Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Neft komandiri


 


Firuzə Kərimovanın qızı, ictimai xadim, pedaqoq Rabiyə xanım Sultan-zadə (Kərimova) yada salır

 

Anam Azərbaycan qadınlarının birinci bitərəf qurultayına çox gənc olmağına baxmayaraq deputat seçilmişdır. Azərbaycan Kommunist partiyasının o vaxtkı birinci katibi S.Kirov bu qara gözlü gözəgəlimli qızı görür, onu səhnəyə çağırıb çadrasını başından açır. Kirov, yəqin ki, presedent yaratmağa çalışırdı və çadranı nümayişkarənə çıraraq, onun qalıqlarını zala tullayır. Çaşqınlıqdan qızarmış anam yoğun hörüklərini əlləşdirərək səhnədə dayanmışdı, təcrübəli Ayna Sultanova isə dedi: «Belə qəşəng üzü çadra altında gizlətmək olmaz». Zaldakı ruh yüksəkliyi ötüşdü, qadınlar dağılışdılar, anam isə oturub ağlamağa başladı: «Mən çadrasız evə, Balaxanıya necə gedəcəyəm?...» Onda rəyasət heyyəti stolunun üstündəki al qumaşı götürüb ağlayan Firuzəyə verdilər. Həqiqətən, o vaxt çadrasız Balaxanı küçələrindən keçmək mümkün deyildi. Onun yanıyla addımlayan gənc əri özünü elə göstərirdi ki, arvadının başını örtən al qırmızı şərf çox təbiidir.

 
 

 

Çadra azərbaycanlı qadının həyatında nədir?

Müəyyən etmək çətindir, bu həm müdafiə rəmzi, həm də əsarət rəmzidir, ənənələrə sadiqlik və ola bilsin ki, vərdişdir. Götürək bizim ailə albomlarını - siz orada çadralı qadın görməzsiniz. Lakin bu şəxsi həyatdır, çox şey ailədəki ab-havadan, tərbiyədən asılı idi. Məsələn, bizim ailədə uşaqlara azadlıq verirdilər. Mən tez-tez fikirləşirəm, həyatda nə çox paradoks var. Təsəvvür edirsinizmi, təminatlı ailədən olan 14 yaşlı qız çadrasının altında vərəqələr gizlədərək, onları Balaxanı mədənlərinin fəhlələrinə çatdırır. Elə bil macəra-romantik filmin kadrlarını xatırladır. Lakin bu birmənalı olmayan çox mürəkkəb dövr idi

Anam 1906-cı ildə Balaxanıda anadan olmuşdur. Onu müsəlmanlar arasında savad yayan «Nəşr maarif» - Bakı Cəmiyyətinin Balaxanı ibtidai qadın məktəbinə oxumağa qoymuşdular. Qohumların çoxu qızı məktəbdən götürməyi tələb edirdi. Bəzi qonşular Firuzənin valideynlərinə hədə-qorxu gəlirdilər, lakin o, 1919-cu ildə məktəbi fərqlənmə ilə bitirdi. Əminəm ki, elə bu vaxt onun xarakterinin əsas cizgiləri formalaşmışdır: mətanət, çətinlikləri dəf eimək və başlıcası da qeyri-adi sosial dinamizm. Bununla belə bu sosial enerjini siyasi müsahibələr deyil, incəsənət təşəbbüsləndirirdi.

1919-cu ildə anam Fatma Maqsudovanın rəhbərlik etdiyi dram dərnəyinə yazılır. Tamaşalardakı bütün kişi və qadın rollarını qızlar ifa edirdilər. Anam «Arşın mal alan», «Məşədi İbad» tamaşalarında oynamışdır. O, dərnəkdə iştirak edən 15 rəfiqəsi kimi qadın hərəkatının fəal tərəfdarı oldu. Anam xatırlayırdı: «Mənim gənclik rəfiqələrim öz məqsədlərinə nail oldular. Afidə Babayeva orta məktəb direktoru, Firuzə İbrahimova və B.Gül mühəndis, Bəhriyə Qafarova «Nizami» kinoteatrının direktoru, Rahimə Quliyeva müəllimə, Səriyyə Axundova isə yazıçı oldular».

 

Bilirsinizmi, anamda təkcə enerji yox idi, o, həmişə bilik və bacarığı ilə, tez-tez isə maddi vəsaitlə bölüşmək istəyirdi. Onun Balaxanıdakı ata evində çoxları sığınacaq tapırdı. Xeyriyyəçilik moda deyildi, həyatın təbii prinsipi idi. Anam bunu bütün həyatı boyu keçirmişdi. Məsələn, 20-ci ildə Balaxanıdakı evdə Firuzə Kərimova anası ilə birgə uşaq bağçası açmışdı.

Balaxanıdakı ev kimə məxsus idi?

Balaxanı Bakının qocaman neftverən rayonudur, orada Cənubi Azərbaycandan çıxmış çoxlu fəhlə yaşayırdı. Mədənlərin çoxluğuna baxmayaraq, Balaxanıda çoxlu şəxsi evlər də var idi. 20-ci əsrin əvvəllərində Balaxanıda şəxsi ev nə deməkdir - bu daş hasara alınmış ikimərtəbəli evdir, içəridə həyət, həyətdə isə quyu - neft quyusu. Bax beləcə quyudan neft çıxarırdılar. 1918-ci ildə daşnaklar qırğın törədərkən, ailə xilas olmaq üçün qaçmış, qiymətli şeyləri isə atılmış həyat quyuların birində gizlətmişdir.

Sovet hakimiyyəti gəldikdə, babam müsadirəni gözləmədi. O, könüllü surətdə Balaxanıdakı evini təhvil verdi. Anam xatırlayırdı ki, uşaq bağcasını mavi qonaq otağında açmışdılar, orada bəzəkli sobalar və xalçalar var idi. Anam uşaqları sevirdi və onlar da ona eynilə cavab verirdilər. O, uşaq bağçasında müəllimə olmağı qərara alır və bütün həyatı boyu biliklərə can atır. Bu arzu onu əvvəlcə rabfaka, sonra isə Xalq Təhsili İnstitutuna gətirir. Gündüzlər o, uşaqları tərbiyələndirir, axşamlar isə özü oxuyurdu.

Şəxsi həyatdan imtina?

Xeyr, təkidlərə baxmayaraq, özü kimi fəal və şən oğlana ərə getmişdi. Əri onun kimi Balaxanı qizli təşkilatının üzvü idi, həmişə onu başa düşür və dəstəkləyirdi. Atam Ağaxan Kərimov Lənkəran şəhərinin komendantı təyin edilir. Gənc ailə İranla həmsərhəd cənub şəhərinə köçür. Burada qadının çadrasız görünməsi cəsarətli meydan oxuma idi. Lakin anam orada da qadınlarla işini davam etdirir, onları maarifləndirirdi.

O, əri ilə birlikdə at belində azərbaycanlı və talış kəndlərini gəzirdi, hətta bir dəfə azaraq bir evdə toya düşürlər. Anam burada da qadınlara oxumağın labüdlüyündən, müstəqil həyatdan qorxmamaq haqda danışır. Qız toyunun təəccüblənmiş qonaqları onu diqqətlə dinləyir, başa düşməyə çalışırdılar ki, bu qəribə qadın nə istəyir. Bir qız yavaşcadan pıçıldadı: «Danışığı kəs və tez get, bu sözlərə görə səni öldürə bilərlər, axı sən İrandasan».

Daha istedadlı qızlar sırasında anamı Sənaye Akademiyasına oxumağa göndərirlər. 1932-ci ildə ona mühəndis-neftçi diplomu təqdim edərkən, demişdir: «Elə günlər var ki, onları yaddan çıxarmaq olmaz. Mənim üçün belə bir gün indidir. Mən əvvəllər çadra taxırdım. Bu gün isə məni neft komandiri, təşkilatçı mühəndis adlandırırlar.

 

Mədəndə kişilər qadını necə qarşıladılar?

Olduqca pis. Onun qeyri-adi hörükləri vardı və bilərəkdən onun saçlarına mazut tökürlər. Saçlarını qırxmalı olur. İlk günlər o, çox ağlayır. Fəhlələr açıqcasına üzünə deyirdilər: «Bura qadınların yeri deyil! Sizsiz də neft çıxarırdıq, indi də çıxararıq. Sizin yeriniz ev, ailədir...» Hələ inqilabdan əvvəl təhsil almış baş mühəndis isə belə dedi: «Nədir, Sizi necə qarşılamalarından xoşunuz gəlmir? Qadınların yerlərini bilməmələri mənim də ürəyimdən deyil». Əlbəttə, dərhal mühəndis vəzifəsinə nail olmaq olardı, axı Sənaye Akademiyasının məzunu idi. Lakin anam başqa cür hərəkət etdi. Xahiş edir ki, onu qazmaçı əvəzedicisi götürsünlər. Bilirdi ki, təkcə diplomla əsrlər boyu yaranmış xürafatı dəf etmək olmaz. O, heç bir işdən çəkinmirdi. Və fəhlələr davam gətirmədilər. Bir dəfə onlar məğlub olduqlarını boyunlarına aldılar: «Təslim oluruq, Firuzə xanım, sən qalib gəldin...» Elə o vaxdan o, ikinci adını qazandı - neft komandiri. O, Bakının neft mədənlərinə rəhbərlik edən birinci qadın kimi bu adı ömrünün axırına kimi daşıdı.

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb