Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Xalq təhsilinin fədakarları


XX əsrin əvvəlində Bakıya məşhur türk jurnalisti, Cəlil Məmmədquluzadənin yaxın silahdaşı Ömər Faiq Nemanzadə gəlir. O, ilk müsəlman qadın məktəbinin şagirdlərinə heyran olur və bu tədris müəssisəsini ağlasığmaz möcüzə adlandırır. Ömər Faiq Nemanzadə məktəb haqda «Serveti Fuunun» («Biliklər dəryası») jurnalında çap edilmiş xüsusi məqalə yazır. Bu məqalə islam dünyasında böyük rezonans yaratdı, ona görə ki, xalq təhsilinin fədakarları dünyəvi məktəblərin təşkili işində böyük çətinliklərlə qarşılaşırdılar, xüsusilə də qızların bu məktəblərə cəlb edilməsində. Ruhanilər və patriarxal ənənələrə riayət edənlər dünyəvi təhsilin həyata keçirilməsinə və qız məktəblərinin açılmasına hər cür mane olurdular.

 

Dünyəvi təhsil təşəbbüsçülərindən biri, görkəmli maarifçi və yazıçı Cəlil Məmmədquluzadə, 1893-cü ildə Nehrəm kəndində məktəb direktoru işləyərkən, çox çətinliklə səkkiz qızı təhsilə cəlb edə bilmişdi. Nuxada pedaqoq Şeyxzadə 1894-cü ildə «Darüssuəda» məktəbinin nəzdində ayrıca qız sinifləri açmışdı, burada məşğələləri qızı Şəfiqə aparırdı. 1902-ci ildə Məmmədqulubəy Kərim Sultani İrəvanda kişi məktəbinin nəzdində siniflər təşkil etmişdir ki, orada 18 azərbaycanlı qız oxuyurdu. Əsrin əvvəlində Gəncə və Naxçıvanda da şəxsi məktəblər nəzdində qız sinifləri açılmışdı. Nuxa, Yelizavetpol, Naxçıvan və İrəvandakı müsəlman qadın məktəblərində şagirdlərin sayı çox deyildi, lakin məzunların özləri savad və mədəniyyətin yayılmasında böyük rol oynayırdılar.

1901-ci ildə Bakıda ilk müsəlman qadın məktəbi açılmışdı. Sonralar onun tələbələri: Sara Talışinskaya, Nabat Nərimanova, Gövhər Qazıyeva, Minə Mirzəyeva, Qərib Soltan Məlikova, Nigar Aslanova, Qumru Nərimanova və bir içox başqaları qadın məktəbləri açır, dram dərnəkləri yaradır, jurnal dərc etdirir, maarifi təbliğ edirdilər. Nabat Nərimanova yada salırdı: « Bizim Bakı qadın məktəbi Rusiya imperiyasında müsəlman qızlar üçün bu cür məktəb ilk və yeganə idi. Rusiyada, Yaxın və Orta Şərqdə, bütün müsəlman dünyasında ikinci belə məktəb yox idi. Bu məktəbi bitirmiş qızlar Azərbaycanın ilk qadın pedaqoq kadrlarının əsasını təşkil etmişlər. Əlbəttə, çoxları «Aleksandrovkanı» bitirdikdən sonra təhsillərini davam etdirmiş, həkim, iqtisadçı, kitabxanaçı, elmi işçilər olmuşlar. Mən vaxtilə Aleksandriysk qadın məktəbinin məzunları olan rəssam, dosent, hətta professor olanları tanıyıram.

 

 
 
   

 

 

   
 

Tələbə qızların çoxu Şuşa və Tiflisdən gəlmişdilər. Bizim və Nərimanovlar ailəsindən mən, Asya, Qumru, Məryəm, İltifat, Simuzər pulsuz oxuyurduq. Pansionda yaşayırdıq. Varlı bakılılardan bəzilərinin qızları axşamlar faytonla evə gedərdilər. Onlar bütün günü bizimlə məktəbdə keçirir, burada nahar edir, şam yeməyinə isə doğmalarının yanına gedirdilər.

Sinif otaqları, laboratoriyalar, kitabxana, qiraət zalı, qəbul otağı birinci mərtəbədə yerləşirdi. Yuxarıda yemək otağı, mətbəx, yataq otaqları, müəllimlər otağı (bütün müəllimlər qadınlar idi), gecələr, konsertlər keçirmək üçün böyük və kiçik zallar, direktorun kabineti, həkim otağı, namaz üçün otaq (biz buranı məscid adlandırırdıq) yerləşirdi. Hamam, kiçik xəstəxana, camaşırxana, digər təsərrüfat xidmətləri həyətdə yerləşirdi. Bizim gözəl bağçamız var idi. İlk illər biz dağıstanlı qızlar kimi geyinirdik, sonra rus gimnaziyaçıları kimi forma geyməyə başladıq.

 

Biz küçələrdə çadrasız gəzirdik. Qızlardan bəziləri, qohumlarının qəzəbindən qorxaraq, məktəbdə qalırdılar. Yuxarı sinif qızları rus gimnaziyasına konsertlərə, gecələrə gedirdilər, onlar da öz növbəsində bizim məktəbə gəlirdilər. Teatrda klassik əsərləri - «Yevgeni Onegin», «Otello», «İblis», «Quldurlar» - göstərəndə yuxarı sinif qızlarını faytonda teatra aparar, sonra bu əsərlər üzrə inşa yazılar tapşırılardı.

Məktəb kitabxanası haqda xüsusi qeyd etmək lazımdır. Burada da Hacı vəsaiti əsirgəməmişdir. Kitabxanada bütün rus, xarici və Şərq ədəbiyyatı toplanmışdı. Biz Nizami, Hafiz, Puşkin, Bayron, Turgenev, Tolstoy, Şekspir, Volter, Şiller, Seyid Əzim, Namiq Kamal və başqalarının əsərlərini oxuyurduq. Bir çox dövri mətbuatın qəzet və jurnallarını alırdıq. O cümlədən, əlbəttə, «Molla Nəsrəddin» jurnalını.

Məktəbdə dram, ədəbiyyat, rəqs dərnəkləri, qadın xoru fəaliyyət göstərirdi. Yadıma gəlir ki, cümə günləri dram dərnəyi valideynlər üçün tamaşa və ya konsert təşkil edirdi. Bir dəfə tamaşaya «Arşın mal alan»ı qoyduq və gecəyə müəllifi dəvət etdik. Əsgər rolunu Ruqiyyə Abdullayeva, Gülçöhrə rolunu Reyhan Axundova (sonralar o, rəssam oldu), Əsgərin xalası rolunu Dostu Cəfərova ifa etdilər. Üzeyir bəy bizim dərnəkdən çox razı qaldı. Tamaşa onun xoşuna gəldi.

 

Konsertdə Sabirin şerləri, Puşkin, Lermontovun əsərlərindən parçalar, Abdulla Şaiqin, Abbas Səhhətin şerləri oxunurdu.

Elə fikirləşmək lazım deyil ki, biz nərmənazik qızlar kimi böyüyürdük. Yuxarı siniflərdə bizi evdarlığa, əl əməyinə, tikişə öyrədirdilər. Bir qrup qız, məktəbi qurtararkən Tağıyeva öz əlləri ilə toxuduqları böyük panno bağışladı. Hacı Zeynalabdin, adətən, məzunları öz sarayına dəvət edər, onların şərəfinə nahar verərdi, sonra isə hər birinə şokolad qutusu, ipək şal, Tolstoy, Puşkin, Lermontov, Karamzinin suvenir nəşrlərini, dahi Azərbaycan yazıçılarının əsərlərini, Quranın Azərbaycan variantını hədiyyə edərdi.

 

Bizlərdən biri «əla» cavab verərkən, bu savadsız milyonçunun necə sevindiyini görəydiniz. İmtahanlarda maarif inspektoru iştirak edərdi. Danışırdılar ki, Peterburqda, Moskvada, Parisdə olarkən, Hacı Zeynalabdin mütləq uşaq evlərində, təhsil müəssisələrində olar, qayıdanda isə azərbaycanlı pedaqoqlarla öz təəssüratlarını bölüşərdi. Ondan ötrü ki, onun danışdıqlarından bütün ibrətamiz şeyləri əks etsinlər. Bu səfərlər vaxtı o, kitablar, yazı və məktəb ləvazimatları sifariş edərdi.

«Aleksandrovkaya» tez-tez gələn qonaq Tağıyevin həyat yoldaşı Sona xanım olardı. O, qızlara hədiyyələr, yazı ləvazimatları gətirər, onları meyvə və şirniyyata qonaq edərdi. Novruz və Qurban bayramlarında qızlar əl işlərindən ibarət sərgilər təşkil edərdilər. Sərgilərə doğmalarını və tanışlarını dəvət edər, nahar təşkil edərdilər. Bütün bunlar müsəlman qadın məktəbinin Qafqazda və onun hüdudlarında populyarlığının artmasına təkan verirdi.

1915-1916-cı illərdə yuxarı sinif qızlarını hətta kişi gimnaziyası və real məktəbində konsertlərə və gecələrə aparırdılar.

Bir dəfə bütün Şərqdə səs salmış «Molla Nəsrəddin» jurnalının redaktoru Cəlil Məmmədquluzadə bizə qonaq gəlmişdi. Bizimlə xeyli söhbət etdi. Biz ona Sabirin bir neçə şerini və Abdulla Şaiqin dahi satirikin ölümünə yazdığı şeri oxuduq. O, çox razı qaldı.

Məktəbin direktorlarından biri Səlimə xanım Yaqubova idi. O, Peterburqda universitetin iki şöbəsini bitirmişdi: fizika-riyaziyyat və pedaqoji. Çox istedadlı pedaqoq idi. Həm də son dərəcə tələbkar idi. Sonralar o, məktəbin nəzdində ikiillik müəllimlər kursuna başçılıq etdi[1].

İlk müsəlman qadın məktəbində fənn kabinetləri, həkim otağı, musiqi məşğələləri üçün otaq və hətta teatr-tamaşa salonu var idi. Pedaqoji-tədris işini Hənifə Məlikova, Şəfiqə Əfəndizadə, Xədicə Əbdürrəhmanova, Səkinə Axundzadə aparırdılar. «Aleksandrovkanın» ilk günlərindən rus dilini gənc Rəhilə Hacıbababəyova tədris edirdi. 1908-ci ildə o, üçüncü müsəlman rus-tatar məktəbini təşkil edə bildi. Rəhilə xanım və onun həmkarları Mina Aslanova, Tamara Axundova, Zöhrə Ağayeva, Əminə Ağayeva, Məryəm Terequlovanın əməyi uğurla nəticələndi - onların tədris müəssisəsi ali ibtidai qadın məktəbi statusu qazandı.

Tiflisdə ilk müsəlman qadın məktəbini 1906-cı ildə E.D.Apisova açmışdır. Azərbaycan dilini Gövhər xanım Qayıbova tədris edirdi. Bu vaxta Bakıda rus-müsəlman qadın məktəbinin birinci buraxılışı təsadüf edir. Bu təkcə mədəni həyatda deyil, həm də qadın fəallığının inkişafında böyük hadisə idi. 1906-cı ildə Yelizavetpolda (Gəncə) ibtidai rus-müsəlman kişi məktəbinin nəzdində qız sinfi açılır, burada məşğələləri Asya xanım Axundzadə aparırdı.

1909-cu ildə Bakıda ilk rus-tatar (Azərbaycan) qadın məktəbi açılmışdır. Ona Hənifə xanım Məlikova rəhbərlik edirdi. İlk müəllimlər isə A.Əfəndiyeva və Səkinə Axundzadə olmuşlar. Hənifə xanım və onun silahdaşları evləri gəzir və məktəb haqda danışırdılar, qızların anaları və nənələri arasında izahedici iş aparırdılar. Hənifə xanımın təklifilə Rübabə Qasımovanın evində «Nicat» maarif cəmiyyətinin Bakı şəhər qadın şöbəsi yaradılır. Bu şöbədə maarifçilik işini Xədicə Əlibəyova, Sürəyya Axundova, Sara Vəzirova, Sabirə xanım Əbdürrəhmanova, Xurşid Vəzirova və bir çox başqa qadınlar aparırdılar.

İlk maarifçilərin fədakarlıqla apardıqları işin çətinliyini təsəvvür etmək üçün sənədləri nəzərdən keçirmək vacibdir. İlk qadın məktəbinin açılışından iyirmi beş il sonra savadlılığın vəziyyəti belə idi: «1926-cı ilin demoqrafik siyahı almanın məlumatlarına görə Azərbaycan əhalisinin 81,5%-i savadsız idi. Əhalinin əsas kütləsi olan türklərin savadlılıq faizi cəmi 8,6%, türk qadınlarının savadlılıq faizi isə 2,4%-ə enir. Yazısı olmayan kiçik xalqların savadlılıq səviyyəsi daha aşağıdır. Belə ki, 77323 talışdan yalnız 3%-i, qadınlardan 0,1%-i, yəni 37673 qadından ancaq 54-ü savadlıdır. 41193 kürddən cəmi 4,3%-i, 19104 avardan 3,8%-i, 8879 avar qadınından ancaq 33-ü (0,%) savadlıdır»[2].

 

Bu isə maarif təlimatçısının üç il sonra yazdığı sətirlərdəndir: «Azərbaycandakı vəziyyətlə bağlı, türk qadınlarının məntəqələrə (savadsızlığın ləğvi məntəqəsi - müəllif) cəlb edilməsinin çətinliyini qeyd etmək lazımdır. Kişi və qadınların bir qrupda birgə təlimini təşkil etmək mümkün olmadı, ayrıca qadın qruplarının təşkil olunduğu yerlərdə isə, axırıncılar zəif davamiyyətə görə uğursuzluğa düçar olurdular. Burada, qəzalarda savadsızlığı ləğv edən türk qadınlarının olmamasını qeyd etmək lazımdır»[3].

«Təhsilin çevik tədris formaları arasında Kürdüstanda həyata keçirilmiş «ailə savad məktəblərini» qeyd etmək lazımdır. Bu savadlılığa təlim forması son dərəcə məqsədəuyğun, həyatidir, belə ki, ümumiyyətlə şərq qadınlarının, o cümlədən türk qadınlarının təhsillə əhatə olunmasına imkan yaradır. Lakin onlar hələ kişilərlə bərabər savadsızlığı ləğv etmə məntəqələrinə könülsüz gedirlər[4].

 

Sənədlərdən çıxarılan bu sitatların şərhə ehtiyacı yoxdur, onlar ilk maarifçilərin qəhrəmanlığını işıqlandırır, fərqi yoxdur - şəhərdə, kənddə - əsası odur ki, onlar prometeyin bilik işığını gətirirdilər. Bir çox maarifçi qadınlar öz evlərində qadınlar üçün məktəb açırdılar.

 


 

Mədinə xanım Vəkilova-Qiyasbəyli Tiflisdə ziyalı Azərbaycan ailəsində anadan olmuşdur, orada «Müqəddəs Nina» məktəbini bitirmişdir.1906-cı ildə Salaxlı kəndində, öz evində qadın məktəbi açmışdır. 37-ci ilin repressiyaları onun pedaqoji fəaliyyətinə son qoydu. 1906-cı ildən Gövhər xanım Cəfərzadə-Şövqiyyə öz evində qadın məktəbi açdı, lakin çar məmurları hökumət əleyhinə fəaliyyətdən qorxub, məktəbi bağladılar. Gövhər xanım dövri mətbuatın köməyinə üz tutdu. «Məktəb», «İşıq» jurnallarının səhifələrində o, qadın maarifçiliyinin vacibliyi haqda məqalələr nəşr etdirirdi. Cəhalətlə mübarizədə xalq təhsilinin fədakarları - Azərbaycanın ilk maarifçiləri - qadınlar üçün biliyə və tammənalı həyata yol açırdılar.

 



[1] N. Nərimanova xatirələrində M. Süleymanovun kitabından sitat gətirir. «Keçmiş günlər...» Bakı, Azərnəşr, 1967, s. 161.

[2] Azərbaycan SSRİ Xalq Maarifçilik Komissariatın respublika qəzalarında savadsızlığın ləğv edilməsi haqqında hesabatı. Azərbaycan Respublikasının Dövlət Arxivi. F. 1114, s. 3, iş 323, v. 152.

[3] Azərbaycan Respublikasının Dövlət Arxivi. F. 57, s. 1, iş 688, v. 21.

[4] Azərbaycan Respublikasının Dövlət Arxivi. F. 379, s. 3, iş 6051, v. 21.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb