümumiyyətlə, informasiya cəmiyyətinə bir sıra üstünlüklərin reallaşdırılmış olduğu cəmiyyət kimi tərif vermək olar. Burada qadınların inkişafı üçün geniş imkanlar yaranır.

Əvvəla, qadınlar hər bir ölkədə istənilən coğrafi nöqtədə olmaqla internetə müraciət edərək hər hansı dövlətdən tam və etibarlı informasiyanı vaxtında və qısa müddətdə almaq imkanı qazanır.

İkincisi, insanlar arasında hər kəsin hər kəslə və hər kəsin hamı ilə, eləcə də müəyyən əhali qruplarının dövlət strukturları və ictimai strukturlarla praktiki olaraq ani surətdə əlaqə yaratması mümkün olur.

Üçüncüsü, KİV informasiyanın yaranması və yayılması formaları baxımından dəyişir, rəqəmli televiziya inkişaf edir və informasiya şəbəkələri ilə inteqrasiya edir. Nəhayət, informasiya şəbəkələrində dövlətlərin geosiyasi sərhədləri aradan qalxır.

İnformasiya texnologiyaları artıq indidən dövlət təşkilatlarında və ictimai təşkilatlarda mühüm rol oynayırlar. Bu təşkilatların çoxu öz informasiya strategiyalarını ifadə ediblər.

Gender layihələri informasiya texnolodogiyalarından istifadə etməklə çox maraqlı məsələləri işıqlandıran 11 tematik sahəni əhatə edirlər. Məsələn, sosial sahədə beynəlmiləl təhsil və tədris layihələri, ümümdünya səhiyyə sisteminə aid layihələr, mədəni inkişaf sahəsində "Universal kitabxana" və "Dünya mədəni irsindən multimediya rejimində istifadə" layihələri, siyasətdə və iqtisadiyyatda hökumətlərlə birbaşa əlaqə ("elektron hökumət") və "Orta və kiçik müəssisələr üçün dünya bazarı" layihələri bu qəbildəndir.

Qlobal informasiya-kommunikasiya sistemlərinin yaradılması ilə bağlı işlər başlanmışdır: dünya üzrə əhalinin siyahıya alınması layihəsi; ifrat sürətli şəbəkələrin qlobal birliyi; "Ətraf mühit və təbii ehtiyatlara nəzarət"; "Dəniz informasiya sistemləri" buna misaldır.

Avropa İttifaqının Strategiyası Avropada gender layihələrini izləməyə imkan verən on əsas istiqamətə bölünür: "Teleistifadə"; "Məsafədən təhsil"; "Universitetlər və tədqiqat mərkəzləri şəbəkəsi"; "Səhiyyə şəbəkəsi"; "Elektron podrat müsabiqələri"; "Transavropa ictimai işlər şəbəkəsi"; "Şəhər informasiyasının supermagistralları".

Gender resurslarının axtarışı zamanı biz BMT-nin bir sıra proqramlarında - UNDP (BMT İnkişaf Proqramı - BMT İP), UNFPA (BMT-nin əhali fondu), UNEP (BMT-nin Ətraf Mühit Proqramı), UNİFEM (Ümumdünya Ərzaq Proqramı), UNİFEM (BMT-nin Qadınların mənafeyinə İnkişaf Fondu), UNİCEF (BMT-nin Uşaq Fondu), Avropa İqtisadi Komissiyası, BMT-nin Qaçqınlar Məsələləri üzrə Ali Komissarının İdarəsi, BMT-nin Yaşayış Məntəqələri Mərkəzi kimi proqramlarının materiallarından istifadə etmişik3.

İnformasiya mübadiləsinin texniki imkanları sayəsində son illərdə cəmiyyətin diqqətini qadın problemlərinə, cinslərin faktiki bərabərliyinə nail olmaq problemlərinə cəlb etmək vasitəsi kimi internetdən get-gedə fəal istifadə edilməkdədir. Məsələn, bu və ya digər qadın təşkilatının və ya qadın hərəkatı liderinin Veb-saytlarını (səhifələrini) yaratmaqla bu və ya digər sosial aksiyaları dəstəkləməyə hazır olan könüllüləri səfərbər etmək üçün, liderlərə müraciət edənlərin suallarına cavab vermək üçün, qeyri-hökumət təşkilatlarına və qadın hərəkatlarına maliyyə yardımı toplamaq üçün, sosial bazarda öz yerini tapmaq məqsədilə marketinq əməliyyatları aparılması üçün əlavə imkanlar əldə etmək mümkündür.

Beləliklə, informasiya-kommunikasiya texnologiyaları gender cəhətdən neytral deyillər. Digər texnologiyalar kimi, onlar ictimaiyyətin əsasında formalaşır və kişi və qadınlara müxtəlif cür təsir edirlər[1]. Ümumdünya miqyasında kişilər və qadınlar arasında bu texnologiya və onlardan istifadə və formalaşdırma planında müxtəlif fərqlər mövcuddur, qadınlar isə yeni imkanlardan istifadə edə bilməyən şəxslər arasında qeyri-peşəkar mövqe tuturlar[2].

Qadınların vəziyyətinə dair BMT komissiyasının 47-ci sessiyasında hökumətlərə kişi və qadınlar arasında bərabərlik sahəsində İKT-yə təsir edən tədqiqat proqramlarını həvəsləndirmək və həyata keçirmək təklif olunmuşdur[3].

Qadınların istifadəçi, istehsalçı və istehlakçı qismində İKT-yə daxil olma dərəcəsi və bu vasitələr üzərində nəzarət dərəcəsini bir çox amillər müəyyən edir. Bu texnologiyaların inkişaf vasitələrinə çevrilməsi üçün təkcə qadınların bu texnologiyaların vacibliyini başa düşməsini təmin etmək kifayət deyil, onlar üçün əlverişli şərait yaradılmalıdır. Qadınlar ora daxil olma və öz imkanlarının genişləndirilməsi və gender bərabərliyinin təmin edilməsinə kömək üçün imkan qazanarlar[4].

Fokus-qrup materiallarını, ekspert müsahibələrini ümumiləşdirərkən belə nəticəyə gəlmək olar ki, Azərbaycan qadınları sosial-iqtisadi, mədəni və siyasi sədlər və problemlərlə üzləşirlər. Bunlar da bir sıra mühüm aspektlərə görə kişilərin üzləşdiyi problem və sədlərdən fərqlənir.

Gəlir, vaxtın çatışmaması, savad, təhsilin səviyyəsi və mədəni şərait kimi amillər İKT-dən istifadəyə təsir edir. Qadınların yoxsulluq səviyyəsi, yaşayış yeri, texnologiyaların qiyməti və istifadənin universallığı planlaşdırılarkən nəzərə alınan mühüm aspektləri təşkil edir. Şəhər rayonları üçün nəzərdə tutulmuş variantlar daha bahalı olur, bir qayda olaraq qadınlar üçün istifadəni məhdudlaşdırır. İstifadə imkanı və qiymət amilləri qadınların İKT-dən istifadəsinin təmin edilməsi üçün ciddi sədlər yaradır.

Nəqliyyatdan istifadə və ya evi tərk etmə imkanına görə qadınların mobilliyi kişilərə nisbətən daha məhduddur. Müxtəlif rolların və qadınların ailə vəzifələrinin uçotu ilə öyrədici mərkəzlərin yeri, iş saatları və heyətin cinsi, qadınları əlverişsiz vəziyyətə salır və İKT-dən istifadə imkanlarını bağlayır. Adətən kişilərin toplaşdığı yerlərin yaxınlığında yerləşən öyrədici mərkəzlərə gələrkən qadınlar daha ciddi sosial və mədəni sədlərlə üzləşirlər. Buna görə də qadınlar üçün öyrədici mərkəzlərin qadınlar tərəfindən idarə olunan məktəb və ya digər müəssisənin yaxınlığında yerləşməsi məqsədəuyğundur.

Daxil olma, istifadə, məzmun, öz kommunikasiya hüquqlarının müdafiəsi və təmin edilməsi planında qadınların üzləşdiyi problemlər az-az hallarda nəzərə alınır[5]. Buna görə də, bizim fikrimizə görə, ciddi məsələ İKT sahəsində siyasəti formalaşdıran şəxslərin və qadın hərəkatı fəallarının mövqeyində qırılma əlaqəsinin ixtisara salınmasıdır. Bizim tədqiqatın nəticəsinə görə, İKT-dən istifadə sahəsində resursların ayrılması məsələsi və qadınların imkanlarının genişləndirilməsi aktualdır.

Baxmayaraq ki, özü-özlüyündə informasiya-kommunikasiya texnologiyaları kişilər və qadınlar arasında bərabərliyi təmin edə və ya yoxsulluğu aradan qaldıra bilməyəcək, onlar bu cür bərabərliyin əldə olunmasına yönəldilmiş sosial fəaliyyət və pozitiv sosial dəyişiklik vasitəsi ola bilərlər.

İKT ilə bağlı gender problemlərinin anlaşılması etibarlı statistik və informasiya verilənlərinin yoxluğuna mane olur, xüsusilə də qadınların İKT-dən istifadə məsələsində. Hal-hazırda hətta dünya statistikasında cinsi əlamətə görə nişanlanmış verilənlər praktiki olaraq yoxdur[6]. Belə verilənlərin yoxluğu İKT sahəsində tədqiqatlara çox pis təsir göstərir. Belə ki, məsələn, bu onu göstərir ki, bir çox hallarda "elektron hazırlığın"qiymətləndirmə verilənləri (yəni elektron resurslardan istifadə qabiliyyəti) müxtəlif əhali qruplarının hazırlığı dərəcəsi haqda kifayət qədər dolğun informasiya almağa imkan vermir. Əhalinin elektron vasitələrindən istifadə etmə hazırlığına münasibətdə qiymətləndirmənin verilənləri İKT sahəsində siyasətə təsir edir və hərəkətverici qüvvə hesab olunur, nəticə etibarilə, verilənlərin bu cür yoxluğu praktiki olaraq İKT sahəsində kişilər və qadınlar arasında bərabərsizliyi dərinləşdirir[7].

Təəssüf olsun ki, ölkəmizdə də internet şəbəkəsinə daxil olma haqda cinsə görə seqreqasiya tam şəkildə yoxdur. Habelə İKT-dən istifadəyə hazırlıq məlumatları da yoxdur. Halbuki bu məlumatlar, kişi və qadınların bərabərliyinin bir çox indikatorları ilə birgə çıxış edirlər.

İKT-yə daxil olma və ondan istifadə etmə imkanına malik olan qadınlara, informasiyanın yeni vasitələri, xüsusilə də yoxsulluğun azalması, idarəçilik sisteminin təkmilləşdirilməsi, imkanların təminatı, hamının eşidəcəyi surətdə öz rəyini bildirməyi, kişilər və qadınlar arasında bərabərliyin təmin olunmasına kömək planında çoxsaylı rifah gətirir.

İnformasiya-kommunikasiya texnologiyaları özlərini yaşayış vasitələri ilə təmin etmək planında qadınların imkanlarını artırır:

  • istehsal və ticarətlə məşğul olan qadınlara yerli və beynəlxalq bazarlara yol açır,
  • işə düzəlmə, təhsil alma və peşəkar hazırlıq, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə böyük imkanlar yaradır,
  • qadınlar sağlamlığın müdafiəsi, qida, təhsil və insan potensialının inkişafı planında böyük imkanlara malik olurlar.

İnternetin demokratlaşdırılan imkanlarından istifadə nəticəsində təhlükəsiz interaktiv məkanın yaradılması üçün qadınlar öz rəylərini sərbəst ifadə edə bilərlər. Cinsə görə ayrı-seçkilik və qadın hüquqlarının rəğbətləndirilməsi məqsədi ilə onlar məxvi informasiya mübadiləsi aparırlar.

İKT-nin inkişafı informasiya və kommunikasiya sahəsində qadın hərəkatı fəaliyyətinə ciddi təsir göstərir. Milli, regional və qlobal səviyyələrdə qadınlara təqdim olunan imkanlar artmışdır, onların böyük hissəsi keçmişdə əhatə dairəsinə görə məhdud idi. İnternet qadınlara təqdim olunan informasiya yeniliklərini, onların rəy və nöqteyi-nəzərlərini sadələşdirdi, say-hesabsız veb-saytlar isə ancaq qadınlar üçün istiqamətləndirilmişdir.

Bundan başqa, internet güclü qadın birliklərinin formalaşmasına kömək etmiş və "rabitə vasitələrinə qoşulmuş" bir çox qadınlar, öz icmalarında belə əlaqəyə malik olmayan qadın qrupları üçün vasitəçi sifətində çıxış edir və internetdə tapdıqları informasiyanı onlara ünvanlandırırlar.

İnternetdə feminist nəzəriyyə və praktikasının kiberfeminizm deyilən yeni bir istiqaməti yaranmışdır. Bu istiqamətin yaranmasında İllinoys Universitetinin sosiologiya fakültəsində təhsil alan tələbə qızlar təşəbbüs irəli sürmüşdü. Onlar qrup halında anonim kompüter gündəliyi yazmağa, həmin gündəlikdə öz fakültələrində qarşılaşdıqları seksizm hallarını təsvir etməyə başlamışdılar. Tələbə qızlar bu kompüter gündəliyinə feminizim ideyalarının geniş yayılması və qadınların informasiya məkanını fəth etməsi strategiyası kimi yanaşırdılar. Beləliklə, virtual dünyada gender münaqişəsini əks etdirməyə başladılar[8].

Ümumiyyətlə kiberfeminizm:

  • qərarlar qəbul edilməsi üçün məsuliyyət daşıyan və ya ictimai rəyin formalaşmasında böyük nüfuza malik olan qadınlar arasında şəbəkə yaratmağa;
  • qadınların liderliyini inkişaf etdirərək, onların iqtisadi müstəqilliyinə nail olmağa;
  • qadınların inkişafı üçün müvafiq ideyalar və dəyişikliklər strategiyalarını inkişaf etdirməyə;
  • qadınların təbii və pozitiv hüquqlarını, onların KİV-dən sərbəst istifadə edə bilmələrini təmin etməyə çalışır.

Dünya resurslarından istifadənin böyük imkanları ilə internetin qlobal şəbəkəsində iş başlıca əhəmiyyətə malikdir.

Azərbaycanda informasiya cəmiyyətinin inkişafı qadın informasiya məkanının genişləndirilməsi üsullarına - hər hansı bir ölkənin qadın hərəkatı birliklərinin inkişafı üçün çox mühüm vasitə olan öz düzəlişlərini daxil edir.

Azərbaycan əhalisinin yarıdan çoxunu təşkil edən qadınlar, qadın birliyi problemlərinin öyrənilməsinə dəqiq diqqət tələb edən ictimai təbəqə kimi, şübhəsiz ki, gender stratifikasiyası obyektidir. Bu problemlərin virtual məkanda nümayəndəliyi aktual əhəmiyyət kəsb edir.

Qadın sosial informasiya məkanının genişləndirilməsi, qadınlara cəmiyyətin sosial və siyasi sahələrində iştirak etmək üçün səmərəli imkanlar təqdim edir, bununla da onların peşəkar, mədəni və yaradıcı potensialını genişləndirir. Bu təmayül, praktiki siyasət məqsədi, cəmiyyətin hər iki sosial-cins qruplarının maraqlarının nəzərə alınması üçün xüsusi strategiyaların işlənib-hazırlanması zərurəti kimi gender ölçülməsi inteqrasiyasını bildirən, yəni gender bərabərliyinə nail olmaq üçün gender yanaşması konsepsiyasına daxil olur [9].

Gender yanaşması əsas beynəlxalq informasiya istiqamətləri siyasətinə - insanlara, onların potensiallarının, resursların, vərdiş və biliklərinin inkişafına yönəldilmiş siyasətə də müvafiqdir. XXI əsrin əvvəllərinin informasiya siyasətini müəyyən edən ən mühüm qüvvələrindən biri informasiya - kommunikasiya texnologiyalarıdır. İnformasiya Cəmiyyətinə dair Ümumdünya sammitinin sənədlərində qeyd edilmişdir: "Biz informasiya cəmiyyətində qadınlara bütün hüquq və imkanların verilməsinin və cəmiyyət həyatının bütün sahələrində və qərar qəbul etmənin bütün proseslərində bərabər əsaslarda iştirak etməsinin vacib olduğunu qəbul edirik. Bunun üçün biz fəaliyyətimizin əsas istiqamətlərinə qadın və kişilərin bərabərlik prinsiplərini daxil etməli və İKT-ni bu məqsədə nail olmaq üçün vasitə kimi tətbiq etməliyik"[10].

İnformasiya cəmiyyətinə dair ikinci Beynəlxalq sammit (2006) qadın hüquq bərabərliyinin nail olunmasına yönəldilmiş "Pekin: on il sonra - cinslərin bərabərliyi, inkişaf və sülh yolunda" (2005) Beynəlxalq forumunun qərarlarını dəstəklədi və gender konsepsiyasını informasiya cəmiyyətinin inkişafına tətbiqini təklif etdi. Sammitdə internetin gender rəqəmsal məkanının bir çox başlıca problemlərini ifadə edən "İnformasiya cəmiyyətində gender problemləri"[11] oldu. Bu problemlər bir çox hallarda qadın inkişafının əsas aspektlərini əks etdirir, buna görə də Beynəlxalq birlik informasiya texnologiyalarının aşağıdakı sahələrə yeridilməsinin lazımlığı ilə əlaqələndirir:

  • resusrsların idarə edilməsində məhdudiyyət;
  • institusional sədlər;
  • hakimiyyət strukturlarında nümayəndəliyin azlığı;
  • məşğulluq sahəsində gender seqreqasiyası;
  • qadın biznesinin yaradılması və irəliləyişində çətinliklər;
  • savadsızlıq və yoxsulluq;
  • sağlamlıq və reproduktiv hüquqlar;
  • qadın təşkilatlarının fəaliyyətində yekdillik;
  • sosial-mədəni stereotiplər.

Beləliklə, İKT-nin tətbiqi zamanı gender yanaşmasının əhəmiyyəti yüksək beynəlxalq səviyyədə irəli çəkilmişdir, informasiya-kommunikasiya texnologiyalarının gender ölçülməsinin inteqrasiyası isə, hər hansı bir dövlətin həssas gender siyasətinin mühüm amilinə çevrilir.

"Həm ənənəvi, həm də yeni informasiya vasitələrindən aktiv, bacarıqlı və yaradıcı istifadə etmə imkanları almış vətəndaşlar - həm qadınlar, həm də kişilər - demokratik informasiya cəmiyyəti üçün ən yaxşı təminatdır"[12]. İKT vasitələri ilə həyata keçirilən həssas gender siyasəti, cinslərin iyerarxiyasının aradan qaldırılması və real bərabərliyin bərqərar edilməsi üçün zəmin yaradır. Əlbəttə, bu digər amillərin əhəmiyyətini heç vəclə azaltmır, lakin informasiya texnologiyaları bir çox ənənəvi sədlərin təsirini zəiflədə bilər, xüsusilə də zaman, məsafə, sosial-mədəni sədlərlə bağlı olanlar.

Qlobal fenomen kimi informasiya texnologiyaları həm gender və feminist tədqiqatçıları, həm də ictimai qadın birliklərinin fəallarını maraqlandırır. Elmi tədqiqatçıları informasiya texnologiyaları mərdlik və zərifliyin müasir xarakteristikalarının formalaşdırılmasında onların sosial əhəmiyyəti və İKT vasitəsilə translyasiyası nöqteyi-nəzərindən maraqlandırır. Gender tədqiqatları aləmində məşhur olan belorus alimi Y.Qapova hesab edir ki, informasiya inqilabı gender balansını möhkəmləndirmiş və artırmış, elmi "gender/qloballaşma" diskursu isə kişi və qadınlar arasında hakim münasibətlər kateqoriyaları ilə sıx əlaqələndirilmiş olur: hətta "texnologiyaların yaxınlığında" olarkən və ona cəlb edilərkən, qadınlar orada ümumi sosial struktura müvafiq olaraq "paylaşdırılırlar", həm texnoloji, həm də sosial iyerarxiyada aşağı pillələri tuturlar.

Onlar çox hallarda baş mühəndis olmaq əvəzinə konveyerlərdə yığıcı, müxtəlif qurğuların layihəçisi olmaq əvəzinə isə kompüter istifadəçisi, kassir və operator olurlar"[13].

İnformasiya cəmiyyəti məsələlərinə dair yüksək səviyyəli Beynəlxalq görüşdə (Tunis, 2005-ci il) qeyd edilirdi ki, rəqəmsal həmrəyliyin gündəliyinin məqsədi bütün kişi və qadınların formalaşmaqda olan informasiya cəmiyyətinə qatılması üçün vacib olan insan, maliyyə və texnoloji resursların səfərbər edilməsi üçün şəraitin yaradılmasıdır17. Beynəlxalq birlik formal və qeyri-formal təhsil sistemlərində hamı üçün gender aspektlərini nəzərə alan bütün tədris proqramlarını genişləndirməyi, rabitə və İKT sahəsində qadınların savadını artırmağı və bununla da İKT kontentinin işlənilməsi münasibətində qızlar və qadınların potensialının artırılmasını tövsiyə edir.

İnternetin tətbiqində gender fərqlərinin öyrənilməsi bu gün xüsusi diqqət cəlb edir. Tədqiqatçıların diqqət yetirdikləri əsas məsələlərə "gender uyğunsuzluğu", internet-auditoriyasının kişi və qadın hissəsinin sosial-demoqrafik və sosial-psixoloji spesifikası, həmçinin internet-fəallığın (internetdən istifadənin məqsədləri, internetdə ünsiyyət, onlayn oyunlarında iştirak) gender fərqləri aiddir. Buraya genderlə şərtləşdirilmiş internet dövründə pedaqogikada əmələ gələn problemləri də daxil etmək olar.

"Gender uyğunsuzluğu" termini altında adətən internet cəmiyyətində qadınların kişilərlə müqayisədə az təmsil olunması başa düşülür. Ümumdünya miqyasında internetdə iki cinsin miqdar bərabərliyi anı hələ çatmamış və statistikanın verilənləri olduqca etibarsızdır18. Lakin Nielsen//NetRatings-in məlumatına görə, ABŞ-da 2000-ci ilin aprelində qadın istifadəçilərinin sayı kişi istifadəçilərinin sayını ötüb keçmişdir19.

Lakin bu misal istisna təşkil edir. İnternet-auditoriyanın ən irimiqyaslı tədqiqatlarından biri 1994-cü ildən 1998-ci ilə kimi hər yarım ildən bir ABŞ-ın Corciya ştatındakı Texnoloji İnstitutunun əməkdaşları tərəfindən aparılırdı. Gender fərqləri başlıca olaraq internetdə işləmək təcrübəsi və bacarığı, həmçinin mədəniyyət amili, yəni mənşə ölkəsi ilə korrelyasiya olunur. Belə ki, patriarxat mədəniyyətə malik ölkələr əsasən kişilərlə təmsil olunur20. Bu o demək deyil ki, burada qadınlar internetə daxil olmaqdan məhrumdurlar və ya ingilis dilini pis bilirlər, sadəcə şəxsi informasiyanı gizli saxlamaq stereotipi özünü biruzə verir. Bu ölkələr sırasına Cənubi Amerika, müsəlman ölkələri, Yaponiya, Çin, Şərqi Avropa dövlətləri düşdü21.

Məsələn, Rusiyada 2003-cü ilin iyun-avqustunda 18 yaşdan yuxarı 21000 respondent arasında aparılmış sorğu əsasında (Nielsen//NetRatings agentliyinin metodikası üzrə) "İctimai rəy" fondunun mütəxəssisləri qeyd edirlər ki, Rusiyada kişilərin 14%-i və qadınların 9%-i internet tətbiq edirlər (bu miqdar hər üç aydan bir təxminən 1% artır). İstifadəçi və respondentlərin əsas hissəsi əhalisinin sayı milyondan çox olan iri şəhərlərdə yaşayır (67% qadın və 59% kişi), onların mentaliteti bütövlükdə rusiyalıların mentalitetindən fərqlənir. Bu cür tədqiqatın keçirilməsi, bizim fikrimizə görə, Azərbaycan üçün də olduqca aktualdır. İstifadəçilər arasında kişi və qadınların payı hələ qeyri-bərabərdir və müvafiq olaraq 58% və 42% təşkil edir22.

İnternetin milli auditoriyasının gender fərqlərini analiz edərkən, biz şəhər və kənd auditoriyasının mədəni fərqlərini nəzərə almalıyıq. Amerika və Qərbi Avropada vəziyyət başqadır: internetin daha çox əlçatan olması və yayılmasını nəzərə alsaq, şəbəkənin auditoriyası daha çox reprezentativdir23.

İnternetdən istifadə edən qadın və kişilərin maraq strukturu fərqlidir.

Sinqapurda keçirilən tədqiqatın nəticələri göstərdi24:

  • cavan qadınlar öz kişi yaşıdlarından daha çox və tez-tez məlumat almaq və göndərməklə məşğuldurlar, 21 yaşdan sonra bu göstəricilər tarazlaşır;
  • WWW üzrə naviqasiyanı kişilər qadınlardan daha çox həyata keçirirlər və naviqasiya seansının müddətinin kişi və qadınlarda fərqli olmadığına baxmayaraq, bunu daha bacarıqla edirlər;
  • internetdən fayl və proqramların köçürülməsi ilə kişilər qadınlardan daha çox və daha uzun müddət məşğul olurlar;
  • mal və xidmətlərin onlayn üsulu ilə əldə edilməsində cinsi fərqlər aşkar edilməmişdir.

İstifadəçilərin motivlərinin tədqiqi zamanı məlum olmuşdur ki, qadınlarda rekreasiya, ünsiyyət (xüsusilə qeyri-formal) motivi kişilərə nisbətən daha çox ifadə edilmişdir, kişilərdə isə dərk etmə meyli daha güclüdür. İnternetin mühüm qüsurları haqda suala cavab verərkən qadınlar kişilərdən daha çox mənəvi və əxlaqi problemlərdən (yazışmanın təhlükəsizliyi, pornoqrafiya, müəllif hüquqlarının pozulması, şəxsi həyat haqda informasiya alınması imkanı), kişilər isə texniki natamamlıqdan (kiçik sürət, informasiyanın böyük həcmli olması, poçt vasitəsilə kommersiya təkliflərinin çoxluğu) narahat olurlar25.

Ş.Tekl26 və C.Moraxan-Martin27 ümumiləşdirilmiş müddəalar göstərirlər. Onların məlumatına görə, qrup şəkilli müzakirələrdə, çatda, kommunikasiyada, qrup şəkilli oyunların gedişində və s. qadınlar çox hallarda razılaşma və tabeçilik rolunu yerinə yetirirlər; qrupda hakimlik mövqeyini və müzakirə üçün yeni mövzuların təşəbbüsləndirilməsini adətən kişilər öz üzərilərinə götürürlər. Qadınlar tərəfindən göndərilən məlumatlar böyük emosionallıqla fərqlənirlər (o cümlədən "smayliklər" hesabına), onlar kişilərin göndərdiyi məlumatlardan orta hesabla kiçik olur. Qadınlar tərəfindən təşəbbüsləndirilən mövzular digər iştirakçılar arasında dəstək tapmayaraq tez-tez "asılı" qalır, ya da birbaşa və ədalətsiz tənqidlə üzləşirlər28.

Kişilər verbal vasitələrin köməyi ilə öz statuslarını təsdiq edir, tez-tez hərəkətləri təsvir və ya ona dəvət edir, həmçinin faktları müzakirə edir və ya məlumat verirlər; onların bir çox mülahizələri qəti və danışıqsızdır. Qadınların məlumatları tez-tez qrupda yaranmış gərginliyin yumşaldılmasına, emosional komfort və stabilliyin saxlanılmasına yönəldilmişdir, təklif olunan rəylər isə ehtiyatlı və hipotetik tərzdə bildirilir. Doğrudur, bəzi məlumatlara görə, qadınlar eyni zamanda kişilərlə müqayisədə daha tez-tez xoşa gəlməz müzakirələr, qalmaqal və araşdırmaları təşəbbüsləndirirlər ("fleyminq" və ya "trollinq"). Lakin etiraf etmək lazımdır ki, sadalanan xüsusiyyətlər qanunauyğunluğa deyil, təmayülə aiddir29.

Nəticələr internetdən peşəkar-işgüzar istifadədə (qadınlar bundan daha çox istifadə edirlər) və təhsil məqsədi ilə (burada, qəribə də olsa, ilk baxışda kişilər "liderlik edirlər") uşaqların internetə cəlb olunmasında mühüm fərqlərin olmasını göstərir. Birinci fakt digər tədqiqatların nəticələri ilə də təsdiq olunur. İkinci faktın bir neçə izahı ola bilər. Belə ki, uşaqlarının səhhətindən nigaran qalan analar elə hesab edirlər ki, kompüter arxasında oturmaq sağlamlığa mənfi təsir göstərə bilər, buna görə də ənənəvi təhsil formasına üstünlük verirlər. Ataları isə daha çox onların özlərinə az tanış olan yeni texnologiyaların tətbiqi ilə qeyri-standart təhsil cəlb edir - mümkündür ki, kişilər məhz yeniliyi qiymətləndirirlər.

Keçirilən tədqiqatın gedişində həmçinin avtostereotiplər (yəni ictimai düşüncədə internet istifadəçisinin yaranmış obrazı) öyrənilirdi.

Kişilər qadınlarla müqayisədə daha çox hesab edirlər ki, internetdən istifadə edə bilən qadınlar onu müntəzəm olaraq uşaqların təhsili üçün tətbiq etməlidirlər. Mümkündür ki, fərq respondent qadınların qiymətləndirilən personajla uyğunlaşdırılması və uşaqların sağlamlığına yuxarıda qeyd olunan təhlükələrlə izah olunur (kişilərə az dərəcədə xasdır). Baxmayaraq ki, respondentlər internetin qadın istifadəçisinə kişi istifadəçisindən orta hesabla bir qədər az fəallıq aid edirdilər, bu fərq statistik cəhətdən cüzidir.

Beynəlxalq şəbəkədə təqdim edilən bir sıra araşdırmaların nəzəri əsası dəyər kateqoriyasıdır. Genderologiyada dəyər dedikdə, ictimai idealları özündə təcəssüm etdirən obyektlər, hadisələr, onların xassələri və etalon hesab edilən mücərrəd ideyalar nəzərdə tutulur. Şəbəkədə təqdim edilən gender nəzəriyyəsinin və xüsusən də gender praktikasının fon amilləri qisminə aid olan dəyərlər bütövlükdə müəyyən cəmiyyətdə və əhalinin konkret qruplarında mövcud olan, həmin cəmiyyətin tarixi və mədəniyyəti ilə müəyyənləşən konkret sosial-siyasi və iqtisadi vəziyyətdən, milli xüsusiyyətlərdən və digər amillərdən asılıdır. Virtual materialın kontent analizi göstərir ki, gender dəyərlərinin üç mövcudluq formasını, xüsusən interaktiv rejimdə müzakirə etmək məqsədəuyğundur. Həmin formalar aşağıdakılardır:

Gender dəyərlərinin birinci forması ictimai ideal kimi, ictimai həyatın müxtəlif sahələrində arzu edilən atributlar haqqında mücərrəd təsəvvürlər kimi çıxış edir. Bu cür dəyərlər həm ümümbəşəri, həm də konkret tarixi və milli xarakterə malik ola bilər.

Gender dəyərlərinin ikinci forması gender rolu ilə şərtlənən sosial hərəkətlər şəklində obyektivləşmiş formada çıxış edir.

Gender dəyərlərinin üçüncü forması şəxsiyyətin strukturuna, onun davranış motivlərinin mənbələrindən biri olan şəxsi dəyərlər şəklində daxil olur.

Şəxsi dəyərlərin xarakterik cəhəti onların iyerarxikliyi, yüksək dərəcədə dərk edilmiş olması, dəyər oriyentasiyaları, yəni insanın gerçəkliyi qiymətləndirməsi üçün əsas götürdüyü ideoloji, siyasi, mənəvi və digər amillər şəklində təzahür edir.

Amerikalı alim K.Uolter ayrı-ayrı fərdlərə və qruplara xas olan gender dəyərlərini təsvir və təhlil etmək məqsədilə bu problemi dərindən və hərtərəfli araşdıraraq dəyərlər sistemində "instrumental" və "son" dəyərləri fərqləndirməyi təklif etmişdir. "İnstrumental" dəyərlər dedikdə o, mümkün davranış üsullarını və ya arzu edilən məqsədlərə ("son" dəyərlərə) nail olmaq üçün istifadə edilən vasitələri, "son" dəyərlər dedikdə isə insanın öz həyatında nail olmaq istədiyi məqsədləri nəzərdə tutur. Dəyərlər sisteminin eksperimental tədqiqi və onları ayrı-ayrı əməliyyatlara bölməyin mümkün olması üçün alim bu qrupların hər birində 18 dəyər seçmişdir.

Amerikalı tədqiqatçı R.İnqlexart isə Şmidtlə virtual diskussiya apararaq həmin üsulu daha da inkişaf etdirmişdir.

İnqlexart özünün "Sakit inqilab" adlı kitabında qıtlıq təşkil edən, yəni cəmiyyətdə nisbi miqdarı az olan üstün dəyərlərdən çıxış edir. İnqlexart özünün 1990-cı ildə nəşr edilmiş "İnkişaf etmiş sənaye cəmiyyətində gender irəliləyişləri" adlı monoqrafiyasında qərbin sənaye cəmiyyətlərinə xas olan sosial-iqtisadi dəyərləri gender simmetriyasının inkişaf etdirilməsi üçün baza kimi aktuallaşdırır. Yaş amilinin və sosial amillərin dinamikası, fərdin cinsindən asılı olmayaraq, yaşlı nəsildə iqtisadi müstəqillik, ictimai təhlükəsizlik, qanunilik və asayiş, güclü müdafiə kimi dəyərlərin, yəni güclü dövlət hakimiyyəti tərəfindən təmin edilən dəyərlərin formalaşmasına gətirib çıxarar. Lakin eyni mühitdə gənclər arasında və yenə də onların cinsindən asılı olmayaraq özünüifadə, həyatın keyfiyyəti, şəxsi azadlıq, iddia kimi "postmodernist dəyərlər" ön plana keçir.

İndiyə qədər biz informasiya texnologiyalarının milli səviyyədə və ya dövlət səviyyəsində fəaliyyət göstərən dəyərlər sistemini, yəni praktiki olaraq ölkənin bütün əhalisi tərəfindən qəbul edilən dəyərləri necə əks etdirdiyini nəzərdən keçirmişdik. Lakin onu da nəzərə almaq lazımdır ki, müxtəlif meyarlar əsasında formalaşan müxtəlif əhali qrupları bu ümumi dəyərlərlə yanaşı, daha spesifik, lakin onların gender təsəvvürlərinə və hərəkətlərinə heç də az təsir göstərməyən dəyərləri də qəbul edə bilərlər. Başqa sözlə desək, dəyərlərin iyerarxiyası dəyişə bilər.

Üstünlük verilən cəhətlərin təhlilinə gender mövqeyindən yanaşmağı təklif edən Y.Remin metodologiyasından istifadə etməyinizi məsləhət görürük. Y.Rem kişilərin və qadınların dəyər oriyentasiyalarını araşdıraraq, dəyərlərdə ciddi gender fərqləri olmasını aşkar etmişdir. Məsələn, kişilərdən ötrü siyasi liderlərin intellekti və onların geniş dünyagörüşünə malik olması daha vacib olduğu halda, qadınlardın ötrü əsas məsələ - həmin liderlərin güclü məntiqi, ölkənin müstəqilliyini və milli təhlükəsizliyi təmin etmələridir.

Bununla bərabər, cəmiyyətdə qadının vəziyyəti dövlətin beynəlxalq siyasi nüfuzunun mühüm indikatorlarından biridir. Dövlət beynəlxalq ictimaiyyətin bu məsələ barədə onun ünvanına söylədiyi rəylərə çox həssaslıqla yanaşır. Görünür, bütün dünyada geniş yayılmış olan bir halın - müxtəlif siyasi oriyentasiyalı dövlətlərdə, o cümlədən Azərbaycanda qadınların vəziyyətini yaxşılaşdırmaq üçün çoxsaylı hüquqi aktlar qəbul edilməsinin bir səbəbi də bununla bağlıdır.

Amma rəhbər vəzifələr tutan qadınların sayı hələ də kütləvi informasiya vasitələri sahəsində siyasətə ciddi təsir göstərmək üçün kifayət səviyyədə deyil. Bəzi yerlərdə qadınların neqativ və stereotip təsvir edilməsi hallarının sayı artmış, pornoqrafiya geniş miqyas almışdır. Bəzi jurnalistlər qadınlara qərəzli münasibət bəsləyirlər.

İnformasiya və kommunikasiya texnologiyaları sahəsi kişilərin təsəvvürlərinə və Qərb mədəniyyətinə əsaslanır. İnternetin infrastrukturu kifayət qədər inkişaf etməmişdir. Bu infrastrukturlardan istifadə imkanları isə məhdud olub, siyasi əzmkarlıqdan, birgə səylərdən və maliyyə vəsaitlərindən asılıdır.30

Müstəqil Azərbaycan demokratik cəmiyyət və bazar iqtisadiyyatı qurur. Lakin qadınların vəziyyətini yaxşılaşdırmadan, milli siyasətdə gender metodlarını tətbiq etmədən həqiqi demokratik inkişafa nail olmaq mümkün deyil. Qanunvericilikdə və sosial-iqtisadi sahədə müvafiq islahatlar bazar iqtisadiyyatına və vətəndaş cəmiyyətinə keçidin uğurlu olması üçün qarantdır.



2 http://www.un.org/womenwatch/daw/egm/ict2002/index.html

3 Azərbaycan Gender İnformasiya Mərkəzinin portalında qadınlar üçün internetin informasiya resurslarına istinadların siyahısı ilə tanış olmaq olar.

[1] Nancy Nafkin, "Gender issues in ICT policy in developing countries: an overview" "İnformasiya-kommunikasiya texnologiyaları və qadınların vəziyyətinin yaxşılaşdırılması və bu məqsədlərin əldə olunmasına nail olmaq qismində ekspertlər qrupunun müşavirəsində təqdim olunan sənəddir." (Seul. 11-14 noyabr, 2002-ci il.)  Swasti Mitter, "Who benefits? Measuring the differential impact of new technologies", in Missing Links: Gender Equity in Science and Technology for Development, International Development Research Center in association with Intermediate Technology Publications and the United Nations Development Fund for Women, 1995, s. 76.

[2] Revathi Balakrishnan, FAO, ''Harnessing ICTs for the advancement of rural women: FAO perspectives and strategic actions", ekspertlər qrupunun "İnformasiya kommunikasiya texnologiyaları, onların qadınların vəziyyətinin yaxşılaşdırılmasına və imkanlarının genişləndirilməsinə təsiri, bu məqsədlərə nail olmaq üçün vasitə qismində İKT-dən istifadəi olunması" mövzusu üzrə müşavirədə təqdim olunan sənəddir (Seul, 11-14 noyabr 2002-ci il): Gender Equity in Science and Technology for Development, International Development Research Center in association with Intermediate Technology Publications and the United Nations Development Fund for Women, 1995, s. 102.

6 http://www.unicttaskforce.org

[4] Bax, məsələn: Nancy Hafkin, "Gender issues in 1CT policy in developing countries: an overview", ekspertlər qrupunun "İnformasiya və kommunikasiya texnologiyaları və onların qadınların vəziyyətinin yaxşılaşdırılmasına və imkanlarının genişləndirilməsinə təsiri, bu məqsədlərə nail olmaq üçün vasitə qismində istifadə olunması" mövzusu üzrə iclasda təqdim olunan sənəddir (Seul, 11-14 noyabr 2002-ci il).

[5] Tezis 18 ekspert müsahibəsi materialları əsasında ümumiləşdirilmişdir.

[6] 2002-ci ilin oktyabr ayında SİN Genevrə şəhərində «Gender amilləri üzrə İKT sahəsində statistika» mövzusu üzrə ekspertlərin müşavirəsini təşkil etdi. Bax habelə: Nancy Nafkin, "Gender issues in ICT policy in developing countries: an overview". Chat Ramilo. 'National ICT policies and gender equality. Regional perspective: Asia", and Sophia Huyer and Tatjana Sikoska (International Research and Training Institute for the Advancement of Women), "INSTRAW Virtual Seminar Series on Gender and Information and communication Technologies: summary of discussions and recommendations", ekspertlər qrupunun "İnformasiya kommunikasiya texnologiyaları, onların qadınların vəziyyətinin yaxşılaşdırılmasına və imkanlarının genişləndirilməsinə təsiri, bu məqsədlərə nail olmaq üçün vasitə qismində İKT-dən istifadəi olunması" mövzusu üzrə müşavirədə təqdim olunan sənəddir. (Seul, 11-14 noyabr 2002-ci il), и Eva Rathgeber, "Gender and telecentres: what have we learned?", presentation at World Bank Gender and Digital Divide Seminar Series in March 2000: http://www.worldbank.org/gender/ digitaldivide/Eva%20Rathgeber.ppt

[7] "Louise Chamberlain, "Considerations for gender advocacy vis-a-vis ICT policy and strategy", ekspertlər qrupunun "İnformasiya kommunikasiya texnologiyaları, onların qadınların vəziyyətinin yaxşılaşdırılmasına və imkanlarının genişləndirilməsinə təsiri, bu məqsədlərə nail olmaq üçün vasitə qismində İKT-dən istifadəi olunması" mövzusu üzrə müşavirədə təqdim olunan sənəddir. (Seul, 11-14 noyabr 2002-ci il).

[8] www.internettes.com

[9] Şvedova N.A. Gender yanaşması. Gender terminləri lüğəti. http://www.owl.ru/gender/048.html

[10] İnformasiya cəmiyyətinə dair Ümumdünya sammiti. Cenevrədə keçirilən informasiya cəmiyyətinə dair Ümumdünya sammiti üçün hazırlanmış materiallar toplusu (10-12 dekabr 2003-cü il). - Sankt-Peterburq. "Rusiya milli kitabxanası", 2004. - cəh.13.

[11] Natasha Primo. Gender Issues in the Information Society.//UNESCO Publication for the World Summit on the Information Society. 2006 http://portal.unesco.org/en/ev.php-URL_ID=19219&URL_DO=DO_TOPIC&URL_SECTION=201.html

[12] İnformasiya cəmiyyətinə dair Ümumdünya sammiti. Cenevrədə keçirilən informasiya cəmiyyətinə dair Ümumdünya sammiti üçün hazırlanmış materiallar toplusu (10-12 dekabr 2003-cü il). - Sankt-Peterburq. "Rusiya milli kitabxanası", 2004. - cəh.13.

[13] Qapova Yelena. İnformasiya texnologiyaları, qloballaşma, onun qəhrəmanları və onun qadınları. /Gender tədqiqatları, № 7-8, 2003. http://gender.ehu.by/ru/filemine/789/ITglobaliztionwomen.doc

17 International Summit on Information Technologies. Tunis. 2005. P.45.

18 http://www.nua.ie/

19 www.netratings.com

20Arestova O.N., Voykunski A.Y. İnternetdə fəaliyyətin gender aspektləri//internetdə humanitar tədqiqatlar// A.Y.Voykunskinin redaktəsi altında. M., 2000. səh. 290.

21 http://ww.gvu.gatech.edu/userjsurveys/

22 www.fom.ru

23 Morahan-Martin J. Males, females, and the Internet // Psychology of the Internet. Intrapersonal, interpersonal, and transpersonal / Ed by J. Gackenback. San Diego e.a., 1998. P. 169-197.

24 Тео Th. S. #., him V. К. G. Gender differences in Internet usage and task preferences // Behaviour & Information Technology, 2000. Vol. 19 (4). P. 283-295.

 

25 Arestova. O.N. İnternetdə gender fərqləri//Ümumrusiya elmi konfransı RELARN 2000; Konfrans iştirakşılarının məruzələrinin tezisləri. (http:// relarn.samara.ru/).

26 Turkle Sh. Life on the Screen: Identity in the Age of the Internet. N.Y., 1995, p. 143.

27 Morahan-Martin J. Males, females, and the Internet // Psychology of the Internet. Intrapersonal, interpersonal, and transpersonal / Ed by J. Gackenback. San Diego e.a., 1998, p. 169.

28 Morahan-Martin J. Males, females, and the Internet // Psychology of the Internet. Intrapersonal, interpersonal, and transpersonal / Ed by J. Gackenback. San Diego e.a., 1998, p. 169.

29 Morahan-Martin J. Males, females, and the Internet // Psychology of the Internet. Intrapersonal, interpersonal, and transpersonal / Ed by J. Gackenback. San Diego e.a., 1998. P. 174.

30 BMT-nin Baş Assambleyasinin Xüsusi Sessiyasi: "Pekin platformasinin yerinə yetirilməsində uğurlar və maneələr", www.gender-az.org

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb