Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


A


 

 

ABBASZADƏ Nəzmiyyə Müzəffər qızı (d. 19.7.1945, Naxçıvan) - Azərb. musiqişünası, prof. Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1968). Həmin ildən konservatoriyanın simli alətlər kafedrasında işə başlamış, 1990 ildən kafedranın müdiri olmuş, 1999 ildən Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsinin dekanıdır. Qadın simli kvartetinin yaradıcılarından biridir.

 


 

ABDULLAYEVA Həyat Həmdulla qızı (d. 14.10.1912, Dərbənd) - Azərb. Heykəltəraşı, əməkdar incəsənət xadimi (1964). Repin ad. Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İn-tunu bitirmişdir (1950). Heykəl-portretlərin, monumentlərin və kiçik formalı plastik əsərlərin - "Ana" (1955), "Yeddi gözəl" (1957) heykəlçikləri, "Həcər" (1959), "Gənclik" (1960), "Lay-lay" (1963) heykəl-kompozisiyalı, M.P. Vaqifin abidəsi (1957), "İki qız" (1967), V. Səmədovanın portreti (1970), "Sənsiz" (1972) və s.-in müəllifidir.

 


 

ABDULLAZADƏ Gülnaz Abutalıb qızı (d.7.9.1946, Bakı) - Azərb. musiqişünası. Fəlsəfə e.d. (1990), prof. (1992). Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1971). 1963 ildən elmi-pedaqoji fəaliyyətə başlamış, 1990 ildən Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektorudur. Azərb. musiqişünaslığında ilk dəfə olaraq muğamların fəlsəfi mahiyyətini araşdırmışdır. 40-a qədər elmi əsərin, monoqrafiyaların müəllifidir. Bir sıra elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Bəstəkar kimi də fəaliyyət göstərir ("Azərbaycan xalq musiqisi əsasında 15 vokaliz", "Fortepiano üçün prelüd və sonatina" və s.).

 


 

AFAQ BƏŞİRQIZI (Səfərova; d. 15.8.1955, Bakı) - Azərb. Resp. xalq artisti (1993). Azərb. Dövlət İncəsənət İn-tunu bitirmişdir (1979). Səhnə fəaliyyətinə 1973 ildən N.Vəzirov ad. Lənkəran Dövlət Dram Teatrında başlamışdır. 1975-89 illərdə H.Ərəblinski ad. Sumqayıt Dövlət Dram Teatrının, 1989-95 illərdə Ş.Qurbanov ad. Azərb. Dövlət Musiqili Komediya Teatrının aktrisası olmuşdur. 1995 ildən özünün yaratdığı Bəşir Səfəroğlu ad. Musiqili Teatrın bədii rəhbəri və direktorudur. Səhnədə ilk işi Sərvinaz ("Yaxşı adam", M.İbrahimov) obrazıdır. Rolları: Humay ("Komsomol poeması", S.Vurğun; səhnə üçün işləyəni İ.Coşğun), Söylü ( Bəxt üzüyü", V.Səmədoğlu), Xəbərçi Xədicə ("Adamın adamı", Anar), Tovuz qarı ("Bir cüt bədmüşk ağacı", Ə.Əylisli), Baronessa Ştral ("Maskarad", M.Lermontov), Nayman ana ("Əsrə bərabər gün", Ç.Aytmatov) və b. Televiziya tamaşalarında, "Mozalan" satirik kino jurnalında, bir sıra bədii filmlərdə çəkilmişdir.

 


 

AĞAKİŞİYEVA Zərnigar Fəti qızı (d. 7.11.1945, Quba r-nunun Rustov k.) - Azərb. Resp. xalq artisti (2000). Azərb. İncəsənət İn-tunu bitirmiş (1972), təhsil illərində in-tun "Tədris teatrında" və Azərb. Milli Dram Teatrında bir sıra tamaşalarda çıxış etmişdir. 1974 ildən Azərb. Milli Dram Teatrının aktrisasıdır. Rolları: Xuraman ("Vaqif", S.Vurğun), Tatyana ("Meşşanlar", M.Qorki), Olqa Semyonova ("Daşqın", A.Sofronov), Dilbər ("Sevil", C.Cabbarlı), Amaliya ("Yad adam", L.Frank), Maral (Közərən ocaqlar", M.İbrahimov), Zivər ("Təhminə və Zaur", Anar), Xanım Piçem ("Üç quruşluq opera", B.Brext) və s. Televiziya tamaşalarında da bir sıra yaddaqalan obrazlar yaratmışdır: Mirandolina ("Mehmanxana sahibəsi", K.Qoldoni), Həmidə xanım ("Ötən ilin son gecəsi", Anar), Dilşad ("Atayevlər ailəsi", İ.Əfəndiyev) və s. "Dantenin yubileyi", "Özgə həyat", "Mezozoy əhvalatı", "Təhminə" filmlərində çekilmişdir.

 


 

 

AĞALAROVA Bahar Əmirəli qızı, A n a c a n (1884, Yelizavetpol qəzasının Varvara k. - 16.2.1953, Bakı) - Azərb. SSR əməkdar müəllimi (1942). Azərb.-da ilk uşaq evini təşkil etmişdir (1920). SSRİ Ali Sovetinin (3-cü çağırış) deputatı olmuşdur. Y.Əzimzadənin "Anacan" pyesi onun fəaliyyətindən bəhs edir.

 


 

AĞAYEVA Xurşid Həsən qızı (20.4.1906, Bakı - 3.12.1953, Bakı) - ilk azərb. musiqişünas qadın, pianoçu, əməkdar incəsənət xadimi (1943). Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1935). Ü.Hacıbəyli haqqında ilk monoqrafiyanın müəllifidir. Azərb Dövlət Konservatoriyasında musiqi tarixindən dərs demiş, elmi işlər üzrə prorektor (1944-46) olmuşdur.

 


 

AXUNDOVA Rəfiqə Hacı qızı (d.7.8.1931, Bakı) - Azərb. balet artisti, baletmeyster. Azərb. Resp. xalq artisti (1970). Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir (1951). Böyük Teatrda təkmilləşmə kursu keçmişdir (1951-52, Moskva). Azərb. Opera və Balet Teatrının solisti olmuşdur (1951-71). 1971 ildən həmin teatrın baletmeysteri, 1990 ildən baş baletmeysteridir. Əsas partiyaları: Ayişə və Gözəllər gözəli, Fanni ("Yeddi gözəl", "İldırımlı yollarla", Q.Qarayev), Gülşən ("Gülşən", S.Hacıbəyov), Gülyanaq ("Qız qalası", Ə.Bədəlbəyli), Şirin ("Məhəbbət əfsanəsi", A.Məlikov), Zarema ("Baxçasaray fontanı", B.Asafyev), Jizel ("Jizel", A.Adan) və s. Əri Maqsud Məmmədovla birlikdə Azərb. Opera və Balet Teatrında "Xəzər balladası" (1968, T.Bakıxanov), "Qobustan kölgələri" (1969, F.Qarayev), "Yallı" və "Azərbaycan süitası" (1969, R.Hacıyev), "İldırımlı yollarla" və "Yeddi gözəl" (1975, 1978, Q.Qarayev), "Babək" (1986, A.Əlizadə), "Şelkunçik" (1988, P.Çaykovski), habelə Novosibirsk Opera və Balet Teatrında "İldırımlı yollarla" (1976) baletlərinin quruluşunu vermişdir. Əlcəzair, İsveç, Misir və Belçikada pedaqoq-baletmeyster işləmişdir. Əlcəzairdə "Üç inqilab" (1973, R.Hacıyev; M.Məmmədovla birgə) ilk milli baletini, Malmödə "Muğam" (1975, N.Əliverdibəyov) musiqili xoreoqrafiya lövhəsini, Qahirədə "Yeddi gözəl" (1979), Antverpendə "Kaleydoskop (1980, F.Qarayev) baletlərini (hər ikisi M.Məmmədovla birgə) tamaşaya qoymuşdur. "Xəzər balladası", "Qobustan kölgələri" və "Azərbaycan süitası" 1969 ildə Parisdə keçirilən 7-ci Beynəlxalq rəqs festivalında nümayiş etdirilmiş və Paris Rəqs Akademiyasının diplomuna layiq görülmüşdür. 1994 ildə "Yeddi gözəl" baletini Ankarada tamaşaya qoymuşdur (M.Məmmədovla birgə). "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

 


 

 

 

 

AXUNDOVA Şəfiqə Qulam qızı (d.21.1.1924, Şəki) - Azərb. bəstəkarı, əməkdar incəsənət xadimi (1973). Azərb. Dövlət Konservatoriyasını bitirmişdir (1956). Çoxlu mahnı və romansların ("Mehriban olaq", "Nədən oldu", "Sənsiz səninlə", "Həyat, sən nə şirinsən", "Gözlərimin işığı", "Peşimandır, peşimana ne deyim", "Könül təranəsi", "Xoş gördük, ana torpaq", "Anama məktub" və s.), "Ev bizim, sirr bizim" (1965) operettasının müəllifidir. Azərb.-da opera musiqisi yazmış ilk qadındır ("Gəlin qayası" operası, 1972, tamaşası 1974). Simli kvartet üçün pyeslər, simfonik süitalar bəstələmişdir. Onlarca dram tamaşasına ("Aydın", "Vicdan", "Sən nə üçün yaşayırsan", "Böyük ürək", "Ürək sevərsə", "Yazığam, sevmə məni", "Son məktub" və s.) musiqi yazmışdır. 1956-89 illərdə Azərb. İncəsənət İn-tunda dərs demişdir (1986 ildən dosent). "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

 


 

AXUNDZADƏ Səkinə Mirzə Heybət qızı (1865, Quba - 1927, Bakı) - Azərb. yazıçısı, müəllim. Azərb.-ın ilk qadın müəllimlərindən biri və ilk qadın dramaturqudur. 1901 ildən Bakıda H.Z. Tağıyevin qız məktəbində ana dili və ədəbiyyatdan dərs demişdir. "Elmin bəhrəsi" (1904), "Zülmün səmərəsi" ("Lakme"dən təbdil"; Hindistan həyatından götürülmüş süjet əsasında) pyeslərinin, "Gəlin və qayınana" komediyasının müəllifidir. Azərb. folkloru əsasında "Şahzadə Əbülfəz və Rəna xanım" (1918) povestini yazmışdır. Türk yazıçısı Namiq Kamalın "Zavallı cocuq" pyesini "Bəxtsiz bala" adı ilə təbdil etmişdir. Məktəbli qızlarla birlikdə teatr tamaşaları hazırlayıb, qadın tamaşaçılarına göstərmişdir.

 


 

ALMASZADƏ Qəmər Hacağa qızı (d.10.3.1915, Bakı) - Azərb. balet artisti, baletmeyster və pedaqoq, ilk azərb. balerina. Azərb. Resp. xalq artisti (1943), SSRİ xalq artisti (1959). SSRİ Dövlət mükafatı laureatı (1952), Bakı balet studiyasını (1930) və Leninqrad Xoreoqrafiya Məktəbini (1936) bitirmişdir. 1932 ildə SSRİ Böyük Teatrının balet studiyasında oxumuşdur. 1936-53 illərdə Azərb. Opera və Balet Teatrının solisti, 1953-89 illərdə isə baş baletmeysteri olmuşdur (1989 ildən baletmeysterdir). Ötən əsrin 30-cu illərində Tao Xoa ("Qırmızı lalə", R.Qlier), Medora ("Korsar", A.Adan), Mariya ("Baxçasaray fontanı", B.Asafyev), Esmeralda ("Esmeralda", S.Puni) obrazlarını yaratmış, "Koroğlu" (Ü.Hacıbəyli) və "Şahsənəm" (R.Qlier) operalarında solo rəqsləri ifa etmişdir. Azərb. milli rəqslərinin mahir ifaçısı, Azərb. Dövlət Filarmoniyası Rəqs Ansamblının təşkilatçılarındandır (1937-38 illərdə bədii rəhbəri). Azərb. balet məktəbinin yaradıcılarından olan A. klassik repertuarın ən çətin partiyalarında (Maşa, "Şelkunçik", P.Çaykovski; Raymonda, "Raymonda", A.Qlazunov; Kitri, "Don Kixot", L.Minkus; Odetta-Odilliya, "Sonalar gölü", P.Çaykovski və s.-də) çıxış etmişdir. Onun milli baletlərdə ifa etdiyi partiyalar Azərb. xoreoqrafiya sənətinin nailiyyətləridir. Gülyanaq ("Qız qalası", Ə.Bədəldəyli), Gülşən ("Gülşən", S.Hacıbəyov); baleti özü tamaşaya qoymuş və baş partiyada çıxış etmişdir); Ayişə ("Yeddi gözəl"; Q.Qarayev), "Qız qalası" (1948, 1958, 1977), "Doktor Aybolit" (1949, İ.Morozov), "Baxçasaray fontanı" (1951), "Yeddi gözəl" (1952), "Qırmızı lalə" (1954), "Yatmış gözəl" (1955, P.Çaykovski), "Laurensiya" (1956, A.Kreyn), "Qızıl açar" (1957, B.Zeydman), "Arlekinada" (1959, R.Driqo), "Jizel" (1961, A.Adan; N.Fyodorovla birgə), "Sonalar gölü" (1963, 1981), "Qaraça qız" (1965, Ə.Abbasov), "Şur" (1968, F.Əmirov), "Don Kixot" (1973) baletlərini tamaşaya qoymuşdur. Almaszadə bir sıra operalarda rəqslərin quruluşunu vermişdir. 1936 ildən Bakı Xoreoqrafiya Məktəbində dərs demişdir. Azərb. balet artistlərindən L.Vəkilova, R.Axundova, Ç.Babayeva, T.Şirəliyeva, Gürc. Resp. xalq artisti V.Siqnadze və b. onun yetişdirmələridir. 1970-72 illərdə İraqda işləmiş və İraq Dövlət Rəqs Ansamblının təşkilində iştirak etmişdir. Oktyabr inqilabi ordeni, 2 Qırmızı Əmək Bayrağı ordeni, "Şöhrət" ordeni ilə təltif olunmuşdur.

 


 

 


AŞIQ BƏSTİ (Bəsti Kərbəlayı Bayraməli qızı; təqr.1830 ildən sonra, Kəlbəcər r-nunun Levi. k. - 1936, orada) - Azərb. aşığı. Gənc yaşlarından Aşıq Ələsgər, Ağdabanlı Qurban kimi ustadların məclislərində iştirak etmiş, el ədəbiyyatını dərindən öyrənmiş, özü də şer deməyə başlamışdır. Cavanlıqdan gözləri tutulduğundan el içində "Kor Bəsti" adı ilə tanınmışdır.

 


 

AŞIQ NABAT (Nabat Paşa qızı Cavadova; 1914, Şərur r-nunun Tarçı k. - 1973, Bərdə) - Azərb. aşığı. 1934 ildə ailəsi ilə Bərdə r-nuna köçmüş, burada Göyçəli aşıq Musanın şagirdi olmuş, aşıqlıq sənətinin sirlərinə yiyələnmişdir. Məlahətli səsi və gözəl ifaçılıq qabiliyyəti ilə qadın həmkarları arasında şöhrət qazanmışdı. Bakıda və Moskvada keçirilən ədəbiyyat və incəsənət ongünlüklərinin, folklor festivallarının iştirakçısı olmuş, diplomlarla mükafatlandırılmışdır.

 


 

 


AŞIQ PƏRİ (təqr. 1811, Qarabağın Dizaq məlikliyinın Maralyan k. - ?, orada) - Azərb. aşıq-şairi. Gözəl şerləri və hazırcavablığı ilə az bir zamanda Qarabağ şairlərinin diqqətini cəlb etmiş, tez-tez Şuşada keçirilən şer məclislərinin iştirakçısı olmuşdur. 1848 ildə öldüyü ehtimal olunur. Ədəbi irsi tam şəkildə dövrümüzədək gəlib çatmamışdır; yalnız 40-50 şeri məlumdur. Şerləri ilk dəfə Mirzə Yusif Qarabağinin "Məcmueyi-divani-Vaqif və müasirini-digər" (1856) məcmuəsində, sonralar isə A.Berjenin tərtib etdiyi "Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir" (Leypsiq, 1867) kitabında dərc olunmuşdur.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb