Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Praktiki tövsiyələr: gender təhsilində ikt-dən necə istifadə etməli


 

 

1.Gender informatikası

Mövzular və qısa məzmun

 

I. Gender informatikasına giriş.

Cəmiyyətin informasiyalaşmasının qlobal prosesləri, informasiya cəmiyyətinə keçid. İNFORMASİYA CƏMİYYƏTİNİN 10 FUNDAMENTAL PRİNSİPİ: ölkələr və ölkə daxilində, dünya birliyinin qadınlar və kişilər arasında «rəqəmli uyğunsuzluq»un ixtisarı, sabit iqtisadiyyatın inkişafının əsas istiqamətlərinin təyin edilməsi. İctimai informasiya hüququ. İKT-nin hüquqi və tənzimləyici mühiti. Daxil olma: İKT infrastrukturunun inkişafı. Şəbəkə texnologiyalarına öyrədilmə, təhsil, treninqlər. Digər istifadəçilərin imkanları və sualları. Elektron hökumət: böyük effektivlik və məsuliyyət. Elektron biznes: yüksək rəqabət, yaxşı iş yerləri. Elektron cəmiyyət: yerli cəmiyyətlərin dəstəyi. İKT-nin milli strategiyaları. İnformasiya cəmiyyətinin beynəlxalq aspekti: regional səviyyədə İKT siyasəti dialoqunun rolu.

İnformasiyalaşma, informatika, sosial informatika. Gender informatikası, elmi anlayış kimi, gender informatikasında obyekt-fənn əlaqəsi. Humanitar və sosial-siyasi fənlər sistemində gender informatikasının yeri. Gender informatikası inkişafının vəziyyəti, əsas meyl və perspektivləri. Gender ölçüsü əhalinin informasiya cəmiyyəti qurulması prosesinə cəlb olunmasının mühüm strategiyası kimi. Müxtəlif formalarda «rəqəmli uyğunsuzluğun» aradan qaldırılması - minillik Sammitinin inkişaf məqsədlərini əldə etməklə. İnternet məkanında həm maskulin, həm də femin identikliyi ilə.

İnternet-auditoriyanın qadın və kişi hissəsinin sosial-demoqrafik və sosial-psixoloji spesifikası, internet məkanında «Gender-unifikasiya» və ya «Gender-ixtisaslaşdırılmış» internet-aktivliyin gender müxtəlifliyi.

 

  • II. Gender tədqiqatları və gender təhsilində kompüter texnologiyaları istifadəsinin əsas istiqamətləri.

Gender tədqiqatlarında informasiya texnologiyaları və informasiya sistemləri. Gender tədqiqatları və gender təhsilində kompüter resursları. Məsafədən gender təhsili üçün resurs və texnologiyalar.

Kompüter texnologiyaları və resurslar gender bərabərliyinin əldə edilməsinin alət və vasitəsi kimi. Gender informatikasının sosial-iqtisadi həyatın real prosesləri və əhalinin gender strategiyaları, gender siyasətinin formalaşması və həyata keçirilməsi ilə qarşılıqlı əlaqəsi.

Gender informatikası və cəmiyyətin gender mədəniyyətinin formalaşdırılması. Həssas gender siyasətində kompüter texnologiyalarının istifadə edilməsinin əsas istiqamətləri.

Gender təhsilinin informasiyalaşması - tədris sahəsinin informasiya-kommunikasiya texnologayalarının (İKT) imkanlarını həyata keçirən tədris vəsaitlərinin metodologiyası, istifadəsi və işlənməsi praktikası ilə təmin edən prosesdir. Bu texnologiyalar bir çox məsələləri həll etməyə qadirdirlər, belə ki, yaradıcılıq, təhsil, peşəkar vərdişlərin möhkəmləndirilməsinə tamamilə yeni, təlimin prinsip etibarilə yeni forma və üsullarının həyata keçirilməsinə imkan verir.

Kompüter texnologiyaları, gender sosiallaşması və gender prosesləri və təzahürlərinin proqnozlaşdırılması proseslərində vətəndaş cəmiyyətinin inkişafı.

Kompüter texnologiyaları gender stereotiplərinə informasiya təsirinin aləti, idarəçilik və manipulyasiya vasitəsi kimi. Seksizm və gender bərabərsizliyinin aradan qaldırılmasında kompüter texnologiyalarının rolu.

 

III. Gender informasiya resurslarının ümumi xarakteristikası.

Gender nəzəriyyəsi, nəzəri və tətbiqi gender tədqiqatları, gender informasiyası və gender təhsili sahələrinə aid kompüter informasiya resurslarının formalaşdırılması, təsnifləşdirilməsi, tipolojiləşdirilməsinin xüsusiyyətləri. Gender və fənlərarası sosial-humanitar elmlər üzrə elektron resurslar: verilənlər modelləri, işlənilmə proqramları. Kompüter gender resurslarının yaradılması, saxlanması, istifadə edilməsi, kompüter gender texnologiyalarının işlənib-hazırlanması və istifadə edilməsinin əsas mərkəzləri: UNIFEM, AWID, Global found for Women, BUBL LINK, InfoMine, Academic Info, AlphaSearch, Free Internet Encyclopedia MacroReference/MicroReference, The Internet Public Library's Ready Reference Collection, The Internet Scout Project's Scout Report Signpost, Librarians' Index to the Internet (http://www.lii.org/).

Təhsilə yardımedici, texnoloji gender proqram resursları və informasiya sistemləri. Şəbəkə informasiya resursları («Internet», «Runet», «Libnet» və s.), daşıyıcıların lokal tiplərində informasiya resursları.

Beynəlxalq, milli, regional, yerli gender resursları. Mətnli və hipermətnli elektron sənədləri, audio, video resurslar, qrafik resurslar, multimedia resursları. Sorğu-informasiya resursları (axtarış maşınları və sistemləri), kataloqlar və informasiya-biblioqrafiya sistemləri.

Beynəlxalq təşkilat və idarələrin, dövlət hakimiyyət və idarəçilik orqanlarının, regional hakimiyyət və idarəçilik orqanlarının, yerli özünüidarəçiliyin server və saytları; elmi, təhsilə yardımedici və digər təşkilat və idarələrin resursları.

Elektron kitabxanalar. KİV resursları. Qadın ictimai-siyasi birlik, təşkilatların və dövlət xadimlərinin server və saytları. Bioqrafik resurslar, şəxsi səhifələr, e-mail arxivləri və s. Ümumi, problemli-tematik və spesifik xarakterli resurslar. Kompüter resurslarının əsas növlərinin saxlanma və istifadəsinin spesifik xüsusiyyətləri.

 

  • IV. Gender resurslarının yaradılması, toplanması, saxlanması, işlənilməsi və təhlili üçün proqram təminatı və kompüter texnologiyaları. Kompüterləşdirilmiş gender tədqiqatları.

Gender resurslarının yaradılması, toplanması, saxlanması, işlənilməsi və təhlili üçün istifadə olunan proqram təminatının əsas tipləri. Proqramların standart paketləri və xüsusi proqram təminatı.

Gender tədqiqatları və gender təhsili üçün informasiya sistemləri və informasiya texnologiyaları.

İnformasiya resurslarının yaradılması, toplanması, saxlanması və istifadəsi üçün kompüter texnologiyaları. İnformasiyanın toplanması, saxlanması və müdafiəsinin üsul və vasitələri (Şəbəkələrdə, CD-ROM-da; DVD-ROM və başqalarında elektron məlumatların elektron kataloq və arxivlərinin yaradılması).

Şəbəkə texnologiyaları. Axtarış sistemləri və maşınlarının texnologiyası. Verilənlər bazaları və banklarının texnologiyaları. Hipermətnli və hipermedia texnologiyaları. Multimedia texnologiyaları. İnformasiyanın qrafik vizuallaşmasının texnologiyaları. Geoinformasiya texnologiyaları. Gender vəziyyəti və təzahürlərinin kompüter modelləşdirilməsinin texnologiyaları. Kompüter texnologiyalarının interaktiv xarakteri, forum və bloqqerlərdə fəaliyyət.

Gender problematikasına dair tədqiqat, təhsil layihələrinin kompüter informasiya təminatının təşkili və metodikası məsələləri. Kompüterləşdirilmiş gender tədqiqatı. Metodikanın əsas mərhələləri və ümumi məsələləri.

Elektron gender resurslarının yaradılması və istifadəsində müəllif hüquqlarının təmin edilməsinin problemləri.

IV.1. Elektron mətn: yaradılma, saxlanma, axtarış, təhlil. Gender tematikasına dair mətn sənədlərinin kompüterləşdirilmiş təhlilinin üsul və texnologiyaları. Kompüterləşdirilmiş gender kontent-analizi və kontent-monitorinq.

IV.2. Verilənlər bazalarının texnologiyaları. Gender tədqiqatları və təhsildə verilənlər bazaları ilə idarə sistemləri (VBİS). Verilənlər bazaları və banklarının yaradılması və onlardan istifadə. Elektron məlumatların arxivləri. Elektron kataloqlar və informasiya-biblioqrafiya sistemləri. Gender tədqiqatları və gender təhsilinin informasiya təminatında MÇD arxivlərinin, elektron kataloqların və informasiya-biblioqrafiya sistemlərinin rolu. Axtarış sistemləri və maşınları ilə işin texnologiyaları və metodikası.

IV.3.-Gender tədqiqatlarında tədqiqatın kəmiyyət üsulları. Nəzəri və tətbiqi tədqiqatlarda statistik proqramların elektron cədvəl və paketlərinin tətbiqi. Gender informasiyasının statistik təhlilinin texnologiya və üsulları. Çoxsaylı statistik təhlil üçün proqram məhsulları (Excel elektron cədvəlləri, SPSS statistik proqram paketləri, Statistika və s.).

IV.4. Gender tədqiqatları və təhsildə qrafik informasiyanın yaradılması, saxlanması, işlənilməsi və istifadəsi. Kartoqrafik sistemlər və «Gender xəritəsinin» təhlili. Kartoqrafik məhsulların yaradılması və onlarla iş üçün proqram vasitələri. Gender tədqiqatları və təhsildə qrafik və kartoqrafik informasiyanın rolu.

IV.5. Multimedia texnologiyaları. Elmi və təhsilə yardımedici gender multimedia məhsullarının yaradılması üçün proqram vasitələri. Elmi və təhsilə yardımedici gender multimedia məhsullarının yaradılma metodikasının problemləri. Tədqiqat və təhsil üçün multimedia gender resursları.

IV.6. Qlobal internet şəbəkəsinin gender resursları: yaradılma, axtarış, toplama, istifadə. «İnternet» və digər şəbəkələrdə «naviqasiya». Şəbəkə resurslarının yaradılması, toplanması, saxlanması, istifadəsi və idarə edilməsi (WWW- texnologiyaları, FTP texnologiyaları, e-mail).

IV.7. Elektron KİV-lər, elektron kitabxanalar, arxivlər, verilənlər bazaları və bankları və Internetdə digər elektron resurslar. İnformasiya resurslarının «internet»ə yerləşdirilməsinin əsas üsul və vasitələri və onların gender tədqiqatları və təhsildə istifadə olunması.

IV.8.-Gender sahəsində çalışan mütəxəssislər üçün ixtisaslaşdırılmış proqram məhsulları və kompüter texnologiyaları.

V. Gender tədqiqatları və təhsildə kompüter modelləşdirilməsi.

Kompüter təhlili, təkmilləşdirilməsinin üsulları və gender informasiyasının təqdim olunması sistemində modelləşdirmə. İnformasiya modelləri. Riyazi modelləşdirmə və gender təzahür və proseslərin riyazi modelləri. Gender təzahürü və proseslərin sosial-siyasi və iqtisadi modelləşdirilməsinə müasir yanaşma; kompüter modellərinin tərtibinin metodika və texnologiyaları. «Ven.Sim», «Pover.Sim», «Stratum» və digərlərin kompüter modelləşdirilməsi üçün proqram məhsulları və onların tətbiqi. Gender təhlili və proqnozlaşdırılmasında kompüter modelləşdirilməsinin tətbiq edilməsi.

Kompüter gender oyunları. Gender biliklərinin əldə olunmasının avtomatlaşdırılmasının vəziyyəti və perspektivləri.

 

2.  Milli gender portalı www.gender-az.org/gender education bazasında «Gender və İKT» probleminə dair laboratoriya işi

 

  • 1. Laboratoriya işi №1: http://www.gender-az.org//gender education milli portalı üzrə Azərbaycan dövri mətbuatının pressklipinqlərinə dair kompüter kontent-analizi.
  • 2. Laboratoriya işi №2: «Ədəbiyyat və mənbələrin (informasiya resurslarının) elektron kataloqu» verilənlər bazasının yaradılması (mövzu tələbələrin seçimi ilə). http://www.gender-az/org/gender education milli portalı üzrə verilənlər bazasına sorğu və hesabatların köməyi ilə ədəbiyyat və mənbələrin analizi.
  • 3. Laboratoriya işi №3: «Qadın Terminologiyasının Avropa Tezaurusu»na Azərbaycan əlavəsinin köməyi ilə gender tematikasına dair internet-məhsulun yaradılması - http://www.gender-az/org/gender education
  • 4. Laboratoriya işi №4: «Qadın Terminologiyasının Avropa Tezaurusu»na Azərbaycan əlavəsinin köməyi ilə gender tematikasına dair qlossarinin tərtib edilməsi - http://www.gender-az/org/gender education

 

3. Rəqəmsal uyğunsuzluq və sosial qadın interneti

 

AVIVA: Women's World-Wide Web

http://www.aviva.org

Beynəlxalq qadın şəbəkəsi, London. Təşkilatın məqsədi: bütün dünya üzrə qadınlar və qadınlar qrupları arasında əlaqə və əməkdaşlığın aktivləşdirilməsi və dəstəyi.

 

BRIDGE

http://www.ids.ac.uk/bridge/

"BRIDGE" - Böyük Britaniya inkişaf İnstitutunun nəzdində, gender və inkişaf sahələrində ixtisaslaşmış mənfəətsiz birlikdir. Saytın şüarı - "Gender bilikləri daha ədalətli sülh naminə". Təşkilat gender maynstriminqi sahəsində sizin səylərinizi dəstəkləyir, gender informasiyasının təqdiminin köməyi ilə təcrübə, siyasət və nəzəriyyə arasındakı boşluqları aradan qaldırır.

 

Carrefour d'Echanges et d'Information

http://www.cdeacf.ca

"Mübadilə və informasiyanın kəsişməsi" - Monrealda (Kanada) yeniyetmələrin təhsili və qadınların vəziyyətinə dair sənəd Mərkəzinin (CDEACF) saytıdır.

 

Center for Education and Counseling of Women (CESI)

http://www.zamir.net/~cesi/eng.htm

Zaqrebdə (Xorvatiya) təhsil və qadınlara məsləhət vermə mərkəzi (CESI). Maraq sahələri - insan hüquqlarının pozulması problemləri, qadın və azlıqların hüquqlarının pozulması, millətçiliyin təzahürü, militarizm və s.

 

Cybergrrl.com. Voices of Women

http://www.cybergrrl.com/

"Cybergrrl.com. Qadın səsləri" - on-layn rejimində ünsiyyət üçün, həmçinin qadın və qızlar üçün resursların işlənib-hazırlanmasında ixtisaslaşan media-şirkətdir (ABŞ). Cari olaylar haqda məqalələr, İnternetə istinadlar, pulsuz elektron poçt, açıqçalar, geniş əhatəli məsələlərə dair rəylərin onlayn-mübadilə forumu olan qadın bələdçisidir.

 

Database of Gender Statistics

http://genderstats.worldbank.org/

Ümumdünya Bankının saytında dünyanın bütün ölkələri üzrə gender statistik verilənlər bazası təqdim edilmişdir. Demoqrafiya, səhiyyə, əmək və bütövlükdə ölkə üzrə gender aspekti tədqiq edilir.

 

Diana: Women's Human Rights Resources

http://www.law-lib.utoronto.ca/Diana

"Diana: İnsan qadın hüquqları üzrə resurslar" saytı - "Diana" (ABŞ) insan hüquqları üzrə verilənlər bazasının bir hissəsidir. Bir sıra hüquq kitabxanalarının, insan hüquqlarını müdafiə edən universitet mərkəzlərinin və başqa qeyri-dövlət təşkilatlarının birgə təşəbbüsü ilə işlənilib hazırlanmış, insan hüquqlarına dair tədqiqat sahəsində geniş, müasir və nüfuzlu məlumatlar bazasını yaratmaq məqsədilə birləşmişlər.

 

Die Media

http://www.diemedia.de/

Die Media (Köln, AFR) - qadınlar üçün onlayn rejimində informasiya təqdim edir. Səhifənin bölmələri: "İnternet-seminarlar", "İnternet təqdim etmələr", „Qadınlara aid mövzular üzrə axtarış xidməti", "Sənəd xidmətləri", "KİV üçün informasiya".

 

European Women's Lobby (EWL)

http://www.womenlobby.org/

"Avropa qadın lobbisi"- AŞ üzvü olan 15 ölkədə milli və avropa qadın qeyri-hökumət təşkilatlarının əlaqələndirmə orqanıdır, qadınlara qarşı bütün zorakılıq formalarının kökünü kəsmək məqsədilə yaradılmışdır.

 

Feminista!

http://www.feminista.com/

"Feminista" - feminist yönəmli on-laynlı aylıq jurnaldır: incəsənət, ədəbiyyat, ictimai şərh, fəlsəfə, məzəli sözlər, yumor.

 

Feminist.com

http://www.feminist.com

Kataloq qadın mövzusunda saytlara, səhifələrə, resurslara və materiallara istinad edir.

 

Gender Matters

http://www.genderreach.com/

"Gender Matters"- beynəlxalq inkişaf üzrə (USAID) ABŞ Agentliyinin "Gender məsələləri" saytıdır. Saytda: "USAID Gender strategiyası: mainstreaming" (sənədlərin mətni, məruzələr, hesabatlar); "Qadınlar inkişafda" Ofisi (WID) (təşəbbüslər, fəaliyyət, Ofis layihələri).

 

Gender-Related Electronic Forums

http://www-unix.umbc.edu/~korenman/wmst/forums.html

"Gender - yönəldilmiş elektron forumları" - qadınlara və ya qadınlara həsr edilmiş gender tədqiqatlarının, şərhli, reyestrləri daim təkmilləşdirilən, elektron poçtu vasitəsilə asan keçirilən tematik forumdur.

 

Great Network

http://www.uea.ac.uk/dev/greatnet/index.htm

"Great Network" - gender tədqiqatları şəbəkələri və treninqlərin saytıdır. Şəbəkə inkişaf işlərinə dair gender tədqiqatlarını - 40 ölkədən olan 500 üzvü beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının, institutlarını, ayrı-ayrı tədqiqatçıları birləşdirir.

 

GlobeWomen.com

http://www.globewomen.com/

Saytın yaranma məqsədi - dünya bazarının aparıcı iştirakçıları olmalarına kömək edə bilən xarici əlaqələri asanlaşdırmaq üçün, bütün dünya üzrə peşəkar qadınları, müəssisə sahiblərini və rəhbər qadınları birləşdirmək. Saytın "Global Summit of Women" ("Ümumdünya qadın sammiti") bölməsi lider qadınların beynəlxalq qarşılıqlı əlaqəsi haqda informasiyanı yayır. Bu iş 1990-cı ildə başlamış və dəyişikliklərin ideya və strategiyasını irəli çəkilməsində, həmçinin qərar qəbul etməyə məsul olan qadınlar arasında şəbəkənin yaradılmasında və ya ictimai rəyin formalaşmasında böyük nüfuza malik forum olmuşdur.

 

IIAV: International information centre and archives for the women's movement

http://www.iiav.nl/

Beynəlxalq informasiya mərkəzi və qadın hərəkatının arxivləri (IIAV) - qadın tədqiqatları ilə məşğul olan, qadınların vəziyyətini öyrənən və müvafiq informasiya təqdim edən Milli tədqiqat mərkəzidir (Niderland).

 

International Women's Media Foundation(IWMF)

http://www.iwmf.org/

Qadın KİV Beynəlxalq fondu (Vaşinqton, ABŞ), qadın-jurnalistlər Şəbəkəsinin yaradılması vasitəsilə kütləvi informasiya vasitələrində qadınların mövqelərini möhkəmlətmək məqsədi ilə yaradılmışdır. Fondun fəaliyyət sahəsi - öyrətmə, forumların keçirilməsi, qadın-jurnalistlər arasında təcrübə və bilik mübadiləsi təşkil etməkdir.

 

Once and Future Action Network (OFAN)

http://www.wigsat.org/ofan/ofan.html

"Həm keçmişdə, həm də gələcəkdə" səhmlər şəbəkəsi - beynəlxalq təşkilatlar konsorsiumudur, onun fəaliyyəti gender problemlərinin həlli, həmçinin elm və texnologiya sahəsində qadınların dəyərlərini işıqlandırır.

 

Online Database of Women's Studies Programs

http://www.library.uiuc.edu/wst/survey.htm

Qadın tədqiqatlarının on-layn proqramları verilənlər bazası qadın tədqiqatlarının müxtəlif proqramları, kursları, fakultələri üzrə nadir informasiya təqdim edir.

 

Penelopes

http://www.penelopes.org/

Saytın vəzifələri - bütün növ medianın istifadə edilməsi ilə qadınlar haqda və qadınlar üçün informasiyanın nəşri, irəli çəkilməsi və yayılması.

 

Systers

http://www.systers.org/

"Systers" - kompüter texnikası sahəsində işləyən qeyri-formal qadın təşkilatıdır, 38 dünya ölkələrində 2500-ə yaxın üzvü var. Sayta şəxsi forum (ancaq qadınlar üçün) və verilənlər bazası daxildir.

 

Virtual Sisterhood

http://www.igc.apc.org/vsister/vsister.html

"Virtual bacılıq" - qadınların mövqelərinin gücləndirilməsi və nüfuzlarının genişləndirilməsi üçün, qadın təşkilatlarına informasiya dəstəyi məqsədilə yaradılmış elektron qadın şəbəkəsidir; internetdə qadın resurs şəbəkələrinin işlənib-hazırlanması və genişləndirilməsi.

 

WWWomen!

http://www.wwwomen.com/

İnternetdə qadın mövzulu sayt və səhifələrə istinad.

 

Webgrirls International

http://www.webgrrls.com/

"Webgrrls International"- qadın şəbəkəsi, iş yerlərində və bütün dünyada qadınlara dəstək məqsədilə forumlar keçirir. Yeni media-texnologiyalarla maraqlanan və ya bu sahədə çalışan qadınlar üçün nəzərdə tutulub.

 

Women in Networks (WIN)

http://www.winet.org

WIN - layihə, qadınların informasiya sahəsinə irəli çəkilməsinə yönəldilmişdir; Avropa Birliyi və Saksoniyanın NOW ("Qadınlar üçün yeni imkanlar") proqramı tərəfindən dəstəklənir. Layihə, layihələrin idarə edilməsi, peşəkar oriyentasiya, informasiya texnologiyalarına dair kurslar və konsultasiyalar təklif edir.

 

Women's Studies. The Social Science Information Gateway

http://sosig.ac.uk/roads/subject-listing/World-cat/women.html

"The Social Science Information Gateway" serverindəki "Women's Studies" saytı - axtarış imkanlı, qadın tədqiqatlarına dair verilənlər bazasıdır. Saytda qadın tədqiqatları sahəsinə və bir-birinə yaxın bilik sahələrinə aid internet-resurslara çoxsaylı istinadlar vardır.

 

Women-East-West

http://www.neww.org/mail.man/listinfo/women-east-west

"Women-East-West" elektron göndərişlərin siyahısı - Mərkəzi və Şərqi Avropa, həmçinin yeni müstəqil dövlətlərdə gender tədqiqatları ilə mübadilə üçün açıq elektron məkanıdır.

 

Women.com

http://www.women.com/

İnternetdə qadın mövzulu sayt və səhifələrə istinad.

 

WomensNet (IGC)

http://www.igc.org/igc/womensnet/index.html

WomensNet (IGC) - qlobal kommunikasiya İnstitutu şəbəkəsinin (The Institute for Global Communications - IGC) beş bölməsindən biridir: PeaceNet, EcoNet, LaborNet, ConflictNet, WomensNet. Saytda tematik məqalələr, xülasələr və istinadlar təqdim edilmişdir. WomensNet qadınların iş səmərəliliyini artırmaq üçün telekommunikasiya texnologiyalarını təmin etməklə, bütün dünya üzrə qadın təşkilatlarını dəstəkləyir.

 

Women's Infoteka - Women's information and documentation center

http://www.zinfo.hr/

Qadın İnfotekası (qadın informasiya və sənəd mərkəzi) 1992-ci ildə Zaqreb şəhərində (Xorvatiya) təsis edilmişdir. Fəaliyyətin əsas istiqamətləri: informasiyanın toplanması və yayılması, nəşrlər.

 

Women's International Electronic University (WIEU)

http://www.wvu.edu/~womensu/

Beynəlxalq qadın elektron Universiteti (ABŞ) - müasir kompüter texnologiyaları köməyi ilə qadınların maarifləndirilməsi və təlimi, mədəniyyətlər arası ictimai əlaqələrin dəstəyi məqsədilə yaradılmış müstəqil qeyri-kommersiya korporasiyasıdır. Universitet 60-dan çox ölkədə qadınların onlayn təlimini həyata keçirir, qadın kollecləri, universitetləri və on-layn təlim proqramları konsorsiumunun yaradılmasını təşəbbüsləndirir, fənlərarası tədqiqatlar keçirir.

 

Womenspace

http://www.directory.womenspace.ca/

Kanadanın "Womenspace" qadın internet-direktoriyası qadın bərabərliyinə dair Kanada internet resursları ilə istifadəçiləri birləşdirir. Direktoriya qadın bərabərliyinə dair tədqiqatlara, mövzu üzrə müzakirələrə, şirkətlərə, yaradıcılığa, xidmətlərə həsr olunmuş fərdi saytları və təşkilatların saytlarını əlaqələndirir.

 

"Cinslərin bərabərliyi probleminə kompleks yanaşma" (gender mainstreaming) strategiyasının vasitələrinə dair DIGMA-nın verilənlər bazası

http://www.destin.be/cgi-bin/amit/cgint.exe/709-35?1=1&tmpl=top&GLB_BASE=digm

"Cinslərin bərabərliyi probleminə kompleks yanaşma" (gender mainstreaming) adı almış beynəlxalq strategiyanın vasitələrinə dair verilənlər bazasında aşağıdakı bölmələr vardır: "Kompleks yanaşma: onun məqsədləri" ("Genderin qərar qəbul etmə prosesinə inteqrasiyası və ya kompleks yanaşmanın xeyri nədir?"); "DIGMA: kontekst və metodologiya" (bütün məsul qərar qəbul edənlərin "mainstreaming" prosesinə cəlb olunması, DIGMA: kompleks yanaşmanın reallaşdırılması üçün əla qərar; kompleks yanaşma strategiyasının irəli çəkilməsi üçün vasitələrin verilənlər bazası; "vasitələr" anlayışının müəyyən edilməsi; Avropa verilənlər bankı; DIGMA-nın partnyorları); gender və sabah məsul qərar qəbul edəcək adamlar".

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb