Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Sosial qadin interneti


     

AGİM mühüm həcmli virtual məkan - üç dildə (Azərb., ing., rus dillərində; müraciət edənlərin sayı ayda 5000 adam) 1225 mqb həcmində Milli Gender portalını əldə etməyə və virtual gender şəbəkəsini yaratmağa - göndərişlərin alıcıları 1000-dən artıq - müvəffəq oldu. Faktiki olaraq elektron qəzet oldu, burada ölkə və dünya üzrə xəbərlər blokundan başqa, müzakirələr üçün mövzular təklif olunur. Müzakirələrdə fəal iştirak, müzakirələrin təşkili, analitik qiymətləndirmə və müzakirələrə yekun vurmaq, əlçatmaz və maraqlı materialların göndərilməsi, göndərişlərin digər siyahılarından, konfranslardan kross-postinq, informasiya və gender tədqiqatları sahəsində əlaqə üzrə sorğular işin şəbəkə prinsipini müəyyən edir. Beynəlxalq ekspertlər Azərbaycan milli portalını MDB ərazisində ikinci virtual gender resursları kimi müəyyən edirlər67. Bununla belə, nəzərə almaq lazımdır ki, bu milli dildə işləyən yeganə qadın saytıdır, hərçənd hətta bizim ölkədə də Azərbaycan dilində saytlar azdır.

Gender tədqiqatları sahəsində ixtisaslaşan müəllimlər, tədqiqatçılar və aspirantlar üçün azad ünsiyyət imkanlarını təmin etmək məqsədilə 2002-ci ildə başlamış AGİM layihəsi ilkin ideya çərçivəsindən çox kənara çıxmışdır. Bu layihə WNP OSI üzrə işi 2 istiqamətdə əhatə edirdi: REWINDNET və "MDB ölkələrində gender təhsilinin inkişafı" təhsil layihəsi.

AGİM - milli gender portalı oldu, belə ki, o, təkcə QHT-ni deyil, həm də gender problemləri ilə məşğul olan dövlət institutlarını da təmsil edir. Həm keçmiş, həm də indiki Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi informasiya cəhətdən www.gender-az.org-da təqdim olunmuşdur.

AGİM - ölkədə daimi fəaliyyət göstərən yeganə real resursdur, o, qadın şəbəkələrini informasiya cəhətdən dəstəkləyir, qadın QHT-lərinin inkişafı, gender maynstriminqi, gender təhsilinə dair informasiyanı toplayır, saxlayır və yayır, Azərbaycanda gender və qadın inkişafı haqda ölkə ictimaiyyətini və beynəlxalq birliyi məlumatlandırır. AGİM müxtəlif gender problemləri və qadın inkişafına dair virtual və ənənəvi kitabxana resurslarını toplayır.

Portalda zorakılığa müqavimət sektorunda işləyən QHT-lərin səyini birləşdirən STOPVAW/Azerbaijan resursu fəaliyyət göstərir.

Bu, ilk növbədə QHT-lərə öz promouşenləri üçün resursun xidmətlərindən istifadə etməyə və ailə zorakılığı və traffiklə mübarizəyə dair müxtəlif şəbəkələrə qoşulma imkanı verir. Azərbaycan hökumətinin qadınlar üzərində zorakılıqla mübarizənin zəruriliyinə tərəfdar olması ilə əlaqədar, bu cür resursun olması ikili rol oynaya bilər: dəyişikliklər carçısı və onların həyata keçirilməsinin monitoru, nəzarətçisi kimi.

Müasir İKT elə sürətlə inkişaf edir ki, əldə edilmiş mövqeləri saxlamağa dair kifayət qədər təcavüzkar siyasət lazımdır. Məsələn, əgər 2002-ci ildə statistik sayt yaxşı davamiyyətə malik idisə, 2004-cü ildə isə interaktiv texnologiyalı yeni sayt lazım oldu. Gündəlik (bazar günündən başqa) dəstəyə baxmayaraq, sayt mənəvi cəhətdən köhnəlmişdir və 2006-cı ildə yeni portal buraxılmışdır. Mərkəz kontent - gender sahəsində təhsil resurslarına dair materiallar hazırlamış, onun yerləşdirilməsi və axtarışı üçün texnologiya işləyib hazırlamışdır.

AGİM Azərbaycan Respublikası Müəllimlər İnstitutunun bazasında gender təhsilinin interaktiv metodikalarının, təhsil strategiyasının işlənib hazırlanmasını təşəbbüsləndirmişdir.

Qadın və gender tədqiqatlarının intensiv inkişafı, tranformasiya dövrünün sosial-siyasi və humanitar elmlərdə baş verən köklü dəyişikliklərin mühüm aspekti kimi nəzərdən keçirilə bilər. İnformasiya və kommunikasiya texnologiyalarının fənn konsepsiyalarına daxil edilməsi, təkcə gender tədqiqatlarında deyil, həm də gender fənlərinin tədrisində yeni sahələrin açılmasına imkan verir.

AGİM tərəfindən hazırlanan «Gender və informasiya-kommunikasiya texnologiyaları» kursu gələcək mütəxəssisləri müasir gender informasiya məkanı, kompüter sahəsindəki vasitələr, gender informasiyası ilə işin üsul və formaları, bilik və vərdişlərin kompüter texnologiyaları və elmi-tədqiqat, təhsil və praktiki-sosial fəaliyyət metodikalarında lazımi biliklərlə təmin etməlidir.

İnteqrativ kurs, həmçinin gender fənlərini tədris edən müəllimlərdə informasiya mədəniyyətinin formalaşmasına yardım edir, belə ki, ancaq İKT alətlərinə yiyələn, tədris-tərbiyə prosesində öyrənilən yeni nəsl fənninin metodiki təminatı, əsasən də, istifadə üçün metodikaların işlənilməsi və həyata keçirilməsinə qabiliyyəti çatan müəllimlərə yardım edir.

 

«Gender və informasiya-kommunikasiya texnologiyaları» kursunun vəzifələri

  • sosial informatikanın metodoloji və nəzəri, o cümlədən qlobal informasiyalaşma problemlərinin bilik və anlayışını, informasiyalaşmış cəmiyyətə keçidi və onunla bağlı sosial-siyasi proseslərdə, siyasi məkanda, sosial-siyasi fəaliyyətdə, gender tədqiqatı və təhsildə dəyişiklikləri təmin etmək;
  • sosial və humanitar elmlər sahəsində gələcək mütəxəssislərdə informasiyalı cəmiyyətə müvafiq dünyagörüşü və informasiya mədəniyyəti, informasiya cəmiyyətinin gender inkişafı üçün eyni əhəmiyyətli texniki, texnoloji, resurs, metodiki imkanlar haqda, informasiyalaşma və kompüterləşdirmənin gender məkanının və gender təhsilinin formalaşdırılmasının aləti və vasitəsi kimi müasir təsəvvürlər formalaşdırmaq;
  • nəzəri və tətbiqi gender tədqiqatları və gender təhsilində, peşəkar-fənn fəaliyyətində müasir kompüter texnikası və kompüter texnologiyalarından istifadə zamanı daha sabit və fənlərə istiqamətləndirilmiş bacarıq və vərdişlər formalaşdırmaq.

«Gender və informasiya-kommunikasiya texnologiyaları» kursu mövzu və fənn dolğunluğuna görə informasiya və gender silsiləsi fənləri - ümumi və xüsusi fənlər, nəzəri və tətbiqi kurslar, hər şeydən əvvəl isə həm qlobal, həm də respublika miqyasında gender problemlərinin elmi gender analizinə informasiya-analitik və təşkilati-texnoloji dəstək kursları ilə sıx bağlıdır. Tələbələr «Gender və qadın tədqiqatlarının üsul və metodikaları», «Tətbiqi gender analizi», «Gender statistikası», «Gender kommunikasiyaları», «Beynəlxalq sənədlər və gender bərabərliyi», «Müxtəlif iqtisadi sistemlərdə gender strategiyaları» kurslarını mənimsəyərkən gender informatikasına dair biliklərini tətbiq etməyi bacarmalıdır.

Kursun öyrənilməsi nəticəsində tələbələr informatika, sosial informatika kimi fundamental elmi fənlərin əsas mövqe və tələblərindən çıxış edərək, həmçinin xüsusi elmi fənlər, tarixi, hüquqi, sosioloji informatika və informatikanın digər humanitar bölmələri ilə nəzərdən keçirməyi bacarmalıdırlar.

Cəmiyyətin qlobal proses kimi informasiyalaşmanın nəzəri və praktiki problemləri, müasir sivilizasiyanın informasiya cəmiyyətinə, kompüterləşməyə keçidi, informasiya texnologiyalarının təkmilləşdirilməsi və dünya və gender informasiya məkanının formalaşdırılması, humanitar və sosial sahələrin informasiyalaşma problemləri, cinslər arasında rəqəmsal uyğunsuzluğun aradan qaldırılması və gender bərabərliyi, gender siyasəti, gender və qadın tədqiqatları və gender təhsilində informasiya texnologiyalarının rolunu tələbələr üzvi vəhdətdə nəzərdən keçirməlidirlər.

Kursun mənimsənilməsi prosesində tələbələr gərək təkcə gender tədqiqaları və gender təhsili sahəsində informasiyalaşmanın nəzəri və tətbiqi proseslərini deyil, həm də kompüter texnologiyaları tədbiqinin vərdişləri, kompüter resurslarından gender analizinin alət və vasitələri kimi istifadəsini mənimsəməlidirlər. Bu baxımdan onlar təcrübədə kompüter texnologiyalarını tətbiq etməyi bacarmalıdırlar:

  • elmi və tədris kompüter gender resurslarının yaradılması, axtarışı, toplanması, saxlanması;
  • gender mənbələrinin kompüterləşdirilmiş analizi və onların interpretasiyası üçün;
  • gender tədqiqatı, gender təhsilinin nəzəri və tətbiqi problemlərinin həll olunması, kompüterləşdirilmiş analiz vasitələri ilə sosial-iqtisadi və siyasi inkişafın proqnozlaşdırılmasının gender vəzifələri üçün;
  • cinslər arasında rəqəmsal uyğunsuzluğunun aradan qaldırılmasının alət və vasitəsi kimi.

Kurs tələbələr tərəfindən kompüter analizi aparatı və metodikası ilə sosial-humanitar fənlərin (statistik analiz, gender situasiyaları və proseslərinin kompüter modelləşdirilməsi, gender tematikasına dair sənədlərin kontent-analizi və s.), bu məqsədlərlə standart və xüsusi proqram təminatı ilə iş vərdişlərinə (standart «Microsoft Office» paketi, internet şəbəkəsində iş üçün proqramlar, «Qadın Terminologiyasının Avropa Tezaurusu» üzrə axtarış işləri, http://www.gender-az.org/ milli gender portalı üzrə verilənlər bankı və press-klippinqlərlə iş) yiyələnməyə istiqamətləndirilmişdir.

Kursun yeniliyi, innovasiyalılığı onun inteqrativliyindədir. Kursdakı gender informatikasının nəzəri və tətbiqi problemləri, informatika, sosial informatika kimi fundamental elmi fənlərin əsas müddəaları və problemlərindən, onlarla vəhdət və qarşılıqlı əlaqə, həmçinin gender tədqiqatları və gender təhsili ilə qarşılıqlı əlaqədən çıxış edərək nəzərdən keçirilir.

Kursun yeniliyinin digər aspekti onun fənn-peşə yönümlüyündə təzahür edir.

Kursun həm nəzəri, həm də praktiki tərkib hissələri, gender tədqiqatları və gender təhsili sahəsində informasiyalaşmanın nəzəri və tətbiqi problemlərinin tələbələr tərəfindən dərk edilməsinə, qadınlar və kişilərin bərabər hüquq və bərabər imkanlarının təsdiqinə istiqamətləndirilmişdir.

Nəzəri kurs, xüsusilə də praktiki məşğələlər, tələbələrin müstəqil işi təkcə müasir informasiya texnologiyaları, kompüter, onlarla işləmək vərdişlərini bilmələrinə deyil, həm də onlarda gender informasiya mədəniyyəti, kompüter texnologiyalarını tətbiq etmək bacarığı, gender bərabərliyinə nail olmaq üçün kompüter resurslarından alət və vasitə kimi istifadə etmək, həssas gender dünyagörüşü formalaşdırmağa istiqamətləndirilmişdir.

Təxmin edilir ki, «İnformasiya və kommunikasiya texnologiyaları və gender» kursu üzrə zaçotda təqdim olunan mövzulardan birinə dair müəllimlə müsahibə - və yerinə yetirilmiş laboratoriya işləri şəklində praktiki tapşırıqların özü daxil olmalıdır (verilmiş bölmənin 3-cü bəndinə bax):

  • 1. Laboratoriya işi №1: http://www.gender-az.org/ milli portalı üzrə Azərbaycan dövri mətbuatının pressklipinqlərinə dair kompüter kontent-analizi.
  • 2. Laboratoriya işi №2: «Ədəbiyyat və mənbələrin (informasiya resurslarının) elektron kataloqu» verilənlər bazasının yaradılması (mövzu tələbələrin seçimi ilə). http://www.gender-az.org/ milli portalı üzrə verilənlər bazasına sorğu və hesabatların köməyi ilə ədəbiyyat və mənbələrin analizi.
  • 3. Laboratoriya işi №3: http://www.gender-az.org/ milli portalı üzrə «Qadın Terminologiyasının Avropa Tezaurusu»na Azərbaycan əlavəsinin köməyi ilə gender tematikasına dair internet-məhsulun yaradılması.
  • 4. Laboratoriya işi №4: http://www.gender-az.org/ milli portalı üzrə «Qadın Terminologiyasının Avropa Tezaurusu»na Azərbaycan əlavəsinin köməyi ilə gender tematikasına dair qlossarinin tərtib edilməsi.
  • Mərkəz iki il ərzində regionlarda («Mama cash»ın dəstəyi) qadın QHT-ləri və Qərb Universiteti nəzdində GAM ilə birgə tədqiqatçılar, müəllimlər, magistrantlar və Bakı tələbələri ("Kvina to Kvina"-nın dəstəyi) üçün saytla iş üzrə treninqlər keçirirdi.
  • Beləliklə, saytın yeni texnoloji prinsipi istifadəçilərin özünün də yeni informasiya inkişafını tələb etdi, lakin biz əminik ki, ölkə üçün çoxsaylı müştərili, müasir dizaynlı, sürətli təzələnmə texnologiyalı və fəal dinamikalı portalın olması məqsədəuyğun və səmərəlidir.
  • Nəticədə milli portal Azərbaycanın sabit gender inkişafının advokatlaşdırılması və təbliği üçün resurs oldu.

Portalın əsas səhifəsində daima həm gender bərabərliyinin aktual problemləri, həm də antidiskriminasiya təcrübələrinin dəf olunmasının milli spesifikasına dair səsvermə keçirilir. Buna görə də hesab etməyə əsas var ki, milli ziyarətçilər səs verirlər. Onların sayı saytın gündəlik ziyarətçisinin 53%-ni təşkil edir. Bu gender və feminizmlə ciddi maraqlananların dünyagörüşlərinin müəyyən spektrini təsəvvür etməyə imkan verir.

Biz ən çox cavab toplamış suallardan seçmələr etmişik və indi saytın fəal ziyarətçisini təsvir etməyə çalışaq.

Sayt ziyarətçilərindən daimi və fəal səs verənlərini hər şeydən əvvəl Qarabağ münaqişəsi narahat edir68. Silahlı münaqişələrdən kim daha çox əziyyət çəkir: kişilər və ya qadınlar? - sualına cavablar belə təqsim olunmuşdur: 20,32% hesab edir ki, kişilər və 79,68% qadınlar, ona görə ki, məhz qadınlar hər hansı, hətta ən dinamik inkişaf edən cəmiyyətdə belə, müxtəlif formalar alan mümkün zorakılıq obyekti olaraq qalmaqda davam edirlər. Azərbaycan da bu cəhətdən istisna təşkil etmir. Hətta Azərbaycanda erməni-azərbaycanlı münaqişəsi zəminində zorakılıq qurbanı olan yüz minlərlə qadın mövcuddur. Söhbət qaçqın qadınlardan gedir, onlar üzərində zorakılıq nəinki öz "kiçik vətənlərindən" qovulmaq, adət etdikləri həyat tərzi, vurulmuş mənəvi və fiziki iztirablar formasını almış, hətta onların həyat və sağlamlığına real təhlükədə ifadə edilmişdir. Hətta qadınlar erməni təcavüzü nəticəsində yüz min yaralanmış və əlli min əlillərin mühüm hissəsini təşkil edirlər. Qaçqın qadınlar çox böyük emosional stress keçirmişlər, bu da mütəxəssislərin rəyinə görə, ruhi xəstəliklərin reaktiv və permanent parametrlərini almışdır, belə ki, məhz onlar kütləvi qətllərin, 900 yaşayış məntəqəsinin, 130 mindən çox evin, 1600-dən çox təhsil, mədəniyyət və səhiyyə obyektlərinin, bir çox əvəzedilməz mənəvi dəyərlərin məhv edilməsinin şahidi olmuşlar.

Qarabağ münaqişəsinin nəticələrini kim daha çox hiss etmişdir: kişi və ya qadın? - sualına cavablar belə təqsim olunmuşdur: 40,42% hesab edir ki, kişilər, 59,58% qadınlar, xüsusilə qeyd etmək lazımdır ki, azərbaycanlı qadınlar müharibədən sonrakı Avropada və keçmiş SSRİ ərazisində ilk dəfə olaraq kəskin etnik təmizləməyə məruz qalmış şəxslərdir. Bu konteksdə fiziki, sosial, psixoloji zorakılığa məruz qalmış qaçqın qadınlar və yeri dəyişilmiş şəxslərdən danışmaq olar. Lakin Ermənistan hakimiyyəti tərəfindən, məğzinə görə dövlət terrorizmi dərəcəsinə qaldırılmış düşünülmüş zorakılıq aktları, bizim günlərdə özünün gizli davamına malikdir. Öz yaşayış mühitindən, işdən, ictimai statusdan məhrum olmuş və bu gün müasir cəmiyyət üçün qeyri-təbii qaçqın statusunda olmuş qadınlar arasıkəsilməz psixoloji pressinq atmosferində yaşayırlar. Bu pressinq hətta hökumət yardımının ən geniş proqramının köməyi ilə də aradan qaldırıla bilməz.

Lakin erməni-azərbaycanlı münaqişəsi təkcə qaçqın və məcburi köçkünlərin deyil, həm də yüz minlərlə adi Azərbaycan qadınlarının ruhi və fiziki sağlamlığına neqativ təsir göstərmişdir. Böyük olmayan ölkə üçün 20 minlik öldürülmüş və 4866 min itkin düşmüş insan, öz yaxınlarını, qohumlarını, dostlarını itirmiş azərbaycanlı qadınlardan yan keçə bilməzdi. Görünməmiş etnik təmizləmə xarakteri almış dağıdıcı müharibənin özü mənəvi zorakılığın amili oldu. Qadınlar öz təbiətinə görə bunu xüsusən emosional qəbul etdilər

Biz bu fikirdəyik ki, evdən kənar özünü maksimal realizə edən qadınlar bizim ziyarətçilərimizdirlər69. İqtisadiyyata olan sorğuların miqdarına görə, bir çoxları biznes aparmağa çalışırlar. Lakin - Azərbaycanda qadın sahibkarlığının real perspektivləri varmı? sualına cavablar son dərəcə bədbindir: 88,07% yox, yalnız 11,93% qadın biznesinin perspektivinə inanır.

Əsas etibarilə bu məlumatlar rəsmi məlumatlar arasında orta mövqe tutur, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına görə biznes sahəsində məşğul olan 69% qadından 3%-nin şəxsi biznesi vardır70. Ekspert qiymətləndirmələri göstərir ki, sahibkarlar arasında qadınlar 7-8% təşkil edirlər71. 2008-ci ilin əvvəlinə olan məlumatlara görə bu rəqəm 15%-ə yaxınlaşıb72. Lakin sahibkar anlayışı dəqiq müəyyən edilməyib və sahibkarlığın gender strukturunun ölçülməsi hansı müəyyənliyin və böyük maliyyə resurslarına malik işverənləri, həm də işverəndən fərqli olaraq gəliri muzdlu işçilərin gəliri ilə müqayisəyə gələn iqtisadi cəhətdən müstəqil fəal şəxsləri aid etmək olar.

Bərabərsizliyin gender cəhətdən iqtisadi asimmetriyası özünü mülkiyyətə qeyri-bərabər malik olmada biruzə verir. Beynəlxalq tədqiqatçıların rəyinə görə, "mülkiyyətə malik olmada gender diskriminasiyası geniş yayılmışdır, xüsusilə də formalaşan şəxsi sektorda"73. Mülkiyyətə malik olmada kişilər qadınları demək olar ki, 90% qabaqlayırlar74. Ehtimal etmək olar ki, mülkiyyətdəki bu bərabərsizlik qadınların hüquq və imkanlarına daha çox mənfi təsir göstərəcək.

Özəlləşdirmədən kim daha çox qazanmışdır? sualına 84,31% öz rəylərini kişilərin xeyrinə bildirmiş, 15,59% isə hesab edirlər ki, özəlləşdirmə dividendləri qadınlara çatmışdır. Bütövlükdə sayt ziyarətçiləri hesab edirlər ki, seçilmiş özəlləşdirmə mexanizmində, qərar qəbul etmə proseslərinə imkanları olan kişilər üstünlük almışlar.

Qadınların ictimai və siyasi fəaliyyətə cəlb olunması demokratik proseslərin mühüm elementlərindən biridir. Qadınların hakimiyyətin seçkili orqanlarında nümayəndəliyinin artmasını proqnozlaşdırmaq olarmı? Saytdakı səsvermədə sərt gender stereotipini əks etdirən aydın tendensiya izlənilir: hakimiyyət, hakimiyyət strukturları, qərar qəbul etmə sahəsi əsasən kişilərin mülkiyyəti olaraq qalır, ona görə də qadınların siyasi fəallığı ilə bağlı cavablar cansıxıcı görünür:

  • Azərbaycanda qadın partiyası yaradıla bilərmi? 64,58% - yox
  • Qadının Azərbaycan prezidenti olmaq ehtimalı varmı? 96,90? - yox
  • Qadının Parlament spikeri olmaq ehtimalı varmı? 75,13% - yox

Səsverənlərin yarıdan çoxu qadınların siyasətə irəliləyişinə kömək edən himayəçilik tədbirlərinin lehinə çıxış edirlər:

  • Siyasi partiyalarda qadınlar üçün kvotalar lazımdırmı? 56,74%
  • Parlamentdə qadınlar üçün kvotalar lazımdırmı? 54,11%

Gender kvotaları həmişə xüsusən mübahisəli məsələ olub.

Dünya təcrübəsində kvotalaşdırmanın iki əsas növü mövcuddur. Birincisi - konstitusiyalar və seçki qanunları səviyyəsində proporsional nümayəndəlik faizinin təmin edilməsi. İkincisi - partiyadaxili siyasət. İnkişaf etmiş demokratik ölkələrinin təcrübəsi göstərir ki, gender cəhətdən kvotalaşdırmanın optimal yolu partiyadaxili səviyyədə həll olunur. Lakin bunun üçün dövlətdə vətəndaş cəmiyyətinin elə inkişaf səviyyəsi olmalıdır ki, orada ictimai rəy partiyaların qərarına təsir edə bilsin.

Rəqəmsal bərabərsizliyin mühüm tərkib hissəsi - informasiyanın olmaması və ya onun məhdudluğudur. İnformasiyaya müraciətin dərəcəsində məhdudluq fərqləri gender nəzarəti sisteminə və hakim mövqeyə bilavasitə münasibətə malikdir: qadınlar kişilərdən fərqli olaraq, daha çox sərt hakimiyyət sisteminin obyektləridir.

Avropa Birliyi və BMT tərəfindən rəsmi tanınmış GEM metologiyası inteqrasiya edilmiş gender analizi və gender qiymətləndirməsi kimi İCT-nin bərabər imkanlar siyasətinin təsdiqi və pozitiv sosial dəyişikliklər 5 səviyyədə təqdim edilmişdir: təhsil siyasəti, vətəndaş cəmiyyəti, dövlət siyasəti, kütləvi informasiya vasitələri və iqtisadi siyasət.

 

Kompüter və internetdə istifadəçi iş vərdişlərinə malik olmayan qadınlar, onların həyatlarını yaxşılığa doğru dəyişəcək çoxlu və maraqlı məlumatlar əldə edə bilmirlər. Mərkəzi regionda gənc qadınlar mərkəzinin lideri deyir ki: - "Bizim regionlarda qadınlar əksər hallarda informasiya vakuumunda yaşayırlar. Mənim təşkilatım mərkəzi regionda dövlət proqramının, yoxsulluğun aradan qaldırılmasına dair gender hissəsinin monitorinqini keçirirdi. Qadın öz icmasının qapalı dünyasına, layihə və sosial islahatlar sahəsində təşəbbüslərə, ictimai həyatın demokratikləşməsinə cəlb edilmişdir. Gender bərabərsizliyi probleminin həlli sadəcə olaraq onu maraqlandırmaya bilməz, çünki onda informasiya yoxdur. Hətta qızların kompüterdən istifadə imkanı praktiki olaraq yoxdur, əgər ərə getdin, təsərrüfatla, uşaqlarla məşğul ol, kompüter isə nə isə boş şeydir, bəzən qadınlar üçün ədəbsizdir, sükan arxasında olduğu kimi".

Buna görə də rəqəmsal bərabərsizlik probleminin həlli üçün qadınların özlərinin birləşməsi çox mühümdür. Lakin bütövlükdə vəziyyət çox qəribədir. İki qadın dünyası: bizim şəhərdə, Mingəçevirdə, Gəncədə, Şəkidə kompüteri yaxşı bilən qızlar çoxdur, lakin kəndə gedirlər, orada isə başqa dünyadır.

Mənim fikrimə görə informasiyadan istifadə problemi hansı üsullarla həll olunmalıdır?

Fəaliyyətin mümkün bəzi istiqamətləri:

  • İKT-nin müxtəlif istiqamətləri üzrə 100%-li qadın qrupları üçün treninqlərin təşkili.
  • Rəqəmsal gender bərabərsizliyinin ləğvinə yönəldilmiş fəaliyyətin ölkəmizin qanunvericilik orqanlarında lobbiləşdirilməsi75.

Ekspertlərin praktiki olaraq hamısı qızların istifadəçi vərdişlərində tərəqqini qeyd edirlər. Şübhəsiz ki, fərdi kompüterdən istifadə vərdişlərinin genişlənməsində 2004-cü ilin avqustunda qəbul edilmiş Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin İnformasiya-kompüter texnologiyaları (İKT) ilə təmin edilməsinə dair üçillik Dövlət Proqramı mühüm amil olmuşdur. Bu genişmiqyaslı layihəyə əsasən ölkə məktəblərinin informasiya-kompüter texnologiyaları ilə təmin olunması və məktəblərə lazımi avadanlığın təqdim olunması, həmçinin müəllimlərin və tədris-metodiki vəsaitlərin hazırlanması üçün 20 mln. dollar ayrılmışdır76.

Dövlət Proqramına yardım çərçivəsində 2005-ci ilin oktyabrında Azərbaycanın Təhsil Nazirliyi və BMT-nin İnkişaf Proqramı arasında qiyməti 1.3 mln. dollar olan "Azərbaycanda təhsil sistemi üçün İKT" birgə layihənin başlanması haqda saziş imzalanmışdır77. Əgər proqramın başlanğıcında 1063 məktəbliyə 1 kompüter düşürdüsə, bu günə bu nisbət 1:33-ə bərabərdir78. Respublika Müəllimlər İnstitutunun rektoru deyir: "Keçən illərdən fərqli olaraq birinci kurs tələbə qızları, bizim institut isə əsasən kənd məktəbləri üçün pedaqoji kadrlar hazırlayır, kompüterlə qiyabi, dərsliklərdən tanış deyillər, yəni birinci kurs tələbə qızlarının İKT sahəsində hazırlığı pozitiv istiqamətdə irəliləyir, artıq qızların çoxu real istifadəçilərdir. Kompüterə yiyələnmədə hansı rayonlarda qızların şəraitinin yaxşı olduğunu müəyyən etmək çətin deyil. Xüsusilə bu Lənkəran, Gəncə, Mingəçevir, Sumqayıt, Şəki, Quba, Xaçmaz, Qusardır, Qax, Zaqatala, Ağstafa, Göyçay, Astara, Balakənddən gəlmiş qızların hazırlığı bir qədər zəifdir. Mərkəzi rayonlardan (İmişli, Bərdə, Yevlax və s.) gəlmiş tələbələr isə İKT sahəsində çox zəifdirlər.

Çoxsaylı tədqiqatlarla sübut edilmişdir ki, informasiyalaşma prosesi oğlan və qızların submədəniyyətində fərqli əks olunmuşdur. Xarici müəlliflərin təhsil multimedia-məhsullarının istifadəsi üzrə tədqiqatlarının nəticələri göstərdi ki, kompüterləşmə daha çox oğlanların submədəniyyətində əks etmişdir, onlar qızlarla müqayisədə kompüter arxasında daha çox vaxt keçirirlər və müxtəlif növ fəaliyyətin böyük spektrini aktuallaşdırırlar. Təhsil alanların fərdi koqnitiv üsullarının aşkar edilməsi imkanı və gələcək uçotu, bizim fikrimizə görə, kompüter təliminin məhsuldarlığının artmasına kömək etməli və həm İKT resurslarından, həm də davranışın gender üsullarından istifadə vasitəsilə daha effektiv öz-özünə təhsil imkanlarını artıracaq.

Mən özüm kifayət qədər fəal istifadəçiyəm, elektron vəsaitlər, elektron dərsliklər məni çox maraqlandırır, lakin onlar Azərbaycan dilində praktiki olaraq yoxdur. Təəssüf ki, milli virtual məkan hələ bugünkü tələbata cavab vermir. Ən yeni İKT tətbiqi imkanları geniş gender təhsili və qadın hüquqlarının təbliği üçün istinadlar yaradır, onların arasında informasiya və özünü reallaşdırma hüququ üstünlük təşkil edir"79.

Təhsil sisteminin islahatı üzrə Dövlət Proqramının mühüm tərkib hissəsindən biri kimi tədris prosesinin gedişində internet resurslarından fəal istifadə təqdim edilmişdir.

 

Gender təhsilində İKT-nin istifadə olunması üç səviyyəni ehtimal edir:

  • Kişilər və qadınlar arasında rəqəmsal uyğunsuzluğun aradan qaldırılması, qadınların İKT-yə qoşulma imkanı.
  • Tezaurus, qlossari, forum, səs vermə, bloger, verilənlər bazaları və s. köməyi ilə treninq qarşısında qoyulan məqsədə görə, gender nəzəriyyəsinin müxtəlif sahələrində təlim.
  • Konkret elektron vəsaitləri ilə iş və sosial nəticələrin alınması, yəni alınmış biliklərin mənimsənilməsinə dair öyrədici refleksiyalar (feedback).

İnternet resurslarına yiyələnmədə gender bərabərsizliyi problemi geniş aspektdə informasiyaya müraciətdə qadınlara kişilər kimi azadlığın verilməsi ilə əlaqədardır. Bununla belə, müraciət azadlığı təkcə istifadəçi vərdişləri kimi başa düşülmür, baxmayaraq ki, onların da əldə edilməsinə maddi resurslar sərf olunur, xüsusən də kənd ailəsi FK istifadəçisi vərdişlərinə öyrədilmədə yalnız oğlanın təlimini ödəyə bilir, hesab edirlər ki bu ona gələcək işində kömək edə bilər80.

İnsan İnkişafı Haqqında Milli Hesabatın məlumatlarına görə81, internet resursları üzrə mövqelərdə gender ziddiyyəti kifayət qədər ifadə edilmişdir. Qadınların böyük faizi (61,5%) kişilərdən fərqli olaraq (28,1%) qızların internetdən istifadə etməsində məhdudiyyətlə razı olmadıqlarını bildirmişlər, onda ki məhdudiyyət qoyulmasına 43,7% kişi və 13,5% qadın çıxış etmişdir82.

 

Razı deyil

Qismən razıdır

Razıdır

 

K

Q

K

Q

K

Q

Qızlara internetdən istifadə etmə imkanı verilməməlidir, çünki onda onlar pis tərbiyə olunacaqlar

 

28.1%

61.5%

28.1%

 

24.9%

43.7%

 

13.5%

 

Qızlar və oğlanlar internetdən istifadədə bərabər imkanlara malik olmalıdırlar

 

33.0%

 

 

27.5%

 

30.9%

 

 

20.8%

 

 

38.2%

 

 

51.6%

İnternetdən istifadədə gender əlamətlərinə və imkanların bərabərliyinə görə məhdudiyyətlərə qarşı çıxış edənlər arasında qadınlar çoxluq təşkil edirlər. İnformasiyaya qadağanın və məhdudiyyətin tətbiq edilməsi daha çox kişilərə xasdır.

İnternetə azad müraciət məsələlərində yaş qruplarının mövqeyi görməyə imkan verir ki, yaşın artımı ilə internetdən istifadəyə gender məhdudiyyətlərini dəstəkləyənlərin sayı durmadan artır və onlar internet informasiyasına qoşulmasında oğlan və qızlara bərabər hüququn təqdim olunması ilə razı olmurlar.

Gənclər arasında mənzərə xüsusilə təhlükəlidir: 18-24 yaşlı gənclər arasında gender məhdudiyyətlərinə qarşı yalnız 42,3% çıxış edir, 34,5% onları dəstəkləyir, 23,2% isə qismən dəstəkləyir. Praktiki olaraq ölkədə hər dörd nəfərdən yalnız biri informasiya resurslarında gender bərabərliyinin lehinə çıxış edir. İnformasiyaya müraciət azadlığının məhdudiyyət dərəcəsində fərqlər öz növbəsində gender nəzarəti sisteminə və üstünlüyə bilavasitə münasibətə malikdir: qadınlar kişilərdən fərqli olaraq, hakimiyyət münasibətlərinin daha sərt sisteminin obyektləridir.

İnsan İnkişafı Haqqında Milli Hesabatın83 verilənlər bazası əsasında biz qadınların informasiyaya müraciət etmək hüququnu qəbul və ya rədd edən qadın və kişilərin nöqteyi-nəzərlərini başa düşməyə cəhd etdik.

Ölkə vətəndaşları üçün bərabər imkanların təmin olunmasına yönəldilmiş islahatlar, onların kişi və qadınlar üçün eyni cür reallaşmasını təmin etmir. İctimai-siyasi quruluşun yeni modeli dəyərlərin ağrılı və ziddiyyətli təftişi, həyatın nəinki şəraiti, həm də keyfiyyəti, psixoloji və davranış, o cümlədən gender stereotiplərinin sınması ilə müşayiət olunur. Dəyərlərin yenidən qiymətləndirilməsi prosesini təşəbbüsləndirən tranzit dövrünün nəhəng sosial-iqtisadi və siyasi dəyişiklikləri, qadınların aldıqları informasiya üzərində nəzarətin gender stereotiplərinin möhkəmliyində də özünü göstərmişdir. Qeyd edək ki, cəmiyyətin indiki vəziyyəti məhz gənc qadınlar qarşısında sosiallaşma məsələlərini xüsusilə kəskin şəkildə qoymuşdur.

Güman edilir ki, qızların internetdən istifadə etmələrinə imkanları olmasını hesab edən həm qadınlar, həm də kişilər (bu halda yazışma nəzarətsiz, idarə olunmaz olacaq) sərt gender stereotipini dəf edirlər. Bu kateqoriyada hər dördüncü qadın və hər üçüncü kişi inanır ki, qadınların ailədə vəzifə və davranış normaları dəyişmişdir və çox vaxt patriarxal normalardan kənara çıxmışdır. Bir qayda olaraq, nəzarət ailə və ənənələr tərəfindən icazə verilməyən nikah qorxusundan əmələ gəlir, xüsusilə də xarici vətəndaşlarla. Azərbaycan reallığı elədir ki, qızlar xarici vətəndaşlarla tanışlıq üçün internet xidmətlərinə demək olar ki, müraciət etmirlər. Lakin Mingəçevirdə, QHT-lərin birində internet vasitəsilə tanış olduğu türk vətəndaşına ərə getməyi planlaşdıran 25 yaşlı bir qıza rast gəldik. Lakin bu, gənc nəslə xas olan yeni imkanlar axtarışı tendensiyası göstəricisi kimi qeyri-tipik haldır.

Qızların internetdən istifadə azadlığı uğrunda çıxış edən respondentlər qrupu qadınların cəmiyyətdə davranış normalarının dəyişilməsini daha loyal qəbul edirlər.

 

Gələcəkdə verilənlər İKT əhəmiyyətinin fəal qəbul edilməsi prinsipi üzrə korrelyasiya olunacaq. Xüsusilə də, müasir həyatda İKT-nın rolunun başa düşən, həmcinin ailədə qadınların vəzifə və norma davranışlarında dəyişiklikləri başa düşən kimi. İqtisadi münasibətlərin yaranan strukturu, öz məğzinə görə, qadını adət etdiyi ailə sferasından kənarlaşdırır və ya, sosial-psixoloji planda gender rollarını dəyişməyi tələb edir.

Ərin gender rolunu dəyişən arvadın karyerası, postsovet məkanı üçün kifayət qədər yayılmış süjetdir, onun ssenarisi sosial mədəni dəyərlərdən və cəmiyyətin patriarxallıq səviyyəsindən asılı olaraq dəyişə bilər, lakin bütövlükdə o, cinsə görə seqreqasiyanın əsasında bütün dünyaya yaxşı məlum olan "güclü" və "zəif"lərə, hakimiyyət və resurslara malik olanların və bundan məhrum olanların, qərar qəbul etmə "düyməsinə" yaxınlıqdan asılı olaraq "kişi" və "qadınlara" bölgü prinsipi durduğunun yaxşı göstəricisidir.

İKT tərəfindən atılmış çağırışı qəbul edən qadınlar, digər qadınlardan təqribən 15 dəfə çox qadınlara əlçatan olan yeni peşələrin əmələ gəlməsini görürlər. Yeri gəlmişkən, qızların informasiyaya can atmasını dəstəkləyən və ya sədd yaradan kişilərdə bu fərq xeyli azdır, 23,47%-ə qarşı 35,23%.

Ölkəmizdə İKT-nin inkişafı bazar iqtisadiyyatı ilə təşəbbüslənir. Aşağıda göstərilən məlumatlar peşəkar imkanlara, o cümlədən qadınlar üçün, geniş sahələr yaradır.

"Azərbaycanda qadınların diskriminasiyası o qədər də kişilər tərəfindən təsirdən deyil, nə qədər ki, özünün ailədə, qohumlar və tanışlar arasında, sosial mühitdə ənənəvi qəbul edilmiş münasibət normalarına uyğun olmaq hazırlığından irəli gəlmişdir. Bu da aydındır, belə ki, tərbiyə və təhsil institutları vasitəsilə translyasiya edilən ənənəvi cəmiyyət normaları, yalnız öz təmsilçiləri ilə birgə aradan qalxır"84.

Lakin Azərbaycanın spesifikası ondadır ki, o, bununla belə kifayət qədər ənənəvi cəmiyyətdir, təkcə hər hansı bir ənənəvi davranış normalarından kənara çıxmağa qarşı çıxış edənlər deyil, həm də fərdin davranışı üzərində nəzarət funksiyasını öz üzərinə götürmüş digər birliklərdən fərqli olaraq burada, necə deyərlər, "əxlaqi çoxluğun" nüfuzu həmişə yüksək olub.

Şübhəsiz ki, o, ultra-konservativ mövqe tutmur (məsələn, qonşu İranla müqayisədə), lakin o, hər halda milli eyniyyətin əsası kimi ənənələrə müraciət edir. Bu konteksdə qadın karyerası nəinki prioritet olmuş, hətta tez-tez bəyənilmirdi, belə ki, qadını ənənəvi vəzifələrindən yayındırırdı. Lakin yeni texnologiyalar qadın karyerasına münasibətə də təsir edir, aşağıda verilmiş qrafik bunu sübut edir.

 

Qadınların İKT-yə müraciət imkanı və qadın və kişilər üçün bu və ya digər işin üstünlüyünün gender amili maraqlı korrelyasiya olunur. Qadınlar üçün bu, ev işləri ilə məşğul olmaq üçün çox asudə vaxtı olan, sonra yüksək gəlirli, sonra ancaq ev və nəhayət nüfuzlu işdir. Kişilər üçün nüfuzlu işdən daha çox gəlir gətirən iş daha üstündür.

 

Kişi və qadınlar üçün bu və ya digər işin üstünlüyü kontekstində əks cinslərin nümayəndələri tərəfindən İKT-nin rolunun başa düşülməsini aşağıdakı qrafik aydın nümayiş etdirir.

Qadının yeni həyat strategiyası Azərbaycanda gender rollarının güc sahəsinin transformasiyasının kəsişməsində yaranır, informasiya və informasiyadan istifadə texnologiyalarına müraciət bu prosesi sürətləndirəcək. Keçid dövründə daxil edilmiş dəyərlərin, o cümlədən virtual məkan vasitəsilə hücumuna məruz qalmış köhnə və yeni normalar çarpazlaşır.

 



67 "Gender təhsili" resurslarının regional kataloqu, Moskva-Bişkək, 2006, s. 434.

68 Ə.Abasovun "Qarabağ münaqişəsinin həlli variantları: ideyalar və reallıq" kitabının "Sülh quruculuğu" bölməsi, www.gender-az.org

69 Saytda kulinariya və tikiş üzrə məsləhətlər yoxdur.

70 Qadın Məsələlərinə dair Dövlət Komitəsinin məruzəsi. Bakı, 2005, səh.5.

71 Women Entrepreneurs. International Labour Organization. National Confederation of Entrepreneurs (Employers) Organization of Azerbaijan Republic. 2004. p. 27.

72 http://www.day.az/news/economy/115086.html

73 Gender Assessment for USAID/Caucasus/ Azerbaijan. 2004, DevTech Systems - www.gender-az.org

74 Women Entrepreneurs. International Labour Organization. National Confederation of Entrepreneurs (Employers) Organization of Azerbaijan Republic. 2004. p. 26.

75 Mingəçevirdə qadın QHT-sinin lideri ilə müsahibə.

76 Azərbaycan Respublikasının Təhsil Naziri M.Mərdanovun UNESKO tərəfindən təşkil olunmuş Təhsil Nazirlərinin konfransında çıxışı (Paris, 7-8 oktyabr 2005-ci il).

77 Azərbaycan Respublikasında İnsan İnkişafı Haqqında Hesabat 2007 - Azərbaycanda gender münasibətləri: tendensiyalar və problemlər. B. 2007, s.43.

78 http://www.echo-az.info/obshestvo07.shtml

79 Respublika Müəllimlər İnstitutunun rektoru, professor A.Naxçıvanlı ilə müsahibə.

80 Mark S. Johnson. Trends in Secular Educational Development in Azerbaijan and Central Asia: Implications for Social Stability and Regional Security. - in NBR Analysis. Infrastructure Challenges in Central Asia and Azerbaijan, Vol 15, Number 5, December 2004, www.nbr.org/publications/analysis/pdf/vol15no5.pdf

81 Azərbaycan Respublikasında İnsan İnkişafı Haqqında Hesabat 2007- Azərbaycanda gender münasibətləri: tendensiyalar və problemlər. B. 2007, s.43.

82 AGİM-in verilənlər bazası (materiallar və korrelyasiya A.Vəzirovanındır).

83 Azərbaycan Respublikasında İnsan İnkişafı Haqqında Hesabat 2007- Azərbaycanda gender münasibətləri: tendensiyalar və problemlər. B., 2007, s.43.

84 Гендерные исследования. Региональная антология исследований из восьми стран СНГ. ИГСП - Женская программа ФСК. М. 2006, с.39.

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb