Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


H



Hacay Əhməd qızı

 

1875-ci ildə Balakən rayonunun Talalaux kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Sultan - 20 yaş, Murad - 30 yaş, nəvələri - Kərimat - 2 yaş, Zaydad - 2 yaş. Həyat yoldaşı Qara Əli oğlu 50 yaşında. Oğlu Mustafa Hacı Əli oğlu 1930-cu il üsyanının iştirakçısı kimi həbs edilmişdir. Hacay Əhməd qızı vətən xaininin anası kimi 11 fevral 1931-cı ildə Zaqatala Fövqəladə Üçlüyünün 9 mart 1931-ci il qərarı ilə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 6 iyul 1996-cı il rəyinə əsasən Hacay Əhməd qızına bəraət verilmişdir.

 

 


Hacı Maral Murad qızı

 

1894-cü ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: övladları Telli - 11 yaş, Cənnət - 10 yaş, Kirbalet - 7 yaş, Samir - 4 yaş, Kubra - 1 yaşında. Həyat yoldaşı Baxalov Abdul Salam İbrahim oğlu 30-cu illərdə aprel inqilabının iştirakçısı kimi 14 fevral 1931-ci ildə həbs edilmişdir. Zaqafqaziya Dairə Fövqəladə Üçlüyünün 9 mart 1931-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi uşaqları ilə Qazaxstana sürgün edilmişdir.

 

 


Hacıağayeva Mariya Məmmədrəfi qızı

 

1921-ci ildə Nuxa (Şəki) rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur. Kommunist adına kolxozda kolxozçu işləmişdir. Ailə tərkibi: qaynanası Rzayeva Şaxanım Qardaş qızı 1909-cu il təvəllüdlü. Həyat yoldaşı Cumayev Cumali Mustafa oğlu (1912). 17.01.1943-cü il tarixdə XDİK Xüsusi Müşavirəsi tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Hacıağayeva Mariya Məmmədrəfi qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK tərəfindən 27.06.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə sürgün edilmişdir.

 

 


Hacıbabayeva Səlminaz Musail qızı

 

1918-ci ildə Qusar rayonunun Zindanmurad kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Qubalı - 3 yaşında. Həyat yoldaşı Hacıbabayev Şimal Qubalı oğlu 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 769-cu atıcı alay komandirinin məlumatına əsasən 3 yanvar 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Hacıbabayeva Səlminaz Musail qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63 maddənin III hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Hacıbabayeva Səlminaz Musail qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizam Hərbi Tribunaldan cavab gələnə kimi dayandırışmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-ci il məlumatına əsasən həyat yoldaşının vətən xaini olması ba­rədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Hacıbabayeva Səlminaz Musail qızının işinə xitam verilmişdir.

 

 


Hacımetova Gülpəri Vaqif qızı

 

1914-cü ildə Qusar rayonunun Gedazihur kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Hacımetov Hacımet Qazəhməd oğlu 13.02.1942-ci il tarixdə 172-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Hacımetova Gülpəri Vaqif qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 23.06.1942-ci il tarix­li qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 20 iyul 1945-ci il tarixli rəyinə əsasən Hərbi Tribunal tərəfindən II dəfə cavab gələnə kimi işə xitam verilmişdir.

 

 


Hacınskaya-Konovalyova Fatma Xanım

 

1896-cı ildə Kirovabad şəhərində anadan olmuş, Bakı şəhəri, Krasnaya 11, mən. 3 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Georqiy - 23 yaşında. Həyat yoldaşı Konovalyov Boris Yevgenyeviç, xalq düşməni kimi həbs edilmişdir. Hacınskaya-Konovolyova Fatma xanım vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 73 maddəsinin I kateqoriya ilə təqsirli bilinərək 13 avqust 1938-ci ildə Azərbaycan SSR XDIK Xüsusi Müşavirəsinin qərarına əsasən 15 il müddətinə həbs olunmuş, 98 №-li həbsxana kamerasında saxlanılmışdır. 1923-cü ilə kimi Çar Ordusunun giziri Nataşvilinin həyat yoldaşı olmuşdur. 1923-cü ildən sonra Konovalyov Boris Yevgenyeviçlə ailə qurmuşdur. Dövlət Təhlükəsizlik İdarəsinin 26 dekabr 1938-ci il qərarına əsasən Hacınskaya-Konovolyova Fatma xanımın günahı sübuta yetmədiyi üçün istintaq işi dayandırılmış və nəzarətdən azad edilməsi haqqında göstəriş verilmişdir.

 

 


Hacıyeva Gülüstan Bəhlul qızı

 

1910-cu ildə Şuşa şəhərində anadan olmuşdur. Ailə tərkibi: qızları Turan - 1 yaş, Venera - 8 yaş. Həyat yoldaşı Hacıyev Xanlar Abdul Hüseyn oğlu (1901) 25 sentyabr 1937-ci il tarixdə vətən xaini kimi tutulmuşdur. Hacıyeva Gülüstan Bəhlul qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 72-75 maddələri ilə təqsirli bilinərək Bakıdan çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

 

 


Hacıyeva Cariyə Məmməd Vəli qızı

 

1877-ci ildə Qutkaşen rayonu (Oğuz)Vəndam kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Yusif, Əlibəy, nəvəsi İlyas. Oğlu İsayev Məmmədəli Musa oğlu 29.09.1942-ci il tarixdə 228-ci ordunun Hərbi Tribunal tərəfindən mövgeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Hacıyeva Cariyə Məmmədəli qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSR DTK 03.06.1943-cü il tarixli qərarına əsasən Hacıyeva Cariyə Məmmədəli qızının işinə xitam verilmişdir.

 

 


Hacıyeva Ənvər Xaspolad qızı

 

1910-cu ildə Qazax şəhərində anadan olmuş, Bakı şəhəri, Proletar küçəsi 84 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Aişə - 9 yaş, Meyra - 6 yaşında. Həyat yoldaşı Hacıyev Eyub Əhməd oğlu 28.10.1937-ci il tarixdə əksinqilabi-millətçi təşkilatının fəal iştirakçısı olduğu üçün tutulmuşdur. Hacıyeva Ənvər Xaspolad qızı SSRİ MİK-nin 04.07.1934-ü il tarixli qərarına əsasən Azərbaycan SSR CM 72,73 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək 11 12.1937-ci il tarixdə tutulmuş 09.04.1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəmənin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 03.02.1956-cı il tarixli qərarına əsasən Hacıyeva Ənvər Xaspolad qızına bəraət verilmişdir.

 

 


Hacıyeva Əzət Əliyar qızı

 

1915-ci ildə Cəbrayıl rayonunun Sirik kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Hacıyev Cümşüd Ələsgər oğlu vətən xaini kimi Hərbi Tribunal tərəfindən həbs edilmişdir. Hacıyeva Əzət Əliyar qızı vətən xaininin həyat yoldaşı kimi 21.08.1944-cü ildə Azərbaycan SSR XDİK-nin qərarı ilə Azərbaycan SSR CM 18/63-2 maddə ilə 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 15.09.1944-cü il tarixli rəyinə əsasən Hacıyeva Əzət Əliyar qızına bəraət verilmişdir.

 

 


Hacıyeva Göyçək Məşədi qızı

  

1898-ci ildə Kirovabad şəhərində anadan olmuş, Kirovabad şəhəri, Əzizbəyov küçəsi, ev 126 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Rasim -12 yaş, Rəbid - 10 yaş, Sadiq - 4 yaş, qızı Sədaqət - 8 yaşında. Həyat yoldaşı Hacıyev Zaman Dost Məmməd oğlu (1893) 05.05.1937-ci ildə əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Göyçək Məşədi qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR MİK 04.07.1934-cü il tarixli qərarı əsas tutularaq SSRİ XDİK Xüsusi Müşavirəsinin 08.01.1938-ci il tarixli qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 07.07.1956-cı il tarixli qərarına əsasən Hacıyeva Göyçək Məşədi qızına bəraət verilmişdir.


 


Hacıyeva Güldəstə Eyvaz qızı

 

1870-ci ildə Cəbrayıl rayonu Sirik kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Cümşüd Ələsgər oğlu vətən xaini kimi Hərbi Tribunal tərəfindən həbs edilmişdir. Hacıyeva Güldəstə Eyvaz qızı vətən xaininin anası kimi 21.08.1944-cü ildə Azərbaycan SSR XDİK-nin qərarı ilə Azərbaycan SSR CM 18/63-2 maddə ilə 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR XDİK-nin 15.09.1944-cü il tarixli rəyinə əsasən Hacıyeva Güldəstə Eyvaz qızına bəraət verilmişdir.


 


Hacıyeva Gülzadə Asim qızı

 

1915-ci ildə Ucar rayonunun Qaziyan kəndində anadan olmuş, Ucar şəhəri, Əzizbəyov küçəsi 9 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Hüseyn - 4 yaş, Həsən - 3 yaş, qızları Xanım - 7 yaş, Sona - 9 yaşında. Həyat yoldaşı Hacıyev Yusif Əsgər oğlu düşmən tərəfə keçdiyinə görə 25 iyul 1942-ci ildə XDİK tərəfindən məsuliyyətə cəlb edilmişdir. Hacıyeva Gülzadə Asim qızı 24 aprel 1942-ci il tarixdə Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə vətən xai­ninin həyat yoldaşı kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Hacıyeva Gülzadə Asim qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Ucar Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən işə xitam verilmişdir.


 


Hacıyeva Fiqumə Həsən qızı

 

1926-cı ildə Şuşa şəhərində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Quliyev Həsən Məmməd oğlu (1919) əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Hacıyeva Fiqumə Həsən qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.01.1949-cu il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edimlişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14.03.1956-cı il tarixli rəyinə əsasən Hacıyeva Fiqumə Həsən qızına bəraət verilmişdir.


 


Hacıyeva Həmayaz Yarəli qızı

 

1882-ci ildə Dəvəçi rayonunun Noxurlar kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Seyidağa - 1914-cü il, qızı Gülçöhrə -1937-ci il təvəllüdlü. Həyat yoldaşı Hacıyev Əhmədşah Hüseynqulu oğlu (1914) 288-ci diviziyanın Hərbi Tribunalı tərəfindən 27.05.1942-ci il tarixdə əlində silah düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Hacıyeva Həmayaz Yarəli qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 21.11.1942-ci il tarixli qərarıra əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Hacıyeva Həmayaz Yarəli qızına bəraət verilmişdir.


 

 

Hacıyeva Mina Feyzulla qızı

 

1895-ci ildə Dağıstan SSR Mahaçqala kəndində anadan olmuş, Bakı şəhəri, Çadrovaya küçəsi, ev 5 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Hacıyev İslam Abdul oğlu (1881) 02.01.1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik təşkilatının fəal iştirakçısı olduğuna görə güllələnməyə məhkum edilmişdir. Hacıyeva Mina Feyzulla qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR MİK-in 04.04.1937-ci il ta­rixli qərarına əsaslanaraq SSRİ XDİK Xüsusi Müşavirəsinin 29.05.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Dairə Hərbi Tribunalının 17.12.1955-ci il tarixli rəyinə əsasən Hacıyeva Mina Feyzulla qızına bəraət verilmişdir.


 


Hacıyeva Sənubər Həsən qızı

 

1918-ci ildə Zəngilan rayonu Zəngilan kəndində anadan olmuş, Bakı şəhəri, Yuxarı Dağlı küçəsi, ev 20, blok 2, mənzil 10 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Oaryağdı Ziyad əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Hacıyeva Sənubər Həsən qızı vətən xaininin həyat yoldaşı ki­mi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.01.1949-cu il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14.03.1956-cı il tarixli qərarına əsasən Hacıyeva Sənubər Həsən qızına bəraət verilmişdir.


 


Hacıyeva Sara Hənifə qızı

 

1915-ci ildə Bakıda qulluqçu ailəsində anadan olub. Ailə tərkibi: oğlu Rafiq - 11 yaş, qızları Validə - 4 yaş, Naqiza - 1 yaşında. Həyat yoldaşı 1899-cu ildə Ağdaşda anadan olmuş Hacıyev Əmir Hacı oğlu 1937-ci il dekabrın 4-də əksinqilabi milli burjuaziya təşkilatının üzvü kimi həbs edilmiş, 1938-ci il iyulun 5-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən Azərbaycan SSR CM-nin 69,70 və 73 maddələrinə əsasən güllələnməyə məhkum edilmişdir. Sara xanım 1938-ci il avqustun 23-də «vətən xaini»nin həyat yoldaşı kimi həbs edilmiş və 1938-ci il iyulun 10-da 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının 25 aprel 1956-cı il qərarına əsasən Hacıyeva Sara Hənifə qızına bəraət verilib.

 

 


Hacıyeva Yetər Nacı qızı

 

1909-cu ildə Qaryagin rayonunun, Qara - Kol kəndində anadan olmuş, Bakı şəhəri, Mustafa Sübhü küçəsi, ev 61 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Arif - 8 yaş, Akif - 7 aylıq, qızları Elmira - 6 yaş, Sara - 4 yaşında. Həyat yoldaşı Hacıyev Şamil Adıgözəl oğlu (1902) SSRİ Ali Məhkəmə Hərbi Kollegiyası Səyyar Sessiyyasının 08.01.1938-ci il tarixli qərarına əsasən I kateqoriya ilə əksinqilabi-millətçi, terrorçu təşkilatın fəal iştirakçısı olduğuna görə həbs edilmişdir.

Hacıyeva Yetər Nacı qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK-nin 31.10.1937-ci il tarixli qərarına əsasən SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarı ilə Azərbaycan SSR CM 72 - 73 maddələri ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır. SSRİ XDİK-nin 20 mart 1939-cu il qərarı ilə Hacıyeva Yetər Nacı qızının işinə xitam verilmişdir.

 

 

 

Hacıyeva Sifahi Əli qızı

 

1917-ci ildə Jdanov rayonunun Şahsevən kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Əhliman- 1940-cı il, qızı Şövkət - 1938-ci il təvəllüdlü. Həyat yoldaşı Əliyev Hacay Şükür oğlu 18.02.1943-cü il tarixdə Bakı Ordunun Hava Hücumundan Müdafiə Ordusunun Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Hacıyeva Sifahi Əli qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 01.04.1944-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Hacıyeva Sifahi Əli qızına bəraət verilmişdir.


 

 

Hacıyeva Mahirə Həsən qızı

 

1918-ci ildə Şuşa rayonunda anadan olmuşdur. Ailə tərkibi: qızı Rəna - 1948-ci il təvəllüdlü. Həyat yoldaşı Sultanov Qurban Cəmil oğlu (1919) əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Hacıyeva Mahirə Həsən qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.01.1949-cu il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 14.03.1956-cı il tarixli rəyinə əsasən Hacıyeva Mahirə Həsən qızına bəraət verilmişdir.


 


Hacıyeva Rəfiqə Həsən qızı

 

1922-ci ildə Şuşa rayonunda anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Zamanov Abbas Fəttah oğlu (1919) əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Hacıyeva Rəfiqə Həsən qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.01.1949-cu il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edimlişdir. Hacıyeva Rəfiqə Həsən qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 30.05.1956-cı il tarixli rəyinə əsasən Hacıyeva Rəfiqə Həsən qızına bəraət verilmişdir.

 

 

 

Haqverdiyeva (Davıdova) Şəhristan Səbzi qızı


1870-ci ildə Azərbaycan SSR Qusar rayonunun Kuzin kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Allahverdiyev Şahpələng Qubad oğlu. Oğlanları Qubadov Şıxı Şahpələng oğlu, Qubadov Yardım Şahpələng oğlu. Qubadov Şəfəqət Şahpələng oğlu - 772-ci atıcı alay komandanının 2 aprel 1942-ci il məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Allahverdiyeva Şəhristan Səbzi qızı vətən xaininin anası ki­mi Azərbaycan SSR CM 63-3 maddənin II hissəsilə repres­siyaya məruz qalmışdır.

 

 

 

Həlimət Bayram qızı


1913-cü ildə Balakən rayonunda anadan olmuşdur. Ailə tərkibi: anası Umuküsü Məhəmməd qızı - 1876-cı il, qardaşı İsmayıl - 1906-cı il, Abdul Salam - 1914-cü il təvəllüdlü. Həlimət Bayram qızı vətən xaininin bacısı kimi Azərbaycan Dövlət Baş İdarənin 19.03.1931-ci il tarixli qərarına əsasən rep­ressiyaya məruz qalmış və Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 23.01.1991-ci il tarixli rəyinə əsasən Həlimət Bayram qızına bəraət verilmişdir.

 

 

 

Həmidova Aşa Nəbi qızı


1893-cü ildə Ağdaş rayonunun, Şəki kəndində anadan olmuş, Ağdaş rayonu, Sabir küçəsi, ev 35 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Əhmədov Əmiraslan Səmed oğlu 1880-cı il təvəllüdlü. Oğulluğu Səmədov Zahid Əmiraslan oğlu 26.01.1943-cü il tarixdə Azərbaycan SSR Hərbi Tribunalının qərarına əsasən ordudan silahla qaçdığına görə güllələnməyə məhkum edilmişdir. Həmidova Aşa Nəbi qızı vətən xaininin analığı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 05.06.1943-cü il tarixli qərarına əsasən Azərbaycan SSR CM 63-2 maddəsilə təqsirli bilinərək 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Həmidova Aşa Nəbi qızına bəraət verilmişdir.

 

 

 

Həmzəyeva Həvva Bəyim qızı


1911-ci ildə Kirovabad şəhərində anadan olmuş, Bakı şəhəri, Mustafa Sübhi küçəsi, ev 135 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Oqtay - 3 yaşında. Həyat yoldaşı Həmzəyev Mircavad Mirtağı oğlu (1906) 04.07.1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Həmzəyeva Həvva Bəyim qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 23.08.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 08.02.1956-cı il tarixli qərarına əsasən Həmzəyeva Həvva Bəyim qızına bəraət verilmişdir.


 

 

Həsənova Bəyaz Qara qızı

 

1912-ci ildə Cəbrayıl rayonunun Pir Əhmədli kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Adışirin 22.07.1931-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir. Həsənova Bəyaz Qara qızı vətən xaininin həyat yoldaşı ki­mi Azərbaycan Dövlət Siyasi İdarəsi Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən 01.11.1931-ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstan vilayətinə sürgün edilmişdir. Zaqafqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi İdarənin Kollegiyasının Məhkəmə İclasının 29.05.1932-ci il tarixli qərarına əsasən Həsənova Bəyaz Qara qızı azad edilmişdir.


 

 

Həsənbəyova-Blinova Antonina İvanovna

 

1909-cu ildə Astraxan-Bazar rayonunda anadan olmuş, Bakı şəhəri, Krasnopresenskaya küçəsi, ev 57, mən. 6 ünvanında yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Həsənbəyov Balabəy Cabbar oğlu (1899) 28 yanvar 1937-ci ildə SSRİ Ali Məhkəmənin Səyyar Sessiyasının qərarı ilə Azərbaycanda əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Həsənbəyova-Blinova Antonina İvanovna SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsaslanaraq vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 15 oktyabr 1937-ci ildən hesablanmaqla 867 №-li orderə əsasən 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 6 mart 1956-cı il qərarına əsasən Həsənbəyova-Blinova Antonina İvanovnaya bəraət verilmişdir.


 


Həsənəliyeva Zəhra Nəcəf qızı

 

1890-cı ildə İrəvan şəhərinin Uşi kəndindən anadan olmuş, Nuxa (Şəki) rayonunun, Qayabaşı kəndində yaşamışdır. «Əzizbəyov» adına kolxozun üzvü olmuşdur. Ailə tərkibi: nəvələri - Kamilə - 1937-ci il, Familə - 1938-ci il təvəllüdlü. Oğlu Qasımov İsmayıl Həsən oğlu (1913) Qızıl Ordu sıralarına səfərbər edilmiş, 30-cu atıcı alayının keçmiş əsgəri 23 dekabr 1942-ci il tarixdə SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarına əsasən təxribatçılıq görə güllələnməyə məhkum edilmişdir.

Həsənəliyeva Zəhra Nəcəf qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.02.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorlğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Həsənəliyeva Zəhra Nəcəf qızına bəraət verilmişdir.

 

 

 

Həsənova Gülyetər Yusif qızı


1914-cü ildə Laçın rayonunun Palçıxlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Şəmsəddin Valeh oğlu - 1936-cı il, Əmirxan Valeh oğlu - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Həsənov Valeh Salah oğlu (1906) 1943-cü il-də ordu sıralarına səfərbər edilmişdir. 28 aprel 1944-cü ildə Belarusiya partizanları ilə əlaqəsinə görə güllələnməyə məhkum edilmişdir. Həsənova Gülyetər Yusif qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı ki­mi repressiyaya məruz qalaraq sürgün edilməsi haqqında göstəriş verilmişdir. SSRİ XDİK-nin 18 iyul 1945-ci il qərarına əsasən Həsənova Gülyetər Yusif qızının yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Həsənova Kafiyyə Məmməd Asian qızı


1872-ci ildə Ucar rayonunun Kazyan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Xanım - 7 yaş. Həyat yoldaşı Hacıyev Əsgər Abbas oğlu 1872-ci il təvəllüdlü. Oğlu (ögey) Hacıyev Yusif Əsgər oğlu 25 iyul 1942-ci ildə XDİK tərəfindən düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Həsənova Kafiyyə Məmməd Aslan qızı 1942-ci il tarixdə Azərbaycan SSR CM 63-3 maddənin 2-ci hissəsi ilə vətən xai­ninin anası kimi təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq Şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Həsənova Kafiyyə Məmməd Aslan qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Ucar Rayon Şöbəsinin 22 iyul 1943-cü il gostərişinə əsasən işə xitam verilmişdir.

 

 

 

Həsənova-Hacıyeva Qəndili Əsədulla qızı


1893-cü ildə Zəngilan rayonunun Zəngilan kəndində anadan olmuş, Bakı şəhəri, Yuxarı Dağlı küçəsi, ev 20, blok 2, mənzii 10 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Mahizər - 1918-ci il, Rəfiqə - 1922-ci il, Fiqumə - 1925-ci il, Sənubər - 1918-ci il, oğlu Mehdi - 1905-ci il təvəllüdlü. Həyat yoldaşı Hacıyev Həsən Burjua oğlu əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Həsənova - Hacıyeva Qəndili Əsədulla qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 20.01.1949-cu il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 30.05.1956-cı il tarixli rəyinə əsasən Həsənova-Hacıyeva Qəndili Əsədulla qızına bəraət verilmişdir.

 

 

 

Həsənova Hürü Mehdi qızı


1878-ci ildə Tovuz rayonunun, Kiran kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Məmmədov İsaxan Çoban oğlu -1911-ci il, Şəmşad Çoban oğlu, Qoca Çoban oğlu. Şəmşad Çoban oğlu (1912) 1942-ci ilin martında ordu sıralarına çağırılıb, 18 noyabr 1942-ci ildə Qızıl Ordu XDİK 157 atıcı batalyonunun Komandanlığı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Həsənova Hürü Mehdi qızı Azərbaycan SSR Cinayət Məcəlləsinin 63-3 maddələri ilə təqsirli bilinərək vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 19 aprel 1944-cü il qərarına əsasən Həsənova Hürü Mehdi qızının oğlunun əməllərindən xəbəri olmadığı üçün işinə xitam verilmişdir.

 

 

 

Həsənova Qısbəs Nemət qızı


1907-ci ildə Astara rayonunun Əlaşa kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Abbas - 13 yaş, Heydər - 11 yaş, Məmmədhüseyn - 2 yaş, qızı Münəvvər - 9 yaşında. Həyat yoldaşı Həsənov Səfər Əli Həsən oğlu 1941-ci ildə Oızıl Ordu sıralarına səfərbər edilmiş, 2 fevral 1942-ci ildə düsmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Həsənova Qızbəs Nemət qızı 28 iyun 1941-ci il tarixdə yasadığı yerdən çıxmamaq şərti ilə Azərbaycan SSR CM 63-3 maddəsi ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1942-ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Həsənova Qısbəs Nemət qızının işi dayandırılmışdır. Azərbaycan XDİK Astara Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən Həsənova Qısbəs Nemət qızı işinə xitam verilmişdir.

 

 

 

Həsənova Leyla Əlihəsən qızı


1910-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Ramana qəsəbəsi, ev 63 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Yusif - 1935-ci il təvəllüdlü. Həyat yoldaşı Mirzəbəyov Mirzəbəy Yusur (1905) 1941-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 08.07.1943-cü il tarixdə 417-ci atıcı diviziyanın komandanlığı tərəfindən mövgeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Həsənova Leyla Əlihəsən qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 29.12.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Şimali Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 09.02.1990-cı il tarixli rəyinə əsasən Həsənova Leyla Əlihəsən qızına bəraət verilmişdir.

 

 

 

Həsənova Leyla Hüseyn qızı


1910-cu ildə Gədəbəy rayonunda anadan olmuşdur. Ailə tərkibi: qızları Sura - 9 yaş, Tamara - 5 yaş, Raya - 2 yaş, oğlu Maksud - 7 aylıq. Həyat yoldaşı Həsənov Əsədulla Naftulla oğlu 08.01.1938- ci il tarixdə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Həsənova Leyla Hüseyn qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 2 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Həsənova Leyla Hüseyn qızına bəraət verilmişdir.

 

 


Həsənova Leylan Əzim qızı


1924-cü ildə Noraşen rayonunun Qarabağlar kəndində anadan olmuşdur. «Beriya» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlanları Həsənov Baxşəli Hüseyn oğlu -1930-cu il, Teymur Hüseyn oğlu - 1934-cü il, qızı Pakizə -1937-ci il təvəllüdlü. Həyat yoldaşı Həsənov Baxşəli oğlu (1901) 29 iyun 1942-ci ildə 283-cü atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən əlində silah düşmən tərəfinə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Həsənova Leylan Əzim qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə repressiyaya məruz qalmışdır. SSR Prokurorluğunun 30 may 1942-ci il tarixli 215/15 əmrinə, XDİK- nın rəhbər və göstərişlərinə əsasən Həsənova Ley­lan Əzim qızının vətən xaininin həyat yoldaşı kimi sürgün edilməsi haqda göstəriş verilmiş və SSRİ XDİK-nin 10 mart 1943-cü il qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. SSRİ XDİK-nin 1946-cı il qərarı ilə Həsənova Leyla qızının sürgündən azad edilməsi haqqında göstəriş verilmişdir.

 

 

 

Həsənova Mariya Lazarevna


1905-ci ildə Luqanskıya şəhərində anadan olmuş, Bakı şəhəri, Musayev küçəsi №8 ünvanında yaşamışdır. Orta məktəbdə müəllimə işləmişdir. Ailə tərkibi: oğlu Vladimir- 1927-ci il, Yusif - 1932-ci il. Həyat yoldaşı Həsənov Rəhim Rəşid oğlu (1902) 21 may 1937-ci ildə Azərbaycan XDİK tərəfindən həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyanın 12 oktyabr 1937-ci il qərarına əsasən əksinqilabi-trotski, terrorçuluq fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Həsənova Mariya Lazarevna SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas tutularaq (№200486) SSRİ XDİK-nin 9 dekabr 1937-ci il qərarı ilə vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 20 iyun 1956-cı il qərarına əsasən Həsənova Mariya Lazarevnaya bəraət verilmişdir.

 

 


Həsənova Mənsurə Burcəli qızı


1917-ci ildə Astara rayonunun Şiyəkəran kəndində anadan olunmuşdur. Ailə tərkibi: qızı Solmaz - 2 yaşında. Həyat yoldaşı Səmədov Məmməd Əbdüləhəd oğlu (1913) 27 dekabr 1941-ci ildə Astara Rayon Hərbi Komissarlığı tərəfindən Ordu sıralarına səfərbər edilmiş, Primorski XDİK Xüsusı şöbəsinin 25 fevral 1942-ci il məlumatına əsasən könüllü olaraq düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Həsənova Mənsurə Burcəli qızı həyat yoldaşının düşmən tərəfə keçdiyini gizli saxladığına görə Azərbaycan SSR CM 63-3 maddənin II hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 28 iyun 1941-ci il 00247/00884 saylı əmri ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1942 - ci il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Həsənova Mənsurə Burcəli qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizamı dayandırılmışdır.

 

 


Həsənova Mirassəf Əmrəli qızı


1907-ci ildə Qaryagin rayonunun Kərimbəyli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Çərkəz - 1935-ci il, Şəmsəddin -1937-ci il, Şükür - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Abbasov Həsən Əli Abbas oğlu (1887) 08.10.1941-ci il tarixdə Bakı şəhər Azərbaycan SSRİ XDİK qoşunlarının Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Həsənova Mirassəf Əmrəli qızı vətən xaininin həyat yoldaşı kimi SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış Azərbaycan SSRİ XDİK Xüsusi Müşavirəsinin 05.09.1942-ci il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Həsənova Mirassəf Əmrəli qızına bəraət verilmişdir.

 

 


Həsənova Navad Amirxan qızı


Gədəbəy rayonunun Ləşkər kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Zaman (1900) 13 iyul 1942-ci ildə 12-ci Ordunun Hərbi Tribunalı tərəfindən mövgeyini dəyişdiyinə görə 74-cü atıcı diviziyanın 109-cu atıcı alayının əsgəri kimi güllələnməyə məhkum olunmuşdur. Həsənova Navad Amirxan qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddəsi ilə təqsirli bilinərək repres­siyaya məruz qalmışdır. Lakin yaşını nəzərə alaraq sürgün edilməsi ləğv olunmuşdur. Azərbaycan SSR XDİK-nin 5 iyun 1944-cü il qərarına əsasən Həsənova Navad Əmirxan qızının işinə xitam verilmişdir.

 

 

 

Həsənova Nərgiz Həsən qızı


1923-cü ildə Şamxor rayonunun Keçili kəndində anadan olmuşdur. «Voroşilov» adına kolxozda kolxozçu işləmişdir. Ailə tərkibi: qızları Urzaman - 1939-cu il, Qaratel - 1934-cü il, qardaşı Həsənov Əhməd Həsən oğlu - 1930-cu il, atası Vəliyev Həsən Vəli oğlu, anası Vəliyeva Yaqut Əmrah qızı. Həyat yoldaşı Həsənov Ələskər Abbas oğlu (1908) 13.09.1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 06.12.1942-ci il tarixdə 171-ci atıcı diviziya Komandirinin əmri ilə mövgeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Həsənova Nərgiz Həsən qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 30.10.1943-cü il ta­rixli qərarına əsasən 5 il müddətinə Qazaxstan vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Həsənova Nərgiz Həsən qızına bəraət verilmişdir.

 

 


Həsənova Sənubər Muxtar qızı


1904-cü ildə Ermənistan SSR Basarkeçər rayonunun Hüseyn-Qulaqəli kəndində anadan olmuş, Səfərəliyev rayonu­nun Şəmsəddin kəndində yaşamışdır. Ailə tərkibi: qızları - Hənifə Allahverdi qızı - 1934-cü il, Şəfiqə - 1938-ci il, oğlanları Qəhrəman - 1937-ci il, Nurəddin -1939-cu il, Ələddin - 1942-ci il təvəllüdlü. Həyat yoldaşı İbrahimov Allahverdi Abbas oğlu (1898) Azərbaycan SSR CM 249 maddəsi ilə 10 il müddətinə həbs cəzasına məhkum edilərək cəbhəyə göndərilmiş 21 iyun 1943-cü ildə 163-cü rotanın 87-ci atıcı diviziyasının 163-cü cərimə rotasının əsgəri kimi güllələnməyə məhkum edilmişdir. Həsənova Sənubər Muxtar qızı Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 18 may 1944-cü il qərarına əsasən Həsənova Sənubər Muxtar qızının öhtəsində 5 övladı (2 yaşdan - 10 yaşadək) olduğunu nəzərə alaraq işi dayandırılmışdır.

 

 


Həsənova Telli Qara qızı


1887-ci ildə Laçın rayonunun Atamlar kəndində anadan olmuş, Laçm rayonu Kürdhacılı kəndində yaşamışdır. Ailə tərkibi: həyat yoldaşı Həsənov Teymur Məmməd oğlu 1867-ci il təvəllüdlü. Oğlu Məmmədov Əli Teymur oğlu (1914) 9 yanvar 1942-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 15 iyun 1942-ci ildə Kavkorpus 5-ci bölməsinin Hərbi Tribunalı tərəfindən mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum olunmuşdur. Həsənova Telli Qara qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM 63-3 maddə ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Lakin oğlu Qızıl Orduda xidmət etdiyinə görə SSRİ XDİK-nin 11 sentyabr 1943-cü il qərarına əsasən yaşadığı yeri tərk etməmək haqqında arayış ləğv olunmuşdur. Azərbaycan SSR XDİK-nin 23 oktyabr 1943-cü il qərarına əsasən Həsənova Telli Qara qızının işinə xitam verilmişdir.

 

 

 

Həşimova Mələk Sirac qızı


1875-ci ildə Dəvəçi rayonunun Ləcədi kəndində anadan olmuşdur. Ailə tərkibi: Oğlu Nuriyev Şükür Burxan oğlu 1926-cı il təvəllüdlü. Oğlu Nuriyev Baba Burxan oğlu (1913) 27 may 1942-ci ildə 388-ci atıcı diviziyanın Hərbi Tribunalı tərəfindən əlində silah düşmən tərəfinə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Həşimova Mələk Sirac qızı 30 dekabr 1942-ci il tarixdə XDİK Xüsusi Müşavirəsinin 21 noyabr 1942-ci il tarixli qərarı ilə vətən xaininin anası kimi 5 il müddətinə Şimali Qazaxstana sürğün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 2 fevral 1990-cı il tarixli rəyinə əsasən Həşimova Mələk Sirac qızına bəraət verilmişdır.

 

 


Hətəmova Məsmə Daşdəmir qızı


İsmayıllı rayonunun Sulut kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Hətəmov Şirəli XDİK 30.05.1942-ci il tarix qərarına əsasən əksinqilabi-millətçi təşkilatının fəal iştirakçısı olduğu üçün 02.11.1942-ci il tarixdə Hərbi Tribunal tərəfindən 10 müddətinə azadlıqdan məhrum edilmişdir. Hətəmova Məsmə Daşdəmir qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 58 - 1, 58 - 11 təqsirli bilinərək repressiyaya məruz qalmış, Azərbaycan SSR XDİK-nin 15 iyun 1943-cü il qərarına əsasən repressiyaya düşmədiyinə görə işə xitam verilmişdir.

 

 

 

Həvva Çeta Məmmədvəli qızı


1871-ci ildə Zaqatala rayonunun Talı kəndində anadan olmuşdur. Ailə tərkibi: qrzı Xanım - 7 yaş, gəlini Rəhimə Məhəmməd qızı 13 yaşında. Həyat yoldaşı Hafiz Əfəndi 1920-30-cu illərdə sovet hökuməti əleyhinə üsyanda iştirak etdiyinə görə həbs edilmişdir. Həvva Çeta Məmmədvəli qızı üsyan iştirakçısının həyat yoldaşı kimi 24 fevral 1931-ci ildə həbs edilmiş, Zaqatala Dairə Fövqəladə Üçlüyünün 9 mart 1934-cü il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 

 

 

Həvva xanım


1906-cı ildə Qasım-İsmayılov rayonunun Tikaç kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Əkbər- 1927-ci il, Salah- 1928-ci il, qızları Zeynəb - 1929-cu il, Zəhra - 1919-cu il, Züleyxa - 1923- cü il təvəllüdlü. Həyat yoldaşı Müseyib Məmməd oğlu (1903) qolçomaq kimi güllələnməyə məhkum edilmişdir. Həvva xanım Gəncə Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 may 1990-cı il rəyinə əsasən Həvva xanıma bəraət verilmişdir.

 

 


Həvva İsa qızı


1903-cü ildə Balakən rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: bacısı Əminat İsa qızı 35 yaş, oğlu Muquma - 7 yaşında. Qardaşı Sənan İsa oğlu 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Həvva İsa qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının bacısı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 

 


Həvva Quşan qızı


1891-ci ildə Zaqatala Dairəsi Balakən rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Ömər Murtuzəli oğlu - 27 yaşında. Həyat yoldaşı Murtuzəli Murov İbrahim oğlu 1930-cu il ap­rel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Həvva Quşan qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarı ilə Qazaxstana sürgün edilmişdir.

 

 


Həvva Ömər qızı


1870-ci ildə Balakən rayonunun Kovaxçeli kəndində ana­dan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Hacı Əli Qudul oğlu 1930-cu il aprel üsyanının fəal iştirakçısı kimi 1930-cu ilin fevral ayında güllələnməyə məhkum edilmişdir. Həvva Ömər qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR Zaqatala Dairəsi Fövqəladə Üçlüyünün 19.03.1931-ci il tarixli qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 

 


Həvva Məmməd qızı


1901-ci ildə Balakən rayonunun Balakən kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Murad Hacı Əli oğlu 1930-cu il aprel üsyanın iştirakçısı olduğuna görə güllələnmişdir. Həvva Məmməd qızı üsyan iştirakçısının həyat yoldaşı kimi 20 yanvar 1931-ci ildə Balakən Rayon Fövqəladə Komisiyasının Üçlüyü tərəfindən həbs olunmuşdur. Azərbaycan SSR Zaqatala Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Həvva Məmməd qızı azad olunmuşdur.

 

 


Hidayətova-Lətifova Züleyxa Çələbi qızı


1918-ci ildə Nuxa (Şəki) rayonunun Orta Leqait kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Hidayətov Məmməd Qasım oğlu (1914) 1941-ci ilin iyulunda Qızıl Ordu sıralarına səfərbər edilmiş, 30.04.1942-ci il tarixdə 1260-cı atıcı alayının 380-cı dıviziyanın Hərbi Tribunalı tərəfindən mövgeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. Hidayətova - Lətifova Züleyxa Çələbi qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63-3 maddəsilə repressiyaya məruz qalmış, SSRİ XDİK Xüsusi Müşavirəsinin 04.09.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 14.03.1990-cı il tarixli rəyinə əsasən Hidayətova - Lətifova Züleyxa Çələbi qızına bəraət verilmişdir.

 

 

 

Hüseynova Ətir Nağı qızı

1890-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri 5-ci paralel 95 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Aşuran - 24 yaş. Həyat yoldaşı Hüseynov Xanı Hüseynəli oğlu (1881) 6 noyabr 1937-ci ildə əksinqilabi təbliğat apardığına görə həbs edilmişdir. Hüseynova Ətir Nağı qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 1 yanvar 1938-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarı ilə cəzasının İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 23 iyul 1958-ci il qərarına əsasən Hüseynov Ətir Nağı qızına bəraət verilmişdir.

 

 


Hürü İsmayıl qızı

 

1894-cü ildə Caro - Muxax rayonunun Danaçı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Nur Məhəmməd - 15 yaş, Seyid Əhməd - 11 yaş, Abdul Əziz - 8 yaş, Əbdurrəhman - 2 yaş, Həlimət - 4 yaşında. Həyat yoldaşı Molla Həsən Məhəmməd oğlu dindar kimi güllələnmişdir. Hürü İsmayıl qızı dindarın həyat yoldaşı kimi Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 

 


Hürzad Səfər Əli qızı

 

1881-ci ildə Cəbrayıl rayonunun Pir Əhmədli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Erivan Əziz oğlu 22.07.1931-ci il tarixdə əksinqilabi-millətçilik fəaliyyətinə görə vətən xaini kimi həbs edilmişdir. Hürzad Səfər Əli qızı vətən xaininin anası kimi Azərbaycan Dövlət Siyasi İdarəsi Kollegiyasının 23.10.1931-ci il tarixli qərarına əsasən 01.11.1931-ci il tarixdən hesablanmaqla 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Zaqafqaziya Sovet Federativ Sosialist Respublika Dövlət Siyasi İdarənin Kollegiyasının Məhkəmə İclasının 29.05.1932-ci il tarixli qərarına əsasən Hürzad Səfər Əli qızı azad edilmişdir.

 

 


Hüseynova Abuhəyat Mirsaleh Muradxan qızı

 

1917-ci ildə Zəngilan rayonunun Dəlləkli kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Cabbarov Cabbar Məhəmməd oğlu -1932-ci il, Cabbarov Həzrətqulu - 1934-cü il, Cabbarov Əzim - 1914-cü il, qızı Sabbarov Sentyabr Məhəmməd qızı 1937-ci il təvəllüdlü. Həyat yoldaşı Hüseynəliyev Məhəmməd Cabbar oğlu (1902) 3 iyun 1942-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin 3 iyun 1942-ci il qərarına əsasən vətənə xəyanətdə şübhəli goründüyünə görə güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM 63-3 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi Hüseynova Abuhəyat Mirsaleh Muradxan qızı repressiyaya məruz qalmışdır. SSRİ Prokurorluğunun 215/51 №-li 30 may 1942-ci il və 27 iyun 1942-ci il 252 №-li qərarına və XDİK-nin rəhbər göstərişlərinə əsasən Hüseynova Abuhəyat Mirsaleh Muradxan qızının vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə sürgün edilməsi haqqında işinə baxılmaq üçün SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmişdir. Azərbaycan SSR XDİK-nin 6 sentyabr 1942-ci il qərarına əsasən Hüseynova Abuhəyat Mirsaleh Muradxan qızı yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 


Hüseynova Əminə Məmməd Şəfi qızı

 

1912-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Ermənikənd 184 kvartal, mənzil 35, blok 4 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Firəngiz -6 yaş, Rəxşəndə - 4 yaşında. Həyat yoldaşı Hüseynov Mus­tafa Əliqulu oğlu (1900) SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 10.10.1937-ci il tarixli qərarına əsasən əksinqilabi-millətçi təşkilatın üzvü olduğuna görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Hüseynova Əminə Məmməd Şəfi qızı vətən xaininin həyat yoldaşı kimi SSR MİK 04.07.1934-cü il tarixli qərarına əsasən SSR XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 17.11.1956-cı il tarixli rəyinə əsasən Hüseynova Əminə Məmməd Şəfi qızına bəraət verilmişdir.

 

 


Hüseynova Cahan Qara qızı

 

1913-cü ildə Samux rayonunun Tomullu (Sarı qamış) kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Adam Əsəd oğlu 8 yaşında. Həyat yoldaşı Əsədov Pirməmməd oğlu sovet hökuməti əleyhinə çıxdığına görə həbs edilmişdir. Hüseynova Cahan Qara qızı Sovet hökuməti əleyhinə qarşı çıxanın həyat yoldaşı kimi SSRİ XDİK Üçlüyü tərəfindən 3 sentyabr 1937-ci ildə həbs edilmişdir.

 

 


Hüseynova Fatma Bəşir qızı

 

1887-ci ildə Bərdə rayonunun, Hacallı kəndində anadan olmuşdur. «Zəhmətkeş» adına kolxozda işləmişdir. Hüseynova Fatma Bəşir qızı əksinqilabi fəaliyyətədə təqsirli bilinərək Azərbaycan XDİK-nin 29 avqust 1937-ci ildə cinayət məsuliyyətinə cəlb edilmiş və 11 oktyabr 1937-ci ildə Bərdə rayon XDİK-nin qərarına əsasən nəzarətdən çıxarılaraq azad edilmişdir.

 

 


Hüseynova Fatma Abdulla qızı

 

1918-ci ildə Siyəzən rayonunun Zərgərli kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Səkinə xanım - 6 yaş, Nigar - 2 yaşında. Həyat yoldaşı Hüseynov Ağaqulu Bala oğlu 2 aprel 1942-ci ildə 775-ci atıcı alayı komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Hüseynova Fatma Abdulla qızı SSRİ XDİK-nin 28 iyun 1941-ci il tarixli 00247/00884 №-li əmri ilə vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM 63 maddəsi ilə yaşadığı yerdən çıxmamaq şərti ilə 27 aprel 1942-ci il qərarına əsasən repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 4 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Hüseynova Fatma Abdulla qızının yaşadığı yerdən çıxmaması haqqında işi dayandırılmışdır.

 

 


Hüseynova Firəngiz Mövsum qızı

 

1914-cü ildə Lənkəran şəhərində anadan olmuş, Bakı şəhəri, N. Naqornaya 27 ünvanında yaşamışdır. Ailə tərkibi: qızı Zemfira - 4 yaşında. Həyat yoldaşı Hüseynov Abdulqafar Əlihüseyn oğlu 04.08.1937-ci il tarixdə SSRİ XDİK tərəfindən Azərbaycan da millətçi hərbi əksinqilabi təşkilatın üzvü kimi həbs edilmiş SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyanın Səyyar Sessiyasının 11.11.1937-ci il tarixli qərarı ilə güllələnməyə məhkum edilmişdir. Hüseynova Firəngiz Mövsum qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 10.06.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Hüseynova Firəngiz Mövsum qızına bəraət verilmişdir.

 

 


Hüseynova Gülsabah Müseyib qızı

 

1915-ci ildə Bərdə rayonunun Alpout kəndində anadan olmuş, Bərdə rayonu, Eloğlu kəndində yaşamışdır. Ailə tərkibi: oğlu Hüseynov Bayram Çərkəz oğlu 1935-ci il təvəllüdlü. Həyat yoldaşı Hüseynov Çərkəz Hüseyn Qulu oğlu Hərbi Tribunal tərəfindən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Hüseynova Gülsabah Müseyib qızı XDİK Xüsusi Müşavirəsinin 28.10.1942-ci il tarixli qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək Azərbaycan SSR CM 63-maddənin II hissəsi ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə Tomsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorlğunun 21.02.1990-cı il tarixli əsasən Hüseynova Gülsabah Müseyib qızına bəraət verilmişdir.

 

 


Hüseynova İstifa Abdi qızı

 

1917-ci Asrxan - Bazar rayonunun Səfərxanlı kəndində ana­dan olmuşdur. Ailə tərkibi: oğlanları Hüseynov Fəttah İsmayıl oğlu - 1939-cu il, Sərdar İsmayıl oğlu - 1940-cı il, Hüseyn İsmayıl oğlu 1942-ci il təvəllüdlü. Həyat yoldaşı Hüseynov İsmayıl Nifli oğlu (1910) 27 dekabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 28-ci ehtiyat briqadasının sərəncamına verilmişdir. Hərbi xidmətdən qaçdığına görə Azərbaycan SSR CM 63-2 maddələri ilə təqsirləndirilmiş, 16 noyabr 1942-ci ildə cinayət işi qaldırılmışdır. Hüseynov İsmayıl Nifti oğlunun vətənə xəyanəti haqqında sərhəd qoşunlarından XDİK-na daxil olmuş məlumata əsasən onun ailəsinə repressiya zəminində cinayət işi açılmışdır. Ancaq Azərbaycan SSR XDİK-in sərhəd qoşunları idarəsinin məlumatına əsasən cinayət işi günahkarın axtarılıb tapılmasına kimi dayandırılmışdır. Bununla əlaqədar qərara alınıb.

1. Yaşadığı yerini tərk etməmək haqqında Hüseynov İstifa Abdi qızından alınmış iltizamnamə ləğv edilsin.

2. Vətən xaini haqqında açılmış 175 №-li iş hökm alınana kimi arxivə verilsin.

 

 

 

Hüseynova Kamilə Xəlil qızı


1913-cü ildə Salyan şəhərində anadan olmuşdur. Evdar qadın idi. Ailə tərkibi: oğlanları Ramiz - 10 yaş, Səməd - 7 yaş, Rafiq - 2 yaş, Vasif 5 aylıq, qızı Asya - 5 yaşında. Həyat yoldaşı Hüseynov Əli Əsgər oğlu (1901) 7 avqust 1937-ci ildə Azərbaycan XDİK tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə həbs edilmiş 3 yanvar 1938-ci ildə SSRİ MİK-nin Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Hüseynova Kamilə Xəlil qızı SSRİ MİK-nin 4 iyul 1934-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimı repressiyaya məruz qalmışdır. 26 mart 1938-ci il qərarı ilə körpə uşağı olduğuna görə Hüseynova Kamilə Xəlil qızının yaşadığı yerdən çıxmamaq haqqında qərarı ləğv edilmişdir. 8 mart 1939-cu il qərarına əsasən Hüseynova Kamilə Xəlil qızının işinə xitam verilmişdir.

 

 


Hüseynova Humay Qasım qızı

1914-cü ildə Kirovabad şəhərində anadan olşmuşdur. Akuşerka işləmişdir. Ailə tərkibi: oğlanları Tofiq -7 yaş, Bahadur - 2 yaş, qızı Asya - 3 yaşında. Həyat yoldaşı Hüseynov Cümşüd Abbas oğlu (1900) 28 may 1937-ci ildə Azərbaycan XDİK tərəfindən tutulmuş, əksinqilabi-millətçilik fəaliyyətinə görə 5 yanvar 1938-də SSRİ Ali Məhkəmənini Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Hüseynova Humay Qasım qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 10 yanvar 1938-ci ildə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 14 fevral 1940-ci il qərarına əsasən Hüseynova Humay Qasım qızı azad edilmişdir.

 

 

 

Hüseynova Şərəf Məhəmməd qızı

1913-cü ildə İranın Civend kəndində anadan olmuş, Ağdam şəhəri, Stalin küçəsi №26 ünvanında yaşamışdır. Ailə tərkibi: anası Fətəliyev Bəyim Hüseyn qızı - 1863-cü il, atası Məhəmməd Fərəc oğlu 1851-ci il təvəllüdlü. 1914-cü ildə Ağdam şəhərinə köçürülüb. 6 uşağı olub. Azərbaycan SSR CM 72 maddəsinin II hissəsilə təqsirləndirərək 7 oktyabr 1942-ci ildə tutulmuş və 29 yanvar 1943-cü ildə Azərbaycan SSR XDİK qoşunlarının Hərbi Tribunalı tərəfindən 10 il müddətinə sürgün edilmişdir. Azərbaycan Respublikası Prokurorluğunun 3 oktyabr 1991-ci il rəyinə əsasən Hüseynova Şərəf Məhəmməd qızına bəraət verilmişdir.

 

 


Hüseynova Qızxanım Əliqulu qızı


1842-cı ildə Siyəzən rayonunun Daşlı - Çolqan kəndində anadan olmuşdur. Ailə tərkibi: nəvəsi Həmzəliyev Əsgər İbrahim oğlu 1933-cu il təvəllüdlü. Nəvəsi Hüseynov Abbas (1916) 1941-ci ilin sentyabr ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 27 may 1942-ci ildə 388-ci atıcı dıviziyasının Hərbi Tribunalı tərəfindən əlində silah düşmən tərəfinə keçdiyinə görə güllələnməyə məhkum edilmişdir. Hüseynova Qızxanım Əliqulu qızı Azərbaycan SSR CM 63 3 maddələri ilə təqsirli bilinərək vətən xaininin nənəsi kimi repressiyaya məruz qalmışdır. Hüseynova Qızxanım Əliqulu qızından 27 aprel 1942 - dən yaşadığı yerdən çıxmamaq haqqında iltizam alınmışdır. Azərbaycan SSR XDİK-nin 12 iyul 1942-ci il qərarına əsasən Hüseynova Qızxanım Əliqulu qızının nəvəsi Qızıl Orduda olduğuna görə işinə xitam verilmişdir.

 

 


Hüseynova Qızqayıt Əmir qızı


1887-ci ildə Astraxan-Bazar rayonunun Souzalı kəndində anadan olmuş, Yardımlı rayonunun, Vəlişli kəndində yaşamışdır. «Əlibayramlı» adına kolxozun üzvü olmuşdur. Ailə tərkibi: oğlanları Hüseynov Sərxan İsgəndər oğlu -1932-ci il, Cəbi İsmayıl oğlu, Mikayıl İsmayıl oğlu - 1913-cü il, Novruz İsmayıl oğlu, Nəsimi İsmayıl oğlu, Surxay İsmayıl oğlu, qızı Hüseynova Reyhan İsgəndər qızı - 1930-cu il təvəllüdlü. 9 aprel 1943-cü ildə Bakı Hava Hücumundan Müdafiə Ordusunun Hərbi Tribunalı tərəfindən vətən xaini Hüseynov Mikayıl İsgəndər oğlu güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR CM 63-3 maddələri ilə Hüseynova Qızqayıt Əmir qızı vətən xaininin anası kimi repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 16 aprel 1944-cü il qərarına əsasən Hüseynova Qızqayıt Əmir qızının yaşadığı yerdən çıxmamaqla işi dayandırılmışdır.

 

 


Hüseynova Səriyyə Hüseyn qızı


1912-ci ildə Noraşen rayonunda anadan olmuş, Naxçıvan rayonunun, Böyükduz kəndində yaşamışdır. Ailə tərkibi: oğlanları Nemət - 1930-cu il, Əhməd - 1934-cü il, Salman - 1936-cı il, Süleyman - 1940-cı il, qızları Zərniyar - 1932-ci il, Xədicə - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Hüseynov Cəlil Kərbala Heydər oğlu (1906) 1942-ci ildə Ordu sıralarına səfərbər edilmiş, 21 avqust 1942-ci ildə 2-ci Ordunun Hərbi Tribunalı tərəfindən vətən xaini kimi güllələnməyə məhkum olunmuşdur. Sonra güllələnmə 10 il işlə əvəz edılmışdir. Azərbaycan SSR XDİK-nin 17 fevral 1943-cü il qərarına əsasən Hüseynova Səriyyə Hüseyn qızının qardaşı orduda olduğuna görə yaşadığı yerdən çıxmamaq haqqında işi dayandırılmışdır.

 

 


Hüseynova Suqra Rəşid qızı


1909-cu ildə Əmircan kəndində anadan olmuş, Bakı şəhəri, 6-cı kommunist döngəsi, ev 4 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Şura - 1924-cü il (6-cı sinif şagirdi), Yaqub - 1928-ci il (3 sinif şagirdi), Arif- 1932-ci il təvəllüdlü. Həyat yoldaşı Hüseynov Xəlifə Məmməd oğlu (1902) 5 sentyabr 1937-ci ildə tutulub. I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Hüseynova Suqra Rəşid qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən Azərbaycan SSR CM 72 - 73 maddələri ilə vətən xaininin həyat yoldaşı kimi 27 oktyabr 1937-ci ildə tutulmuşdur. Azərbaycan XDİK-nin 19 aprel 1938-ci il qərarına əsasən Hüseynova Suqra Rəşid qızı nəzarətdən azad edilmişdir.

 

 


Hüseynova Şövkət Mirzəli qızı

1907-ci ildə Kirovabad şəhərində anadan olmuş, Bakı şəhəri, Ağamalı, ev 3, mənzil 15 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Zilfrid - 4 yaşında. Həyat yoldaşı Hüseynov Mikayıl Namaz oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 29.01.1937-ci il tarixdə əksinqilabi fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Hüseynova Şövkət Mirzəli qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1937-ci il tarixlı qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan SSRİ Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 23.04.1956-cı il tarixli rəyinə əsasən Hüseynova Şövkət Mirzəli qızına bəraət verilmişdir.

 

 

 

Hüseynova Şulay Baba qızı


1897-ci ildə İranın, Amincan kəndində anadan olmuş, Astara rayonu, Qamuşanı kəndində yaşamışdır. «Komsomol» adına kolxozun üzvü olmuşdur. Ailə tərkibi: oğlanları -Hüseynov İzəttulla Kitabəli oğlu 14 yaş, Əsədulla - 12 yaş, Mahmud - 14 yaş, Hecab - 8 yaşında. Həyat yoldaşı Hüseynov Kitabəli Mahmud oğlu (1896) 21 fevral 1942-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarı ilə vətən xaini kimi güllələnməyə məhkum edilmişdir. Azərbaycan SSR XDİK-nin 7 dekabr 1942-ci il qərarına əsasən Hüseynova Şulay Baba qızının oğlu Mahmudov Vəzir Kitabəli oğlu (1929) orduda olduğuna görə sürgün edilməsi haqqında işi dayandırılmışdır.

 

 

 

Hüseynova Sürahi Mustafa qızı


1910-cu ildə Qusar rayonunun Yuxarı Leyxurt kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Hüseynov Hüseyn Ağcabəy oğlu - 1932 ci il, qızları Gülbacı - 1938-ci il, Fərikət - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Hüseynov Ağcabəy Sultan Məcid oğlu (1908 29 dekabr 1941-ci ildə 253-cü atıcı diviziyasının Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçməyə cəhd göstərdiyinə görə 981-ci atıcı alayının keçmiş əsgəri kimi güllələnməyə məhkum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 17 fevral 1943-cü il qərarına əsasən Hüseynova Sürahi Mustafa qızı vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 2 fevral 1990-cı il rəyinə əsasən Hüseynova Sürahi Mustafa qızına bəraət verilmişdir.

 

 


Hüseynova Tamara Fətəli qızı

1902-ci ildə Bakı şəhərində anadan olmuş, Moskva şəhərində anadan olmuşdur. Ailə tərkibi: qardaşı Xoyski Murad Fətəli oğlu 28 yaş, əmisi Rüstəm - 47 yaşında. Həyat yoldaşı Hüseynov Mirzə Davud oğlu SSRİ XDİK tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə həbs edilmiş, 01.07.1937-ci il tarixdə güllələnməyə məhkum edilmişdir. Hüseynova Tamara Fətəli qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK-nin 29.05.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının 21.01.1956-cı il tarixli rəyinə əsasən Hüseynova Tamara Fətəli qızına bəraət verilmişdir.

 

 

 

Hüseynova Tatyana İvanovna


1912-ci ildə Kirovabad şəhərində anadan olmuşdur. Ailə tərkibi: qaynı Hüseynov Qulam Qasım oğlu 1915-ci il təvəllüdlü. Həyat yoldaşı Hüseynov İbrahim Qasım oğlu (1902) 11 avqust 1943-cü ildə düşmən tərəfə keçərkən güllələnmişdir. Azərbaycan SSR XDİK-nin 13 dekabr 1943-cü il qərarına əsasən Azərbaycan SSR CM 63-3 maddə ilə Hüseynova Tatyana İvanovna repressiya məruz qalmışdır. 12 avqust 1944-cü ildə Hərbi Tribunal tərəfindən yaşadığı yerdən çıxmaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Hüseynova-Verdiyeva Bibixanım Sadıx qızı


1914-cü ildə Tovuz rayonunun Doik - Qızıxlı kəndində anadan olmuşdur. «Qızıl Ordu» adına kolxozda işləmişdir. Ailə tərkibi: oğlu Məmmədov Qəzənfər Dəmir oğlu 1936-cı il təvəllüdlü. Həyat yoldaşı Hüseynov Dəmir Məmmədhüseyn oğlu (1914) 18 noyabr 1942-ci ildə SSRİ XDİK Xüsusi Müşavirəsinin qərarına əsasən vətən xaini kimi güllələnməyə məhkum edilmişdir

Hüseynova - Verdiyeva Bibixanım Sadıx qızı Azərbaycan SSR CM-nin 63-3 maddəsi ilə təqsirli bilinərək vətən xaininin həyat yoldaşı kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 13 yanvar 1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novasibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 21 fevral 1990-cı il rəyinə əsasən Hüseynova - Verdiyeva Bibixanım Sadıx qızına bəraət verilmişdir.

 

 


Həvva Məhəmməd qızı

 

1906-cı ildə Zaqatala rayonunun Kovaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: qardaşları Məmmədxan, Çərifxan 1930-cu ildə aprel üsyanının iştirakçısı kimi güllələnməyə məhkum edilmişlər. Həvva Məhəmməd qızı vətən xaininin bacısı kimi Zaqatala Dairə Fövqaladə Üçlüyünün 19.03.1931-ci il tarixli qərarına əsasən sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29.06.1990-cı il tarixli rəyinə əsasən Həvva Məhəmməd qızına bəraət verilmişdir.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb