Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


B


 

Babayeva Anaş Vahab qızı

 

1916-cı ildə Sabirabad rayonunun Mustafa Bəyli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları - Xanhüseyn - 10 yaş, Abdul - 7 yaş; qızları Arəstən - 3 yaş, Validə - 1 aylıq. Həyat yoldaşı - Babayev Məmməd Kərim Əziz oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi fəaliyyətinə görə I kateqoriya ilə 2 yanvar 1938-ci il qərarına əsasən güllələnməyə məhkum edilmişdir. Babayeva Anaş Vahab qızı vətən xaininin həyat yoldaşı ki­mi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 04.06.1938-ci il tarixli qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə 2 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.06.1990-cı il tarixli rəyinə əsasən Babayeva Anaş Vahab qızına bəraət verilmişdir.

 

 

 

Babayeva Fatma Abdulla qızı

 

1923-cü ildə Ağdaş rayonunun Pirkeke kəndində anadan olmuş, Ağdaş rayonu, Sabir küçəsi, ev 35 ünvanında yaşamışdır. Ailə tərkibi: qaynanası Həmidova Aşa Nəbi qızı - 1893, qaynatası Əhmədov Əmiraslan Səməd oğlu - 1880, qızı Almaz. Həyat yoldaşı Səmədov Zahid Əmiraslan oğlu 26.01.1943-cü il tarixdə Azərbaycan SSR Hərbi Tribunalının qərarına əsasən ordudan qaçdığına görə güllələnməyə məhkum edilmişdir. Babayeva Fatma Abdulla qızı vətən xaininin həyat yoldaşı ki­mi SSRİ XDİK Xüsusi Müşavirəsinin 05.06.1943-cü il tarixli qərarına əsasən Azərbaycan SSR CM 63-2 maddəsilə təqsirli bilinərək 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Babayeva Fatma Abdulla qızına bəraət verilmişdir.

 

 

 

Babayeva Fatma Rza qızı

 

1885-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Babayev Həbib Abdulla oğlu -1877, oğlanları - Kamil Həbib oğlu - 1928, Nadir Aydın Həbib oğlu - 1933-cü il təvəllüdlü. Babayev Abdulla Həbib oğlu (1913) 1939-cu ildə Qızıl Ordu sıralarına səfərbər edilmişdir. 24 aprel 1943-cü ildə 5-ci Qvardiya Tank Ordusunun Hərbi Tribunalı tərəfindən vətənə xəyanətdə təqsirli bilinərək güllələnməyə məhkum edilmişdir.

Babayeva Fatma Rza qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 3 avqust 1944-cü il qərarına əsasən Babayeva Fatma Rza qızına qarşı repressiya dayandırılmışdır.

 

 

 

Babayeva Nazxanım Xanış qızı

 

1922-ci ildə Şamaxı rayonunun Çaxırlı kəndində anadan olmuşdur. «Qırmızı Azərbaycan» adına kolxozun üzvü idi. Ailə tərkibi: atası Eyvazov Xanış Rza oğlu, qaynatası Baba İmamverdi oğlu - 1858, oğlu - Ziyadxan Məmməd oğlu - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Babayev Məmməd Baba oğlu (1909) 1941-ci ilin sentyabr ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 10 05.1943-cü il tarixdə 345-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövgeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Babayeva Nazxanım Xanış qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 11.09.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Babayeva Nazxanım Xanış qızına bəraət verilmişdir.

 

 

 

Babayeva Humay Mehdi qızı

 

1908-ci ildə Kirovabad şəhərində anadan olmuş, Bakı şəhəri, Kirov prospekti 57 yanvanında yaşamışdır. Ailə tərkibi: oğlu - Zəhməd 13 yaşında. Həyat yoldaşı Babayev Balabəy (1895) 03.07.1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi trotski-terrorçu təşkilatın üzvü olduğuna görə güllələnməyə məhkum edilmişdir. Babayeva Humay Mehdi qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində  çəkməklə SSRİ XDİK Xüsusi Müşavirənin 23.08.1938-ci il tarixli qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 08.09.1956-cı il tarixli rəyinə əsasən Babayeva Humay Mehdi qızına bəraət verilmişdir.

 

 

 

Babayeva Rəşxəndə Qaraxan qızı

 

1918-ci ildə Lerik rayonunun Gedara kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Minayər - 1940, Fəxrəndə - 1936-cı il təvəllüdlü. Həyat yoldaşı Babayev Tumat Nüsrət oğlu (1909) 1942-ci ilin mart ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 10.06.1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Babayeva Rəşxəndə Qaraxan qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 12.12.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Babayeva Rəşxəndə Qaraxan qızına bəraət verilmişdir.

 

 

 

Bacıxanım Əhməd qızı

 

1891-ci ildə Cəbrayıl rayonunun Pir - Əhmədli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Gəncəli. Həyat yoldaşı Məhərrəm Həsən oğlu 22.07.1931-ci il tarixdə əksinqilabi millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir. Bacıxanım Əhməd qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan Dövlət Siyasi Dairəsi Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən 01.11.1931-ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Zaqavqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi İdarə Kollegiyasının Məhkəmə İclasının 29.05.1932-ci il tarixli qərarına əsasən Bacı xanım Əhməd qızı azad edilmişdir.

 

 

 

Bağırova-Əbilova Səkinə Bağır qızı

 

1905-ci ildə Naxçıvan ASSR, Ordubad şəhərində anadan olmuşdur.  Ailə tərkibi: oğlanları - Təvəkkül - 1925, Bayram- 1933; qızı Gülçöhrə 1937-ci il təvəllüdlü. Həyat yoldaşı Əbilov Məmməd Əli Hacı Heydər oğlu 45-ci ordu Zaqafkaziya cəbhəsi Hərbi Tribunalı tərəfindən 03.12.1941-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Bağırova - Əbilova Səkinə Bağır qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repre­ssiyaya məruz qalmış SSRİ XDİK Xüsusi İclasıın 16.12.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Bağırova - Əbilova Səkinə Bağır qızına bəraət verilmişdir.

 

 

 

Bağırova Böyükxanım Kazım qızı

 

1924-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Vidadi küçəsi, dalan 13, ev 3 ünvanında yaşamışdır. Ailə tərkibi: atası Bağırov Kazım Abdul Hüseyn oğlu - 60 yaş, anası Bağırova Ceyran - 50 yaş, qardaşları - Ələkbər - 20 yaş, Məmmədəli - 30 yaş, Məmmədağa - 18 yaş, Mikayıl - 16 yaşında. Bağırova Böyükxanım Kazım qızı Böyük Vətən Müharibəsində cəbhədə tibb bacısı işləyib, 14 may 1942-ci ildə əsir düşmüşdür. Bağırova Böyükxanım Kazım qızı 25 sentyabr 1945-ci il tarixdə Azər. SSR CM 58 - 1 maddəsi ilə təqsirlı bilinərək cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilmiş, 17 dekabr 1955-ci il tarixdə Bakıya qayıtmışdır.

 

 

 

Bağırova Güllü Baxış qızı

 

1922-ci ildə Siyəzən rayonunun Xışqədər kəndində anadan olmuşdur. «Komsomol» adına kolxozun üzvü idi. Ailə tərkibi: həyat yoldaşı Bağırov Ağazadə Ağayar oğlu 775-ci atıcı alayı komandirinin 2 aprel 1942-ci il məlumatına əsasən Qızıl Orduda xidmət edərkən düşmən tərəfə keçmişdir. Bağırova Güllü Baxış qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsinin II hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə 25 aprel 1942-ci ildən repressiyaya məruz qalmışdır.

Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Bağırova Güllü Baxış qızının işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır.

 

 

 

Bağırova Gülsüm Əlimirzə qızı                         

 

1916-cı ildə Dəvəçi rayonunun Elkəsən kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Bağırov Əmirağa Mirzə oğlu 1915-ci il təvəllüdlü. Qaynı Bağırov Əliağa Ağamirzə oğlu (1913) 26 iyun 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər olunmuşdur. 26 fevral 1942-ci ildə 25-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum olunmuş, sonra güllələnmə 10 il işlə əvəz olunmuşdur. Bağırova Gülsüm Əlimirzə qızı həyat yoldaşı ilə birlikdə vətən xaininin ailəsi kimi repressiyaya məruz qalmışlar. Azərbaycan SSRİ XDİK-nin 12 iyul 1942-ci il tarixli qərarına əsasən Bağırova Gülsüm Əlimirzə qızının yaşadığı yeri tərk etməmək haqqında işinə xitam verilmişdir.

 

 

 

Bağırova Kubra Hüseyn qızı

 

1916-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Ramana qəsəbəsi, ev 146 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Fatma - 3 yaş, Elmira - 6 aylıq; oğlu Məmməd Bağır 1 yaşında.

Həyat yoldaşı Bağırov Xəlfəli Məmməd Bağır oğlu (1911) SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 4 iyul 1937-ci ildə əks inqilabi terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum olunmuşdur. Bağırova Kübra Hüseyn qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq SSRİ XDİK Xüsusi Müşavirənin 9 dekabr 1937-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Azərbaycan SSR Prokurorluğunun 28 fevral 1990-cı il rəyinə əsasən Bağırova Kübra Hüseyn qızının əməlində cinayət tərkibi olmadığı üçün bəraət verilmişdir.

 

 

 

Bağırova Mədinə Sabir qızı

 

1912-ci ildə Bakı dairəsi, Bül - Bülə qəsəbəsində anadan olmuş, Bakı dairəsi, Bül - Bülə qəsəbəsi, Lenin küçəsi, ev 1, mən. 1 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Bahadur 1932-ci il, qızı Firəngiz 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Bağırov Baloğlan Əbdül Bağı oğlu 05.01.1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə əksinqilabi fəaliyyətinə görə düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Bağırova Mədinə Sabir qızı vətən xaininin həyat yoldaşı ki­mi SSRİ XDİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 29.05.1938-ci il tarixli qərarı ilə 2 il müddətinə səsi alınmışdır. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Bağırova Mədinə Sabir qızına bəraət verilmişdir.

 

 

 

Bağırova Mənsumə Rüstəm qızı

 

1898-ci ildə Qazı-Məmməd rayonunun Rəncbər kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Sara - 32 yaş, oğlanları - Sabit - 23 yaş, Qeybət - 10 yaşında. Həyat yoldaşı Mənsimov Rza. Oğlu Bağırov Məmmədbağır Mürşüd oğlu Hərbi Komissarlıqdan qaçıb gizləndiyinə görə həbs edilmişdir. Bağırova Mənsumə Rüstəm qızı fərari anası kimi Azərbaycan SSR CM 18-63-2 maddələri ilə təqsirli bilinərək 04.02.1943-cü il tarixli qərarına əsaslanaraq həbs edilmişdir. Azərbaycan SSR XDİK-nin 05.04.1943-cü il tarixdə işə xitam verilmişdir. 22.06.1943-cü il tarixdə Azərbaycan SSR XDİK tərəfindən Bağırova Mənsumə Rüstəm qızına bəraət verilmişdir.  

 

 

 

Bağırova Nazlı Qasım qızı

 

1921-ci ildə Astraxan-Bazar (Cəlilabad) rayonunun Məlik Qasımlı kəndindən anadan olmuşdur. Ailə tərkibi: qızı Nicat. Həyat yoldaşı Bədirov Qaraxan Qubad oğlu (1920) 03.02.1942-ci il tarixdə Qızıl Ordudan qaçdığına görə Azərbaycan SSR CM 63 maddənin I hissəsi ilə Azərbaycan SSRİ XDİK Hərbi Tribunalının 01.03.1942-ci il tarixli göstərişinə əsasən təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bağırova Nazlı Qubad qızı vətən xaininin həyat yoldaşı ki­mi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 03.12.1943-cü il tarixli qərarına əsasən Bağırova Nazlı Qubad qızının işinə xitam verilmişdir.

 

 

 

Bağırova Töhfə Hüseyn qızı

 

1885-ci ildə Ordubad rayonunun Vanand kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları - Salman - 1931, Əsgər - 1938, həyat yoldaşı Bağırov Əli Əkbər oğlu - 1879. Oğlu Bağırov Eyyub Əli Əkbər oğlu (1920) 23.09.1942-ci il tarixdə 402-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişib döyüşçülər arasında əksinqilabi təbliğat apardığına görə güllələnməyə məhkum edilmişdir. Bağırova Töhfə Hüseyn qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, Azərbaycan SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.12.1942-ci il tarixli qərarına əsasən Novosibirsk vilayətinə 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Bağırova Töhfə Hüseyn qızına bəraət verilmişdir.

 

 

 

Bağırova Varvara Yevstafeyevna

 

1900-cu ildə Tiflis şəhərində anadan olmuş, Bakı şəhəri 3-cü Qala küçəsi ev 3 ünvanında yaşamışdır. Tibb texnikumunu bitirib. Ailə tərkibi: qızı Leyla - 16 yaş, oğlanları - Tofiq - 10 yaş, Kim - 8 yaş, həyat yoldaşı Bağırov Nağı Ələsgər oğlu 29 oktyabr 1937-ci ildə Azərbaycan XDİK tərəfindən əksinqilabçı trotski, terrorçuluq fəaliyyətlərinə görə tutulmuş, 2 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Bağırova Varvara Yevstafeyevna SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən 1 yanvar 1938-ci ildə vətən xaininin həyat yoldaşı kimi (övladları uşaq kameralarına salmaqla) həbs edılmişdir. 8 mart 1939-cu ildə azad edilmişdir. (1№-li psixi xəstəxanaya duşdüyünə görə) 28 sentyabr 1957-ci ildə Bağırova Var­vara Yevstaleyevanın işinə xitam verilmişdir.

 

 

 

Bağırova-Əliyeva Surə Ağaəli qızı

 

1917-ci ildə Salyan rayonunda anadan olmuş, Bakı şəhəri 5-ci Paralel küçəsi ev 17 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Namik - 2 yaşında, 7 aylıq hamilə. Həyat yoldaşı Əliyev Lətif əksinqilabı millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Bağırova - Əliyeva Su­rə Ağaəli qızı SSRİ MİK-nin 4 iyun 1934-cü il qərarına əsas tutaraq vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını - islah-əmək düşərgəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinyaət işləri üzrə Məhkəmə Kollegiyasının 1 mart 1957-ci il qərarına əsasən Bağırova - Əliyeva Surə Ağaəli qızına bəraət verilmişdir.

 

 

 

Bağıyeva Nigar Canağa qızı

 

1915-ci ildə Qusar rayonunun Kuzin kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Carulla - 8 yaş, qızları Xurma - 4 aylıq, qızı - Qızbəs - 3 yaşında. Həyat yoldaşı Bağıyev Şəfaqət Çoban oğlu (1913) 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Bağıyeva Nigar Canağa qızı 29 aprel 1942-ci il tarixdə Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 3 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Bağıyeva Nigar Canağa qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Qusar Rayon Şöbəsinin 25 iyul 1943-cü il göstərişinə əsasən Bağıyeva Nigar Çanağa qızının işinə xitam verilmişdir.

 

 

 

Baxışova Zərxanım Məmmədşah qızı

 

1902-ci ildə Quba rayonunun Nevdun kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Xırda - 8 yaşında, Naringül - 4 yaşında, oğlanları - İbrahim - 6 yaşında, Məkan - 2 yaşında.

Həyat yoldaşı Baxışov Tağı İbrahim oğlu (1906) 772-ci atıcı alay komandirinin 2 aprel 1942-ci il məlumatına əsasən 25 fevral 1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə vətən xaini kimi məsuliyyətə cəlb olunmuşdur. Baxışova Zərxanım Məmmədşah qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsinin II hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmış, 7 iyul 1943-cü ildə Baxışova Zərxanım Məmmədşah qızının işi Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. 22 iyul 1943-cü ildə isə Baxışova Zərxanım Məmmədşah qızının işinə xitam verilmişdir.

 

 

 

Baxşəliyeva Berta Aleksandrovna

 

1900-cu ildə Saratov dairəsi Vopsk şəhərində anadan olmuş, Bakı şəhəri, Əmircan qəsəbəsi, ev 12, Çaparidze küçəsi ünvanında yaşamışdır. Orcanikidze 5-ci neft sənaye trestində iqtisadçı vəzifəsində çalışıb. Ailə tərkibi: oğlu - Ənvər - 6 yaşında. Həyat yoldaşı Baxşəliyev Əli Həsən oğlu 03.07.1938-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessıyası tərəfindən I kateqoriya ilə əksinqilabi millətçi təşkilatın üzvü kimi güllələnməyə məhkum edilmişdir. Baxşəliyeva Berta Aleksandrovna vətən xaininin həyat yoldaşı kımi SSRI MİK-nin 11.07.1934-cü il tarixli qərarını əsas tutaraq Azərbaycan SSR CM 72, 73 maddələri ilə SSRİ XDİK Xususı Müşavirəsinin 23.08.1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə surgun edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kolleqiyasının 11 aprel 1960-cı il tarixli qərarına  Bəxşəliyeva Berta Aleksandrovnaya bəraət verilmişdır.

 

 

 

Baxşiyeva Zərnad Şərkər qızı

 

1887-ci ildə Qusar rayonunun Kuzin Qışlaq kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları - Xudaverdi - 14 yaş, Xanverdi - 5 yaş; qızı - Müslümat - 2 yaşında. Həyat yoldaşı Baxşiyev Şahverdi Qəmbər oğlu 3 aprel 1942-ci ildə 772-ci atıcı alay komandanlığı tərəfindən düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Baxşiyeva Zərnad Şərkər qızı 6 may 1942-ci il tarixdə Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Baxşiyeva Zərnad Şərkər qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Qusar Rayon Şöbəsinin 25 iyul 1943-cü il göstərişinə əsasən işə xitam verilmişdir.

 

 

 

Balabəyova Ruhiyyə Qazı Məhəmməd qızı          

 

1904-cü ildə Qusar rayonunun Xumar kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Nasiyat - 10 yaş, Mərziyyə - 8 yaşında. Həyat yoldaşı Balabəyov Balabəy Əhəd oğlu (1908) 08.09.1941-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 15.02.1942-ci il tarixdə 386-cı atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Balabəyova Ruhiyyə Qazı Məhəmməd qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə rep­ressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 27.05.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 20.07.1945-ci il tarixli rəyinə əsasən Hərbi Tribunaldan II dəfə cavab gələnə kimi işə xitam verilmişdir.

 

 

 

Balaxinskaya Humay Əhməd qızı

 

1912-ci ildə Nuxa (Şəki) rayonunda anadan olmuş, Bakı şəhəri, Buynakski küçəsi, 25 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Elmira -1932-ci il təvəllüdlü. Həyat yoldaşı Balaxinski Zaxar Ramazan oğlu SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası tərəfindən əksinqilabi - trotski təşkilatın iştirakçısı olduğuna go­rə güllələnməyə məhkum edilmişdir.

Balaxinskaya Humay Əhməd qızı vətən xaininin həyat yoldaşı kimi 04.07.1938-ci il tarixdən hesablanaraq 10.07.1938-ci il tarixdə həbs edilmiş, SSRİ XDİK Xüsusi Müşavirəsinin 23.08.1938-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 14.03.1990-cı il tarixli rəyinə əsasən Balaxinskaya Humay Əhməd qızına bəraət verilmişdir.

 

 

 

Baloğlanova Məhcamal İsabala qızı

 

1921-ci ildə Qonaqkənd rayonunun Cimi kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Xurma - 1942-ci il, qaynatasi Bəybala -1864-cü il təvəllüdlü. Heyat yoldaşı Baloğlanov Bilal Sultan oğlu (1905) 10 mart  1942-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 30 aprel 1943-cü ildə Hərbi Tribunal tərəfinden vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Baloğlanova Məhcamal İsabala qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 29.07.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 28.02.1990-cı il tarixli rəyinə əsasən Baloğlanova Məhcamal İsabala qızına bəraət verilmişdir.

 

 

 

Baloğlanova Səkinə Cəbrayıl qızı

 

1914-cü ildə İsmayıllı rayonunun Daxar kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu - Bəhram 1939-cu il təvəllüdlü. Həyat yoldaşı Baloğlanov Mahmud Mahmudəli oğlu (1909) 10.06.1942-ci il tarixdə 25-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Baloğlanova Səkinə Cəbrayıl qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 24.09.1945-ci il ta­rixli qərarına əsasən 5 il müddətinə Qazaxstan SSR Semipalatinski vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Baloğlanova Səkinə Cəbrayıl qızına bəraət verilmişdir.

 

 

 

Bayramova Ceyran Şirin qızı

 

1896-cı ildə Bakı şəhərində qulluqçu ailəsində anadan olub. İlk təhsilini Bakı 3-cü rus - tatar qız məktəbində alıb, sonra qızlar qimnaziyasında oxuyub. Bakıda Əli Bayramlı adına klubun açılmasında böyük rolu olub. 1929-cu ildə Bakıda Azərbaycan qadınların birinci qurultayında iştirak edib. Həyat yoldaşı Oruc Bayramov 1935-ci ildə XDİK tərəfindən əksinqilabi təbliğat aparmaqda günahlandırılaraq həbs edilmiş, 1937-ci il 31 iyul tarixdə güllələnməyə məhkum olunmuşdur. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq Ceyran Bayramova «Vətən xaini»nin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 8 sentyabr 1937-ci il qərarı ilə cəzasını islah-əmək düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan mərhum edilmiş və Qazaxstanın Akmolinski həbs düşərgəsinə göndərilmişdir. Həbs edilərkən ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: oğlu - Bayramov Əli - 13 yaş, Bayramov Fərid - 11 yaş, Bayra­mov Aydın - 9 yaş, qızı - Bayramova Nazilə - 3 yaşında. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14 dekabr 1955-ci il tarixli qərarına əsasən Bayramova Ceyran Şirin qızına bəraət verilmişdir.

 

 

 

Bayramova Gülnaz Niyaz qızı

 

1912-ci ildə Lerik rayonunun Muriya kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Abbas - 1938-ci il, Sərməz - 1939-ci il, Mansur - 1941-ci il, baldızı Gülbacı - 1863-cü il təvəllüdlü. Həyat yoldaşı Şahverənov Asur Əli oğlu (1909) 386-cı atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən 12.03.1942-ci ildə vətənini dəyişməyə cəhd göstərdiyinə görə güllələnməyə məhkum edilmişdir. Bayramova Gülnaz Niyaz qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, Azərbaycan SSRİ XDİK Xüsusi Müşavirəsinin 10.10.1942-ci il tarixli qərarına əsasən Qazaxstana 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Bayramova Gülnaz Niyaz qızına bəraət verilmişdir.

 

 

 

Bayraməlibəyova-Məlikyeqanova Məryəm xanım Teymurbəy qızı

 

Məryəm xanım 1898-ci ildə Lənkəranda anadan olub. Atası Teymurbəy 1881-ci ildə Qori müəllimlər seminariyasını bitirmiş, görkəmli maarifpərvər ziyalı olmuşdur. Məryəm xanım H.Z.Tağıyevin qızlar məktəbini bitirdikdən sonra, 1913-cü ildə «Müqəddəs Nina» qız məktəbinin IV sinfinə daxil olub, 1917-ci ildə oranı qızıl medalla bitirib. «Müqəddəs Nina» məktəbinə Məryəm xanım rus və avropa mədəniyyəti ilə dərindən tanış olmuşdur. O, böyük rus yazıçısı L.N.Tolstoyun hekayələrini Azərbaycan dilinə çevirərək «Məktəb» jurnalında çap etmişdir. Həmçinin bir çox Azərbaycan şair və yazıçıların əsərlərini də rus dilinə tərcümə etmişdir. 1917-ci ildə təhsil almaq üçün Moskvaya getmiş, Məryəm xanım  1918-ci  ildə Lənkərana qayıdaraq qızlar üçün məktəb açır. Əvvəlcə məktəbdə 9 qız                   təhsil alırdı ki, onlardan biri sonralar Azərbaycanın xalq artisti  Həqiqət Rzayeva olmuşdur. 1919-cu ildə Məryəm xanım Lənkəran qız qimnaziyasının inspektoru təyin edilmişdir. Məryəm xanımın atası Teymurbəy 1919-cu ildə ölkədə baş verən hərc - mərcliklə əlaqədar olaraq qanunsuz həbs edilmişdir. Həmin il Məryəm xanımın Bakı Kommunasının rəhbərlərindən biri Alyoşa Çaparidze ilə təsadüfi görüşü atası Teymurbəyin tezliklə azad olunmasına səbəb olmuşdur. Sonralar Azərbaycan maarifinin inkişafında fədəkarcasına fəaliyyət göstərən Teymurbəy 1937-ci ildə vəfat edib. 1921-ci ildə Məryəm xanım Xalq Maarif Komissarlığının əmri ilə Nobel bağında (indiki Nizami parkı) açılmış birinci Azərbaycan tərcrübə - nümunə məktəbinin türk qrupunun rəhbəri təyin edilmişdir. 1923-cü ildə Məryəm xanım Cavadbəy Məlikyeqanovla ailə həyatı qurub. 1925-ci il yanvarın 12-də Moskvada keçirilmiş müəllimlərin birinci Ümumittifaq qurultayında   Azərbaycan   nümayəndəsi kimi Məryəm xanım çıxış etmişdir. Qızıl meydanda çıxış edən  ilk şərq qadını  məhz  Məryəm xanım  olmuşdur. 1933-cü ildə Cavadbəy həbs edilərək sürgün  edilmişdir. Onun axırıncı  məktubu 1937-ci ildə Karelyanın Kem  şəhərindən gəlmişdir. Lakin həyat davam edirdi. Məryəm xanım 1931-ci ildə Universitetin hüquq fakültəsini bitirmiş, lakin ona qarşı olan haqsızlıqla barışmayıb, yenidən müəllimlik peşəsinə qayıtmışdır. Məryəm xanım ona və ailəsinə qarşı törədilən haqsızlığa qarşı etiraz əlaməti olaraq 1937-ci ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M.İ.Kalininə məktub yazmış və səbirsizliklə onun cavabını gözləmişdir. Lakin o, cavabı çox gözləməli olmamışdır. Cəmi bir neçə gündən sonra o, həbs edilərək Bayıl həbsxanasına salınmışdır. Həbs olunarkən 3 qızı olub. Sürgünlük həyatının birinci mərhələsi Arxanqelskdə keçib. Burada xəstələnib, gözləri tutulub, müalicə üçün Moskvaya -məhbusların xəstəxanasına göndərilib. Oradan yenidən Qazaxstana sürgün edilir. 1948-ci ildə azad edilərək Bakıya qayıdıb. Lakin hər iki gözündən kor olmasına baxmayaraq onu Bakıda yaşamağa qoymayıblar. 1956-cı ilə kimi Daşkəsəndə yaşayıb. Sonralar Bakıya köçmüş, övladlarına qovuşmuşdur. Məryəm xanımın 3 qızı taleyin çətinliklərinə baxmayaraq ali təhsil almış və müxtəlif peşələrə sahib olmuşlar.

 

 

 

Baratzadə-Bədəlova Leyla Əli qızı

 

1912-ci ildə Kirovabad şəhərində anadan olmuşdur, Bakı şəhəri, 9-cu Kanitapinskaya 27, ev 17  ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Çingiz - 5 yaşında. Həyat yoldaşı Bədəlov Əbülfəz Məmməd oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyası Səyyar Sessiyası tərəfindən 30.12.1937-ci il tarixdə əksinqilabi millətçi trotski - terrorçu və üsyançı təşkilatın üzvü olduğuna görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Baratzadə - Bədəlova Leyla Əli qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqavqaziya Hərbi Tribunalı Hərbi Dairəsinin 13.12.1955-ci il tarixli rəyinə əsasən Baratzadə - Bədəlova Leyla Əli qızına bəraət verilmişdir.

 

 

 

Bayramova Ediyar Ağayar qızı

 

1921-ci ildə Akstafa rayonunun Yaradulla kəndində anadan olmuşdur. «Sosializm yolu» adına kolxozda kolxozçu işləmişdir. Ailə tərkibi: oğlu Bayramov Komsomol Şəmistan oğlu - 4 yaşında. Həyat yoldaşı Bayramov Şəmistan Əhməd Əli oğlu Qızıl Ordudan qaçaraq düşmən tərəfə keçmişdir. 17.06.1943-cü il tarixdə Zaqafqaziya cəbhəsi Kirovabad qarnizonu Hərbi Tribunalı tərəfindən Azərbaycan SSR CM 63 maddənin II hissəsi ilə güllələnməyə məhkum edilmiş, sonra SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının 04.08.1943-cü il tarixli qərarına əsasən güllələnmə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 10 il iş­lə əvəz edilmişdir. Bayramova Ediyar Ağayar qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSRİ Prokurorluğunun və XDİK-nin göstərişinə əsasən Azərbaycan SSR CM 63-2 maddəsilə 30.05.1942-ci il tarixdə repressiyaya məruz qalmış, Azərbaycan SSR XDİK tərəfindən 26.10.1943-cü il tarixli qərarına əsasən işə xitam verilib dayandırılmışdır.

 

 

 

Bayramova Məsmə Əli qızı

 

1913-cü ildə Xaçmaz rayonunun Qədiməli Qışlaq kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Bayramov Qasım Dadaş oğlu (1914) düşmən tərəfə keçdiyinə görə 2 aprel 1942-ci ildə 772-ci atıcı alay komandanlığı tərəfindən məsuliyyətə cəlb edilmişdir. Bayramova Məsmə Əli qızı yaşadığı yerdən çıxmamaq şərti ilə Azərbaycan SSR CM 63-3 maddəsinin 2-ci hissəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Bayramova Məsmə Əli qızının işi Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan XDİK Xaçmaz Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən işə xitam verilmişdir.

 

 

 

Bayramova Milya Hüseyn qızı

 

1892-ci ildə Xaçmaz rayonunun, Qədiməli Qışlaq kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Bayramov Qasım Dadaş oğlu - 1914-cü il təvəllüdlü. Oğlu Bayramov Bayram Dadaş oğlu (1916) 2 aprel 1942-ci ildə 772-ci atıcı alay komandanlığı tərəfindən düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Bayramova Milya Hüseyn qızı 27 aprel 1942-ci il tarixdə yaşadığı yerdən çıxmamaq şərti ilə Azərbaycan SSR CM 63-3 maddəsinin 2-ci hissəsi ilə vətən xaininin anası kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Bayramova Milya Hüseyn qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Xaçmaz Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən işə xitam verilmişdir.

 

 

 

Bayramova Lətafət Məmmədəli qızı

 

1919-cu ildə Nuxa (Şəki) şəhərində anadan olmuş, Bakı 3-cü Böyük Qala prospekti ev № 7, tin 3 ünvanında yaşamışdır. Bakı sağlamlıq şöbəsində həkim. Ailə tərkibi: oğlu Faiq- 1941-ci il, atası Məmməd - 56 yaşında, anası Fatimə - 45 yaşında. Həyat  yoldaşı  Mustafazadə Məmməd Abdul Kərim - 1910-ci il, qardaşı Bayramov Musta­fa - 1914-ci il, bacısı Bayramova Rəna - 1932-ci il təvəllüdlü. SSRİ Ali Soveti Rəyasət Heyətinin 6 iyul 1941-ci il göstərişinə əsasən Azərbaycan SSR XDİK Hərbi Tribunalı tərəfindən 20 noyabr 1942 - də tutulmuşdur. Azərbaycan SSR Cinayət Məcəlləcinin  72-73  maddələri  ilə  cəzasının  İslah-Əmək Düşərgəsində çəkməklə 10 il müddətınə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 18 oktyabr 1991-ci il rəyinə əsasən Bayramova Lətafət Məmmədəli qızına bəraət verilmişdir.

 

 

 

Bayramova Mina Paşa qızı

1885-ci ildə Kirovabad rayo­nunun Baçman kəndində anandan olmuş, Şamxor stansiyası. Təzəkənd kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Aslan -15 yaşında, Petr - 12 yaşında, Məhyəddin -10 yaşında. Həyat yoldaşı Bayramov Hacı Rəhim Əmir Aslan oğlu 5 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə əksinqilabi millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Bayramova Mina Paşa qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 21 yanvar 1938-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını Temlaq st. Potma İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 2 mart 1956-cı il qərarına əsasən Bayramova Mina Paşa qızına bəraət verilmişdir.

 

 

 

Bayramova Zərnişan Mərdan qızı

 

1920-ci ildə Xaçmaz rayonunun Qədimalı Qışlaq kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Xədicə - 5 yaşında, qızı - Saray Bikə - 7 aylıq. Həyat yoldaşı Bayramov Bayram Dadaş oğlu (1916) 2 fevral 1942-ci ildə 772-ci atıcı alay komandanlığı tərəfindən düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Bayramova Zərnişan Mərdan qızı yaşadığı yerdən çıxmamaq şərti ilə Azərbaycan SSR CM 63-3 maddəsinin 2-ci hissəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Bayramova Zərnişan Mərdan qızının işi müvəqqəti dayandırılmışdır. Azərbaycan XDİK Xaçmaz Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən işə xitam verilmişdir.

 

 

 

Behbudova Nisə Məmməd qızı

 

1918-ci ildə Şamaxı rayonunun Zəngəbiz kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları -  Əmrah - 1936-ci il, Əlidadaş - 1942-ci il, qızı Fatma - 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Behbudov Ağaməmməd Çələbi oğlu (1909) 2 aprel 1941-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə 8 sentyabr 1941-ci ildə 775-ci atıcı alay Komandanlığının 4/02 №-li əmrinə əsasən həbs edilmişdir. Behbudova Nisə Məmməd qızı SSRİ XDİK-nin 28 iyul 1943-cü il 00247/00884 №-li əmrinə əsasən Azərbaycan SSR CM 63-3 maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Behbudova Nisə Məmməd qızının yaşadığı yerdən çıxmaması haqqında işinə xitam verilmişdir.

 

 

 

Bədəlova Minasər Mahutəli qızı

 

1915-ci ildə Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Əbdül - 8 yaşında, Pakettin - 2 yaşında, qızı Ziyadət - 3 yaşında, qaynanası Sayaxanım - 65 yaşında. Həyat yoldaşı Bədəlov Kəmaləddin Mikayıl oğlu 1941-ci ilin sentyabr ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 13 fevral 1942-ci il tarixdə 17-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Bədəlova Minasər Mahutəlı qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 27.05.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 20.07.1945-ci il tarixli rəyinə əsasən Hərbi Tribunaldan II dəfə cavab gələnə kimi Bədəlova Minasər Mahutəlı qızının işinə xitam verilmişdir.

 

 

 

Bədəlova Sayaxanım Şıxı qızı

 

1978-ci ildə Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Aydın- 1919-ci il, qızı Həcər - 1922-ci il təvəllüdlü. Oğlu Kamaləddin 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər olunmuş, düşmən tərəfə keçdiyinə görə 13 fevral 1942-ci ıldə 17-ci atıcı Diviziyanın Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum olunmuşdur. Bədəlova Sayaxanım Şıxı qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddənin II hissəsi ilə təqsirli bililərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmış və sürgün edilməsi haqqında təklif SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmişdir. 4 iyul 1944-cü ildə sürgündən geri qayıtmış, Bədəlova Sayaxanım Şıxı qızının işinə Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 2 iul 1945-ci ıl qərarına əsasən xitam verilmişdir.

 

 

 

Bədəlova-Kərimova Həcər Hakim qızı

 

1922-ci ildə Qusar rayonunun Urva kəndində anadan olmuşdur. Ailə tərkibi: anası Sayaxanım - 65 yaşında, qardaşı Ədbüləmin. Qardaşı Bədəlov Kəmaləddin Mikayıl oğlu 1941-ci ilin sentyabr ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 13 fevral 1942-ci il tarixdə 17-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Bədəlova - Kərimova Həcər Hakim qızı vətən xaininin bacısı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 27.05.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 20.07.1945-ci il tarixli rəyinə əsasən Hərbi Tribunaldan II dəfə cavab gələnə kimi Bədəlova - Kərimova Həcər Hakim qızının işinə xitam verilmişdir.

 

 

 

Bahəddinova Töhvənisə Sultan qızı                

 

1877-ci ildə Yardımlı rayonunun Çilər kəndində anadan olmuş, Yardımlı rayonunun Perembel kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Mailxan-1937-ci il, Cəmilxan-1940-ci il, qızı Balabəyim - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Bahəddinov Xüdaverdi Əlişan oğlu 02.11.1944-cü il tarixdə XDİK Qoşunlarının Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir.

Bahəddinova Töhvənisə Sultan qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 30 aprel 1945-ci il tarixli qərarına əsasən oğlu Qızıl Orduda xidmət etdiyinə görə Bahəddinova Töhvənisə Sultan qızının işinə xitam verilmişdir.

 

 

 

Bəhramova Xanı Allahverdi qızı

 

1887-ci ildə Astraxan-Bazar (Cəlilabad) rayonunun Məlik Qasımlı kəndində anadan olmuş, Yusifli kəndində yaşamışdır. Ailə tərkibi: oğlu Bəhramov Mir Bəhram Bayıl oğlu (1919) Qızıl Ordu sıralarından qaçdığına görə məsuliyyətə cəlb olunmuşdur. Bəhramova Xanı Allahverdi qızı 30 iyun 1943-ci ildə yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 20 yanvar 1943-cü il qərarına əsasən Bəhramova Xanı Allahverdi qızı haqqında ittiham dayandırılmışdır.

 

 

 

Bəyverdiyeva Məhəbbət Fərhad qızı

 

1912-ci ildə Qusar rayonunun Murux kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Bəyverdiyev Bəyverdi Muxtar oğlu düşmən tərəfə keçdiyinə görə 3 aprel 1942-ci ildə 769-cu atıcı alay komandanlığı tərəfindən məsuliyyətə cəlb edilmişdir. Bəyverdiyeva Məhəbbət Fərhad qızı 4 may 1942-ci il tarixdə Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Bəyverdiyeva Məhəbbət Fərhad qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Qusar Rayon Şöbəsinin 25 iyul 1943-cü il göstərişinə əsasən Bəyverdiyeva Məhəbbət Fərhad qızının işinə xitam verilmişdir.

 

 

 

Bəkərova Klima Harun qızı

 

1923-cü ildə Qusar rayonunun Murux kəndində anadan olmuş, Qusar rayonunun, Ənıx kəndində yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Bəyyarov Balami İsbat oğlu düşmən tərəfə keçdiyinə görə 3 aprel 1942-ci ildə 772-ci atıcı alay komandanlığı tərəfindən məsuliyyətə cəlb edilmişdir. Bəkirova Klima Harun qızı 2 may 1942-ci il tarixdə Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Bəkirova Klima Ha­run qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Qusar Rayon Şöbəsinin 25 iyul 1943-cü il göstərişinə əsasən Bəkirova Klima Harun qızının işinə xitam verilmişdir.

 

 

 

Bəşirbəyova Durnisə Abalabəy qızı

 

1871-ci ildə Şamaxı rayonunun Bağırlı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Abidə - 1910-ci il, oğlu Əziz - 1910-cu il təvəllüdlü. Oğlu Əliyev Dursunəli Ağacan oğlu (1923) 10 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Bəşirbəyova Durnisə Abalabəy qızından vətən xaininin anasi kimi Azərbaycan SSR CM 63-3 maddənin II hissəsilə təqsirli bilinərək Azərbaycan SSRİ XDİK-nin 28 aprel 1942-ci ildə yaşadığı yeri tərk etməmək haqqında iltizam almmışdır. Azərbaycan SSR XDİK-nin 28 may 1942-ci il qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün olunmuşdur. Azərbaycan SSR XDİK-nin 24 iyul 1945-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Bəşirbəyova Durnisə Abalabəy qızının yaşadığı yerdən çıxmamaq haqqında işinə xi­tam verilmişdir.

 

 

 

Bəşirova Zafta Həmid qızı

 

1915-ci ildə Zərdab rayonunun Məlikli kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Bəşirova Şükufə Qaraoğlan qızı - 1937-ci il, oğlanları Davud Qaraoğlan oğlu - 1939-cu il, Əsəd - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Bəşirov Qaraoğlan Bəşir oğlu (1911) 5 sentyabr 1941-ci ildə Qızıl Orduya səfərbər edilmiş, 22 dekabr 1942-ci ildə Bakı Qarnizonu Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Bəşirova Zafta Həmid qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmış 5 il müddətinə sürgün edilməsi haqda təklif baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmiş və 4 oktyabr 1943-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Qazaxstana sürgün olunmuşdur. Azərbaycan SSR Prokurorluğunun 09 fevral 1990-cı il rəyinə əsasən Bəşirova Zafta Həmid qızına bəraət verilmişdir.

 

 

 

Biləndərli Sayat Qasım qızı

 

1912-ci ildə Qazax şəhərində anadan olmuş, Bakı şəhəri, Kolodeznaya 19 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Zoya -1931-ci il, Zərifə - 1934-cü il təvəllüdlü. Həyat yoldaşı Biləndərli Hüseyn Əli Süleyman oğlu (1905) 11.10.1937-ci il tarixdə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya üzrə əksinqilabi trotski-terrorçuluq fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Biləndərli Sayat Qasım qızı vətən xaininin həyat yoldaşı ki­mi, SSRİ XDİK Xüsusi Müşavirənin 15.09.1937-ci il tarixli qərarına əsasən tutulmuş Azərbaycan SSR CM 72, 73 maddələrilə təqsirli bilinərək 09.12.1937-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 11.06.1956-cı il tarixli rəyinə əsasən Biləndərli Sayat Qasım qızına bəraət verilmişdir.

 

 

 

Bəşirova Reyhan Pəncəli qızı

 

1922-ci ildə Siyəzən rayonunun Tağay kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu   Əbdüləli - 3 yaşında, qızı Qəmər - 1;5 yaşında. Həyat yoldaşı Bəşirov Gülmirzə Əbdüləli oğlu (36 yaş) Qızıl Ordu sıralarına səfərbər edilmiş, düşmən tərəfə keçdiyinə görə 3 aprel 1942-ci il 772-ci atıcı alayı komandanlığının məlumatına əsasən həbs edilmişdir. Bəşirova Reyhan Pəncəli qızı SSRİ XDİK-nin 28 iyul 1943-cü il 00247/00884 №-li əmrinə əsasən Azərbaycan SSR CM 63-3 maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi yaşadığı yerdən çıxmamaqla repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Bəşirova Reyhan Pəncəli qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 

 

Biça Şaban qızı

 

1871-ci ildə Balakən rayonunun İdti Talı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Carulla - 1921-ci il, qızları Göyərçin -1915-ci il, Sona - 1923-cü il təvəllüdlü. Həyat yoldaşı Rəcəb Nur Məmməd oğlu 1930-cu il aprel üsyanının iştirakçısı kimi güllələnməyə məhkum edilmişdir. Biça Şaban qızı vətən xaininin həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19.03.1931-ci il tarixli qərarına əsasən Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.06.1990-cı il tarixli rəyinə əsasən Biça Şaban qızına bəraət verilmişdir.

 

 

 

Budaqova Hilal İbrahim qızı

 

1902-ci ildə Qazax rayonunun, Aşağı - Salahlı kəndində anadan olmuşdur. «Karl Marks» adına kolxozun üzvü idi. Ailə tərkibi: oğlanları Abdulla - 1931-ci il, Aslan - 1935-ci il, qızları Roya - 1929-cu il, Naibə - 1934-cü il, Zəhra -1941-ci il təvəllüdlü. Həyat yoldaşı Budaqov Rüstəm Abdulla oğlu (1903) düşmən tərəfə keçdiyinə görə 29 iyun 1942-ci ildə 283-cü atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum edilmişdir. Budaqova Hilal İbrahim qızı vətən xaininin həyat yoldaşı ki­mi Azərbaycan SSR CM 63-3 maddələri ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır. SSRI XDİK Xüsusi Müşavirəsinin 21 arpel 1943-cü il qərarına əsasən Budaqova Hilal İbrahim qızı 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. SSRİ DTN Xüsusi Müşavirəsinin 1 mart 1947-ci il tarixli qərarına əsasən sürgündən azad edilmişdır.

 

 

 

Bünyadzadə Məftuhə Süleyman qızı

 

1908-ci ildə Saratov şəhərində anadan olmuş, Bakı şəhəri, Kommunist küçəsi, ev 5 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları - Azad - 12 yaşında, Şərqiyyə - 10 yaşında, oğlu Tofiq - 2 yaşında.

Həyat yoldaşı Bünyadzadə Daşdəmir Əli oğlu (1904) 8 oktyabr 1937-ci ildə Azərbaycan XDİK tərəfindən əksinqilabı millətçi üsyankar - terrorçu təşkilatının üzvü kimi tutulmuş SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Bünyadzadə Məftuhə Süleyman qızı SSRİ MİK-nın 4 iyul 1934-cü il 00486 №-li əmri rəhbər tutularaq vətən xainınin həyat yoldaşı kimi Azərbaycan SSR CM 72 - 73 maddələri ilə SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən 31 dekabr 1937-ci ildən hesablanmaqla, cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir (uşaqları uşaq kameralarında saxlanılmaqla) Azərbaycan Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə kollegiyasının 24 yanvar 1959-cu il qərarına əsasən Bünyadzadə Məftuhə Süleyman qızına bəraət verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb