Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


A



Ağayeva Tavat Heydər qızı

 


1906-cı ildə Qaryagin (Fizuli) rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Dilbər, Sərmayə, Səmərqənd; oğlu Mirəli. Həyat yoldaşı Ağayev Məmmədhəsən Muxtar oğlu - 1896- cı il təvəllüdlü. Qaynı Ağayev Şahlar Muxtar oğlu 2 aprel 1942-ci ildə 772-ci atıcı alay komandirinin məlumatına görə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Ağayeva Tavat Heydər qızı Azərbaycan SSR CM 63-3 maddənin II hissəsilə təqsirli bilinərək vətən xaininin ailə üzvü kimi yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 9 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Ağayeva Tavat Heydər qızının yaşadığı yerdən çıxmamaq haqqında işi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qaryagin (Fizuli) rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən həyat yoldaşının vətən xaini olması haqqında Hərbi Tribunaldan hökm daxil olmadığına görə Ağayeva Tavat Heydər qızının işinə xitam verilmişdir.

 


 


Abbasova Ağca Seyfulla qızı

 


1887-ci ildə Astara rayonunun Siyəkəran kəndində anadan olmuş, Astara rayonu, Toradi kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Nəbiyev Həmzağa Rəcəbəli oğlu, Nəbiyev Feyzulla, Talıb, İnatulla, Şıxməmməd; qızları Mehri, Ceyran, Fatma. Həyat yoldaşı Abbasov Rəcəbəli Nəbi oğlu (1875) 21 fevral 1942-ci ildə düşmən tərəfinə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Abbasova Ağca Seyfulla qızı Azərbaycan SSR CM 63-3 maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 1 aprel 1943-cü il qərarına əsasən Abbasova Ağca Seyfulla qızının oğlu Qızıl Ordu sıralarında xidmət etdiyinə görə işinə xitam verilmişdir.

 


 


Abbasova Balaxanım Əli qızı

 


1886-cı ildə Salyan rayonunun Kür Qaraqaşlı kəndində ana­dan olmuşdur. Ailə tərkibi: qızları Vəsilə - 1930-cu il, Nəsibə - 1932-ci il təvəllüdlü. Oğlu Abbasov Ağayar Nəsir oğlu (1922) 25 iyun 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Abbasova Balaxanım Əli qızı vətən xaininin anası kimi Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsinin 17 iyul 1943-cü il qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 26 iyun 1956-cı il qərarına əsasən Abbasova Balaxanım Əli qızına bəraət verilmişdir.

 


 


Abbasova Kseniya Dmitriyevna

 

1908-ci ildə Pyatiqorsk şəhərində anadan olmuş, Kirovobad şəhəri Qasım-İsmayılov küçəsi №6 ünvanında yaşamışdır. Kiro­vabad şəhər Xalq Təsərrüfat İnstiturunun tələbəsi, ixtisasca aqranom olmuşdur. Ailə tərkibi: qızı Lena - 11 yaş; oğlu Hamlet - 8 yaşında. Həyat yoldaşı Abbasov Xəlil Əli oğlu (1903) «Kirovabadskiy Bolşevik» qəzetinin redaktoru olmuş, əksinqilabi fəaliyyənə görə həbs edilmişdir. Abbasova Kseniya Dmitriyevna SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən Azərbaycan XDİK-nin 2 yanvar 1938-ci il qərarı ilə vətən xaininin həyat yoldaşı kimi 31 yanvar 1938-ci il tarixdə həbs edilmişdir. Azərbaycan XDİK-nin 17 aprel 1938-ci il qərarına əsasən həyat yoldaşından ayrıldığına görə nəzarətdən azad edilmişdir.

 


 


Abbasova Xanımbacı Məhərrəm qızı

 


1918-ci ildə Bakı şəhərində anadan olmuş, Əzizbəyov rayonunun, Mərdəkan qəsəbəsində yaşamışdır. 183 №-li məktəbdə kitabxana müdiri işləmişdir. Ailə tərkibi: övladları Vaqizə, Əminə. Qardaşları Bəhram, İmran əksinqilabi fəaliyyətlərinə görə təqsirli bilinərək həbs edilmişlər. Abbasova Xanımbacı Məhərrəm qızı vətən xainin bacısı ki­mi Azərbaycan SSR CM 17-69-64 maddələri ilə təqsirli bilinərək Azərbaycan SSR DTN qoşunlarının Hərbi Tribunal tərəfindən 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 30 sentyabr 1953-cü il tarixli qərarına əsasən Abbasova Xanımbacı Məhərrəm qızı azad edilmişdir. (Amnistiya ilə).

 


 


Abbasova Pakizə Şahüseyn qızı

 


1919-cu ildə Yardımlı rayonunun Ovra kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Rabitə - 1940-cı il, qaynı Ağaddin - 1928-ci il təvəllüdlü. Həyat yoldaşı - Qafarov Əzizulla Səfər oğlu - 05.09.1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Abbasova Pakizə Şahüseyn qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 01.03.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Abbasova Pakizə Şahüseyn qızına bəraət verilmişdir.

 


 


Abbasova Şirinbacı Məmmədhüseyn qızı

 


1911-ci ildə Astara rayonunun Zünqüləş kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Abbasov Muradəli Baxşı oğlu -1892-ci il təvəllüdlü. Oğlu Baxşıyev Əbdül Muradəli oğlu düşmən tərəfə keçdiyinə görə 25 fevral 1942-ci ildə Primorsk XDİK tərəfindən məsüliyyətə cəlb edilmişdir. Abbasova Şirinbacı Məmmədhüseyn qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-cü maddəsinin II hissəsilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repres­siyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 9 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Abbasova Şirinbacı Məmmədhüseyn qızının işi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişi ilə əsasən Hərbi Tribunaldan Baxşıyev Əbdül Muradəli oğlunun vətən xaininin olması haqqında hökm daxil olmadığına görə Abbasova Şirinbacı Məmmədhüseyn qızının işinə xitam verilmişdir.

 


 


Abbasova Tura Rza qızı

 


1906-cı ildə Bakıda anadan olmuş, Bakı şəhəri, Bondornaya 15 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Dilarə 12 yaş, oğlanları Rafiq - 11 yaş, Sabutay- 10 yaşında. Həyat yoldaşı: Abbasov Hacı Ağa Mütəllim oğlu (1884) SSRI Ali Məhkəməsinin Hərbi Kollegiyasının səyyar Sessiyasının 16 sentyabr 1937-ci il qərarına əsasən əksinqilabi fəalıyyətinə görə həbs edilmişdir. Abbasova Tura Rza qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsaslanaraq vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarı ilə 2 il müddətinə səsi alınmışdır. Azərbaycan SSR Prokurorluğunun 19 iyun 1990-cı il tarixli rəyinə əsasən Abbasova Tura Rza qızına bəraət verilmişdir.

 


 


Abdikiyeva Altunbəy Əbdülcəlil qızı

 


1884-ci ildə Penza vilayətinin Poqorelova kəndində anadan olmuş, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 5 promısel, ev 30, mən. 3 ünvanında yaşamışdır. Ailə təkibi: oğlanları: Osman 1914-cü il, Şakir - 1919-cu il təvəllüdlü. Oğlu İbrahim (1916) 21 oktyabr 1942-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarına əsasən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Abdikiyeva Altunbəy Əbdülcəlil qızı Azərbaycan SSR CM 63-3 maddəsi ilə vətən xaininin anası kimi repressiyaya məruz qalmış və onun sürgün edilməsi haqqında təklif SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 30 dekabr 1942-ci il qərarına əsasən Abdikiyeva Altunbəy Əbdülcəlil qızı oğlanları ilə birlikdə vətən xaininin anası kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 7 mart 1990-cı il tarixli rəyinə əsasən Abdikiyeva Altunbəy Əbdülcəlil qızına bəraət verilmişdir.

 


 


Abdullayeva Həyat Əbülfət qızı

 


1894-cü ildə Bakı şəhərində anadan olmuş, Telefon küçəsi №13 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Məmməd - 13 yaş, Barat - 10 yaş, Yaqub -15 yaş, Əhməd - 9 yaş, Qüdrət - 8 yaş, Firudin - 5 yaş, qızları Rəfiqə - 7 yaş, Rəna - 6 aylıq. Həyat yoldaşı Abdullayev Muxtar Nağı oğlu 13 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmənini Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən vətən xaini kimi I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Abdullayeva Həyat Əbülfət qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 yanvar 1938-ci il qərarına əsasən cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 11 iyul 1939-cu il qərarına əsasən Abdullayeva Həyat Əbülfət qızına qarşı repressiya dayandırılmışdır.

 


 


Abdullayeva Çiçək Həsən qızı

 


1880-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olmuşdur. «Budyonnu» adına kolxozda işləmişdir. 1928 Ailə tərkibi: oğlanları Abdullayev Abdulla Fərhad oğlu -1928-ci il, Abdullayev Zail Fərhad oğlu - 1932-cı il, qızı Abdullayeva Ruqiyyə Fərhad qızı - 1930-cu il təvəllüdlü. 8 sentyabr 1944-cü ildə 3-cü Ukrayna cəbhəsi Hərbi Tribunalı tərəfindən 269-cu artilleriya alayının baş çavuşu Abdullayev Şahmar Fərhad oğlu (1919) vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Abdullayeva Çiçək Həsən qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin anası kimi yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 29 avqust 1945-ci il qərarına əsasən işə xitam verilmişdir.

 


 


Abdullayeva Abidə Xanım qızı

 


1913-cü ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, 5-ci promısel ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Ağamirzə - 5 yaş, qızı - Əzizə - 2 yaşında. Həyat yoldaşı - Abdullayev Əliheydər Mirzə oğlu (1895) 5 noyabr 1937-ci il tarixdə əksinqilabi fəaliyyətinə görə tutulmuş, 31 dekabr 1937-ci il tarıxdə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən II kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Abdullayeva Abidə Xanım qızı SSRİ Mərkəzi İcrayyə Komitəsinin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarı ilə (4059 №-li orderlə) 2 il müddətinə səsi alınmışdır. Azərbaycan SSR Prokurorluğunun 12 sentyabr 1990-cı il rəyinə əsasən Abdullayeva Abidə Xanım qızına bəraət verilmişdir.

 


 


Abdullayeva Hüsniyyə Məşədi Eynulla qızı

 


1917-ci ildə Qazıməmməd rayonunun Qubalı-Baloğlan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Aliyə - 2 yaşında, qardaşı Teymur - 1910-cu il təvəllüdlü. Əmisi oğlu Nəsrulla - əksinqilabi fəaliyyətin iştirakçısı kimi məsuliyyətə cəlb edilmişdır. Abdullayeva Hüsniyyə Eynulla qızı Azərbaycan SSR CM 18/63-2 maddəsilə vətən xaininin qohumu kimı XDİK Qazıməmməd Rayon Şöbəsi tərəfindən məsuliyyətə cəlb edilmişdir. Azərbaycan SSR XDİK-nin 2 iyul 1943-cü il qərarına əsasən Abdullayeva Hüsniyyə Eynulla qızının günahı sübuta yetmədiyi üçün işinə xitam verilmişdir.

 


 


Abdullayeva Kubra Böyükişi qızı

 


1912-ci ildə Xanlar rayonunun Çaylı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Ofelya - 1937-ci il, oğlu Kərəm - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı - Abdullayev Abdulla Qəmbər oğlu (1910) 16 fevral 1942-ci ildə 25-ci atıcı diviziyanın XDİK Xüsusi Şöbəsi tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM 63-3 maddəsi ilə Abdullayeva Kubra Böyükişi qızı vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmış və onun sürgün edilməsi haqqında təklif SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 28 aprel 1943-cü il qəranna əsasən Abdullayeva Kubra Böyükişi qızı vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 2 fevral 1990-cı il rəyinə əsasən Abdullayeva Kubra Böyükişi qızına bəraət verilmişdir.

 


 


Abdullayeva Mələk Səfərəli qızı

 


1915-ci ildə Ermənistan SSR Dovalu kəndində anadan olmuş, Naxçıvan şəhəri, Kooperativ küçəsi, ev 57 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Zərifə 1931-ci il, oğlu - Məmməd - 1932-ci il, Bəsirət - 1937-ci il təvəllüdlü. Həyat yoldaşı Abdullayev Mövsum Məmməd oğlu 11.10.1937-ci il tarixdə əksinqilabi-millətçi təşkilatın fəal iştirakçısı olduğuna görə SSRİ Hərbi Kolegiyanın Səyyar Sessiyası tərəfindən 05.01.1938-ci il tarixdə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Abdullayeva Mələk Səfərəli qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsaslanaraq Azərbaycan SSR CM 72,73 maddələri ilə SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarına əsasən 2 il müddətinə səsi alınmışdır. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Abdullayeva Mələk Səfərəli qızına bəraət verilmişdir.

 


 


Abdullayeva Tükəzban Səfər qızı

 


1906-cı ildə Nuxa (Şəki) rayonunun Dağ-Qaraqoyunlu kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Səliyə - 2 yaşında, qaynı arvadı İsayeva Mədinə İsmayıl qızı - 35 yaşında. Həyat yoldaşı İsfəndiyar Molla Məhəmməd oğlu sovet hökumətinə qarşı çıxdığına görə həbs edilmişdir. Abdullayeva Tükəzban Səfər qızı Azərbaycan SSR XDİK-nin 26 avqust 1937-ci il qərarına və 68 №-li orderə əsasən vətən xaininin həyat yoldaşı kimi həbs edilmişdir.

 


 


Abdullayeva-Lətifova Zəminə Kamil qızı

 


1923-cü ildə Zərdab rayonunun Bıçaxçı kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Lətifova Yolçu Əsgər oğlu(1910) düşmən tərəfə keçdiyinə görə 17 may 1943-cü il tarixdə Hava Hücumundan Müdaviə Ordusunun Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum edilmişdir. Abdullayeva - Lətifova Zəminə Kamil qızı Azərbaycan SSR CM 63-3 maddəsi ilə vətən xaini­nin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 12 mart 1945-ci il qərarına əsasən Abdul­layeva-Lətifova Zəminə Kamil qızının qardaşı Qızıl Ordu sıralarında xidmət etdiyinə görə işə xitam verilmişdir.

 


 


Acıqitova-Dövlətgəldiyeva Xədicə Xasay qızı

 


1893-cü ildə Saratov şəhərində anadan olmuş, Bakı şəhəri, Proletar küçəsi, ev 82 ünvanında yaşamışdır. Mağazada satıcı işləmişdir. Ailə tərkibi: oğlu Rüstəm - 14 yaşında.

Həyat yoldaşı Dövlətgəldiyev Nəsrulla Qaliyeviç 1894-cü ildə anadan olmuş, 10 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyun 1934-cü il qərarına əsasən Acıqitova-Dövlətgəldiyeva Xədicə vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 6 yanvar 1959-cu il qərarına əsasən Acıqitova - Dövlətgəldiyeva Xədicə Xasay qızı bəraət qazanmışdır.

 


 


Abdullayeva-Məhərrəmova Ağca Fərhad qızı

 


1920-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Məhərrəmov Hüseyn Həsən oğlu, vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Abdullayeva-Məhərrəmova Ağca Fərhad qızı vətən xaini­nin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə 19 may 1945-ci ildə repressiyaya məruz qalmışdır.

 


 


Abışova Əcəb Qayıb qızı

 


1919-cu ildə İmişli rayonunun Qaragüvəntəkli kəndində anadan olmuşdur. 5 övladı olmuşdur: Abışova Əcəb Qayıb qızının həyat yoldaşı Abışov Orduxan Umud oğlu əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Abışova Əcəb Qayıb qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.01.1949-cu il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 30.05.1956-cı il tarixli rəyinə əsasən Abışova Əcəb Qayıb qızına bəraət verilmişdir.

 


 


Adıgözəlova Fatma Əli qızı

 


1872-ci ildə Nuxa (Şəki) rayonunun Böyük-Dəhnə kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Arzuman - 1927-ci il, Mürşüd - 1925-ci il; qızı Afərdə - 1930-cu il təvəllüdlü. Oğlu Məmmədov Rizvan Qurban oğlu (1922) 11 sentyabr 1942-ci ildə vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Adıgözəlova Fatma Əli qızı Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək vətən xaininin anası kimi yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 29 yanvar 1943-cü il qərarına əsasən Adıgözəlova Fatma Əli qızının oğlu Qızıl Orduda xidmət etdiyinə görə işinə xitam verilmişdir.

 


 


Adıgözəlova Zərifə Sərxan qızı

 


 

 


1907-ci ildə Göyçay rayonunun Şıxbəy kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Səyyarə - 10 yaş; oğlu Eyvaz - 8 yaşında. Qaynı Adıgözəlov Rəhim Rəhim oğlu (1913) 14 dekabr 1943-cü ildə vətən xaini kimi həbs edilmişdir. Adıgözəlova Zərifə Sərxan qızı Azərbaycan SSR CM 63-3 maddəsilə vətən xaininin ailə üzvü kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 31 avqust 1943-cü il qərarına əsasən Adıgözəlova Zərifə Sərxan qızının həyat yoldaşı Adıgözəlov Kərim Rəhim oğlu Qızıl Orduda xidmət etdiyi üçün işinə xitam verilmişdir.

 


 


Adilova Sənəm Nurəli qızı

 


1892-ci ildə İmişli rayonunun Əlyetməzli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları - Çərkəz - 9 yaş, Adil - 6 yaş, Əmir -4 yaş, qızları - Mənsurə - 22 yaş, Mənsumə - 17 yaş; həyat yoldaşı Adilov İbad Adil oğlu - 62 yaşında. Oğlu Adilov Dadaş İbad oğlu (1918) 9 sentyabr 1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Adilova Sənəm Nurəli qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSR XDİK-nın 9 yanvar 1943-cü il qərarına əsasən 13 yanvar 1943-cü ildən hesablanmaqla Novosibirsk vilayətinə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 7 mart 1990-cı il rəyinə əsasən Adilova Sənəm Nurəli qızına bəraət verilmişdir.

 


 


Ağakişiyeva Bikə Xanəhməd qızı

 


1917-ci ildə Siyəzən rayonunun Keşlə kəndində anadan olmuş, Bakı şəhəri, Sovetski küçəsində yaşamışdır. Ailə tərkibi: oğlanları Eybulla - 1938-ci il, Eynulla - 1940-cı il, Əzizulla - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Ağakişiyeva Eybətulla Ağakişi oğlu (1913) 1941-ci ilin sentyabr ayında Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən düşmən tərəfə keçdiyinə görə 759-cu atıcı alayının əsgəri kimi güllələnməyə məhkum edilmişdir. Ağakişiyeva Bikə Xanəhməd qızı Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı ki­mi repressiyaya məruz qalmışdır. 24 aprel 1942-ci ildən Ağakişiyeva Bikə Xanəhməd qızının işi dayandırılmışdır.

 


 


Ağamalıoğlu-Hacıyeva Nisə xanım

 


1902-ci ildə Dağıstan MSSR Mahaçqala şəhərində anadan olmuşdur. 217 №-li Palixa məktəbinin 7 sinfində alman dili müəlliməsi işlərmişdir. Ailə tərkibi: həyat yoldaşı Ağamalıoğlu Səməd Ağa. Ağamalıoğlu-Hacıyeva Nisə xanım Azərbaycan SSR CM 58-ci maddəsilə əksinqilabi fəaliyyətinə görə təqsirli bilinərək 23 iyul 1938-ci il qərarına əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 dekabr 1955-ci il qərarına əsasən Ağamalıoğlu- Hacıyeva Nisə xanıma bəraət verilmişdir.

 


 


Ağamalıyeva Simuzər Əlabbas qızı

 


1914-cü ildə Siyəzən rayonunun Qalaşixi kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Bacıxanım - 8 yaş, Güllü - 4 yaşında. Həyat yoldaşı Ağaliyev Dılcan Fətəli oğlu 775-ci atıcı alay komandirinin məlumatına əsasən 03.04.1942-ci il tarixdə düşmən tərəfə keçmişdir. Ağamalıyeva Simuzər Əlabbas qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63 maddənin III hissəsi ilə SSRİ XDİK-nin 28.06.1941-ci il tarixli 00247/00884 №-li əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 04.07.1943-cü il tarixli qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Ağamalıyeva Simuzər Əlabbas qızının işinə xitam verilmişdir.

 


 


Ağamalıyeva-Nuriyeva Şəmbə Musa qızı

 


1894-cü ildə Zaqatala rayonunda anadan olmuşdur. Ailə tərkibi: oğlu Ziyəddin - 1929-cu il, qızı Səhrigül -1928-ci il təvəllüdlü. Oğlu Azaddin (1918) 21.10.1942-ci il tarixdə Qızıl Ordunun keçmiş hərbi qulluqçusu fərari kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarı ilə güllələnməyə məhkum edilmişdir. Ağamalıyeva-Nuriyeva Şəmbə Musa qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.01.1943-cü il tarixli qərarına əsasən Novosibirsk vilayətinə 5 il müddəinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Ağamalıyeva-Nuriyeva Şəmbə Musa qızına bəraət verilmişdir.

 


 


Ağarəhimova Manat Cəlal qızı

 


1910-cu ildə Qusar rayonunun Yuxarı Kalanxur kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Ağarəhimova Bahar Comərd qızı - 1937, Ağarəhimova Saatxanım Comərd qızı - 1937, Ağarəhimova Ayarxanım Comərd qızı - 1935-ci il təvəllüdlü; oğlu Ağarəhimov Sabir Comərd oğlu - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Ağarəhimov Comərd Adigözəl oğlu (1905) 23 fevral 1942-ci il tarixdə RSFSR CM 58-l.b və 58-11 məd-dələrə əsasən 386-cı atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Bununla əlaqədar olaraq Ağarəhimova Manat Cəlal qızının 5 il müddətinə sürgün edilməsi haqqında təklif SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmiş və ondan 30 aprel 1942-ci ildə daimi yerini tərk etməmək haqqında arayış alınmışdır. Lakin 4 iyul 1942-ci ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının göstərişi ilə Ağarəhimova Comərd Adıgözəl oğlu haqqında çıxarılmış qərar ləğv olunmuş və işə yenidən baxılaraq üçün ilkin istintaqa qaytarılmışdır. Məhz bu göstəriş Ağarəhimova Manat Cəlal qızını sürgündən xilas etmişdir. Buna baxmayaraq Ağarəhimova Manat Cəlal qızına qarşı haqqsızlıq uzun müddət davam etmiş, yalnız 1945-ci ildə ondan yaşayış yerini tərk etməmək haqqında alınmış arayış ləğv edilmişdir.

 


 


Ağasıyeva Əsmər Əbdüləhəd qızı

 


1852-ci ildə Siyəzən rayonunun Saadan kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Ağasıyev Azay - 80 yaş, qızı Ağasıyeva Gilə - 13 yaş, oğlu Ağasıyev Balamirzə Azay oğlu - 16 yaşında. Oğlu Babalı Azay oğlu Qızıl Ordu sıralarına səfərbər edilmişdir. 2 aprel 1942-ci il tarixdə 775-ci atıcı alay Komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir.

Ağasıyeva Əsmər Əbdüləhəd qızı SSRİ XDİK-nin 28 iyun 1941-ci il tarixli 00247/00884 №-li əmrinə əsasən Azərbaycan SSR CM 63 maddəsinin III hissəsi ilə vətən xaininin anası kimi yaşadığı yerdən çıxmamaqla 25 aprel 1942-ci ildə represiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Ağasıyeva Əsmər Əbdüləhəd qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 


 


Ağaverdiyeva Xədicə Xanım Xudaverdi qızı

 


1902-ci ildə Maştağa rayonunun Kürdəxanı kəndində ana­dan olmuş, Bakı şəhəri, Sovetski küçəsi 9, blok 6, kv. 55 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Saraxanım - 15 yaş, Ceyran xanım - 12 yaş, Lətifə - 8 yaşında. Heyat yoldaşı Ağaverdiyev Hüseyn Bala Ağaverdi oğlu 15 iyul 1937-ci ildə əksinqilabi fəaliyyətinə görə həbs edilmiş, I kateqoriya ilə güllələnməyə məhkum olunmuşdur. Ağaverdiyeva Xədicə Xanım Xudaverdi qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 24 oktyabr 1937-ci il tarixdə saxlanılmış və 9 dekabr 1937-ci il tarixdə XDİK-in qərarına əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Ağaverdiyeva Xədicə Xanım Xudaverdi qızı 19 oktyabr 1956-cı il tarixdə Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının qərarına əsasən bəraət almışdır.

 


 


Ağayeva Ana Baba qızı

 


1911-ci ildə Astara rayonunun Züngüləş kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Qəzənfər - 6 yaş, qızları Güləndan - 3 yaş, Böyükxanım - 1 yaşında, qardaşı - Ağayev Mirzə Baba oğlu. Həyat yoldaşı Baxşiyev Abdul Muradəli oğlu (1913) 27 de­kabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmişdir. Düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Ağayeva Ana Baba qızı 27 dekabr 1941-ci il tarixdə Azərbaycan SSR CM 63-3 maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 9 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Ağayeva Ana Baba qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Astara Rayon Şöbəsinin 22 iyul 1943-ci il göstərişinə əsasən işə xitam verilmişdir.

 


 


Ağayeva Dəstə Nifti qızı

 


1863-cü ildə Astrxan-Bazar (indiki Cəlilabad) rayonunun Kərimli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Ağayev Əvəz Səfərqulu oğlu (1921) 25 noyabr 1942-ci ildə Bakı Hava Hucumundan Müdafiə Ordusu Hərbi Tribunalının Səyyar Sessiyası tərəfindən vətən xaini ki­mi güllələnməyə məhkum olunmuşdur. Ağayeva Dəstə Nifti qızı Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə rep­ressiyaya məruz qalmışdır. Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 3 iyun 1943-cü il qərarına əsasən II oğlu Ağayev Əliş Səfərqulu oğlu Qızıl Ordu sıralarında xidmət etdiyinə görə Ağayeva Dəstə Nif­ti qızının işinə xitam verilmişdir.

 


 


Ağayeva Məmmədova Nisə Heydər qızı

 


1893-cü ildə Xızı rayonunun Şurakənd kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Ağabəy - 5 yaş, qızı Həvva - 2 yaşında; oğlu Ağayev Ağa Rza Seyid Məmməd oğlu 02.04.1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə 772-ci atıcı alay komandanlığı tərəfindən məsuliyyətə cəlb edilmişdir. Ağayeva Məmmədova Nisə Heydər qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddənin II hissəsilə təqsirli bilinərək Azərbaycan SSR XDİK Xüsusi Müşavirəsinin 28.06.1941-ci il tarixli 00247/00884 №-li əmrinə əsasən repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 07.07.1943-cü il tarixli qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi SSRİ XDİK Xızı Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə Ağayeva Məmmədova Nisə Heydər qızının işinə xitam verilmişdir.

 


 


Ağayeva Səriyyə Hidayət qızı

 


1906-cı ildə Bakı şəhəri Buzovna qəsəbəsində anadan olmuş, Maştağa rayonu, Buzovna qəsəbəsi, ev 164 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Məlikov Nuru Əbdülsalam oğlu 1886-cı il, qızı Adilə - 1935-ci il təvəllüdlü. Oğlu Məmməd Nuru oğlu 10 noyabr 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Ağayeva Səriyyə Hidayət qızı Azərbaycan SSR CM 63-3 maddə ilə vətən xaininin anası kimi yaşadığı yerdən çıxmamaq şərti repressiyaya məruz qalmışdır.

 


 


Ağayeva Zuriyyət Kaimbəy qızı

 


1907-ci ildə Qusar rayonunun Çiləqız kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Nəcməddin - 1 yaş, qızı Əsməgül - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Camaləddin Dadaşbala oğlu düşmən tərəfə keçdiyinə görə 12 fevral 1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Ağayeva Zuriyyət Kaimbəy qızı vətən xainin həyat yoldaşı kimi 26 may 1942-ci ildə Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə təqsirli bilinərək 5 il müddətinə sürgün edilmişdir.

 


 


Ağayev-Hüseynova Şahsənəm Nifti qızı

 


1913-cü ildə Astrxan-Bazar (Cəlilabad) rayonunun Səfərxan kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Yadulla Şükür oğlu-1938-cu il, Abdulla Şükür oğlu - 1942-ci il, qızı Səbiyə Şükür qızı - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Ağayev Şükür Bəşir oğlu 1944-cü ildə Hərbi Tribunalın Səyyar Sessiyası tərəfindən hərbi hissədən qaçdığına görə vətən xaini kimi 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Ağayeva-Hüseynova Şahsənəm Nifti qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddələri ilə repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 20 oktyabr 1945-ci il qərarına əsasən Ağayeva-Hüseynova Şahsənəm Nifti qızı vətən xaininin həyat yoldaşı kimi Qazaxstanın Semipalatinski vilayətinə 5 il müddətinə sürgün edilmişdir (3 yaşlı qızı ilə). SSRİ Dövlət Təhlükəsizlik Nazirliyinin 12 iyul 1946-cı il qərarına əsasən Ağayeva-Hüseynova Şahsənəm Nifti qızı azad edilmişdir.

 


 


Axundova Leyla Məmməd qızı

 


1908-ci ildə Şəki rayonunda anadan olmuş, Bakı şəhəri, 9-cu yanvar küçəsi, ev 39, mənzil 8 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Oktay - 11 yaş, qızı Xalidə - 8 yaşında. Həyat yoldaşı Axundov İmran 35 yaşında. Axundova Leyla Məmməd qızı əksinqilabi millətçi təşkilatın üzvü olduğuna görə Azərbaycan SSR CM 64 və 73 maddələri ilə SSR XDİK Xüsusi Müşavirəsinin 28 avqust 1938-ci il tarixli qərarına əsasən 06.11.1937-ci il tarixdən hesablanmaqla sosial-təhlükəli ünsür kimi 5 il müddətinə Qazaxstan vilayətinə sürgün edilmişdir. SSRİ Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 30 iyun 1956-cı il tarixli rəyinə əsasən Axundova Leyla Məmməd qızına bəraət verilmişdir.

 


 


Axundova Kubra Mahmud qızı

 


1921-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Enqels küçəsi, ev 7 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Nailə - 1938, atası Axundov Mahmud Heydər oğlu, həyat yoldaşı Qədirov Rüstəm Ələkbər oğlu. Axundova Kubra Mahmud qızı Bakıda İran səfirliyinin əməkdaşı ilə casusluq əlaqəsində şübhəli kimi Azərbaycan SSR CM 63-1, 72-ci maddələrin II hissəsilə təqsirli bilinərək XDİK Xüsusi Müşavirəsinin 25.09.1943-cü il tarixli qərarına əsasən 24.11.1942-ci il tarixdən hesablanmaqla cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətinə həbs edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 20.11.1989-cu il tarixli qərarına əsasən Axundova Kubra Mahmud qızına bəraət verilmişdir.

 


 


Axundova Nina Yefimovna

 

1909-cu ildə Xızı rayonunun Altı-Ağac kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Axundov Əkbər Cavad oğlu 03.07.1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Axundova Nina Yefimovna vətən xaininin həyat yoldaşı ki­mi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 23.08.1938-ci il tarixli qərarı cəzasını islah-əmək düşərgəsində çəkməklə 5 il müddətini azadlıqdan məhrum edilmişdir. Zaqafkaziya Hərbi Dairəsi Hərbi Tribunalının 01.06.1956-ci il tarixli rəyinə əsasən Axundova Nina Yefimovnaya bəraət verilmişdir.

 


 


Axundova Kubra Zeynal qızı

 


1911-ci ildə Salyan rayonunda anadan olmuş, Bakı şəhəri, Ağamalı 36 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları - Rüfət - 1929, Fuad - 1932-ci il təvəllüdlü. Həyat yoldaşı Axundov Qəmbər Abdulla oğlu 13.10.1937-ci il tarixdə əksinqilabi-millətçi təşkilatının fəal iştirakçısı olduğuna görə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Axundova Kubra Zeynal qızı XDİK Xüsusi Müşavirəsinin 09.01.1938-ci il tarixli qərarına əsasən 14.10.1937-ci il tarixdə sosial-təhlükəli ünsür kimi təqsirli bilinərək 5 il müddətinə Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsi Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 13.02.1956-cı il tarixli qərarına əsasən Axundova Kubra Zeynal qızına bəraət verilmişdir.

 


 


Axundzadə Şükriyyə Süleyman qızı

 


Axundzadə Şükriyyə Süleyman qızı 1902-ci ildə Gürcüstanın Batumi şəhərində anadan olmuş, Bakı şəhərində yaşamışdır. Orta təhsilli idi. Mağazada təsərrüfat işləri üzrə müdür vəzifəsində işləmişdir. Ailə tərkibi: oğlanları Niyazi -21 yaş, Aydın-16 yaş, Tuqay-14 yaş, İlmas-2 yaşında. Həyat yoldaşı Axundzadə Əhməd Cavad Məmməd oğlu (1892) 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən "Musavat" partiyasının üzvü kimi, əksinqilabi millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Bununla əlaqadar olaraq SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən göstəriş verilmişdir... Axundzadə Şükriyyə Süleyman qızı vətən xaininin həyat yoldaşı kimi həbs edilsin, mənzilində axtarış aparılıb, əmlakı müsadirə edilməklə dövlətin hesabına keçirilsin... Beləliklə, SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1937-ci il qərarına əsasən (order №1887) Axundzadə Şükriyyə Süleyman qızı vətən xaininin həyat yoldaşı kimi cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Axundzadə Şükriyyə Süleyman qızı həbsxana illərini əvvəlcə Bakıda Bayıl həbsxanasında sonra Qazaxstanın Akmolinski və Karaqanda düşərgələrində keçirmişdir. Oğlanları Az.NKİ-nin tələbəsi olmuş, Niyazi fevral 1938-ci ildə həbs edilmiş, həmin ilin axırlarında azad edilmişdir; Aydın Keşlə həbsxanasına salınmış, 8 aydan sonra azad edilmişdir; Tuqay Novoçerkask şəhər uşaq evinə verilmiş, 1939-cu ilə kimi orada saxlanılmışdır; İlmas isə yaşlı anasının himayəsinə verilmişdir.

7 iyul 1945-ci il tarixdə Axundzadə Şükriyyə Süleyman qızı barəsində nüfuzdansalan məlumat aşkar edilmədiyindən Azərbaycan SSR XDİK onun islah-əmək düşərgəsindən azad edilməsi və cəza müddətinin qalan hissəsinin götürülməsi haqqında qərarı işlə birlikdə baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə göndərilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsi Axundzadə Şükriyyə Süleyman qızının işinə yenidən baxmış o, qanunsuz həbs edildiyi üçün azad edilmişdir. SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın 1 dekabr 1955-ci il qərarına əsasən Axundzadə Şükriyyə Süleyman qızına əməlində cinayət tərkibli iş olmadığı üçün bəraət verilmişdir.




Axundova Küşvər Məmmədəli qızı

 


1911-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri 2-ci Xrebtovı 78 ünvanında yaşamışdır. Axundova Küşvər Məmmədəli qızı Azərbaycan SSR CM 72-ci maddənin 2-ci bəndinə əsasən evdar qadınlar arasında əksinqilabi təbliğat apardığına görə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Rəyasət Heyətinin 10.02.1967-ci il tarixli qərarına əsasən Axundova Küşvər Məmmədəli qızına bəraət verilmişdir.

 


 


Aişə Abdulla qızı

 


1895-ci ildə Zaqatala dairəsi Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Dibir Balabəy oğlu 1930-cu il üsyanın iştirakçısı kimi həbs edilmişdir.

27 fevral 1931-ci il rayon Partiya Komitəsi Rəyasət Heyətinin qərarı ilə Aişə Abdulla qızının vətən xaininin həyat yoldaşı kimi ailəsi ilə birlikdə RSFSR hüdudlarından kənara sürgün edilməsi haqqında göstəriş verilmişdir. Aişə Abdulla qızı Zaqafkaziya Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən azad edilmişdir.




Akçurina Məryəm İsmayıl qızı

 


1911-ci ildə Penza vilayəti Neverkin rayonunun Adilşina kəndində anadan olmuş, Kirov qəsəbəsi, ev 15, mənzil 11 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Raisa - 10 yaş, Rumiya - 5 yaşmda, oğlu Kamil - 2 yaşında. Həyat yoldaşı Akçurin Xasay İksanoviç əksinqilabi fəaliyyətinə görə həbs edilmişdir. Akçurina Məryəm İsmayıl qızı həyat yoldaşına görə təqsirli bilinərək repressiyaya məruz qalmışdır.

 


 


Akçurina Züleyxa Xəlil qızı

 


1914-cü ildə Kuybışev vilayətinin Miqeyeva kəndində anadan olmuş, Bakı şəhəri, L. Şmidt küçəsi 65 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Elgiz - 2 yaşında. Həyat yoldaşı Vaysov Rza Kaveviç 16 noyabr 1937-ci il tarixdə əksinqilabi fəaliyyətinə görə tutulmuşdur.

Akçurina Züleyxa Xəlil qızı 23 iyul 1938-ci il tarixdə XDİK tə­rəfindən əksinqilabi təşkilatın üzvü kimi 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. SSRİ Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 29 oktyabr 1957-ci il tarixli qərarına əsasən Akçurina Züleyxa Xəlil qızına bəraət verilmişdir.

 


 


Akimova Asiya Murad qızı

 


1904-cü ildə Krımda anadan olmuş, Bakı şəhəri, Rza-Fətəli küçəsi 7, mənzil 30 ünvanında yaşamışdır. Bakı Dövlət Universitetinin Şərq fakültəsini bitirib. Müəllimə işləmişdir. Hərbi Tribunalın 23 aprel 1937-ci il tarixli qərarına əsasən Akimova Asiya Murad qızı əksinqilabi təbliğat apardığına görə həbs edilmişdir.

 


 


Ağasıyeva Əsmər Əbdüləhəd qızı

 


1862-ci ildə Siyəzən rayonunun Saadan kəndində anadan olmuşdur. Ailə tərkibi: qayınanası Kərimova Bikə; həyat yoldaşı Ağasıyev Azay, qızı Gilə - 13 yaşında, oğlanları - Balamirzə 16 yaşında.

Balamirzə Azay oğlu 775-ci atıcı alay komandirinin, 2 aprel 1942-ci il məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Ağasıyeva Əsmər Əbdüləhəd qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il qərarına əsasən Ağasıyeva Əsmər Əbdüləhəd qızının işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır.

 


 


Alışova Səadət Hacı Bala qızı

 


1883-cü ildə Vartaşen (Oğuz) rayonunun Mollalı kəndində anadan olmuş,Vartaşen rayonunun Xaçmaz kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları İbrahimov Həsən Alıçələbi oğlu -1918-ci il, İbrahimov Qara - 1928-ci il təvəllüdlü; oğlu Rəsulov Daşdı Əmrah oğlu (1907) 12 oktyabr 1942-ci ildə Qroznu Qarnizonunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi gülələnməyə məhkum edilmişdir. Alışova Səadət Hacı Bala qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin anası kimi repre­ssiyaya məruz qalmışdır. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 19 aprel 1944-cü il qərarına əsasən Alışova Səadət Hacı Bala qızının ailə üzvlərindən Qızıl Orduda olduğunu nəzərə alaraq ona qarşı repressiya dayandırılmışdır.

 


 


Allahverdiyeva Gülsüm Qafar qızı

 


1919-cu ildə Dəvəçi rayonunun İzmara kəndində anadan olmuşdur. «Lenin» adına kolxozda işləmişdir. Aillə tərkibi: qızı Qızxanım - 1941-ci il, ögey qızı Mələk-1937-ci il, bacısı Həcər, qardaşı Nadir, atası Qafar. Həyat yoldaşı Allahverdiyev Əli Allahverdi oğlu (1905) 09.09.1941-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 27.05.1942-ci il tarixdə 388-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Allahverdiyeva Gülsüm Qafar qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 21.11.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə, sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Allahverdiyeva Qülsüm Qafar qızına bəraət verilmişdir.

 


 


Allahverdiyeva Rəna Heydər qızı

 


1897-ci ildə Astrxan-Bazar (Cəlilabad) rayonunun Tatlar kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Allahverdiyev Ağaverdi Əli oğlu - 1932, qızı Allahverdiyeva Qəmər Əli qızı - 1935, Muradova Minarə Xudaverdi qızı - 1937-ci il təvəllüdlü. Həyat yoldaşı Muradov Xudaverdi Feyzi oğlu (1913) 5 iyun 1942-ci ildə Bakı Hava Hücumundan Müdafiə Ordusunun Hərbi Tribunalı tərəfindən vətənə xəyanətdə təqsirli bilinərək güllələnməyə məhkum edilmişdir. Allahverdiyeva Rəna Heydər qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 dekabr 1942-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 11 dekabr 1942- ci ildən hesablanmaqla 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı il rəyinə əsasən Allahverdiyeva Rəna Heydər qızına bəraət verilmişdir.

 


 


Allahverdiyeva Züleyxa Abdulla qızı

 


1915-ci ildə Göyçay rayonunun Qoyunlu Şıxlı kəndində ana­dan olmuş, Göyçay rayonunun, Enliarx kəndində yaşamışdır. Ailə tərkibi: qızı Şəfiqə - 4 yaşında, qayınanası Fərzəliyeva Badı Süleyman qızı - 1872, qaynı Allahverdiyev Qafar Şapur oğlu - 1930-cu il, baldızı Allahverdiyeva Güllübəyim Şapur qızı - 1932-ci il təvəllüdlü. Həyat yoldaşı Allahverdiyev Rüstəm Şapur oğlu (1913) əksinqilabi təbliğat apardığına görə təqsirli bilinərək həbs edilmişdir. 13 yanvar 1943-cü il tarixdə Allahverdiyeva Züleyxa Abdulla qızı XDİK-in əmri ilə vətən xaininin ailəsi kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 fevral 1990-cı il tarix­li rəyinə əsasən Allahverdiyeva Züleyxa Abdulla qızına bəraət verilmişdir.

 


 


Altunbəyova Hənifə Yunis qızı

 


1913-cü ildə Saratov vilayəti Kunçerevo kəndində anadan olmuş, Bakı şəhəri Kubinskaya küçəsi ev 31 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Fateh - 6 yaşında.

Həyat yoldaşı Altunbəyov Süleyman Qəni oğlu (1888) 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə əksinqilabı pantürküst fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir.

Altunbəyova Hənifə Yunis qızı SSRI MIK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 yanvar 1938-ci il qərarına əsasən 14 oktyabr 1937-ci ildən hesablanmaqla cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir, (oğlu Akçirina Xədicə Musayevanın himayəsinə verilmişdir).

Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 28 mart 1958-ci il qərarına əsasən Altunbəyova Hənifə Yunis qızına bəraət verilmişdir.

 


 



Allarova Aişə Molla Muquma qızı

 


1915-ci ildə Zaqatala rayonunun Həsənoba kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Oneyzad Cəbrayıl qızı - 7 yaş, Məryəm - 5 yaş, oğlu Əhməd - 3 yaşında. Həyat yoldaşı Allarov Cəbrayıl Şaban oğlu (40 yaş) Qızıl Ordu sıralarından qaçdığına görə məsuliyyətə cəlb edilmişdir. Allarova Aişə Molla Muquma qızı Azərbaycan SSR CM 18/79 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi 9 may 1942-ci il qərarına əsasən məsuliyyətə cəlb edilmişdir. Azərbaycan SSR Zaqatala rayon XDİK-nin 25 iyun 1942-ci il tarixli qərarına əsasən işinə xitam verilmişdir.

 


 


Ana Mahmud qızı

 


1906-cı ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Xalsa - 10 yaş, Əsli - 6 yaşında. Həyat yoldaşı Hacı Mahmud Məhəmməd oğlu 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Ana Mahmud qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 9 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 


 


Arzu Əzim qızı

 


1893-cü ildə Zaqatala rayonunun Kass kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Salivat - 13 yaş, Fatimat - 3 yaş, oğlu Səid - 7 yaşında. Həyat yoldaşı Hacı Molla Məhəmməd Hacı Kazım oğlu sovet hökuməti əleyhinə çıxdığına görə həbs edilmişdir. Arzu Əzim qızı həyat yoldaşına görə Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 


 


Aşa Molla Şərif qızı

 


1911-ci ildə Balakən rayonunda anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Mahmud Məhəmməd oğlu, anası Zeynəb Hacı Əhməd qızı - 1896, qardaşları - Hacı Molla Şərif oğlu - 1919, İsmayıl Xanki - 1925, bacısı Uzminat - 1924-cü il təvəllüdlü. Atası Molla Şərif Qacıyev - 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Aşa Molla Şərif qızı 9 fevral 1931-ci ildə həbs edilmiş, Zaqafqaziya Fövqəladə Üçlüyünün 9 mart 1931-ci il tarixli qərarı ilə 1930-cu il aprel üsyanının fəal iştirakçısının qızı kimi Qaza­xstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 5 iyul 1990-cı il rəyinə əsasən Aşa Molla Şərif qızına bəraət verilmişdir.

 


 


Aşa Ramazan qızı

 


1901-ci ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Xasay - 10 yaş, Cənnət 2 yaşında. Həyat yoldaşı - Zeynal Abid Aksax Ramazan oğlu. 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Aşa Ramazan qızı həyat yoldaşına görə Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 


 

 


 


Aslanova Umnisə Əli Nağı qızı

 


1911-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, V-Priyutskaya №124, mənzil 2, mərtəbə 1 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları - Elman - 5 yaş, İsmət 5 aylıq. Həyat yoldaşı Aslanov Ağa Məmməd Hüseyn oğlu (1904) («Kommunist» qəzetinin redaktoru olmuş). 30 dekabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə əksinqilabi terrorçuluq fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən Azərbaycan SSR CM 72/73 maddələri ilə 24 mart 1938-ci ildə Aslanova Umnisə Əli Nağı qızı vətən xaininin həyat yoldaşı kimi tutulmuşdur. Lakin körpə uşağı olduğunu nəzərə alaraq yaşadığı yerdən çıxmaması haqqında göstəriş verilmişdir. Azərbaycan SSR XDİK-nin 20 mart 1939-cu il tarixli qərarına əsasən Aslanova Umnisə Əli Nağı qızının işinə xitam verilmişdir.

 


 


Aslanova Zərövşən Baba qızı

 


1917-ci ildə Qusar rayonunun Yasab kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Xanımgül - 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Aslanov İsmayıl Ağa Rəhim oğlu (1911). 8 iyul 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıcı alay komandirinin məlumatına əsasən 25 fevral 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Aslanova Zərövşən Baba qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63 maddənin III hissəsi ilə təqsirli bilinərək 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Aslanova Zərövşən Baba qızının yaşadığı yerdən çıxmaması haqqında iltizam Hərbi Tribunaldan cavab gələnə kimi dayandırışmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-ci il məlumatına əsasən həyat yoldaşının vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Aslanova Zərövşən Baba qızının işinə xitam verilmişdir.

 


 


Aşura Maqoma qızı

 


1896-cı ildə Zaqatala dairəsi Balakən rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları - Bahəddin - 8 yaş, Tacəddin - 9 yaş, Nurəddin - 11 yaş, qızı - Fatimə - 5 yaş, Fatimat - 3 yaşında. Həyat yoldaşı Hacıyev Ata 1930-cu ildə aprel üsyanının fəal iştirakçısı olduğuna görə güllələnməyə məhkum edilmişdir. Aşura Maqoma qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19.03.1931-ci il tarixli qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 


 


Aşurova Mileyla Heydər qızı

 


1912-ci ildə Ağstafa rayonunun, Tatlı kəndində anadan olmuşdur. «Zarya Vostoka» adlı kolxozun üzvü idi. Ailə tərkibi: oğlanları - Əhməd Nəsib oğlu, Məmməd Nəsib oğlu; qızı Diləfruz Nəsib qızı. Həyat yoldaşı Aşurov Nəsib Əhməd oğlu (1900) fərari kimi 1942-ci ilin noyabrında Azərbaycan SSR CM 63 maddənin II hissəsi ilə təqsirli bilinərək həbs edilmişdir. Aşurova Mileyla Heydər qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 12 dekabr 1942-ci il qərarına əsasən repressiyaya məruz qalmışdır.

 


 


Atakişiyeva Ziba Usub qızı

 


1906-cı ildə Cəbrayıl rayonunun Həsənli kəndində anadan olmuşdur. Ailə tərkibi: bacısı Suduş. Həyat yoldaşı Kəlbi Əli Cabbar oğlu 1930-cu il üsyanın iştirakçısı kimi həbs olunmuşdur. Atakişiyeva Ziba Usub qızı 1933-cü ildə əksinqilabi təbliğat apardığına görə təqsirli bilinərək Azərbaycan SSR XDİK-nin 25 sentyabr 1937-ci il qərarına əsasən Qaryagin (Fizuli) həbsxanasında saxlanılmaqla həbs olunmuşdur. Azərbaycan SSR XDİK Üçlüyünün 21 oktyabr 1937-ci il qərarına əsasən Atakişiyeva Ziba Usub qızının günahı sübuta yetmədiyinə görə azad olunmuşdur.

 




Aydınova Anayat Carulla qızı

 


1927-ci ildə Qusar rayonunun Xorel kəndində anadan olmuşdur. «Kaqanoviç» adına kolxozda kolxozçu idi. Ailə tərkibi: bacısı Mahruzər - 1933, oğlu Yaməddin - 1937-ci il təvəllüdlü. Qardaşı Aydınov Aydın Carulla oğlu (1913) 08.02.1943-cü il tarixdə 44-cü Ordusunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Aydınova Anayat Carulla qızı vətən xaininin bacısı kimi Azerbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 07.09.1943-cü il tarixli qərarına əsasən Aydınova Anayat Carulla qızının işinə xitam verilib dayandırılmışdır.

 


 


Aişə Ramazan qızı

 


1887-ci ildə Zaqatala rayonunun Danaçı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Məhəmməd - 10 yaş; qızı Simesat - 6 yaşında. Həyat yoldaşı Molla Həsən Məhəmməd oğlu dindar kimi güllələnmişdir. Aişə Ramazan qızı dindarın həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 


 


Aişə Malam qızı

 


1881-ci ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: gəlini Mominat Uluxan qızı - 38 yaş, nəvələri - Nurəddin - 14 yaş, Ramazan - 6 yaş, Nazi - 9 yaş, Asa - 2 yaş, Məryəm - 2 yaş, Fatima - 10 yaşında. Oğlu Məhəmməd Əli Qaladcex (39 yaş) 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Aişə Malam qızının 1930-cu il aprel üsyanının fəal iştirakçısının anası kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 18 mart 1931-ci il qərarına əsasən sürgün edilməsi haqqında işinə baxılmış, lakin günahsız olduğundan 19 mart 1931-ci il qərarı ilə azad edilmişdir.

 


 


Aişə Məmməd qızı

 


1906-cı ildə Zaqatala rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları - Xəlil - 1927, Dibir - 1930-cu il təvəllüdlü. Həyat yoldaşı Murtuz Əli Dibir Məmməd oğlu 1930-cu il üsyanının fəal iştirakçısı olduğuna görə güllələnməyə məhkum edilmişdir. Aişə Məmməd qızı vətən xaininin həyat yoldaşı kimi Zaqa­tala Dairə Fövqəladə Üçlüyünün 19.03.1931-ci il tarixli qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.06.1990-cı il tarixli rəyinə əsasən Aişə Məmməd qızına bəraət verilmişdir.

 


 


Aişə Əhməd qızı

 


1894-cü ildə Zaqatala rayonunun Geqam kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Zibeydat - 15 yaş, Məryəm - 5 yaşında. Həyat yoldaşı Nəsirov Şaban 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Aişə Əhməd qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 


 


Aişə Xəlil qızı

 


1891-ci ildə Balakən rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: qaynanası Sitay - 80 yaş, qızı Cavahirat - 25 yaşında. Həyat yoldaşı - Əbdülsalam Kurbaç Məmməd oğlu - 1930-cu ildə aprel üsyanın təşkilatçısı və fəal iştirakçısı kimi həbs edilmişdir. Aişə Xəlil qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR Zaqavqaziya Hərbi dairəsi Fövqəladə Üçlüyünün 18.03.1931-ci il tarixli qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 


 


Aişə Mahmud Əli qızı

 


 

 


56 yaşında. Zaqatala rayonunun Talı kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Hafiz Əfəndi (1920) 1930-cu ildə sovet hakimiyyəti əleyhinə fikirlər yürütdüyünə görə həbs olunmuşdur. Aişə Mahmud Əli qızı Zaqatala Dairə Fövqəladə Üçlüyünün 9 mart 1931-ci il qərarına əsasən həbs edilmiş, vətən xaininin həyat yoldaşı kimi Qazaxstana sürgün olunmuşdur.

 


 


Aişə Molla Şərif qızı

 


1911-ci ildə Balakən rayonunda anadan olmuşdur. Ailə tərkibi: anası Zeynəb - 1896. Atası Molla Şərif 1930-cu il aprel üsyanının iştirakçısı kimi güllələnməyə məhkum edilmişdir. Aişə Molla Şərif qızı aprel üsyanının iştirakçısının qızı kimi 09.02.1931-ci il tarixdə həbs edilmiş, Zaqatala Dairə Fövqəladə Üçlüyünün 09.03.1931-ci il tarixli qərarınma əsasən Qazaxstan vilayətinə sürgün edilmişdir.

 


 


Ayzatulina Xurşud Bədrəddin qızı

 


1902-ci ildə Ulyanov Quberniyası Quriyevka kəndində anadan olmuş, Bakı şəhəri, Stalin rayonu, Krasina küçəsi ev 6 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Şövkət - 12 yaş, qızları Zuliya - 9 yaş, Roza - 8 aylıq. Həyat yoldaşı Ayzatulin Seyfulla Bəbiroğlu (1881) 2 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi- pantürküst təşkilatının iştirakçısı kimi I kateqoriya ilə həbs edilmişdir. Ayzatulina Xurşud Bədrəddin qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi körpə uşağı olduğunun nəzərə alaraq SSRİ XDİK Xüsusi Müşavirənin 3 aprel 1938-ci il qərarına əsasən sosialist-təhlükəli ünsür kimi 2 il müddətinə yaşadığı yerdə səsi alınmışdır. Azərbaycan SSR Prokurorluğunun 19 fevral 1990-cı il qərarına əsasən Ayzatulina Xurşud Bədrəddin qızına bəraət verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb