Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Azərbaycanda İKT-nin gender aspektinin inkişafi


     

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) üstünlüklərindən istifadə edilməsi bir sıra ölkələrə az və ya çox dərəcədə səmərə gətirmişdir. Heç şübhəsiz, informasiya ilə yaxşı təmin olunmuş cəmiyyət bəşər sivilizasiyasının tərəqqisində mühüm addımdır. XX əsrin son onilliyi İKT-nin coşğun inkişafı ilə əlamətdar olmuşdur. İKT cəmiyyətin inkişafına müsbət təsir göstərən ən mühüm amilə çevrilmişdir. Bir tərəfdən, respublikamızda informatizasiya proseslərinin lazımınca razılaşdırılmış olmadığını, digər tərəfdən, dünyada vahid informasiya məkanının formalaşması proseslərinin intensivliyini, regionların, ölkələrin və xalqların informasiya-iqtisadi inteqrasiyası proseslərinin dərinləşməsini və bu proseslərdə respublikamızın da iştirak etməsinin zəruriliyini nəzərə alaraq 2002-ci il fevralın 7-də Azərbaycan hökuməti BMT İnkişaf Proqramı (BMT İP) ilə birlikdə "Azərbaycan Respublikasında İKT-nin tətbiq və inkişaf etdirilməsinin milli strategiyası və başlanğıc mərhələdə həmin strategiyanın həyata keçirilməsi" adlı layihəni reallaşdırmağı başlamışdır31. BMT-nin və Avropa Şurasının üzvü olan Azərbaycan informasiya cəmiyyətinin yaradılması və dünya birliyinə inteqrasiya yolunda həmin təşkilatlar tərəfindən qloballaşma prosesləri şəraitində müəyyən edilmiş mühüm məqsədlərə nail olmaq üçün növbəti ciddi addım atmışdır. BMT-nin və Avropa Şurasının üzvü olan Azərbaycan informasiya cəmiyyətinin yaradılması və dünya birliyinə inteqrasiya yolunda həmin təşkilatlar tərəfindən qloballaşma prosesləri şəraitində müəyyən edilmiş mühüm məqsədlərə nail olmaq üçün növbəti ciddi addım atmışdır.

Qloballaşma şəraitində bütün ölkələr, iqtisadiyyatda olduğu kimi, informasiya baxımından da varlı və yoxsul ölkələrə bölünmüşlər. "Böyük Yeddilik" ölkələri informasiya cəmiyyətinin qarşıdakı dövrdə inkişafı üçün çoxdandır ki, qlobal strategiya işləyib hazırlamışlar. O biri ölkələr də özlərinin müvafiq milli strategiyalarını yaratmışlar və ya yaratmaqdadırlar. Qeyri-hökumət təşkilatları həmin strategiyalara üzvi şəkildə qoşulmaqdadırlar. "Üçüncü dünya"ya aid edilən bəzi ölkələrin rəhbərləri get-gedə daha böyük təşvişlə hiss edirlər ki, onların ölkələri sənaye cəhətdən inkişaf etmiş və informasiyalaşdırmanı həyata keçirən ölkələrdən get-gedə daha çox geri qalır. Bu isə həmin ölkələri istər informasiya baxımından, istərsə də sənaye baxımından inkişaf etmiş ölkələr birliyinin xammal əlavəsinə çevirir. Təəssüf ki, bu sözlər bizə də aiddir.

Beləliklə, Milli Strategiyanın işlənib hazırlanması çoxdan ümdə məsələyə çevrilmişdir. Bir sıra əlamətlərə görə deklarativ sənəd olan bu strategiya İKT-nin inkişafı üçün dövlətin öz üzərinə ciddi öhdəliklər götürməyə hazır olmasına dəlalət edir və Azərbaycanda informasiya cəmiyyəti yaradılmasının əsas istiqamətlərini, prioritetlərini, əsas vəzifələrini, eləcə də Azərbaycan Respublikasının "İnformasiya, informasiya infrastrukturunun inkişafı və informasiya təhlükəsizliyi haqqında" Qanununda ifadə edilmiş informasiya siyasəti ilə uzlaşan gözlənilən nəticələri müəyyənləşdirir.

İnformasiya texnologiyalarının inkişafı və informasiya məkanından istifadə əsasında yaranmış münasibətlər Azərbaycan Respublikasının 1998-ci ilin iyununda Prezident tərəfindən təsdiq olunmuş "İnformasiya, İnformasiyadan İstifadə və İnformasiyanın Mühafizəsi" Qanunu ilə tənzimlənir. İKT-ni Azərbaycan cəmiyyətinə tətbiq etməyin əhəmiyyəti Ümumdünya ticarət təşkilatına daxil olmaq və Avropaya inteqrasiya etmək üçün vacib şərtdir. Azərbaycan dünya səviyyəli fiber-optik kommunikasiya infrastrukturlarını işə salmışdır ki, bu da ölkənin bütün regionları arasında informasiya mübadiləsinə texniki yardım göstərməyə imkan verəcək.

2004-cü ilin fevral ayında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı və o, informasiya dairəsinin texniki komponentlərinin inkişafına və Hökumətin on-layn strategiyalarının həyata keçirilməsinə cavabdehdir. Bu, Azərbaycanın mövcud internet və şəbəkə əhatəsinin genişləndirilməsinə təkan verir. 1 yanvar 2008-cü ildə internet hostlarının sayı 756, abunəçilərin sayı 95000 nəfər idi və əhalinin 2.2%-i internet istifadəçisi idi32.

Azərbaycanda İKT-nin İnkişafı üzrə Milli Strategiya Birləşmiş Millətlər Təşkilatının İnkişaf Fondu ilə Azərbaycan Hökumətinin birgə layihəsi kimi 2001-ci ildə təsdiq edildi və o, 2011-ci ilədək internet serverlərinin sayının 15,000-ə çatdırılmasını nəzərdə tutur. Bu isə o deməkdir ki, ən azı Azərbaycanın 1600 kəndi üçün, eləcə də hər bir təşkilat və QHT üçün bir internet serveri və bir veb səhifəsi yaradılacaq33.

2005-ci ilin oktyabrında ölkə Prezidentinin Fərmanı ilə "2005-2008-ci illər üzrə Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir (Elektron Azərbaycanı).

Azərbaycanda internet əsasən, 1995-ci ildən inkişaf edir və hal-hazırda istifadəçilərin sayı 700 minə yaxın adam təşkil edir. Hər 100 adama təxminən 7 istifadəçi düşür. Əsasən, Bakıda və bəzi rayonlarda 500-dən artıq internet klublar açılmışdır34. Onların böyük əksəriyyəti şəxsi sektor tərəfindən yaradılmışdır, lakin dövlət xətti ilə yaradılan internet mərkəzləri şəbəkəsi də mövcuddur. Respublikanın müxtəlif regionlarında yerləşmiş 20 mərkəzdə internetə çıxış ilə yanaşı, əhalinin kompüter biliklərinə öyrədilmə həyata keçirilir35. Daha çox irəliləmiş mərkəzlər İmişli, Lənkəran, Quba və Şamaxıda fəaliyyət göstərir.

Azərbaycanda internet provayderləri bazarı intensiv inkişaf edir və indi 30-dan artıq provayderlə təmsil olunmuşdur, lakin onlardan yalnız ikisi dövlət müəssisəsidir. "Aztelekom.net", "BakInternet" dövlət internet provayderinin işi nəticəsində hər hansı bir sahədən internet şəbəkəsinə qoşulma imkanı yaranmışdır. İnternet provayderlərin sayının daimi artımı Qafqaz regionunda güclü rəqabət yaratmışdır. Azərbaycanda beynəlxalq indeksə dair 2006-cı ildə elektron hazırlığın səviyyəsi 2,92 ball idisə, 2007-ci ildə 3,26 bala qədər qalxmışdır36. Müqayisə üçün bu göstərici Rusiyada 4,42 ball, Ukraynada 4,31 ball, Qazaxstanda 3,8 ball təşkil edir37. Azərbaycandakı vəziyyəti Qafqaz və Orta Asiya ölkələrindəki İKT və internetin statusu ilə müqayisə etmək olar38.

Respublikada internetin inkişafı ilə əlaqədar ən yeni texnologiyalardan istifadə olunur və lazımi islahatlar həyata keçirilir. Kompüter bazarının və müasir informasiya texnologiyalarının sürətli inkişafı internetdən istifadə tələbatını daha da artırmışdır.

Milli Azərbaycan şəbəkəsinə Azərbaycan, rus və ingilis dillərində 30 000-dən artıq səhifə yerləşdiriləcək, Azərbaycan dilində səhifələr üstünlük təşkil edəcək. Azərbaycanın şəbəkə məkanında hərəkət etmə üçün Azərbaycan dilində danışa bilməyən adamlara kömək etmək üçün ingilis, mümkündür ki, rus və türk dillərində onlayn indeksləri və ya göstəriciləri və müəyyən parçaların hazırlanmasına yardım üçün avtomatik tərcümənin xidmətləri istifadə olunacaq39. Bu cür indeks və ya parçaların başqa dillərdə hazırlanması, Azərbaycan kontentinin beynəlxalq səviyyədə görünməsi və əlçatan olması üçün Azərbaycan şəbəkə məkanının internetin axtarış vasitələri ilə əlaqələndirilməsinə kömək edəcək.

Bizim sonrakı təhlilimiz üçün Azərbaycanda gender aspektində İKT-nin inkişafında perspektiv və mümkün çağırışları vurğulamaq lazımdır40.

İKT-nin inkişafı üçün perspektivlər iki tərkib hissədən formalaşır: maddi-texniki infrastruktur və insan potensialı. Maddi-texniki infrastruktur barəsində aşağıdakılar danılmazdır:

  • Respublikanın əksər iri şəhər və vilayətlərini birləşdirən milli fiber-optik magistralına əsaslanmış telekommunikasiya infrastrukturunun mövcudluğu.
  • Münasib qiymətli şəbəkələrin qurulması üçün obyektiv zəmin vardır, belə ki, Azərbaycan kifayət qədər enerji resurslarına malikdir.
  • Şəhərlər arasında internetin birləşdirilməsinin nisbətən ucuz qiyməti.
  • Mövcud şəbəkələr internetin mövcud və proqnozlaşdırılan artımına tab gətirə bilər.
  • Azərbaycan regional bazarlara və Xəzər dənizinə münasibətdə mərkəzi yer tutur.
  • Azərbaycan Xəzər dənizindən neft və qazın Türkiyə, Qara dəniz və dünya bazarına daşınması üçün strateji dəhlizə malikdir və buna görə də Azərbaycan ərazisindən keçən, Frankfurt və Şanxayı birləşdirən TAE fiber-optik kabeli vasitəsilə tezliklə internet-magistrala birbaşa qoşulma imkanı əldə edəcək.
  • İnvestorlar, onlar üçün münasib şəraitin mövcud olacağı təqdirdə İKT-nin tətbiq edilməsində iştirak etməyə hazırdırlar.

İnsan potensialı kontekstində aşağıdakıları qeyd etmək lazımdır:

  • Azərbaycan İKT-nin inkişafı üzrə kadr tələbatlarını öz qüvvəsi ilə ödəyə bilər.
  • Azərbaycan "qocalan ölkələr" sırasına daxil deyildir, burada yeni vərdişlər və dillər öyrənməyə hazır olan bacarıqlı gənc əhali çoxdur.
  • İnternetin və s. istifadəsi ilə müstəqil hazırlanma və təlimə səy gözə çarpır.
  • İKT sektorunda sahibkarlıq bacarığının mövcudluğu.
  • İnternet-şəbəkələrin və internetin provayder xidmətlərinin yaradılması üçün kifayət qədər ilkin texniki və işgüzar təcrübənin olması.
  • Tələbə qəbulu üzrə Komissiya, seçkilər üzrə Komissiya və Dövlət Gömrük Komitəsinin işində İKT-dən istifadənin mühüm pozitiv təcrübəsi vardır.

Gender aspektindən xüsusilə əhəmiyyətlidir ki, Azərbaycan hökuməti və PROON-nun "Azərbaycanın İKT üzrə milli strategiyası və onun ilkin mərhələdə inkişafı" birgə layihəsinin milli koordinatoru Məleykə Abbas-zadə olmuşdu. Onun təşəbbüsü ilə İKT respublikada ilk dəfə olaraq tələbə qəbulu üzrə Komissiyada öz tətbiqini tapmışdır41.

  • Azərbaycanın müsbət xüsusiyyətlərindən biri qadınların kifayət qədər yüksək təhsil səviyyəsidir42. Bu amil, ancaq qadınlara ünvanlanmış İKT sahəsində təhsil proqramlarının uğuruna əmin olmağa imkan verir.
  • Bakıda Cisco şirkəti uğurla işləyir. O, İKT sferasında xüsusi gender proqramı olan yeganə aparıcı beynəlxalq korporasiyadır. Çox maraqlıdır ki, Cisco-nun gender konsepsiyasını işləyib-hazırlayanlar amerikalı psixoloqların məlumatlarından çıxış edirdilər. Onlar sübut etdilər ki, tələbələri kişi və qadınlar olan qarışıq qruplarda kişilər hakim mövqe tuturlar və özlərinin təcavüzkarlığı və psixofizioloji xüsusiyyətləri sayəsində təlimatçıların diqqətini daha çox cəlb edirlər43. Buna görə də qərar qəbul edilmişdir ki, sırf qadın akademiyaları yaradılsın, təlimatçılar da qadın olsun. Hal-hazırda İT üzrə giriş kurslarından başlayaraq kompüter təhlükəsizliyi və serverlərin inzibatçılıq sisteminə dair kurslara qədər informasiya texnologiyalarının müxtəlif istiqamətlərinə dair 10-a qədər kurs mövcuddur. Lakin Cisco-nun gender konsepsiyası prinsipi Azərbaycanda yayılmamışdır və 2004-2007-ci il dövründə yalnız iki qadın şəbəkə inzibatçısı sertifikatını almışdır44. 2008-ci ildən Cisco-nun Bakı ofisində Azərbaycan bazarında daha çox tələb olunan İT- ixtisaslara gənclərin təlimi və sertifikatlaşdırılmasına maliyyə dəstəyi proqramı fəaliyyət göstərir. EduCat təlim haqqının təxirə salınması və sertifikat imtahanının keçirilməsinə dair öhdəliyi öz boynuna götürür, məzunlarının işlə təmin olunmasına kömək edir.
  • OSI-nin informasiya proqramının dəstəyi ilə Oracle Database verilənlər bankının idarəçiliyinə dair qadın-menecerlərin eksperimental hazırlığını Azərbaycan Gender İnformasiya Mərkəzi həyata keçirir. Oracle Database verilənlər bazaları menecerləri bütün dünyada çox hallarda qadınlar olur, belə ki, sistem inzibatçılarından fərqli olaraq, Oracle Database verilənlər banklarının idarəçiliyi CİSCO serverlərinin idarəçiliyi kimi fiziki yük daşımır. O da çox mühümdür ki, Oracle Database verilənlər bankının idarəçiliyi qadın biznesinin inkişaf etdiyi kiçik və orta biznes müəssisələrində aparıcıdır.

Puls-R sosioloji xidməti tərəfindən 2008-ci ilin yanvar-fevralında keçirilmiş "Azərbaycan 2007-ci ildə" sosioloji monitorinqinin məlumatına və respublikada 2005, 2006 və 2007-ci illərdə keçirilmiş sosioloji tədqiqatların müqayisəli analizinə görə, ölkədə internetdən informasiya mənbəyi kimi istifadə edənlərin sayı yüksək templə artır45.

Azərbaycan üzrə göstərilən məlumatlar gender bərabərliyinə nail olmaqda İKT-nin rolu problemini aktuallaşdırır.

İKT-nin geniş inkişafına müvafiq olan çağırışlar iki tərkib hissədən formalaşır: maddi-texniki infrastruktur və insan potensialından.

Bununla belə, maddi-texniki infrastruktur aşağıdakı çağırışlara reaksiya verməlidir:

  • Orta əmək haqqı ilə müqayisədə FK və internetə qoşulmanın yüksək qiyməti.
  • FK və xidmətlərin alınması üçün kreditlərdən kifayət olmayan istifadə.
  • Ölkənin telefon əlaqəsi və elektrik enerjisi ilə natamam əhatə edilməsi, xüsusilə də müəyyən kənd yerlərində, bu da ölkə üzrə internetə qoşulmanı məhdudlaşdırır.
  • İKT-nin inkişafını stimullaşdıran elektron ticarətin inkişaf etməməsi.

Lakin İKT sahəsində ən mürəkkəb çağırışlar əsasən sosial-mədəni sferada cəmləşmişdir.

  • İnkişaf etməmiş informasiya mədəniyyəti və İKT-nin imkanları haqda məhdud məlumat.
  • Azərbaycanda bir neçə dildə danışırlar. Bakıda rus dilində yaxşı danışırlar, gənclər həmçinin ingilis dilinə üstünlük verirlər, lakin Bakıdan kənarda və ya digər böyük şəhərlərdə xarici dillərin istifadəsi məhduddur. Əhalinin çoxunu təşkil edən kənd sakinləri yalnız Azərbaycan dilində danışırlar, bu da onların dünya internetindən istifadə etmələrinə imkan vermir.
  • Microsoft (MSCE) firmasının sertifikatlaşdırılmış təlim üzrə kurslarını bitirən mütəxəssislərin çoxu, kursları bitirdikdən sonra ölkəni tərk edirlər46.
  • İKT üzrə sertifikata malik mütəxəssislərin, həmçinin İKT üçün təhsil və hazırlıq proqramlarının və avadanlığın çatışmaması.

Bütün dünyada olduğu kimi kompüter ilk əvvəl Azərbaycanın işgüzar dairələrində tələb olunmuşdur və yalnız vaxt ötdükcə qeyri-rəsmi həyatda hücuma keçmişdir. Bakıda 1995-ci ildən inkişaf etmiş İKT bazarı yaranmış və çiçəklənir. Dəyərlərdə çox böyük irəliləyişlər baş vermişdir, kompüter uşaqlı ailələrdə iri bazarlıqda prioritet olmuşdur.

Ev kompüterlərinin əldə olunması və yayılması artmışdır. Texnika daha defisit deyildir və paytaxtda informasiya kommunikasiyalarına yardım edən hər hansı bir şeyi almaq olar. Kompüterlər ucuzlaşır. Əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasına baxmayaraq, paytaxtda kompüterə tələbat çox yüksəkdir. Orta gəlirli adamlar arasında yüksək dərəcəli müasir kompüter mühüm prioritetə çevrilir. Yayılma prosesi elitadan aşağıya doğru yönəlmişdir, ona orta gəlirli (bizim anlayışa görə) ailələr qoşulmuşlar.

İnformasiya cəmiyyətinə hərəkət mexanizmini və baş verən gender proseslərinin dinamikasını başa düşmək üçün, biz yeni texnologiyaları başqalarından daha yaxşı mənimsəyən və yerdə qalan əhali üçün sosial nümunə olan sosial qrupla dərin bioqrafik müsahibədən istifadə etmişik. Analiz göstərdi ki, Bakı, Sumqayıt və Gəncədə kompüter canlanması müşahidə olunur. Bu, daha dəqiq İKT bazarında və ailədə izlənilir47.

Bütövlükdə respondentlər üzrə aşağıdakı mənzərə yaranır:

  • İKT haqda informasiyaya malik olmayanlar - birinci qrup, yaşlı əhalinin heç 3%-ni də toplamırlar;
  • İKT haqda nə isə bilənlər - ikinci qrup - cəmi 5%-ə yaxın, lakin şübhəsiz 8-10%-dən yuxarı deyil.

Əhalinin əksəriyyəti aşağıdakı qrularda cəmləşmişdir:

  • 3-cü qrupda - müəyyən təsəvvürü olanlar;
  • 4-cü qrupda - daimi istifadəçilər;
  • 5-ci qrupda - peşəkar biliklərə malik olanlar.

Nikbin hesablamaya görə (tələbatın müqayisəli aşağı plankasında, məsələn, meyarı əhalinin adi fərdi kompüterə münasibətdə hesab etsək), 3-cü qrup 30%-dən 35%-ə kimi təşkil edə bilər; 4-cü qrup 20-25% təşkil edir, 5-ci qrup çox azdır və ümumi mənzərəyə təsir etmir. İKT-dən kənarda hələlik əhalinin təxminən üçdə biri qalır.

Əgər daha sərt meyarlar, xüsusən də əhalinin fərdi kompüterə deyil, şəbəkə texnologiyalarına münasibətini götürsək, onda müvafiq olaraq bölgü daha az nikbin alınar, kənarda qalan qrup əhalinin 70-dən 80%-nə kimi təşkil edə bilər.

Milli gender sorğunun nəticələri paytaxt və regionlar arasında informasiya uyğunsuzluğunun diqqəti cəlb edən meyli aşkar edir. Bu informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunmasında ciddi geriləməyə şəhadət edir ki, bunsuz da müasir cəmiyyəti təsəvvür etmək olmaz48. 1500 soruşulandan cəmi 4,5% fərdi kompüterə və 4,1% internetə çıxışı təmin edən modemə malikdir. Azərbaycanda İKT-nin insanların həyatına tətbiq edilməsi, fərdi kompüter və digər aparat vasitələri ilə təmin olunmasından tez həyata keçirilir.



31 http://www.nicts.az/

32 http://www.nicts.az/

33 Hökumətin sorğu vərəqəsinə Qadın məsələləri üzrə Dövlət Komitəsinin məruzəsi. Pekin +10. Bakı. 2005. səh. 19.

34 www. mincom.gov.az

35 www. mincom.gov.az

36 http://economics.apa.az/news.php?id=66272

37 www.instat.az

38 «Economist Intelligence Unit»-in tədqiqatları üzrə.

39 www.polyglot.az

40 Ümumiləşdirmə İKT-yə dair milli strategiyanın hazırlanması üzrə işçi qrupun üzvləri və ali məktəb müəllimləri ilə ekspert müsahibələrin əsasında aparılır.

41 2004-cü il fevralın 16-da "Həftə-Nedelya" qəzetinin təşkil etdiyi birbaşa telefon xətti ilə M.Abbaszadə ölkədə İKT-nin inkişafına dair "Nedelya", "Həftə" və "Komsomolskaya pravda" qəzetlərinin oxucularının çoxsaylı suallarına cavab vermiş və öz təcrübəsi ilə bölüşmüşdür (http://www.gender-az.org/ saytında).

42 Reaching the Last Few: Girls Education in Azerbaijan, UNICEF - Ministry of Education Azerbaijan Republic, Eileene Kane, Baku, 2001.

43 Andjelkovic, Maja, Talk to Her: a Dialogue to Action among Young Women in ICT, Consultation Report, International Institute for Development (2003), http://files.tiggroups.org/1277/Report.doo

44 EduCat tədris mərkəzinin rəhbəri N.Hüseynquliyevlə müsahibə.

45 http://www.echo-az.info/obshestvo07.shtml

46 MSCE-nin bütün səviyyələrini bitirmiş və Avropaya getməyə hazırlaşan proqramçı X. ilə səmimi müsahibə.

47 "Bilik" cəmiyyəti Gəncə filialının direktoru, "Avroasiya" fondunun "Gəncədə şəbəkə texnologiyalarına qoşulmanın genişlənməsi" layihəsinin rəhbəri ilə müsahibə.

48 Azərbaycan Respublikasında İnsan İnkişafı Haqqında Hesabat 2007- Azərbaycanda gender münasibətləri: tendensiyalar və problemlər. B. 2007, s.43.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb