Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İndikatorlar, monitorinq sistemi və ikt-də gender bərabərliyinin qiymətləndirilməsi


 

Gender problemi qlobal informasiya cəmiyyətinin yaradılması prosesində mühüm yer tutur. Qadınlar adətən informasiya texnologiyaları sahəsində ciddi diskriminasiyaya məruz qalırlar. Hökumətlər, işgüzar dairələr, beynəlxalq və qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri informasiya və telekommunikasiya texnologiyalarının inkişafı ilə bağlı problemlərin həllində gender problemlərini nəzərə almalı, qərar qəbulu prosesi də daxil olmaqla, qadınların maksimal iştirakını təmin etməlidirlər.

Qadınlara informasiya və telekommunikasiya sahəsində təhsil almaq üçün bərabər imkanlar təqdim edilməli və qadınların formal və qeyri-formal təhsili üçün tədris planlarının işlənməsi rəğbətləndirilməlidir, onlar bu problemin gender aspektlərini nəzərə almalıdırlar. İKT-nin tətbiqində gender indikatorlarının öyrənilməsi çox aktual olur, xüsusən də dövlət siyasəti üçün, belə ki, İKT-nin gender inkişafına daxil edilməsi Minilliyin Məqsədlərində, həmçinin İKT-nin inkişafına dair milli strategiyada və "Elektron Azərbaycan" dövlət proqramında vardır85. Müasir informasiya texnologiyaları informasiyadan istifadə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirə və beləliklə, qərar qəbul etmə proseslərində qadınların iştirakına kömək edə bilər. Gender bərabərliyi informasiya cəmiyyətinin qurulması proseslərinə Azərbaycan vətəndaşlarının cəlb edilməsinin uğurlu strategiyasının əsas komponentidir.

1-ci istiqamət. Şəbəkədən istifadə

  • 1. İnformasiya infrastrukturu
  • 2. Şəbəkə işinin sürət və keyfiyyəti
  • 3. İnformasiya-kommunikasiya xidmətlərinin mümkünlüyü

Verilmiş bölmənin indikatorları, informasiya-kommunikasiya şəbəkələrinə qoşulma imkanlarını əks etdirir. Belə ki, "İnformasiya infrastrukturu"nun birinci bölməsinə, müvafiq infrastrukturun olduğunu göstərən indikatorlar daxil edilmişdir. İkinci bölmə bu infrastrukturun inkişaf səviyyəsini, onun potensialını əks etdirir. Üçüncü bölmə göstərməlidir ki, qadınlar tərəfindən bu potensial hansı dərəcədə istifadə olunur, o cümlədən təkrar infrastruktur vasitəsilə (məsələn, internetə ictimai müraciət məntəqələri).

2-ci istiqamət. İnformasiya texnologiyalarına öyrədilmə

  • 1. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində təhsil imkanlarının mümkünlüyü
  • 2. İT-nin inkişafı nəticəsində təhsilin yaxşılaşdırılması
  • 3. İT-nin kadr potensialının inkişafı

Verilmiş bölmənin indikatorları gender bərabərsizliyinin dəf edilməsinə kömək edən obyektiv təhsil amillərini əks etməlidirlər. Birinci "İnformasiya-kommunikasiya texnologiyaları sahəsində təhsilin mümkünlüyü" bölməsinə İKT sahəsində dövlət, özəl təhsil almaqda qadınların imkanlarını göstərən indikatorlar daxil olmuşdur. İkinci bölmə İKT-nin istifadə olunması ilə təhsil infrastrukturunun inkişaf səviyyəsini, onun potensialını əks etdirir. Üçüncü bölmə bu təhsil potensialının, o cümlədən İKT vasitəsilə qeyri-hökumət sektorunda, qadınlar tərəfindən nə dərəcədə istifadə edildiyini göstərməlidir.

3-cü istiqamət. İnformasiya cəmiyyəti

  • 1. Qadınlar informasiya məkanında
  • 2. İT gündəlik həyatda
  • 3. İT iş yerlərində
  • 4. Regional mahiyyətin əks olunması

Bu istiqamət şəbəkəyə müraciətin göstəricilərini infrastruktur kontekstində deyil (bax 1-ci istiqamət), milli virtual məkanda qadın nümayəndəliyini əks etdirir. "Qadınlar informasiya məkanında" bölməsinə qadınların şəbəkə birliklərində iştirakını, kommunikasiyaların inkişafını müəyyən edən indikatorlar daxil edilmişdir. 2-ci və 3-cü bölmələr qadınlar tərəfindən adi həyatda və istehsalat proseslərində İKT-nin nə qədər tələb olunduğunu müəyyən etməyə imkan verən indikatorlarla doldurulur. 4-cü bölmə regionlar şəraitində "rəqəmsal bərabərsizliyin" azaldılması imkanları və problemlərini və kənd qadınlarının inkişafında İKT-nin rolunu əks etdirir.

4-ci istiqamət. Elektron iqtisadiyyat

  • 1. Elektron ticarətdə qadın iştirakının imkanları və perspektivləri
  • 2. İKT sektorunun iqtisadiyyatında gender bərabərliyi

5-cı istiqamət. Elektron hökumət

  • 1. Hökumət - Qeyri-hökumət sektoru
  • 2. İKT sahəsində siyasət və gender bərabərliyi
  • 3. Gender siyasəti və İKT

İnformasiya cəmiyyətinin inkişafı istiqamətlərində ən mühüm istiqamətlərdən biri, dövlət idarəçiliyi effektivliyinin artımını obyektiv göstərə biləcək indikatorlar vasitəsilə müəyyən edilir. Bu, dövlət və üçüncü sektor arasında partnyorluğun inkişafında İKT-nin imkanları və informasiya-kommunikasiya texnologiyalarının geniş istifadəsinin nəticəsidir. 2-ci bölmənin "İKT sahəsində siyasət və gender bərabərliyi" indikatorları Azərbaycanda İKT-nin milli strategiyasının və onun gender aspektində reallaşdırılmasının səmərəliliyini həyata keçirildiyini əks etdirir. 3-cü bölmənin "Gender siyasəti və İKT" indikatorları hökumətin gender problemlərinin həlli üçün informasiya və telekommunikasiya texnologiyalarından necə istifadə etməsini, qərar qəbul etmə prosesində qadınların iştirakı daxil olmaqla, əks etdirir.

Verilmiş indikatorların istifadəsi mümkün edir:

  • Elektron ticarət və demokratik inkişaf daxil olmaqla, Azərbaycanda internet mühitində sorğuların gender inkişafını proqnozlaşdırmaq.
  • Siyasi üstünlük, yerli özünüidarəetmə tələbatlarının gender inkişafını proqnozlaşdırmaq.
  • Gender istifadəsini və virtual təlim tələbatını proqnozlaşdırmaq.
  • Gender bərabərliyinin təsdiqinə kömək etmək.


85 http://www.mincom.gov.az/ru/it.html

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb