Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Ş


 

Şaman Qara Məhəmməd qızı

 

1891-ci ildə Balakən rayonunun Kavaxçeli kəndində anadan olmuşdur. Ailə tərkibi: övladları - Ramazan - 9 yaş, Həmzət - 6 yaş, Fatimat - 5 yaş, Ana - 3 yaşında. Həyat yoldaşı Ömər Qurban Ramazan oğlu 1930-cu il aprel üsyanının iştirakçısı kimi həbs edilmişdir. Şaman Qara Məhəmməd qızı 1930-cu il aprel üsyanının fəal iştirakçısının həyat yoldaşı kimi 31 mart 1931-ci ildə həbs edilmiş, Zaqatala Dairə Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən Qazaxstana sürgün edilmişdir.

 

 

 

Şahbazova Çimnaz Mansur qızı

 

1914-cü ildə Xaçmaz rayonunun Gəncəli kəndində anada olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Şahbazov Şahbaz İman oğlu (1911) 773-cü atıcı alay komandirinin 2 aprel 1942-ci il məlumatına əsasən 25 fevral 1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə vətən xaini kimi məsuliyyətə cəlb olunmuşdur. Şahbazova Çimnaz Mansur qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək repressiyaya məruz qalmış, 7 iyul 1943-cü ildə Hərbi Tribunaldan cavab gələnə kimi işin dayandırılması haqqında göstəriş verilmişdir. Şahbazova Çimnaz Mansur qızı Azərbaycan SSR XDİK Xaçmaz rayon şöbəsi 22 iyul 1943-cü il tarixli qərarında göstərilmişdir ki, Hərbi Tribunal tərəfindən həyat yoldaşının vətən xaini olması haqqında hökm daxil olmadığı üçün yaşadığı yeri tərk etməmək haqqında alınmış arayış ləğv edilsin.

 

 

 

Şahbazi-Paşina Mariya Kirilovna

  

1899-cu ildə Poltava (Ukrayna) şəhərində anadan olmuş, Bakı şəhəri, Kommuriist küçəsi 23 ünvanında yaşamışdır. Ali təhsilli. Gənc Anaları Müdafiə İnstitutunda həkim işləmişdir. Ailə   tərkibi:   qızı   Gilarə   -1928-ci il təvəllüdlü. Həyat yoldaşı Şahbazi Tağı Abbas oğlu (1915) 11 iyul 1937-ci ildə həbs edilmiş, 2 yanvar 1938-ci ildə əksinqilabi-millətçilik təşkilatının üzvü kimi hərbi kollegiya tərəfindən güllələnməyə məhkum edilmişdir. Şahbazi - Paşina Mariya Kirilovna 31 oktyabr 1937-ci ildə SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin  həyat yoldaşı kimi SSRİ XDİK-in yanında Xüsusi Müşavirənin 9 aprel 1938-ci il qərarına əsasən Şahbazi - Paşina Mariya Kirilovna müddəti 5 noyabr 1937-ci ildən hesablanmaqla 8 il müddətinə azadlıqdan mərhum edilmişdir. Zaqatala Dairə Hərbi Tribunalının 24 fevral 1956-cı il qərarına əsasən Şahbazi - Paşina Mariya Kirilovnaya bəraət vermisdir.

 

 

 

Şahbazova Əsli Həmid qızı

 

1917-ci ildə Quba rayonunun Püstəqasım kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Şamil - 4 yaş, Mayıl - 2 yaşında. Həyat yoldaşı Şahbazov Baba Məhərrəm oğlu  02 aprel 1942-ci ildə 772-ci atıcı alay komandanlığı tərəfindən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Şahbazova Əsli Həmid qızı vətən xaininin həyat yoldaşı ki­mi Azərbaycan SSR CM-nin 63-cü maddənin III hissəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 7 iyul 1943-cü il qərarına əsasən Hərbi Tribunaldan cavab gələnə kimi Şahbazova Əsli Həmid qızının işi dayandırılmışdır. Azərbaycan SSR XDİK Quba Rayon Şöbəsinin 22 iyul 1943-cü il göstərişinə əsasən işə xitam verilmişdir.

 

 

 

Şahbazova Fatma İskəndər qızı

 

1870-ci ildə anadan olmuş, Bakı şəhəri, Orlovski küçəsi, ev 2, mənzil 17 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Teymur- 1910-cu il, Abdulla, Tağı. Oğlu Şahbazov Mehdi Abbas oğlu (1905) 1941-ci ilin iyun ayında Qızıl Ordu sıralarına səfərbər edilmiş, 12 may 1942-ci ildə XDİK Hərbi Tribunalı tərəfindən düşmən tərəfə keçdiyinə görə güllələnməyə məhkum olunmuşdur. Şahbazova Fatma İskəndər qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-2 maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə 17 sentyabr 1942-ci ildə reppresiyaya  məruz qalmışdır.  Azərbaycan SSR XDİK-nin 30 iyun 1943-cü il qərarına əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə Şahbazova Fatma İskəndər qızının işinə xitam verilmişdir.

 

 

 

Şahbazova Telli Əbdülrəhman qızı

 

1920-cı ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuşdur. Ailə tərkibi: qızı Dursun - 2 yaş, oğlu Rəhbər - 3 yaşında. Həyat yoldaşı Şahbazov Murtuz Məhəmməd oğlu (1910) vətən xaini kimi Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Şahbazova Telli Əbdülrəhman qızı Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək 27 iyun 1942-ci ildə 5 il müddətinə sürgün edilməsi haqqında təklif SSRİ XDİK Xüsusi Müşavirəsinə təqdim edilmiş, lakin uşaqları olduğunu nəzərə alaraq 16 dekabr 1944-cü il tarixdə yaşadığı yerdən çıxmamaq haqqında iltizam alınmışdır.

 

 

 

Şahbazova Təzəgül Əbdürrəhman qızı

 

1920-ci ildə Laçın rayonu, Alxaslı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Rəhbər - 1939-cu il, qızı Dursun - 1941-ci il təvəllüdlü. Həyat yoldaşı Şahbazov Murtuza Məhəmməd oğlu (1910) 06.01.1942-ci il tarixdə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 134-cü alayın tərkibində xidmət etmişdir. 15.06.1942-ci il tarixdə düşmən tərəfə keçdiyinə görə tutulmuş Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Şahbazova Təzəgül Əbdürrəhman qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK Azərbaycan SSR Prokurorluğunun 30.05.1942-ci il CM 63-3-cü maddələrilə repressiyaya məruz qalmış Azərbaycan SSR XDİK-nin 04.10.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə sürgün edilmişdir. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 16.12.1944-cü il tarixli qərarına əsasən Şahbazova Təzəgül Ədbürrəhman qızının  işi öhdəsində körpə uşaqları olduğunu nəzərə alaraq yaşadığı yerdən çıxmamaq şərti ilə dayandırılmışdır.

 

 

 

Şahsuvarova Dilquşa Firudin qızı

 

1901-ci ildə Şuşa şəhərində anadan olmuş, Şuşa şəhəri, Mirzə Fətəli küçəsi, ev 11 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Dilrubə - 12 yaş, Aliyə - 9 yaş, Səmayə - 2 yaş, oğlu Nadir - 5 yaşında. Həyat yoldaşı Şahsuvarov Səməd Adilxan oğlu (1894) 9 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən əksinqilabi-millətçilik fəaliyyətinə görə II kateqoriya ilə həbs edilmişdir. Şahsuvarova Dilquşa Firudin qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 72, 73-cü maddələri ilə hamilə olduğunu nəzərə alaraq yaşadığı yerdən çıxmamaqla məsuliyyətə cəlb edilmişdir. SSRİ XDİK-nin 20 mart 1939-cu il qərarına əsasən Şahsuvarova Dilquşa Firudin qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizamı ləğv edilmişdir.

 


      Şahverənova Gülbacı Əli qızı

 

1863-cü ildə Lerik rayonunun Muriya kəndində anadan olmuşdur. Ailə tərkibi: qardaşı arvadı Gülnaz - 1912-ci il, qardaşı oğlu  Mansur - 1941-ci il təvəllüdlü. Qardaşı Şahverənov Aşur Əli oğlu 386-cı atıcı diviziyanın Hərbi Tribunal tərəfindən vətənini dəyişməyə cəhd göstərdiyinə görə güllələnməyə məhkum edilmişdir. Şahverənova Gülbacı Əli qızı vətən xaininin bacısı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə repressiyaya məruz qalmış Azərbaycan SSR XDİK-nin 10.10.1942-ci il tarixli qərarına əsasən Qazaxstana 5 il müddətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 02.02.1990-cı il tarixli rəyinə əsasən Şahverənova Gülbacı Əli qızına bəraət verilmişdir.

 

 

 

Şaxtaxtinskaya Adilə İsa qızı

 

1894-cü ildə Tiflis şəhərində anadan olmuş, Bakı, Kooperativ küçəsi № 7 ünvanında yaşamışdır. Ali təhsilli. Həkim ginekoloq işləmişdir. Ailə tərkibi: oğlu Rauf - 18 yaşında. Həyat yoldaşı Sultanov Qulam Həmid oğlu (1900) 25 iyun 1938-ci ildə SSRİ XDİK tərəfindən tutulmuş, 2 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə əksinqilabi-millətçilik, terrorçuluq fəaliyyətlərinə görə güllələnməyə məhkum edilmişdir. Şaxtaxtinskaya Adilə İsa qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 72/73-cü maddələri ilə təqsirli bilinərək SSRİ XDİK-nin 4 sentyabr 1938-ci ildən hesablanmaqla SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən həbs edilmişdir. SSRİ XDİK-nin 9 aprel 1938-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 30 oktyabr 1942-ci il tarixli qərarına əsasən azad edilmiş, SSRİ DTN Xüsusi Müşavirəsinin 12 aprel 1947-ci il qərarına əsasən işinə xitam verilmişdir. Azərbaycan SSR Ali Məhkəmə Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 2 fevral 1957-ci il qərarına əsasən Şaxtaxtinskaya Adilə İsa qızına bəraət verilmişdir.

 

 

 

Şaxanım Baba qızı

 

1876-cı ildə Zaqatala rayonunun Suvaqul kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Məmmədəmin - 27 yaş, Məmməd Şərif, həyat yoldaşı Əfəndiyev Nur Məhəmməd - 1930-cu il üsyanının iştirakçısı kimi həbs edilmişdir. Şaxanım Baba qızı 3 mart 1931-ci ildə vətən xaininin həyat yoldaşı kimi həbs edilmişdir. Zaqatala Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarı ilə Şaxanım Baba qızı nəzarətdən azad edilmişdir.

 

 

 

Şaxtaxtinskaya Ziba Musta­fa qızı

 

1905-ci ildə Tiflis şəhərində anadan olmuş, Bakı şəhəri, Karanov ev № 1 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlu Baxşəli -1930-cu il, qızı Aza - 1925-ci il təvəllüdlü. Həyat yoldaşı Şaxtaxtinski Ataulla Baxşəli oğlu (1904) 21 sentyabr 1937-ci ildə Azərbaycan SSR XDİK tərəfindən əksinqilabi fəaliyyətinə görə həbs edilmiş, 9 yanvar 1938-ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən tutulub  əksinqilabi trotiski-terrorçuluq təşkilatının üzvü kimi II kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Saxtaxtinskaya Ziba Mustafa qızı SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 10 noyabr 1937-ci ildə həbs edilmişdir. Uşaqları uşaq qəbulu məntəqəsinə göndərilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 9 aprel 1938-ci il qərarına əsasən Şaxtaxtinskaya Ziba Mustafa qızı sosial - təhlükəli ünsür kimi 2 il müddətinə səsi alınmışdır. Azərbaycan SSR Prokurorluğunun 15 iyun 1990-cı il rəyinə əsasən Şaxtaxtinskaya Ziba Mustafa qızına bəraət verilmişdir.

 

 

 

Şeydabəyova Dəstəgül Gülməmməd qızı

 

1919-cu ildə Qusar rayonunun Avarmux  kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Şeydabəyov Şeydabəy Yüzbəy oğlu 8 sentyabr 1941-ci ildə Qızıl Ordu sıralarına səfərbər edilmiş, 772-ci atıcı alay komandirinin məlumatına əsasən 2 aprel 1942-ci ildə düşmən tərəfə keçdiyinə görə məsuliyyətə cəlb olunmuşdur. Şeydabəyova Dəstəgül Gülməmməd qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-cü maddənin II hissəsi ilə təqsirli bilinərək SSRİ XDİK-nin 00247/00884 saylı 28 may 1941-ci il əmrinə əsasən yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 8 iyul 1943-cü il qərarına əsasən Şeydabəyova Dəstəgül Gülməmməd qızının yaşadığı yerdən çıxmamaq haqqında iltizamı Hərbi Tribunaldan cavab gələnə kimi dayandırılmışdır. Azərbaycan SSR XDİK Qusar rayon şöbəsinin 25 iyul 1943-cü il məlumatına əsasən həyat yoldaşının vətən xaini olması barədə Hərbi Tribunaldan sorğu daxil olmadığı üçün Şeydabəyova Dəstəgül Gülməmməd qızının işinə xitam verilmişdir.

 

 

 

Şəmsiyyət Həmzət qızı

 

1881-ci ildə Zaqatala rayonunun Balakən kəndində olmuşdur. Ailə tərkibi: oğlu İsmayıl - 1919-cu il, qızı Məzmiət - 1927 ci il təvəllüdlü. Həyat yoldaşı Piçak Bayram oğlu əksinqilabi fəaliyyətinə görə həbs edilmişdir. Şəmsiyyət Həmzət qızı Azərbaycan Dövlət Siyasi İdarəsi (Dövlət Siyasi İdarəsi) Zaqatala Dairəsi Fövqəladə Üçlüyünün 19 mart 1931-ci il qərarına əsasən 18 mart 1931-ci ildən əksinqilabi ünsür kimi Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 25 fevral 1992-ci il tarixli rəyinə əsasən Şəmsiyyət Həmzət qızına bəraət verilmişdir.

 

 

 

Şəmsizadə Zümrüd Məmməd qızı

 

1894-cü ildə Kirovabad şəhərində anadan olmuş, Kirovabad şəhəri, Qasım-İsmayılov küçəsi 8 ünvanında yaşamışdır. Evdar qadın olmuşdur. Ailə tərkibi: oğlanları Nadir - 14 yaş, Ayaz - 3 yaşında. Həyat yoldaşı Əli Razi Yəhya oğlu (1880) SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 7 yanvar 1938-ci ildə I kateqoriya ilə həbs edilmişdir. Şəmsizadə Zümrüd Məmməd qızı 28 yanvar 1938-ci ildə vətən xaininin həyat yoldaşı kimi təqsirli bilinərək, 3 fevral 1938-ci ildə yaşayış yerini tərk etməmək barədə ondan iltizam alınmışdır. Şəmsizadə Zümrüd Məmməd qızı hamilə (7 aylıq) olduğu üçün ona qarşı repressiya dayandırılmışdır.

 

 

 

Şərifova Yekaterina Petrovna

 

1911-ci ildə Rostov vilayəti Bataysk şəhərində anadan olmuş, Bakı, 8-ci Zavoğzalnaya 7, mənzil 92 ünvanında yaşamışdır. Ailə tərkibi: qızları Ziba - 11 yaş, Lilya - 6 yaş, Ofeliya - 3 yaşında. Həyat yoldaşı Şərifov Nəcəf Heydər oğlu (1898) 3 yanvar 8 ci ildə SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən I kateqoriya ilə həbs edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarına əsasən Şərifova Yekaterina Petrovna vətən xaininin həyat yoldaşı kimi məsuliyyətə cəlb edilmişdir. 8 mart 1939-cu il qərarına əsasən Şərifova Yekaterina Petrovnanın yaşadığı yerdən çıxmamaq haqqında işinə xitam verilmişdir.

 

 

 

Şıxəliyeva Gülxanım Əli qızı

 

1900-cu ildə Siyəzən rayonunun Giləzi kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Məmməd - 1931-ci il, qızları Xonça -1934-cü il, Şəhrə - 1940-cı il təvəllüdlü. Həyat yoldaşı Şıxəliyev Məmməd Ağa Abbasqulu oğlu 12 aprel 1942-ci il tarixdə komandanlığının məlumatına əsasən düşmən tərəfə keçdiyinə görə həbs edilmişdir. Şıxəliyeva Gülxanım Əli qızı vətən xaininin həyat yoldaşı kimi 19.09.1942-ci il tarixdə Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır.

 

 

 

Şıxəliyeva Tura Əsgər qızı

 

1922-ci ildə İsmayıllı rayonunun Baskal kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Şıxəliyev Əliibrahim Dəmir oğlu (1909) 1942-ci ilin yanvarında Qızıl Ordu sıralarına səfərbər olunmuş, 3 noyabr 1942-ci ildə Hərbi Tribunal tərəfindən vətən xaini kimi RSFSR CM-nin 19-58-1 «b» və 58 - 11-ci  maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum olunmuşdur. Azərbaycan SSR XDİK-nin 15 iyun 1943-cü il qərarında göstərilmişdir ki Şıxəliyeva Tura Əsgər qızı repressiyaya düşmür, ona görə onun işinə xitam verilmişdir.

 

 

 

Şıxəliyeva Umuxanım Rufulla qızı

 

1908-ci ildə Əli Bayramlı rayonunun Minimaf kəndində anadan olmuş, Bakı şəhəri, Kommunist küçəsi, ev 5, mənzil 6 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Mayis -11 yaş, Yunis - 10 yaşında. Həyat yoldaşı Şıxəliyev Həsən Muxtar oğlu SSRİ Ali Məhkəmə Hərbi Kollegiyanın Səyyar Sessiyası tərəfindən 22.01.1937-ci il tarixli qərara əsasən əksinqilabi fəaliyyətinə görə I kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. Şıxəliyeva Umuxanım Rufulla qızı vətən xaininin həyat yoldaşı kimi SSRİ MİK-nin 04.07.1934-cü il tarixli qərarına əsasən SSRİ XDİK Xüsusi Müşavirəsinin 09.04.1938-ci il tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. SSRİ Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 19.07.1957-ci il tarixli qərarına əsasən Şıxəliyeva Umuxanım Rufulla qızına bəraət verilmişdir.

 

 

 

Şıxlinskaya Basavat xanım Sadəddin Əfəndi qızı

 

1890-cı ildə Qazax rayonunun Şıxlı kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlu Qiyasbəy - 1915-ci il, qızı Əzizə - 7 yaşında. Həyat yoldaşı Qiyasbəy Şıxlinski Türkiyə kəşfiyyatında fəaliyyət göstərdiyinə görə həbs olunmuşdur. Şıxlinskaya Basavat Sadəddin qızı sosial - təhlükəli ünsür kimi Azərbaycan SSR XDİK-nin 19 yanvar 1936-cı il qərarına əsasən Azərbaycan SSR CM-nin 18/79 maddəsi ilə təqsirli bilinərək 11 noyabr 1935-ci ildə 3 il müddətinə Qazaxstana sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 12 noyabr 1990-cı il rəyinə əsasən Şıxlinskaya Basavat Sadəddın qızına bəraət verilmişdir.

 

 

 

Şıxkərimova Aynisə Tahir qızı

 

1882-ci ildə Qusar rayonunun Xızrı kəndində anadan olmuş, Qusar şəhəri, Proletar küçəsi, 86 ünvanında yaşamışdır. Ailə tərkibi: oğlanları Yusif-1908-ci il, Nəzrəddin - 20 yaşında, gəlini Zəhra Məhəmməd qızı 1913-cü il təvəllüdlü. Oğlu Sədrəddin (1913) alman ordusunda xidmət etdiyinə görə məsuliyyətə cəlb edilmişdir. Şıxkərimova Aynisə Tahir qızı vətən xaininin anası kimi XDİK tərəfindən 30 avqust 1942-ci ildə həbs olunmuş, 20 oktyabr 1942-ci ildə Qazaxstana sürgün olunmuşdur. Azərbaycan SSR Prokurorluğunun 3 may 1994-cü il rəyinə əsasən Şıxkərimova Aynisə Tahir qızına bəraət verilmişdir.

 

 

 

Şıxnəbiyeva Səfiyyət

 

1894-cü ildə Qusar rayonunun Xəzri kəndində anadan olmuşdur. Ailə tərkibi: həyat yoldaşı Muradov - Şıxnəbiyev Novruz Şıxnəbi oğlu - 1892-ci il, qızı Səfurə - 1926-cı il, oğlanları Camaləddin - 1929-cu il, Şıxnəbi - 1933-cü il, Abdulla - 1937-ci il, Maxsud, Novruz - 1892-ci il, Həmdulla - 1940-cı il təvəllüdlü. Oglu Şıxnəbiyev Nurulla Novruz oğlu (1914) 11 avqust 1942-ci ildə 31-ci atıcı diviziyanın Hərbi Tribunalının məlumatına əsasən güllələnməyə məhkum olunmuşdur. Şıxnəbiyeva Səfiyyət vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsilə təqsirli bilinərək yaşadığı yerdən çıxmamaq şərti ilə repressiyaya məruz qalmışdır. Lakin oğlu Muradov - Şıxnəbiyev Novruz Şıxnəbi oğlu Qızıl Orduda xidmət etdiyi üçün Azərbaycan SSR XDİK-nin 2 sentyabr 1943-cü il tarixli qərarına əsasən yaşadığı yeri tərk etməmək haqqında arayış ləğv olunmuşdur. Azərbaycan SSR XDİK-nin 29 sentyabr 1943-cü il qərarına əsasən Səfiyyət Şıxnəbiyevaya xitam verilmişdir.

 

 

 

Şindiyeva Asiyat Həmzət qızı

 

1917-ci ildə Balakən rayonunun, Qazma kəndində anadan olmuşdur. Ailə tərkibi: atası Həmzət Bayram oğlu, anası Sona Bayram qızı, qaynanası Pirdas Bayram qızı - 1872-ci il, baldızı Toma -1907-ci il təvəllüdlü. Həyat yoldaşı Sindiyev Bahəddin Yunis oğlu vətən xaini ki­mi həbs edilmişdir.  

SSRİ XDİK Xüsusi Müşavirəsinin 5 sentyabr 1942-ci il qərarına əsasən vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Kustanayski vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 31 yanvar 1990-cı il rəyinə əsasən Şindiyeva Asiyat Həmzət qızına bəraət verilmişdir.                                                          

 

 

 

Şindiyeva Pirdas Bayram qızı

 

1872-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olmuşdur. «Lenin» adına kolxozda işləmişdir. Ailə tərkibi: qızı Toma - 1907-ci il, gəlini Asiyat Həmzət qızı 1937-ci il təvəllüdlü. Oğlu Şindiyev Bahəddin Yunis oğlu vətən xaini kimi həbs edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 5 sentyabr 1942-ci il qərarına əsasən vətən xaininin anası kimi 5 il müddətinə Kusta­nayski vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 31 yanvar 1990-cı il rəyinə əsasən  Şindiyeva Pirdas Bayram qızına bəraət verilmişdir.

 

 

 

Şindiyeva Toma Yunis qızı

 

1907-ci ildə Balakən rayonunda anadan olmuşdur. Evdar qadın idi. Ailə tərkibi: anası Pirdas Bayram qızı - 1872-ci il, qızı Hüseynova Saqarxanım Arın qızı - 1937-ci il, qardaşı arvadı - Asiyat. Oardaşı Şindiyev Bahəddin Yunis oğlu vətən xaini kimi həbs edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 5 sentyabr 1942-ci il qərarına əsasən vətən xaininin bacısı 5 il müddətinə Kustanayski vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 31 yanvar 1990-cı il rəyinə əsasən Şindiyeva Toma Yunis qızı bəraət almışdır.

 

 

 

Şirinova Sayat Əbduləli qızı

 

1923-cü ildə Ağcabədi rayonunun Zənbəzan kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Şəfiqə Şirin qızı 5 yaş, Sofiya Şirin qızı 3 yaş, qayınanası Ayna Abdulla qızı Şahməmmədova - 1863-cü il təvəllüdlü. Həyat yoldaşı Şirinov Şirin Şükür oğlu (1913) 22 iyun 1942-ci ildə mövqeyini dəyişdiyinə görə güllələnməyə məhkum edilmişdir. SSRİ XDİK Xüsusi Müşavirəsinin 5 iyun 1943-cü il qərarına əsasən Şirinova Sayat Əbdüləli qızı vətən xaininin həyat yoldaşı kimi 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 29 yanvar 1990-cı il qərarına əsasən Şirinova Sayat Əbduləli qızına bəraət verilmişdir.

 

 

 

Şirinova Tavad Paşa qızı

 

1885-ci ildə Tərtər rayonunun Hacıxarvənd  kəndində anadan olmuşdur. Ailə tərkibi: qaynı Məmməd - 1930-cu il təvəllüdlü. Oğlu Şirinov Nağı Abbas oğlu (1916) 30.05.1942-ci il tarixdə əksinqilabi təbliğat apardığına görə Hərbi Tribunal tərəfindən güllələnməyə məhkum edilmişdir. Şirinova Tavad Paşa qızı vətən xaininin anası kimi SSRİ XDİK Xüsusi Müşavirəsinin 02.01.1943-cü il tarixli qərarına əsasən 5 il müddətinə Novosibirsk vilayətinə sürgün edilmişdir. Azərbaycan SSR Prokurorluğunun 19.02.1990-cı il tarixli rəyinə əsasən Şirinova Tavad Paşa qızına bəraət verilmişdir.

 

 

 

Şükürova Gülzar Oruc qızı

 

1883-cü ildə Asrxan - Bazar rayonunun Usublu kəndində anadan olmuşdur. Ailə tərkibi: qızları Alışanova Fitat Həzərxan qızı - 1928-ci il, Zülal - 1932-ci il, oğlanları Babaş - 1937-ci il təvəllüdlü. Oğlu Əlican (1923) 26 noyabr 1942-ci ildə Bakı Ordusunun Hərbi Tribunalının Səyyar Sessiyası tərəfindən vətən xaini ki­mi güllələnməyə məhkum edilmişdir. Şükürova   Gülzar Oruc qızı vətən xaininin anası kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddələri ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Azərbaycan SSR XDİK-nin 23 iyun 1943-cü il tarixli qərarına əsasən Şükürova Gülzar Oruc qızının işinə xitam verilmişdir.

 

 

 

Şükürova Nuşu Oruc qızı

 

1888-ci ildə Astraxan-Bazar (Cəlilabad) rayonunun Usublu kəndində anadan olmuşdur. Ailə tərkibi: oğlanları Əli Səftər - 1926-cı il, Mirsəftər -1939-cu il təvəllüdlü. Həyat yoldaşı İbrahimov Yunsur Fəti oğlu (1891) 30 avqust 1944-cü ildə Bakı ordusunun Hərbi Tribunalı tərəfindən güllələnməyə məhkum olunmuşdur. Şükürova Nuşu Oruc qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR CM-nin 63-3-cü maddəsi ilə təqsirli bilinərək repressiyaya məruz qalmışdır. Onun 5 il müddətinə sürgün edilməsi haqqında təklif SSRİ XDİK Xüsusi Müşavirəsininə təqdim edilmiş və SSRİ XDİK Xüsusi Müşavirəsinin 4 iyul 1943-cü il tarixli qərarına əsasən Şükürova Nuşu Oruc qızı 5 il müddətinə Cənubi Qazaxstana sürgün olunmuşdur. SSRİ XDİK CM-nin 11 dekabr 1946-cı il qərarına əsasən cəzasının qalan hissəsi ləğv olunmuş və sürgündən azad olunmuşdur.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb