Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Virtual qadin məkani


     

Azərbaycan əhalisinin çox hissəsini təşkil edən qadınlar müəyyən dərəcədə gender stratifikasiyası obyekti, yəni qadın birliyi problemlərinin öyrənilməsinə diqqət və onların internetdə əks olunmasını tələb edən ictimai təbəqədir. Lakin qadın interneti Azərbaycanda hələ populyar deyil. Məsələ əsla qadın birliyi üçün aktual mövzuların azlığında deyil, onlar kifayət qədərdir. Daha doğrusu müstəqil sosial qrup kimi internet şəbəkəsində şəxsi qadın nümayəndəliyinə səy göstərməkdə qadınların özlərinin təşəbbüssüzlüyüdür. Bu da qadın virtual informasiya resurslarının az olmasının səbəbidir

Bütövlükdə dünya təcrübəsində virtual qadın məkanı şərti olaraq iki hissəyə bölünür: "For woman" - "Qadınlar üçün və yalnız onlar üçün yox" və sosial qadın interneti. Qadın tematikasını gender problemləri səviyyəsinə qaldıran internet, sosial qadın interneti hesab olunur. Milli internetdə yaranan vəziyyət əksər hallarda müasir elmi gender tədqiqatlarının sosiuma təsirindən və ictimai qadın təşkilatlarının fəallıq dərəcəsindən asılıdır. Ölkədə onların sayı 130-dan artıqdır49. Ölkəmizin qadın tarixinin artıq çoxlu qlobal mərhələləri mövcuddur. Bunları nəinki ictimaiyyət, hər bir qadın bilməli, bununla da özünü ən yüksək sosial səviyyəyə qaldırmalıdır. Təəssüf ki, biz hələ dövlət strukturları50 və qeyri-hökumət təşkilatları tərəfindən aktual qadın problemlərinə dair fəaliyyətlərini internetdə təqdim tendensiyasından danışa bilərik. 130 qadın QHT-sindən yalnız iki təşkilat - Yaradıcı Qadınlar Assosiasiyası51 və "Azəri-Türk" Qadın cəmiyyəti52 qeyri-dinamik, kiçik saytlara malikdirlər. Azərbaycanda insan hüquqlarının müdafiəsi Mərkəzinin saytında bir neçə qəzet məqaləsi təqdim olunmuş kiçik gender bölməsi vardır53. Sosial qadın interneti ölkədə Gender İnformasiya Mərkəzinin portalı ilə təqdim olunmuşdur.

"For woman" - "Qadınlar üçün və yalnız onlar üçün yox" misalında internet şəbəkələri qadın diskursu cəmiyyətində ümumi qəbul edilmiş qadın mövzularını əks etdirir. Onlar sərt gender stereotipləri ilə ənənəvi olaraq təsəvvürə gətirilən qadınların sosial və mədəni rolunu ehtimal edirlər. O, ana və arvad, ailə ocağının qoruyucusu, uşaqların tərbiyəçisi, kişilərin gözəl və zərif həyat yoldaşıdır və s.

Şübhəsiz ki, "yaşamaq və valeh etmək məharəti"ni54 təbliğ edən belə internet maraqlıdır, müvafiq olaraq çoxsaylı auditoriyaya, həm də təkcə qadın deyil, həm də araşdırmaların göstərdiyinə görə kişi auditoriyasına malikdir. Onları kişiləri fəth etmənin, gözəlliyin sirləri, sağlamlıq, sağlam həyat tərzi, xarici görünüşdə dəbdə olan meyllər, kulinariya reseptləri, fərdi üslubun formalaşdırılması və s. maraqlandırır55. Bu virtual istiqamətin ümumi tendensiyası patriarxat cəmiyyətin bütün qanunlarına görə formalaşmış qadın imicinin qorunmasını, yəni sosial abadlaşdırmaya və qadınların cəmiyyətdə roluna kişi nöqteyi-nəzərinin üstünlüyünu, hakimliyini ehtimal edir. Müəyyən edildiyinə görə, kişi burada kütləvi sahənin, məhz resurs və hakimiyyət uğrunda əsas mübarizənin getdiyi sahənin subyektidir. Qadının ikinci dərəcəli, tabe vəziyyəti cəmiyyətin patriarxat dünya görüşünün əsasını təşkil edir, sabit stereotiplər formalaşmış, kişi və qadınların şüurunda dərin kök salmış və siyasi, iqtisadi, ictimai həyatın bütün aspektlərində meydana çıxır.

Paradoksal olsa da, ölkəmizdə bu istiqamət hələ heç qeyd olunmamışdır. 2006-ci ilin avqustunda məhz bir qrup kişi gözlənilmədən adı kifayət qədər iddialı olan sayt hazırlamışlar - "http://az-woman.com/"56 portalı, bir neçə kiçik xəbərlər, kulinariya, moda və hava. Portala çatmaq hələ tezdir, lakin... yarım ildən sonra o, ümumiyyətlə əlçatmaz oldu.

"Exo"nun forumunda xüsusi qadın yarımfəsli yoxdur, lakin məşhur müğənni qadınlar, bəzi hallarda müvəffəqiyyət qazanmış qadınlar qonaq qismində dəvət olunurlar. Bununla belə müzakirə sahələri bir qayda olaraq iki istiqamətdə keçirilir: qadın karyerası, qadın müvəffəqiyyəti əsasən həyatın "mədəni" sahələri (kino, teatr, estrada, moda) ilə əlaqələndirilir; kişi qisməti - bu biznes, ordu, hakimiyyətin yüksək eşelonudur, kişilərin müvəffəqiyyəti imkan və səlahiyyət dairəsi ilə müəyyən olunur.

"Zerkalo", "Azerbaijan" qəzetlərinin, "Azertag" və "Trend" agentliklərinin saytlarında forum yoxdur, buna görə də qadın və gender bərabərliyi məsələlərinə dair dərc olunan məqalələrə reaksiya vermək mümkün deyil.

Məşhur "Turan" agentliyinin forumunun istifadəçilərinin rəyi qadınların yeni sosial rolunun dərk edilməsində, yeni qadının statusunda qarışıqlığı təsdiq edirlər. Onlar real gender bərabərsizliyinin başa düşülməsində tərəddüd edir, təkcə qadınların intellektual imkanlarını deyil, həm də qadınların yeni sosial rollara cəhdinin məqsədəuyğunluğunu şübhə altına alırlar. Bu forumun mövzuları: Kişini pul kimi heç nə bəzəmir, Məhəbbətdən nifrətə bir addım var: təsir göstərirmi? Pul və məhəbbət, Avantürizm ictimai faydalı peşə kimi, Şeytanın tarixi57, dnb.az. forumunda deyilir: "Hər bir qadın üçün Kişi - Müdafiəçi - Yaxşı qazanan zənciri (əsrlərdən bəri yaranmışdır) işləyir. Pul qazana bilmirsə, deməli kişi deyil. Qadın - Həyat yoldaşı - Qoruyucu kimi. Düzdür, indi qadını heç kimdən qorumaq lazım deyil, həm də qadın artıq qoruyucu deyil". Verilmiş forumun tematikası Yonular - Sevilər sərhəddi ilə qeyd edilmişdir58.

/Strana.az/ forumu da qadın bölməsini sərhədlərlə qeyd etmişdir: kulinariya - məhəbbət (münasibətlər, hisslər, ehtiras, sizin tarixçələr, məhəbbətdə təcrübə)59.

Azərbaycanın ən populyar forumlarından biri olan /Bakılılar.az/ özünün bütün azadlığına baxmayaraq qadın bölməsini iki istiqamətdə dərc etdirir60. Qadın klubu: məişət, kulinariya, paltar yuma, uşağa qulluq, moda, ətriyyat, dəyişək, qeybət, sirr və ... Kulinariya: ləzzətli yeməklər hazırlayan və öyrənmək istəyənlər üçün forum. Öz sirlərinizlə bölüşün və ya Azərbaycan, həmçinin dünya xalqları mətbəxinin inciləri üçün reseptləri dərc etdirin.

Ölkədə ən məşhur /day.az/ xəbərlər saytının Penelopa - Women Forum forumu aşağıdakı problemləri müzakirə etməyi təklif edir: kulinariya və məişət, analıq, uşaqlıq və tərbiyə, gözəllik dünyası, toy. "Heç kim sənin kim olduğunu və heç kim sənin həmsöhbətinin kim olduğunu bilmir. İdeal vəziyyətdir, elə deyilmi? - deyə media nümayəndəsi xəbər alır. Yaxınlarla nadir hallarda müzakirə olunan məsələləri bəzən tanış olmayan adamlarla müzakirə etmək asandır. Açıqcasına və bəzəksiz. Başqaları ilə məsləhətləş, özününkülər ilə eksperiment apar..."

/1news.az/ forumunda Qlyamur və Qlyanets (gözəllik, kulinariya, analıq, əl işi, qadın sirləri...qadınlar nə istəyirlər?), Romantika və Flirtlə (etiraf edirik, bölüşürük, məsləhətləşirik və sadəcə tanış oluruq)! Qarşılıqlı münasibətlərin psixologiyası və digər çətin məsələlər) birgə çıxış edir. Qlyamur və Qlyanets qadınların inkişafını xarici atributlar, cazibədarlıq, gözəlliklə əlaqələndirir, axı "qadınlar dekorativ cinsdir"61, Romantika və Flirt isə "düşmənçilik dilində" tam gücü ilə "cinslərin müharibəsi" şəbəkə müzakirəsini keçirirlər.

"Düşmənçilik dili - digər dini, milli, mədəni və ya daha spesifik submədəni dəyərlər sisteminin daşıyıcıları olan "opponentlərin" bütün kəskin dil ifadəsinin ümumiləşdirilməsidir. Bu təzahür irqçilik, ksenofobiya, millətlərarası düşmənçilik və dözülməzlik və həmçinin seksizm formasının təzahüri kimi çıxış edə bilər. Axırıncısı insanların cinsə görə diskriminasiyanın ideologiya və təcrübəsini təqdim edir. Əlbəttə, düşmənçilik dili ziddiyyət və münaqişələrin nəticəsidir, onlar dilçilik sahəsindən kənarda qalırlar, məsələn, ya tarixdə, ya da bugünkü siyasi və ya iqtisadi maraqlarda kök sala bilər. Bundan başqa, xüsusi hal kimi - müzakirə mədəniyyətinin olmaması"62. Konservativ və ya ultraavanqard görüşlərin xeyri haqda xəbər və emosional mühakimələrin güclü axını və həmçinin sosial rol seçiminin olmaması ölkədə gender inkişafının mürəkkəbliyini əks etdirir. "Bizim cəmiyyət qadına zorla ikinci dərəcəli rol qəbul etdirir - o, mütləq kimlə isə məsləhətləşməli, kimə isə ümid olmalı, öz yerini bilməli, qohumlarının tələbləri ilə hesablaşmalı, "mənliyini" boğmalı, hesab etməlidir ki, bunun üçün yalnız "biz" anlayışı vardır. Təsəvvür yaranır ki, onun sadəcə öz şəxsi tələbatlarından çıxış edərək, hər hansı bir arenaya çıxmağa hüququ yoxdur"63. Məhz gender bərabərliyi cəmiyyətdə sosial davranışın azad seçiminə zəmanət verir. Bu ümumi qəbul edilmiş qanunlardan fərqlənə və hətta onlara əks ola bilər.

Ölkəmizdə yaradılmış gender saytlarının təhlili göstərir ki, informasiya texnologiyalarının təsir dairəsi hələlik ictimaiyyətlə əlaqələr yaratmaq üçün zəruri element kimi dərk edilmir. Üstəlik, müvafiq dəyərlər informasiya cəmiyyətinin əsas prinsiplərinə cavab vermir. Axı bu cəmiyyətdə informasiyanın keyfiyyəti və operativliyi hər şeydən vacibdir. Ənənəyə görə hətta informasiya məkanında da yalnız kişilərin zövqləri əsasında yaranmış sistemlər qadınların imkanlarını ailə və məişət məsələləri çərçivəsində məhdudlaşdırırlar. KİV və qadın problemlərinin mətbuatda işıqlandırılması məsələsinə gəldikdə isə belə çıxır ki, KİV və mətbuat dövlətin ümumi münasibətindən və müvafiq strateji dəyərlər mövqeyindən çıxış edir.

Bu vəziyyət tarixən yaranmışdır. Bunun pis və ya yaxşı olduğunu söyləmək çətindir. Lakin əksinə də ola bilərdi. Bununla belə, müəyyən məqamdan sonra mədəniyyətin tənzimlənmiş mexanizmi daha işləyə bilmir. Bəs belə halda nə etməli? Bəlkə "kişi dəyərlərini" "qadın dəyərləri" ilə əvəz etmək lazımdır? Bunun kömək edəcəyinə güman yoxdur, çünki bir ifrat halın başqa ifrat halla əvəz edilməsi heç nəyi dəyişmir. Deməli, həm kişilərin, həm də qadınların pozitiv dəyərlərini birləşdirən mədəniyyət modelləri axtarıb tapmaq lazımdır.

Ənənəvi və virtiual KİV qadına maraq göstərmir və onun cəmiyyətdəki roluna patrialxal baxışları möhkəmlətməkdə davam edir, qadınlar siyasət və iqtisadiyyat sahələrindən sıxışdırılır. Yeni başlanmış XXI əsr və bütövlükdə üçüncü minillik istər siyasətdə, istərsə də iqtisadiyyatda "qadınlara xas keyfiyyətlərin" cəlb olunmasını təkidlə tələb edəcəkdir. Eyni zamanda "kişi keyfiyyətlərinə" tələbat azalacaqdır64. Vaxtilə kişilərin fiziki qüvvəsini səfərbər etmiş aqrar və sənaye əsrləri başa çatmaqdadır, indi "qadın əsri" - intiusiya, diqqətçilik və işdə səliqə-sahman tələb edən informasiya texnologiyaları əsri başlanır.

Əlbəttə, "kişi" və "qadın" keyfiyyətlərinə tələbat yenə də qalır. Lakin onların nisbəti dəyişir. Təəssüf ki, bəziləri bu həqiqəti inadkarlıqla başa düşmək istəmir. Qadın problemlərinin həlli üçün qadın təşkilatları tərəfindən inkişaf etdirilən işlərin yenə də davam etdirilməsi zəruridir, lakin onların əhəmiyyəti azalmışdır. Halbuki, qadınların köməyi ilə informasiya texnologiyalarından istifadə etməklə, bütün cəmiyyətin problemlərini üzə çıxarmaq olar, bu isə hamıdan ötrü maraqlı və faydalı olacaqdır.

Məsələn, reproduktivlik problemi qadın layihələrinin çoxunda xalis feminist mövqelərdən əks etdirilir. Lakin bu problemə son illərdə baş vermiş demoqrafik dəyişikliklərdən təcrid edilmiş şəkildə yanaşdıqda gender tarazlığının pozulmasının nə dərəcədə fəlakətli olması görünmür. Demoqrafik şərait dedikdə, təkcə kişilərin və qadınların nəsli davam etdirmək sahəsində ciddi təsbit olunmuş reproduksiya funksiyaları nəzərdə tutulmur. Əksinə, bu, sözün geniş mənasında (böhranlı və digər şəraitdə) cəmiyyətin sosial sahəsində - iqtisadiyyatda, siyasətdə, mədəniyyətdə kişilərin və qadınların rollarının yenidən bölüşdürülməsi prosesidir. Bu proseslər, digər postsovet respublikalarında olduğu kimi, Azərbaycanda da cəmiyyətin strukturunun və onun sisteminin transformasiyasına gətirib çıxarmış siyasi proseslərin nəticəsidir.

Beləliklə, ölkəmizdəki virtual mənbələrin təhlili göstərir ki, gender mədəniyyəti bütövlükdə cəmiyyətin mədəniyyətini təşkil etməsə də, bu sonuncudan asılıdır və ənənələrlə novatorluğun vəhdəti və ziddiyyəti baxımından, mədəniyyətin bu iki növünün hər ikisi eyni qanunauyğunluqlara tabedir.

Gender mədəniyyəti - eyni sosial proseslərin müxtəlif sosial şəraitdəki spesifikasını və xarakterini aşkar etməyə imkan verən əsas kateqoriyalardan biridir.

Yuxarıda qeyd etdiyimiz kimi, gender mədəniyyəti bu və ya digər xalqın mənəvi inkişafını səciyyələndirən ümumi mədəniyyətin törəməsi olub, mədəni ənənələrin cinslərin spesifik qarşılıqlı təsir sahəsində necə əks olunmasını göstərir. Mədəniyyət maddi və mənəvi dəyərləri qoruyub saxlamaqdan, bu dəyərlərin mənimsənilməsi prosesində onların artmasından və gələcək nəsillərə çatdırılmasından ibarət olan inteqrasiya prosesinin vəhdətidir. Mədəniyyətin əsas funksiyası dəyərlər yaratmaq prosesində təzahür edir. Gender mədəniyyəti onu təşkil edən elementlərin qarşılıqlı münasibətlər sistemi və eyni zamanda həmin elementlərin istehsalı və təkrar istehsalı prosesidir. Bu, inkişaf etməkdə olan dinamik prosesdir, məzmun və forma etibarilə daim zənginləşməkdə olan, ətraf aləmin reallıqlarına çox həssaslıqla münasibət göstərən bir hadisədir.

Mərkəzi qadın saytlarında, məsələn, Peterburq Universitetinin Gender Mərkəzinin, Moskva Gender Araşdırmaları Mərkəzinin qadın saytlarında gender mədəniyyəti - əməli davranışa xas olan ənənələri, dəyərləri və bu davranışın məqsədlərini əhatə edən qeyri-institusional sistem kimi izah edilir. Eyni sosial institutların müxtəlif ölkələrdə nəyə görə müxtəlif şəkildə işləməsini, bu və ya digər sosial novasiya və əxzetmələrin nəyə görə bir yerdə asanlıqla, başqa yerdə çətinliklə tətbiq edilməsini izah etmək lazım gələndə gender mədəniyyəti anlayışından fəal istifadə edilir.

Mahiyyət etibarilə bu sosial-mədəni fenomenin anlaşılmasında ən mühüm məqam ondan ibarətdir ki, gender mədəniyyəti obyektiv sosial prosesdə subyektivliyin dərəcəsini əks etdirir. Kulturoloji və sosial dəyərlər arasında qarşılıqlı əlaqələr heç bir başqa sahədə gender mədəniyyətində olduğu dərəcədə aşkar təzahür etmir. Virtual materiallar ictimai münasibətlər çərçivəsində gender mədəniyyətinin bir növ "ixtisaslaşmasını" əks etdirir. Bu materiallarda xalqların gender aləminə daxil olmasının konkret unikal mexanizmləri barədə, xalqların psixologiyasının və tarixi təcrübəsinin subyektiv xüsusiyyətləri ilə əlaqələndirilən sosial həyat fəaliyyəti tiplərinin formalaşması haqda söhbət açılır.

Fransız tədqiqatçıları (yuxarıda adını çəkdiyimiz "internet qızları" saytı) gender mədəniyyətinə daha praqmatik tərif verirlər. Onların fikrincə, gender mədəniyyəti müəyyən cəmiyyətdə davranışın öyüd-nəsihət yolu ilə mənimsənilən və sosial mühitdə yayılan tipik nümunələrinin məcmusudur. Nəzərdən keçirdiyimiz anlayışın mənasını izah etmək üçün çox vaxt gender davranışının psixoloji ölçüləri olan əqidələr, hisslər və dəyər oriyentasiyaları kimi anlayışlara da istinad edilir. Gender mədəniyyətinin qorunub saxlanması və ya dəyişməsi cəmiyyətin sosial-mədəni dinamikasını müəyyən edən sosiallaşma prosesi çərçivəsində baş verir.

Bir sıra saytların kontent-analizi göstərir ki, real cəmiyyətdə gender mədəniyyəti cəmiyyətin yalnız cüzi bir hissəsini, məsələn elmi elitanı əhatə edir, qalan əhaliyə isə heç bir təsir göstərmir. Gender mədəniyyəti cəmiyyətin demokratikləşmə dərəcəsindən, həmin cəmiyyətdə hamılıqla qəbul edilmiş dəyər və normaların olub-olmamasından asılıdır.

Ənənəvi cəmiyyətin gender mədəniyyətində ümumiyyətlə dəyərlər və ilk növbədə mənəvi dəyərlər dəyişilməz müqəddəs irs, təməl rolu oynayır. Bu təməlin dağıdılması patriarxal cəmiyyətin və ənənəvi dəyərlər sisteminin tədricən ləğv edilməsinə yönəlmiş qərəzli cəhd hesab edilir. Dəyərlərin qavranılmasında mühavizəkarlıq gender dünyabaxışlarında mühafizəkarlığa gətirib çıxarır və real sosial münasibətlərin spesifikasını müəyyənləşdirir. Gender patriarxal mədəniyyətinin bəlkə də ən birinci düşməni - novatorluqdur.

Modernist gender mədəniyyəti isə (bax: məsələn, "Stervı" ("Ləçərlər") saytı) əksinə, yeni normaları cəsarətlə qəbul etməyə və geriyə baxmadan gələcəyə doğru irəliləməyə hazırdır. Lakin bütün bü inqilabilik ultıraradikal feminizmin əsasını təşkil edən bir doqmatik ideyaya bağlıdır və ideoloji baxımdan, cəmiyyətin nəzərində həmin ideyaya haqq qazandırılmasına şərait yaradır. Buna müvafiq olaraq, digər bioloji növün dəyişilməz ("əbədi") dəyər kimi danışıqsız qəbul edilməməsi ideyası da mühafizəkarlıqdır.

Bizim fikrimizcə, gender münasibətlərinin harmonikləşdirilməsi prosesi ümumi demokratik prosesin tərkib hissəsidir. Lakin demokratikləşmənin guya öz-özünə, avtomatik olaraq gender problemlərinin həllinə gətirib çıxaracağını güman etmək lazım deyil. Əksinə, gender hərəkatının məqsəd və vəzifələri barədə təssəvürlərin təhrif edilməsi ifrat feminizm təzahürlərinə və ya aqressiv qarşıdurma hallarına gətirib çıxara bilər.

Virtual aləm real dünyamızda müxtəlif gender mədəniyyətlərinin eyni vaxtda, paralel mövcüd olmasını əks etdirən ən yaxşı vasitədir. Bu mədəniyyətlərin yaranmasında milli mədəniyyətin xüsusiyyətləri heç də sonuncu rol oynamır. Bu problem mədəni antropologiyanın, etnik sosiologiyanın, etnik psixologiyanın - bir sözlə, yeni, relyativist paradiqmanı bərqərar edən yeni elmi istiqamətlərin nailiyyətləri nəzərə alınmaqla çox ciddi şəkildə öyrənilməlidir. Ayrı-ayrı ölkələrin gender mədəniyyətləri sahəsində aparılan araşdırmaların istiqamətini və onların daxili məzmununu dəqiq təsəvvür etmək, virtual məkanda kommunikasiyanı təhrif edən "gender hay-küyü" ilə həyatsevər kulturoloji ənənələrin eyniləşdirilməsindən çəkinmək lazımdır.

İnformasiya texnologiyaları genderin aşağıdakı istiqamətlərini təhlil etməyə imkan verir:

  • gender sosiologiyası - insan qruplarının davranışını cinsi mənsubiyyət, yaş, yaşadığı yer (kənd - şəhər) və sair əlamətlər baxımından öyrənir;
  • insan hüquqları - cinsindən, yaşından, etnik və ya dini mənsubiyyətindən, siyasi əqidələrindən, yaşadığı yerdən asılı olmayaraq bütün insanların malik olduğu hüquqlar və ayrı-seçkiliyin yolverilməz olması məsələləri nəzərdən keçirilir;
  • qadınlara qarşı zorakılıq - cinsi mənsubiyyət əlamətinə görə zorakılığın bütün formaları (seksual, psixoloji, iqtisadi və s.) əhatə edilir;
  • ailə planlaşdırması və reproduktiv hüquqlar - reproduktiv sağlamlıq məsələləri və istər qadınlar, istərsə də kişilər üçün reproduktiv davranışı sərbəst seçmək hüquqları nəzərdən keçirilir;
  • məşğulluq - bu məsələ, haqqı ödənilən və ödənilməyən işlərin kişilər və qadınlar arasında bölüşdürülməsi aspektində nəzərdən keçirilir. Bu, ailənin inkişafına qadının əmək töhvəsini qiymətləndirmək üçün, eləcə də uşaqların tərbiyəsində, ailə üzvlərinə qulluq edilməsində kişilərin iştirakının stimullaşdırılması mexanizmlərini axtarıb tapmaq üçün zəruridir;
  • təhsil - əhalinin bu xidmət növü ilə əhatə olunmasının dərəcəsi, əhalinin cinslər üzrə təhsil səviyyəsinin səbəbləri və nəticələri araşdırılır;
  • kütləvi informasiya vasitələri - gender stereotiplərinin formalaşmasına çox böyük təsir göstərir. Bu sahədə gender araşdırmaları cins əlamətinə görə ayrı seçkilik edilmədən qadın və kişi obrazlarının təsəvür edilməsinin etik normalarının yaradılması üçün son dərəcə zəruridir;
  • ədəbiyyat və incəsənət - gender münasibətlərini mənəvi təsir vasitələri ilə təqdim edir və müxtəlif tarixi dövrlərdə, müxtəlif ölkələrdə kişilərin və qadınların vəziyyətindəki fərqləri (gender rollarını) aşkar etməyə imkan verən gender həssaslığı aşılayır;
  • gender statistikası - ölkənin, vilayətin, rayonun, şəhərin və ya kəndin ümumi nailiyyətlərindən daha çox, milli nemətlərin və xidmətlərin stratlar arasında nə dərəcədə ədalətli bölüşdürüldüyünü göstərən gender amili nəzərə alınmaqla bütün müvafiq göstəriciləri təqdim edir;
  • keçid dövründə baş verən iqtisadi, sosial və siyasi dəyişikliklər bir sıra problemlər yaratmışdır: işsizlik, yoxsulluq, ömrün qısalması, əhalinin sağlamlığının pisləşməsi, cinayətkarlığın artması, müsbət dəyərlərin dəyişməsi, əhalinin təhsillə əhatə olunma dərəcəsinin azalması və s.

Beləliklə, virtual aləm hüquq, iqtisadi münasibətlər, səhiyyə, ailədə qarşılıqlı münasibətlər, sosiologiya, təhsil, ədəbiyyat, mədəniyyət və s. sahələrdə yaranan aktual gender problemlərini əks etdirir. Bu halda qadınların və kişilərin fikirləri eyni dərəcədə nəzərə alınmır. Hiss olunur ki, müvafiq saytlarda gender termini feminizmin sinoniminə çevrilmişdir. Hərçənd, son illərdə qadınların problemləri ilə yanaşı, kişilərin problemləri də informasiya məkanına çıxarılır.

İnformasiya sahəsinin gender təhlili əhalinin ehtiyaclarını aşkar etmək, onların fəaliyyətinə nəzarət və sədlər axtarışı metodlarından istifadə edilməsini, iqtisadi və sosial proseslərin bütün mərhələlərində həmin proseslərin iştirakçılarının özlərini cəlb etməklə və onların üstünlük verdiyi məsələləri nəzərə almaqla bu metodların tətbiq edilməsini nəzərdə tutur.

Qadınlar üçün internet informasiya resurslarına istinadların siyahısı ilə Azərbaycan Gender İnformasiya Mərkəzinin portalında tanış olmaq olar.

Biz gender problemini sosial dəb kimi deyil, üçüncü sektorun inkişafına təsir göstərəcək amil kimi nəzərdən keçiririk. Regionlarda üçüncü sektorun feminizasiyası gedir və bunun səbələri bizim fikrimizcə aşağıdakılardır:

  • kəndlərdəki kişilərin qazanc dalınca qonşu ölkələrə getməsi və həm də Qarabağda 20 il davam edən silahlı münaqişələr nəticəsində yaranmış demoqrafik disbalans üzündən regionlarda qadınların sayı kişilərin sayından çoxdur;
  • kişilərin əksəriyyəti, xüsusən də sosial cəhətdən aktiv olanları biznes və ya siyasətlə məşğul olmağa üstünlük verərək, bunda öz problemlərinin həllinin qısa yolunu axtarırlar. QHT-lər isə sosial statusa heç nə əlavə etmir;
  • qadınların əksəriyyəti ali təhsilə malikdirlər, bu cür adamlar isə QHT-lərin böyük hissəsini təşkil edir;
  • sosial-iqtisadi və psixoloji səbəblərdən QHT-lərdə cavan qadınlar (20-30 yaş) aktiv iştirak edirlər.

Müasir sosial proseslərin tədqiqat mərkəzi "AREAT" və AGİM respublikanın regionları üzrə sosial marketinq keçirmiş və vətəndaş inkişafına dair tendensiyaları ümumiləşdirmişlər. QHT-lərin ən çox fəaliyyət göstərdiyi səhiyyə, təhsil, mədəniyyət sahələri qadınlar üçün yaxındır. Regionlarda qadınlar tərbiyə və təhsil sahəsində çox aktivdirlər - 46%, səhiyyədə - 25%, mədəniyyətdə - 17%, demokratiyanın inkişafında - 8%, sahibkarlığın inkişafı və dəstəklənməsi - 2%65. Bundan əlavə, sırf qadın sahələri hesab edilən bu istiqamətlərdə QHT-lər üçün yeni üzvlər toplamaq daha asandır.

Bizim fikrimizə görə, bilmək lazımdır ki, qadınların çoxu feminist yanaşma deyil, sağlam gender yanaşması göstərirlər. "Siz hansı ictimai təşkilatlarda işləməyə üstünlük verirsiniz?" sualına cavablar belə təqsim olunmuşdur:

  • tədqiq olunan regionlarda 37,8% və ya praktiki olaraq hər üçüncü qadın cavab vermişdir ki, kişi və qadınlardan ibarət qarışıq QHT-lərdə işləməyə üstünlük verərdilər, çünki onları peşəkar artım planında pespektivli hesab edirlər.
  • 19,9% - sırf qadın QHT-sində işləməyə üstünlük verirlər, belə ki, QHT-də özlərinin adət etdikləri sosial mühitin- analığın davamını görürlər.
  • 42,3% - QHT-nin xarakteri haqda ümumiyyətlə düşünməmişlər, lakin eşitmişlər ki, sırf "qadın" qurumu olmaq sərfəlidir, bu halda sponsor yardımı almaq asan olur66.

Yəni üçüncü sektoru təmsil edən qadınların təxminən yarısı kişilər kimi fəaldırlar və sosial inkişafın bütün sahələrində çalışmağa hazırdırlar.

Qərb cəmiyyətində "üçüncü sektor" termini ictimai münasibətlərin dövlət tərəfindən tənzimlənməsinin əlavə vasitəsi kimi yaranmışdır. İctimai təşkilatlarla dövlət hakimiyyəti arasında daha sıx əlaqələrin tənzimlənməsi üçüncü sektorun inkişafı üçün zəruri şərtdir. İnformasiya texnologiyalarının inkişafı mülki məsələlərdə bu cür birgə iştirak vasitəsinə çevrilə bilər, çünki müasir dövrdə vətəndaş cəmiyyəti adi informasiya cəmiyyəti ilə deyil, postinformasiya cəmiyyəti ilə əvəz olunmaqdadır.

Azərbaycanda demokratik islahatlar illəri ərzində ciddi sosial potensial toplanmışdır. Bu potensialın inkişafına mane olan bir sıra neqativ amillərə və şərtlərə baxmayaraq, onun vətəndaş cəmiyyətinin və hüquqi dövlətin formalaşmasına ciddi təsirinin perspektivi aydın görünməkdədir. İnkişaf etmiş vətəndaş cəmiyyətində insanla dövlət arasında "üçüncü sektor" deyilən (dövlət sektorundan və özəl sektordan sonra sayca üçüncü olan) qeyri-hökumət təşkilatları (QHT) yaranır.

QHT vətəndaş cəmiyyətinin ən kütləvi və səciyyəvi elementidir. Üçüncü sektorun inkişaf dərəcəsi və onun sosial təsirinin qüvvəsi cəmiyyətdə demokratikləşmənin və makroiqtisadi inkişafın səviyyəsi ilə düz mütənasibdir. Müasir demokratiya güclü dövlətlə ağlabatan həddə tənzimlənən bazar iqtisadiyyatı və güclü vətəndaş cəmiyyətinin tərəfdaşlığına əsaslanır. Keçid dövrünün sosial kapitalı məhz vətəndaş cəmiyyətinin hesabına yaranır.

"Üçüncü sektorun" formalaşması problemləri gender baxımından son dərəcə aktualdır. Bu gün qarşıdurmaların və münaqişələrin əsas mənbəyi ideoloji sahədən sosial sahəyə keçmişdir. Sosial sahə isə, sözün ən geniş mənasında, qeyri-dövlət, qeyri-kommersiya təşkilatlarının və ən əvvəl qadın QHT-lərin böyük əksəriyyətinin fəaliyyət göstərdiyi sahədir.

İnformasiya resursları sahibkarlığı inkişaf etdirməyə, investorlar və donorlar axtarıb tapmağa, korrupsiyaya qarşı mübarizə aparmağa imkan verir. Bu resurslar həm dövlət səviyyəsində qəbul edilən qərarları, həm də və ən başlıcası, həmin qərarların həyata keçirilməsi mexanizmini açıq edir. Təsadüfü deyil ki, bu gün respublikamızda bazar iqtisadiyyatı və vətəndaş cəmiyyətinin inkişafı üçün göstərilən beynəlxalq kömək informasiya cəmiyyətinin formalaşmasına yönəldilmişdir. İndi vətəndaş cəmiyyəti adi informasiya cəmiyyəti ilə deyil, postinformasiya cəmiyyəti ilə əvəz edilməkdədir.



49 Azərbaycan Gender İnformasiya Mərkəzinin verilənlər bazası.

50 www.scfwca.gov.az

51 http://www.cha.aznet.org/

52 http://www.tenzilerustemhanli.az

53 http://www.demaz.org/

54 http://oliav.narod.ru/

55 http://www.fivecolleges.edu/sites/fcwsrc

56 http://az-woman.com/

57 http://turan.5bb.ru/viewforum.php?id=13

58 www.dnb.az/forum/index.php?s

59 http://forum.strana.az

60 http://forum.bakililar.az

61 http://forum.1news.az

62 "KİV-də düşmənçilik dili: gender ölçülməsi" -http://owl.ru/win/womplus/2002/denisova2.html

63 http://www.kleo.ru/items/career/business_ledi.shtml

64 Ə.Abasov, Y. Qasımova. Genderin aktual problemləri. Bakı, 2002, s. 21.

65 www.gender-az.org

66 www.gender-az.org

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb